Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   2   3   4   5   6   7   8   9   ...   53

 
Əsəri sevimli atam 
Hacızadə Mahmud Ağababa oğlunun 
əziz xatirəsinə ithaf edirəm 
 
GİRİŞ 
 
İqtisadiyyatımızın əsasını və mühüm hissəsini təşkil edən 
neftqazçıxarma sənayesi 20-ci əsrdə yüksək inkişaf səviyyəsinə 
çatmış, özünün yüksəliş  və enmə  mərhələlərini yaşamışdır. 
Məhz bu əsrdə Azərbaycan neft sənayesi müxtəlif ictimai-
iqtisadi sistemlərdə bulunmuş, iri dövlətlərin siyasət azarının, 
müharibə və qovğaların yedəyində getmişdir. 
Hazırda neft və qaz sənayesinin inkişaf problemləri gənc 
müstəqil Azərbaycanın dövlət siyasətinin  ən həlledici 
istiqamətlərindən birinə çevrilmişdir. 1991-ci ildən 
Azərbaycanın bütün tarixi ərzində ilk dəfə olaraq onun neft 
sərvətlərinin xalqa məxsusluğu təmin edilmiş, neftqazçıxarma 
sənayesinin milli dövlət mənafeləri baxımından inkişaf 
etdirilməsi üçün əlverişli, real şərait yaranmışdır. Ona görə də 
iqtisadiyyatımızın aparıcı sahəsi neftqazçıxarma sənayesinin 
keçdiyi yolun tədqiq olunması, onun inkişafına təsir edən 
amilləri, meylləri müəyyən etmək elmimizin vacib 
vəzifələrindən sayılmalıdır. 
Azərbaycan öz müstəqilliyini  əldə etdikdən sonra 
respublikanın neft-qaz sərvətləri xarici dövlətlərin, dünyanın ən 
iri  şirkətlərinin diqqət mərkəzinə çevrilmişdir. Xəzərin zəngin 
neft ehtiyatları Azərbaycana olan marağı o qədər artırmışdır ki, 
indi onun neft resurslarından istifadə  məsələsinə dünya 
siyasətinin aparıcı istiqamətlərindən biri kimi baxılır. Artıq bu 
sahədə bir çox tanınmış  nəhəng neft şirkətləri ilə müqavilələr 
bağlanmış, Azərbaycanın dünyanın inteqrasiyasına qovuşması 
sahəsində mühüm, konkret addımlar atılmışdır. Belə bir strateji 
istiqamət respublikada neftqazçıxarma sənayesinin 
problemlərinin elmi cəhətdən daha ətraflı  tədqiq edilməsini 
zəruri edir. 
 
5


 
Qeyd etmək lazımdırki Sovetlər  İttifaqının dağılması 
ərəfəsindən başlayaraq bu mühüm sahəyə laqeyd, sistemsiz 
münasibətdən respublikanın neftqazçıxarma sənayəsi böhranlı 
vəziyyətə düşmüşdü.Belə  vəziyyət Azərbaycan neft-qaz 
sənayesinin flaqmanı olmuş quru sahələrində daha kəskin 
xarakter almışdır.Onun neft və qaz ehtiyatları tükənmiş, quyu 
fondu, avadanlıqları köhnəlmiş, maliyyə imkanları azalmış, 
çətinliklər bütün struktur və bölmələri çulğamışdır.Bütün 
istismar müddəti  ərzində quru sahələrindən 1059 milyon ton 
karbohidrogen hasil edilmişdir ki, onun 930 milyon tonu neftin, 
129milyard kub metri qaz kondesatının payına düşmüşdür. Bir 
neçə yataqda istismar istisna olmaqla, bütün quru sahələrdə 
hasilat özünün sonuncu mərhələsini yaşayır. Hazırda quruda 
mövcud olan 42 neft və qaz yatağından 36-sı istismardadır. 
Neft hasilatı 1,6 milyon ton, qaz hasilatı 240 milyon kubmetr 
hücmindədir. 
Lakin elmi axtarışlar sübut edir ki, vəziyyət çıxılmaz 
deyildir. Quru sahələrində hasilatın artırılması, yeni neft-qaz 
yataqlarının kəşf imkanları  hələ tükənməmişdir. Hazırda 
kompleksdə islahat tədbirləri sürət götürməkdədir ki, bunlar da 
Azərbaycan Respublikasının prezidenti möhtərəm H.Ə.Əliev 
cənablarının 1995-ci il sentyabr ayında neftçilərlə görüşündə 
qarşıya qoyduğu konkret tədbirlər proqramı ilə bağlıdır. 
Neftqazçıxarma sənayesində yaranmış 
vəziyyət 
Azərbaycanın iqtisadiyyatına, onun tərəqqisinə böyük təsir 
göstərir. Sahənin inkişafı respublikada neft maşınqayırma, neft 
emalı, neft kimyası, neftin nəql edilməsi ilə bağlı güclü istehsal 
infrastrukturlarının yaradımasını təmin etmişdir. Azərbaycanın 
elmi-texniki, istehsal potensialını neftqazçıxarma sənayesiz 
təsəvvür etmək qeyri mümkündür. Məhz buna görə  də 
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, 
onun iqtisadi dirçəlişi, neft və qaz sənayesinin yenidən 
qurulmasını, inkişaf etdirilmasini son dərəcə obyektiv zərurətə 
çevirir. 
 
6


 
Hələ XIX əsrin axırlarında-XX  əsrin  əvvəlində 
Azərbaycanda neft sənayesini  əhatə edən elm formalaşmağa 
başlamışdır. Məlum həqiqətdir ki, keçmiş SSRİ-də neft sahəsi 
ilə bağlı elmlərin inkişafında Azərbaycan alimlərinin 
xidmətləri həmişə yüksək olmuşdur. Neft-qaz sənayesi ilə bağlı 
elmin inkişafında, xüsusilə, akademik A.X.Mirzəcanzadənin 
tədqiqatları müstəsna yer tutur. Onun neftqazçıxarma 
istehsalının texnologiyası, neft-qaz yataqlarının işlənməsinə 
dair çox saylı monoqrafiya və elmi tədqiqatları alimlərin 
birmənalı  rəyinə görə dünya elminə mühüm töhfə sayılır. 
Alimin son dövrlərdəki tədqiqatlarında müasir dövrdə neft 
biznesinin geosiyasətlə  əlaqəsi başlıca diqqət obyektinə 
çevrilmiş, dünyanın bir çox dövlətlərində və regionlarında neft 
ehtiyatlarının, hasilatın mümkün perspektivlərinin dərin elmi 
təhlili verilmiş, Azərbaycan Respublikasının gələcək 
inkişafında yanacaq kompleksinin rolu, amilləri konkret 
faktlarla açıqlanmışdır ki, bütün bunlar da bu tədqiqat əsərində 
mühüm elmi mənbə kimi əsas götürülmüş  və istifadə 
edilmişdir.Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan 
respublikası Elmlər Akademiyasının, Azərbaycan respublikin 
Dövlət Neft Şirkətinin nəzdindəki elmi-tədqiqat institutlarında 
neft sənayesinin inkişafı ilə bağlı elmi və  əməki  əhəliyyətli 
respublika sərhədlərindən kənara çıxan tədqiqatlar yerinə 
yetrilmişdir ki, bunlardanda monoqrafiyada bu və ya digər 
dərəcədə istifadə edilmişdir. 
Respublika sənayesinin strukturu, o cümlədən yanacaq 
kompleksinə investisiya qoyuluşu, yığım fondundan istifadə
elmi-texniki tərəqqi problemləri Z.Səmədzadə, F.Fərəcov, 
S.Hüseynov, H.İsmayılov, B.Xıdırov, M.Axundov və 
G.Yüzbaşovanın  əsərlərində araşdırılmışdır. Neftqazçıxarma 
sənayesinin iqtisadiyyatı ilə bağlı problemlər iqtisadçı alimlər 
A.Ağayeva, N.Vançakova, A.Əhmədov, N.Hacıyev, 
N.Sultanova, 
İ.Kərimov, M.Həsənova, M.Kərimov, 
R.İmanzadə, 
Ş.Muradova, A.Partnov, Q.Səfərov, 
 
7


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə