Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi


Quruda neftqazçıxarma sənayesində istehsal



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 
2.2. Quruda neftqazçıxarma sənayesində istehsal 
xərclərinin strukturu və xarakterik xüsusiyyətləri 
 
İqtisadi  ədəbiyyatlarda istehsal xərclərinin təbiətinə aid 
bir sıra maraqlı konsepsiyalar mövcuddur. Plamlı sosialist 
iqtisadiyyatına dair nəşr olunmuş  əsərlərdə istehsal xərcləri 
məhsul istehsalına çəkilmiş  xərclər kimi baça düşülür. Böyük 
Sovet Ensiklopediyasında istehsal xərclərinin mahiyyəti isə 
belə açıqlanmışdır; «istehsal xərcləri-məhsul istehsalına 
çəkilən məcmu  əmək məsrfləridir»
6
. Bu ensiklopediyada 
həmçinin burjua cəmiyyəti və planlı sosializm cəmiyyətində 
istehsal xərclərinin təbiətinin bir-birinə antoqonist ziddiyət 
təşkil etdiyi xüsusi olaraq qeyd edilmişdir. 
Qərb iqtisadi ədəbiyyatlarında istehsal xərclərinin 
mahiyyətinə dair aşağıdakı fikirlər diqqəti cəlb edir: «İstehsal 
xərcləri, firmanın bazara məhsul çıxarmaq qabiliyyətini və 
cəhdini müəyyən edən  ən mühüm amillərdən biridir»
7
. Qərb 
iqtisadçılarının fikrincə istehsal xərcləri resursların nadirliyinə 
və alternativ istifadə edilməsi faktlarına da əsaslanır. Ona görə 
də bu və ya digər məhsulun istehsalı üçün müəyyən resursların 
ayrılması hansısa alternativ məhsulun istehsalının qeyri 
mümkünlüyünü göstərir. Müəlliflər oxucunu bu fikirə 
inandırmaq üçün daha sadə bir misal gətirirlət: «Bu kitabın 
oxunuşu zamanı sizin çəkdiyiniz xərclər sizin vaxtınızın 
istifadə olunmasının alternativ variantlarından asılıdır ki, 
onlardan da sizin imtina etməyiniz lazım gələcəkdir»
8

Azad iqtisadiyyat qurmuş ölkələrdə istehsal xərcləri 
təsnifləşdirilərkən onların daimi, dəyişən və ümumi xərclər 
kateqoriyalarını  fərqləndirirlər. Bu gün yeni iqtisadi sistemə 
keçiddə, milli iqtisadiyyat quruculuğuna azad iqtisadi 
münasibətlərin inkişafında böyük nailiyyətlər qazanmış  qərb 
                                                           
6
 «Большая Советская Энсиклопедия». М.: 1985. 
7
 К.Л.Моконелл, С.Л.Брью «Экономикс». М.: 1992. cəh 45. 
8
 Yenə orada.
 
 
53


 
iqtisadiyyatında istehsal xərcləri problemi bütünlükdə iqtisadi 
inkişafın elementləri, prinsiplərinin öyrənilməsi elmi 
əhəmiyyət kəsb edir. Bunu dərk etmədən, öyrənmədən 
işgüzarlıq, məhsuldarlıq, sahibkarlıq sahəsində uğur qazanmaq 
mümkün deyildir. Keçmiş planlı sistemdə  də istehsal xarcləri 
probleminin  əhəmiyyəti həmişə vurğulanırdı, lakin bu 
problemin həllində müəyyən sünilik, sərt idarəetmə 
metodlərının təsiri özünü göstərirdi. Qiymət,  əmək haqqı 
siyasətindəki ideoloji prinsilərin üstünlüyü istehsal xərclərinin 
dəyişməsinin obyektiv meyllərini, istiqamətlərini müəyyən 
etməyə imkan vermirdi. İstehsal xərcləri elə bir kateqoriyadır 
ki, bazar münasibətlərinə keçid mərhələsində onun dünya 
təcrübəsində istifadə olunan prinsipləri və metodları  əsasında 
tədqiqinə böyük ehtiyac vardır. Bu sahədə müəyyən addımlar 
atılmalıdır. Qərb  şirkətlərinin Azərbaycanda iş qurmaları, o 
cümlədən quruda neftqazçıxarma sənayesində  təşkil edilmiş 
xarici kapitalın müştərək müəssisələrin fəaliyyətində bu 
problemə diqqətin artırılması  zərurətini tələb edir. Təbii ki, 
bunula yanaşı neftqazçıxarma sahəsində də istehsal xərclərinin 
dünya təcrübəsində toplanmış, qəbul edilmiş  təsnifatı, 
göstəriciləri və prinsiplərdən gələcəkdə istifadə edilməsinə 
hazırlıq görülməlidir. Təhlil göstərir ki, bu sahədə əsas maneə 
yeni iqtisadi sistemin ideologiyasının hələ  də tam 
yaradılmaması ilə bağlıdır. Lakin gözləmədən, burada daha 
cəsarətli addımlar atılmalıdır. Çünki, istehsal xərclərinin 
azaldılması bazar iqtisadiyyatının özünün təbiətindən doğur və 
bu sahədə atılan hər bir addım mənfəətin artırılmasına 
yönəldilir. 
Bu və ya digər regionda istehsal xərclərinin səmərəliyinin 
müqayisəli materialarla müraciət etdikdə daha düzgün nəticə 
çıxarmağa  əsas verir. Beləki, respublikanın neftqazçıxarma 
mədənlərinin uzun müddət istismar edilməsinə baxmayaraq, 
burada hasilat göstəriciləri yüksəkdir. Dünya üzrə neft quyuları 
fondunun 80%-i ABŞ-nın payına düşdüyü halda, neft 
 
54


 
hasilatında bu ölkənin payı  cəmi 15% həcmindədir. Yaxın 
Şərqdə hər qazılmış quyuya 225 min ton ehtiyat düşdüyü halda, 
bu rəqəm ABŞ-da 5-7 dəfə azdır. Bundan başqa hər bir quyuya 
düşən neft ehtiyatı ABŞ-da 26040 min ton, quyuların gündəlik 
debiti isə 1,8 ton təşkil edir ki,bunlar da aşağı göstəricilər 
sayılır. 
Quruda neftqazçıxarma kompleksində sahə strukturu 
Sənaye, Qazma, Tikinti, Geologiya, Geologiya, Elm, Təchizat, 
Ticarət  bölmələrini  əhatə edir. Anoloji struktur DNQÇİB-də 
mövcuddur. 
Son 5-6 ildə bu bölmələr arasında nisbət dəyişməyə 
məruz qalmışdır. Qazma üzrə xərclər azalmış, tikintidə sürətli 
xərc artımı baş vermişdir. 
Hər bir neftqazçıxarma, qazma, tikinti, nəqliyyat və sair 
sahələr üzrə istehsal xərclərinin strukturu spesifik və 
müxtəlifdir. Müvafiq sahələr üzrə istehsal xərcləri QNQÇİB-də 
ümumiləşdirərək 1 ton neftin və 1000 m
3
 qazın faktiki maya 
dəyərini müəyyən edir Neftin və qazın istehsal xərclərində 
vergilərin xüsusi çəkisi də böyükdür. Bəzən gəlir və xərclərin 
səviyyəsi bir neçə il ərzində o qədər intensiv dəyişır ki, 
müəyyən qanunauyğunluğu aşkar etmək çətinlik törədir. 
Məsələn, 1994-cü ildə  İstehsalat Birliyi üzrə bütün xərclərin 
75,5%-i sənayenin, 16,1%-i qazma sahəsinin payına düşdüyü 
halda, 1995-ci ildə bu rəqəmlə müvafiq olaraq 81,0% və 10,9% 
təşkil etmişdir. Tikinti və  təchizat sahələrində  də yüksək 
dəyişkənlik tempi müşahidə olunmuşdur. 
Aşağıdakı  cədvəllərdən QNQÇİB-nin 1994-1996-cı illər 
ərzində ümumi gəlir və xərclərdə ayrı-ayrı istehsal sahələrinin 
xüsusi çəkisi öz əksini tapmışdır. 
 
 
 
 
 
 
55


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə