Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

 
neftqazçıxarma idarələri üzrə analoji olaraq 48,8; 33,9 və 31,8 
ton olmuşdir. 1990-ci ildən başlayaraq isə bu göstəricinin 
səviyyəsi xeyli aşağı düşmüş  və movcud meyl indi də davam 
etməkdədir. 
İstehsal xərclərinin azalmasına təsir edən  ən mühüm 
amillərdən biri fəaliyyətsiz quyu fondundan istifadə təşkil edir. 
Əgər neftqazçıxarma sənayesinin inkişaf tarixinə  nəzər salsaq 
bu problemin bütün mərhələrdə ciddi əhəmiyyət kəsb etdiyini 
yəqin etmiş olarıq. Son illərə kimi hər il 1000-1100 quyu 
istismara verilirdi ki, onun da 65-70 faizi işləməyən quyular 
hesabına olurdu. 
Aşağıdakı  cədvəldə 1996-1997-ci illərdə QNQÇİB üzrə 
fəaliyyətdə olan quyu fondunun dinamikası verilir: 
 
Cədvəl 9 
 
1996-1997-ci illərdə QNQÇİB üzrə fəaliyyətdə olan 
quyu fondunun dinamikası 
 
Neftqazçıxarma 
təşkilatları 
01.01.1996 
01.01.1997 
«Balaxanıneft» NQÇİ 
Ə.C.Əmirov ad.NQÇİ 
«Bibi-heybət» NQÇİ 
«Binəqədineft» NQÇİ 
«Suraxanıneft» NQÇİ 
H.Z.Tağıyev ad.NQÇİ 
«Siyəzənneft» NQÇİ 
«Şirvanneft» NQÇİ 
«Səlyanneft» NQÇİ 
«Muradxanlı» İNM 
Cəmi: NQÇİ-lər üzrə 
MM «Azərpetroyl» 
MM «Anşad Petrol» 
MM «Azgerneft» 
MM BMB OYL İNK 
Cəmi müştərək müəssisələr 
920 
515 
637 
723 
304 
178 
798 
529 
273 
77 
4954 
110 
142 
218 

5424 
1080 
366 
570 
671 
299 
191 
791 
352 
283 
75 
4678 
339 
117 
226 

5418 
 
59


 
Cədvəldən göründüyü kimi 01.01.1997-ci il tarixinə. 
QNQÇİB üzrə quyu fondu 5418 ədəd təşkil edirdi. Müqayisə 
üçün onu göstərək ki, 1961-ci ildə bu rəqəm respublika üzrə 
15158, 1970-ci ildə isə  Ə.Əmirov adına NQÇİ-də quyuların 
yarıdan çoxu neft hasilatında iştirak etmir. İdarədə 100-dən 
artıq istismarı rentabelli olmayan quyu vardır. Neçə ildir ki, bu 
quyuların ləğv edilməsi üçün əməli işlər görülmür, quyular 
istismar fondunda saxlanılmır. İstehsalat Birliyi üzrə işləməyən 
quyuların sayı 01.01.1997-ci ildə 4455 ədəd təşkil etmişdir ki, 
bu da istismar fondunun 54,9%-ni təşkil edir. 1998-ci ildə 
istismar fondu 9547 fəaliyyətdə olan, quyu fondu 5830 ədəd 
olmuşdur ki, bu da faizlə nisbətdə 61,1% təşkil edir. Qeyd 
olunduğu kimi, normativə görə  fəaliyyətsiz quyu fondu 
istismar fondunun 12%-dən artıq olmamalıdır. 
İstehsal xərclərinin mühüm elementləri olan 
avadanlıqların saxlanması  və istismarı, təmiri, neftin texnoloji 
hazırlanması, neftin vurulması sahəsi üzrə xərclərin dəyışməsi 
səbəblərinin təhlili göstərir ki, bir sıra maddələr, o cümlədən 
yanacaq, elektrik enerjisi üxrə itkilərin azalması hesabına xeyli 
qənaət əldə etmək mümkündür. Buna misal olaraq qeyd etmək 
olar ki, kompleksdə  hər gün minə yaxın quyu cari təmiri 
gözləyir, sutkada 650 tondan artıq neft itki ilə  nəticələnir. 
Təhlildən aydın olur ki, bütün NQÇİ-lərdə yeraltı təmir sahəsi 
üzrə  nəzərdə tutulmuş  xərclərə  əməl olnummur, quyuların 
əsaslı təmirində ümumi iş vaxtı balansının 1/5 hissəsini itkilər 
təşkil edir. Boşdayanmaların azaldılması sahəsində görülən 
tədbirlər o qədərdə  səmərə vermir. Bir norma saatın maya 
dəyəri artmağa meyl edir. Ayrı-ayrı neftqazçıxarma 
idarələrində boş dayanmalar iş vaxtının 40-45%-ni təşkil edir. 
Qaldırıcıların təmirinə görə  sərf olunan vaxt isə ümumi boş 
dayanmaların daha 85-87%-ni təşkil edir. 
QNQÇİB-də enerji xərclərinin hər bir hasilat üsulu üzrə 
də 
təhlili maraq doğurur. Hazırda neftqazçıxarma 
müəssisələrində hasilat ştanqlı  dərinlik, elektrik yüklədici 
 
60


 
nasoslarla, kompressorla əldə edilməsi metodlarından istifadə 
edilir. Fantan üsulu ilə isə hasilat cüzidir. Elektrik enerji sərfinə 
görə  ştanqlı  dərinlik nasosları  və elektrik yüklədici nasoslarla 
tətbiq üsulu o qədər də fərqlənmir. Faktiki olaraq, 1996-cı ildə 
neftqazçıxarma idarələrində enerji xərcləri bu üsullara müvafiq 
olaraq 1 ton üzrə 55670 və 54436 manat təşkil etmişdir. 
Kompressor üsulu ilə 1 ton üzrə hasilata gəldikdə isə onun 
üçün 330 min manatlıq enerji məsrəf edilmişdir ki, bu da 
bütövlükdə digər üsullarla hasil edilmiş neftin hər tonu üzrə 
elektrik enerjisi xərclərinin xeyli artmasına (15 min man.
səbəb olmuşdur.  İstehsalat Birliyində elektrik enerjisindən 
səmərəli istifadə olunmalı və bu istifadə də müvafiq norma və 
normativlərə ciddi əməl edilməlidir.  Şübhəsiz ki, belə proses 
istehsal xərclərinin azalmasına yetərincə təsir edəcəkdir. 
İstehsal xərcləri və maya dəyərinin tərkibində sair xərclər 
də  əhəmiyyətli yer tutur. Belə ki, NQÇİ-lər üzrə 1 ton neftin 
maya dəyərində digər xərclər kateqoriyasına aid edilən 
sabitləşmə fonduna ayırmalar, mədən vergisi, torpaq üçün 
ödənişlər ümumi xərclərin 20%-dən çox hissəsini təşkil edir. 
Qiymətlərin sürətlə artması istehsal xərclərinin elementləri 
arasındakı nisbətlərdə ciddi uyğunsuzluqlara səbəb olmuşdur. 
Hazırda 1 ton neft hasilatında köhnə  mədənlərdə neftin 
çıxarılması üçün enerji avadalıqların saxlanması və istismarı ilə 
əlaqədar xərclər istər plan, istərsə  də faktiki maya dəyərinin 
çox hissəsini 45 faizə qədərin təşkil edir. 
İstehsal xərclərinin aşağı salınmasına kömək edəcək 
amillərdən biri nəqliyat xərcələrinin azadılmasıdır. Müasir 
şəraitdə hasilatın azalması, quyu fondunu müəyyən hissəsinin 
fəaliyyət göstərməməsi İstehsalat Birliyinin nəqliyyat sisteminə 
də təsir etmişdir. Belə ki, nəqliyyat idarələrində maşın parkının 
gücündə 50% belə istifadə olunmur. Nəqliyyat vasitələrinin 
müəyyən hissəsi icarəyə  və ya müvəqqəti xidmət ümün digər 
təşkilat və ya şəxslərin sərancamına verilə bilər. Ehtiyacdan 
avtomaşın və traktorları pullu xidmətinə cəlb etməkdə səmərəli 
 
61


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə