Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi


-1940-cı illəri əhatə edən dövr



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
3. 1921-1940-cı illəri əhatə edən dövr. 
baycanda sovet 
hakim
1-1949-cu illəri əhatə edən dövr. 
asının SSRİ-yə 
hücum
Rusiyada Oktyabr çevrilişi Azər
iyyətinin qurulması Azərbaycanda neft sənayesinin 
inkişafına öz təsirini göstərdi. Azərbaycanda neft 
milliləşdirildi. Köhnə iqtisadi sistem yenisi ilə əvəz olunmağa 
başladı. Sovet hökuməti neftin gərəkliyini dərk edərək onun 
hasilatına xüsusi diqqət yetirdi və iqtisadi sahədə  həyata 
keçirdiyi siyasət sistemli beşillik planlarla müşayiət olundu. 
Belə ki, 1-ci beşillikdə Azərbaycanın neft sənayesinin bərpası 
başa çatdı. 1928-ci ildə hasilat 11,6 milyon tona yüksəldi. 2-ci 
və 3-cü beşilliklərdə Qaraçuxur, Zığ yataqlarının kəşfi ilə 
əlaqədar hasilatda mühüm artım  əldə edildi. Bu tarixi dövr 
Azərbaycanın neft hasilatında  ən məhsuldar mərhələ kimi 
yadda qalmış respublikada 235 mln.tondan çox neft hasil 
edilmişdir. 
4. 194
II Dünya müharibəsi, faşist Almaniy
u Azərbaycan neft sənayesinə, onun gələcək inkişafına 
agır zərbə vurdu. Azərbaycanın neft mədənlərindən xeyli 
texnika, 5457 yük avtomobili, traktor parkının yarıdan çoxunu 
çıxararaq orduya göndərildi. Faşist işğalı ilə bağlı Uralda, 
Sibirdə yeni yaradılan müdafiə  sənayesi yeni maşın və 
avadanlıqlarla təchizatı bir müddət dayandı. Neftin nəqlində 
yaranmış  ağır vəziyyət çoxlu neft quyularının konservasiyası 
ilə  nəticələndi. Neftçilərin bir hissəsinin orduya göndərilməsi 
(o illərdə neft sənayesundə  işləyən mühəndis-texniki işçilərin 
1/3-i ordu sıralarına çağırılmışdı) sahəyə ixtisassız işçilərin 
qəbul edilməsinə, yeraltı  təmir briqadalarının azalmasına, 
istismara dayanmış quyuların sayının artmasına səbəb oldu. 
Avadanlığın, professional işçi qüvvəsinin çatışmaması, qazma 
prosesinin kəskin azalması ilə  nəticələndi. Cəbhə üçün hər 
vasitə ilə, nəyin bahasına olursa-olsun neft hasilatı 
artirilmalıdır talabi, sahədə düşünülməmiş texniki sitasətin 
aparılması, perspektivlərin düzgün müəyyən edilməməsi ilə 
 
25


 
nəticələndi. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, tarixi 
inkişafın bütün mərhələrində Azərbaycanda neft yataqlarının 
istismarı  tələb olunan normalardan artiq olmuş, intensiv 
istismar həyata keçirilmiş, geoloji xüsusiyyətlər obyektiv 
nəzərə alınmamışdır, bu da öz növbəsində neft hasilatının 
dinamikasına öz mənfi təsirini göstərmişdir. II dünya 
müharəbəsindən sonrakı illərdə SSRİ höküməti ölkənin digər 
regionlarında yeni neft yataqlarının kəşf və istismarını ön plana 
çəkdi. SSRİ-də  və dünyada neftin beşiyi və akademiyası 
sayılan Bakının neft mütəxəssislərin köməyi ilə Uralda, 
Volqaboyunda, Sibirdə, Qazaxstanda və Orta Asiyada aparılan 
axtarış, kəşfiyyat və istismar işləri SSRİ məkanında böyük neft 
rayonlarının yaranmasına gətirdi. Beləliklə, perspektivli yeni 
neft rayonlarının kəşfi və rayonlarda hasilatın ucuz başa 
gəlməsi Azərbaycanın neft sənayesindəki mövqeyinə ciddi təsir 
etdi. 1946-cı ildə SSRİ-də hasil olunan neftin 52,8%-i, 1947-ci 
ildə 49,5%-ini Azərbaycan (quru sahələri) verdiyi halda, 1950-
ci ildə bu nisbət 40%-ə endi. 1945-1949-cu illarda 
Azərbaycanda neft hasilatında artma müşahidə olunsa da, 
1933-cü ildən 1942-cı ilədək  əldə olunan səviyyəni ötüb 
keçmək mümkün olmadı. Ümumilikdə Azərbaycanın quru 
sahələrində bu illər ərzində 125 milyon ton neft hasil edilmişdi. 
5. Quruda neftqazçıxarma sənayesinin sonrakı 
mərhələsi 1950-1980-ci illəri əhatə edir. 
Dənizdə neft yataqlarının kəşfi, bütünlükdə Azərbaycan 
üzrə neft hasilatı balanmasının dəyişməsi, quruda neft-qaz 
hasilatına maraq və diqqəti səngitdi. Dənizdə  əsasən fontan 
üsulu ilən ucuz başa gələn hasilat, quruda isə istismar 
xərclərinin yüksək olması, quyuların debitinin aşağı  səviyyəsi 
ittifaq hökümətinin meylini Azərbaycanda dəniz yataqlarının 
istismarına yönəltdi. Azərbaycanın ixtisaslı neftşı kadrlarının, 
xüsusilə  də sosial şəraitlə  əlaqədar dəniz mədənlərinə  işə 
düzəlməsi, qurudakı hasilata öz təsirini göstərdi. Artıq 1965-ci 
ildə «Xəzərdənizneft»  İB «Azneft» İB-dən çox neft və qaz 
 
26


 
hasil etməyə başladı. Həmişə SSRİ neft sənayesinin flaqmanı 
olmuş «Azneft» İB 1954-cü ildə birinciliyi «Başneft» 
(Başqırdıstan Respublikası)  İstehsalat Birliyinə verməli oldu. 
Həmin illərdə SSRİ-də neft və qaz hasilatını  həyata keçirən 
(SSRİ Neft Sənaye Nazirliyinin üzrə) 26 istehsalat birliyi 
arasında neft hasilatı uzrə «Azneft» İB 17-ci yeri, 
«Xəzərdənizneft» İB 10-cu yeri tutdu. Bütövlükdə isə müttəfiq 
respublikalar arasında Azərbaycan Rusiya Federasiyasından 
sonra 2-ci yerdə  gedirdi.  Neft  və qaz hasilatında enmə sürət 
götürürdü. Bu illər ərzində Azərbaycanın quru sahələrində 290 
milyon ton neft çıxarılmışdır. 1971-ci ildə Azərbaycanda 1 
milyardıncı ton neft (dənizlə birlikdə) hasil edilmişdir. 
6. 1981-1991-ci illəri əhatə edir. 
SSRİ-də yenidənqurma və ittifaqın dağılması 
ərəfəs
da dənizdə  və 
qurud
 
əndəki illərdə neft və qaz hasilatının aşağı düşmə tempi 
səngimədi,  əksinə bu proses daha da surətləndi.  İqtisadi 
eksperimentlər, milli münaqişələr, dərin təhlil edilməmiş 
proqramlar, möhtəşəm dövlətin süqutunu sürətləndirirdi. 
Müvafiq proseslər iqtisadiyyatın bütün sahələrinə təsir etdi və 
neft sənayesində daha ciddi əks olundu. Bu illər  ərzində quru 
sahələrində 32 milyon ton neft hasil edilmişdir. 
Aşağıda 1949-1997-ci illərdə Azərbaycan
a neft hasilatının dinamikası cədvəl şəklində verilmişdir: 
 
 
 
 
 
 
 
 
 
 
 
27


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə