Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   2   3   4   5   6   7   8   9   ...   53

 
ehtiyatlarda hasilat daha sürətlə aparılmışdır ki, bu da yerin 
təkinə bərpası mümkün olmayan ziyanlar yetirmişdir»
3

Müharibədən sonrakı illərdə SSRİ-məkaninda - 
Volqaboyunda, Uralda, Sibirdə nəhəng neft və qaz yataqlarının 
kəşfi, respublikada neftinə olan tələbatı azaltdı, Azərbaycanın 
xüsusi diqqət sferasından çıxartdı. Xəzər dənizində kəşf edilən 
perspektivli neft-qaz yataqları hasilat balansını dənizin xeyrinə 
dəyişərək, quruda neftqazçıxarma sənayesinin problemlərini 
daha da dərinləşdirdi. 1949-cu ildə SSRİ Nazirlər Soveti 
Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istifadəyə 
verilməsi işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında 
qərar qəbul etdi. Bu tədbirlərin icrası üçün ayrıca «Azərdəniz» 
tersti yaradıldı. 50-ci illərdən dənizdə neft hasilatı sürət 
götürdüyü halda, quruda istehsalın azalması davam edirdi. 
Dənizdə neftqazçıxarma praktikasının intensiv öyrənilməsi və 
manimsənilməsi dənizdə  aşağı maya dəyərli hasilat, 
respublikada çıxarılan neftin dinamikasına  əhəmiyyətli 
dərəcədə  təsir etdi. 50-60-cı illərdə  dənizdə sürətlə artan 
hasilatın 1964-cü ildən quru sahələrindəki hasilatı arxada 
qoydu. 50-ci illərdə  Əli-Bayramlı  və Siyəzəndə neft 
yataqlarının kəşfi ilə  əlaqədar quruda hasilatın müəyyən 
müddət enməsinin qarşısı alınsa da bu proses uzun çəkmədi. 
1960-1970-ci illərdə qurudakı neft və qaz hasilatında enmə 
prosesləri sürətləndi. 1970-1980-cı illərdə quruda hasilatın 
artırılması  tədbirləri respublika hökuməti tərəfindən dəfələrlə 
müzakirə edilərək, ciddi nəzarətə alınsa əsas diqqət perspektivli 
neft və qazlı dəniz horizontlarına yönəlmişdi. 
Aşağıda 1872-1996-cı illərdə Azərbaycanda neft 
hasilatının dəniz və quru sahələrini  əhatə etməklə dinamikası 
qrafik üsulla verilmişdir: 
 
 
                                                           
3
 А.Х.Мирзаджанзаде,  Ч.А.Султанов  «Этюды  нефтяной  концепции 
Азербайджана». Баку 1994. 
 
15


 
Dioqram 1 
 
1872-1996-cı illərdə Azərbaycanda neft hasilatı 
(min ton
 
0
5000
10000
15000
20000
25000
1872
1880
1888
1896
1904
1912
1920
1928
1936
1945
1952
1960
1968
1976
1984
1992
Cemi
Quru
Deniz
 
 
980-ci ildə quruda 4,8 milyon ton neft çıxarılmışdır ki, 
bu da
1
 1950-ci il səviyyəsindən 8,5 milyon ton az idi, dənizdə 
isə 1980-cı ildə 8,2 milyon ton çıxarılmışdı ki, bu da 1970-ci il 
səviyyəsindən 0,5 milyon ton çox idi. 1985-ci ildən sonra 
SSRİ-nin sosial-iqtisadi həyatinda gedən proseslər, təsərrüfat 
mexanizminin, iqtisadi həvəsləndirmənin təkmilləşdirilməsi, 
müəssisələrin müstəiliyinin artırılması ilə bağlı həyata keçirilən 
tam olmayan tədbirlər də neft sənayesinin inkişafında sabitliyi 
təmin etməmiş,  əksinə onun problemlərini daha da 
dərinləşdirmişdi. 1990-cı ildə quruda 2,5 milyon ton, dənizdə 
7,3 milyon ton neft istehsal edilmişdir ki, bu rəqəmlər də 
müvafiq olaraq 1980-cı il səviyyəsindən 2,3 milyon ton və 0,9 
milyon ton az idi. 
 
 
16


 
Aşağıdakı cədvəldə quruda neft və qaz hasilatının son 10 
il ərz
Cədvəl 2 
Azərbaycanda quruda neft və qaz hasilatının enmə meyli 
ində enmə meylini xarakterizə edən rəqəmlər verilmişdir: 
 
 
1987-1997-ci illər 
 
İllər 
Neft  
(min ton) 
Enmə 
 (%) 
Qaz  
Enmə 
min m
3
) 
(
(%)
 
1987 
3734 - 
610,4 

1988 
3416 8  
6,1 
,5
573,7 
1989 
3023 11,5 
512,5 
10,7 
1990 
2582 14,6 
400,4 
21,9 
1991 
2249 12,9 
287,7 
28,1 
1992 
2009 10,7 
238,3 
17,2 
1993 
1983 1,3 
238,1 
0,1 
1994 
1790 9,7 
235,2 
1,2 
1995 
1624 9,2 
236,7 
+0,6 
1996 
1575 3,0 
239,0 
+1,0 
1997 
1563 0,8 254, 
+6,5 
 
 
Azərbaycanın yanacaq sənayesinin tarixindən bəhs 
edərkən ayrıca onun qaz sənayesinin inkişaf tarixinə diqqət 
yetirmək maraqlı olardı. Azərbaycanın  ərazisində min illər 
öncə qazın çıxması mühadisəsi müşahidə olunmuşdur. 
Atəşpərəstlərin qədim məskənlərindən birinin də Azərbaycan 
ərazisi olduğu artıq tarixi faktlarla sübut olunmuş  və  şübhə 
doğurmur. Orta əsrlərdə Azərbaycana gələn hindistanlı tacirlər 
Suraxanıda təbii qaz çıxan yanar ərazidə atəşpərəstlik məbədi 
yaratmışlar ki, bu məbəd sonradan digər atəşpərəst zəvvarların 
müqəddəs ziyarət yerinə çevrilmişdir. Abşeronda Bibiheybət 
ərazisində ötən əsrin axırı XX ərin əvvəllərində uzun illər dəniz 
səthində  təbii qazın çıxması ilə  əlaqədar alışma, yanma 
hadisəsi müşahidə olunmuşdur. Abşeronda Məhəmmədli 
 
17


 
kəndinin  ərazisində daim yanmaqda davam edən məhşur 
«Yanar dağ» səthi mövcuddur. Əvvəlki dövrlərdə bu 
yanacaq,enerji mənbəyinin  əhəmiyyəti dərk edilməsə  də, artıq 
XIX əsrin ortalarında təbii qazdan sənayedə, məişətdə istifadə 
olunmasına başlanmışdır. 1859-cu ildə Suraxanıda kiçik 
olmayan zavodda buxar əldə etmək üçün təbii qazdan yanacaq 
kimi istifadə olunmuşdur. 1902-ci ildə Suraxanıda qazılan quyu 
qaz fontanı yaratmış, sutkalıq debiti 57 min kub.m. olan bu 
quyu ilk qaz nəql etmə sisteminin yaranmasına səbəb 
olmuşdur. 1920-1921-ci illərdə hasilatın artması ilə  əlaqədar 
Azərbaycanda 34 milyon kub.m. qaz hasil edilmişdi. Qaz 
sənayesinin inkişafı ilə  əlaqədar 1924-ci ildə «Azneftin» 
tərkibində qazın utilləşdirilməsi üzrə  şöbə yaradılmış  və 
sonradan şöbə «Azneft» İB-dən ayrılaraq müstəqil qurum kimi 
fəaliyyət göstərməyə başlamışdı. 1931-ci ildə artıq yaşayış 
massivlərinin 90-95% Bakı  şəhərində qaz ilə  qızdırılırdı.Qaz 
sənayesinin sürətli inkişafı ilə  əlaqədar 1936-cı ildə 
Azərbaycanda qaz kəşfiyyatı  və istismar qazması ilə  məşğul 
olan müstəqil qurum «Azqaz» təşkil edilir. Respublikada neft 
və qaz hasilatı inkişaf etdikjə qaz enercisindən istifadə edilməsi 
daha geniş vüsət tapır. Artıq 1950-60-cı illərdə Respublikanın 
əsasən sənaye, kommunal təsərrüfatı, elektrik stansiyaları bu 
enerji növündən istifadə sisteminə keçmiş  və iqtisadiyyatın 
bütün digər sahələrinin inkişafına öz təsirini göstərmişdir. 
1969-cu ildə quruda rekord miqdarda 12,9 milyard kub metr 
qaz hasil olundu. 
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra qazın 
nəqli, saxlanması  və  təchizatı ilə bağlı sahələri bir qurumda 
birləşərək «Azəriqaz» Səhmdar Cəmiyyəti təşkil edilmişdir. 
Hazırda respublikanın qaz nəql etmə sisteminin 
infrastrukturuna 4 min km uzunluğunda diametri 1200 mm işçi 
təzyiqi 55 atmosfer gündəlik qaz nəql etmə qabiliyyəti 70 
milyon kub metr magistral, 36 min km çox aşağı  və orta 
təzyiqli qaz kəmərləri, ümumi qüdrəti 200 mqvt olan 7 
 
18


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə