Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 
(min manatla
 
«Balaxanıneft» NQÇİ 
    495 
Ə.C.Əmirov NQÇİ 
    593 
«Bibi-Heybət» NQÇİ 
-    570 
«Binəqədineft» NQÇİ 
-    457 
«Suraxanıneft» NQÇİ- 
    565 
H.Z.Tağıyev adına NQÇİ- 
   650 
«Siyəzənneft» NQÇİ 
-    620 
«Şirvanneft» NQÇİ 
-    472 
«Salyanneft» NQÇİ 
-    450 
«Muradxanlı» İNM 
-    451 
«Azərpetoyl» 
MM 
-    494 
«Anşad-Petrol» 
MM 
    286 
«Azgerneft» 
MM     286 
BMB OYL İNK 
MM 
    286 
 
1998-ci ildə dünya neft bazarında xam neftin qiymətinin 
aşağa düşməsi ilə  əlaqədər. Azərbaycan höküməti də neftin 
satış qiymətində  dəyişikliklər etmək məcburiyyətində 
qalmışdır. 1998-ci ilin fevralında xam neftin satış qiyməti 
ARDNŞ-də 273 min manat, iyulun ayının 1-dən etibarən isə 
193 min manata endirilmişdir. 
Proporsional olaraq bu qiymətlər QNQÇİB-də 369216 
manat DNÇİB-də 150000 manat müəyyən olunmuşdur. 
QNQÇİB-nin müştərək müəssisələrində bu ilin iyul ayının 1-
dən neftin satış qiymətləri 187000 manat həcmində 
saxlanılmışdır. Neftin satış qiyməti  əvvələr olduğu kimi 
yenədə, «Suraxanıneft», H.Z.Tağıyev adına NQÇİ-lər də 
yüksək olaraq qalır.(Müvafiq olaraq bu qiymətlər NQÇİ-lərdə 
457000, 565000, 570000 manat təşkil edir
1000 m qazın satış qiyməti isə  ƏDV nəzərə alınmaqla 
ümumən ARDNŞ üzrə 57600 manat təşkil edir ki, bu da 
QNQÇİB-nin bütün struktur bölmələrində eyni olaraq onun 
faktiki maya dəyərindən 35-40% aşağı qiymətdədir. 
 
50


 
Son vaxtlar dünya bazarlarınada neftin qiymətinin aşağı 
düşməsinin Azərbaycanın iqtisadiyyatına təsir etməsi haqqında 
söhbətlər eşidilməkdədir. Neftin qiymətinin aşağı düşməsi 
respublikamızda neftçıxaran və neftayıranları, o cümlədən 
payına büdcənin ümumi daxil olmalarının 50 faizi düşən (neft 
müqavilələrindən isə büdcəyə daxil olmalar 20 faiz təşkil edir) 
ARDNŞ-ni də müəyyən qədər zərərə salıb. Şirkət artıq 1998-ci 
ilin ikinci rübündən neft ixracını müvvəqəti dayandırmalı olub. 
Lakin burda bir aspekti nəzərə almaq lazımdır ki, Azərbaycanın 
neft balansında xam neftin ixracı çox da mühüm yer tutmur. 
Xarici bazarlara çıxarılan isə əsasən neft məhsullarıdır. Neft və 
onun məhsulları əsasən Azərbaycanın daxili bazarında satılaraq 
onun enerji balansını  təmin edir. Hesablamalara görə 
Azərbaycanda hasil edilən 9 milyon tona qədər xam neftin 1 
milyon tona qədəri hasilatla və istehsalla bağlı neft şirkətinin 
ehtiyaclarına 4-4,5 milyon tonu Azərbaycanda elektrik 
enerjisinin daxili ehtiyaclara-əhaliyyə, sənaye və  kənd 
təsərrüfatına və digər xidmət səhalarında-məsrəf edilir və 
yalnız qalan hissə ixrac olunur. 1997-ci ilin məlumatlarına görə 
Azərbaycan xarici bazarlarda 120 min ton xam neft, 1 milyon 
tondan bir qədər çox neft məhsulları satmışdır. 1998-ci ilin ilk 
ərzində ölkədən 245 min ton xam neft ixrac edilmişdir. 
Bununla yanaşı, qeyd edilən dövrdə ölkədən kömrük 
nəzarətindən keçmiş 1 milyon 103 min ton neft məhsulu 
çıxarılıb. 
Neftin qiymətinin daxili bazarda aşağı salınması, bir də 
uzun müddət Azərbaycanda neftayırma zavodlarının zərərlə 
işləməsinə son qoyulması ilə əlaqədar olmuşdur. Belə ki, 1998-
cı ilin birinci rübündə neft emalı zavodlarının ümumi itkiləri 44 
milyard manat, o cümlədən «Azərneftyanacaq» üçün 25,5 
milyard, «Azərneftyağ» üçün 18,3 milyard manat olmuşdur. Bu 
tədbirin büdcəyə  təsirini azaltmaq məqsədi ilə neft 
məhsullarının aksiz dərəcələri 20 faizdən 3,5 dəfəyədək 
artırılmış və daxili bazarda bu məhsulların qiymətinin nisbətən 
 
51


 
sabitliyi də  təmin edilmişdir Belə ki, yeni qiymətlər bu 
zavodlarda 10 faizi rentabelməyi təmin edəcəkdir. 
OPEK-in 1998-ci il enerji böhranı ilə  əlaqədar kiçirilən 
konfrasında qəbul edilmiş  qərarı 1998-ci ilin iyulun 1-dən 
qüvvəyə minib. Dünya bazarında neftin qiymətinin düşməsinin 
qarşısını almaq məqsədi güdən qərara görə OPEK üzvü olan 
ölkələr bir sutkalıq neft hasilatını 1,355 mln barrelədək 
azaltmalıdırlar. Bunula yanaşı OPEK-ə üzv olmayan dövlətlər 
də gündəlik hasilatını 0,27 mln barrel ixtisar etməyi qərara 
alıblar. Lakin hələlik bu qərar qiymətlərlə o qədər də  təsir 
etməyib. London birjalarında bir barrel neftin qiyməti 0.19 
dollar, yəni 13-22-dən 13,41 dollaradək qalxıb. Keçən il bu 
rəqəm 19,32 dollar idi. Ekspertlərin fikrincə, görülmüş 
tədbirlər nəticəsində neftin qiymətini bir barrel üçün 14-17 
dollara qaldırılması mümkün olacaqdır. 
Təhlil göstərir ki, yaxın gələcəkdə xam neftin, xüsusilə 
quruda çıxarılan neftin qiyməti yenə də tənzimlənməyə məruz 
qalacaq və onun həddinin müəyyən edilməsində dövlətin 
iştirakı labüd olacaqdır. Lakin bu halda o mülayim olmalıdır. 
Rəqabətin gündən-günə genişləndiyi bir şəraitdə bu məsələ 
tələb və  təkliflə  əlaqələndirilməlidir. Aparılan tətqiqatlardan 
belə mühüm nəticə çıxarmaq olar ki, quruda hasil edilən, xam 
neftin qiymətinin bundan sonra daha çox artırılması mürəkkəb 
məsələdir, çünki bu cür istiqamət bir müddətdən sonra bazar 
münasibətlərinin tələbləri, dünyanın neftqazçıxarma 
sənayesinin inkişaf istiqamətləri ilə ziddiyət təşkil edərdi. 
Vəziyyətdən çıxış yolu-istehsal xərclərinin aşağı salınması ilə 
bağlıdır. 
 
 
 
 
 
 
 
52


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə