Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

 
III FƏSİL 
 
QURUDA NEFT-QAZ HASİLATININ 
ARTIRILMASINDA SƏMƏRƏLİLİK
 
PROBLEMLƏRI 
 
3.1.Hasilatın artırılmasında texniki iqtisadi tədbirlərin 
əhəmiyyəti 
 
Quruda neftqazçıxarma kompleksində, hasilatın 
artırılmasında texniki-iqtisadi tədbirlərin həyata keçirilməsi, 
işin səmərəli təşkili mühüm əhəmiyyətlidir. Məhz düzgün, 
elmi-metodik, texnologiya və standartlara uyğun iş reciminin 
təşkili bu gün quruda neftqazçıxarma kompleksinin depressiya 
və böhranlı  vəziyyətdən çıxara bilər. Bunun üçün isə bizim 
fikrimiziyə aşağıdakı istiqamətlərdə işin səmərəli təşkilinə səy 
edilməlidir. 
Yüz il və ondan artıq müddətdə istismarda olan neft və 
qaz yataqlarında əsas vəzifə quyu fondu üzərində işin təşkilidir. 
Bu sahədə  İB bütün mümkün imkanlardan istifadə edərək 
hazırda boş dayanan quyuların istismara qaytarılmasını 
müəyyən qədər sürətləndirmişdir. Belə ki, əgər 1995-ci ildə 
fəaliyyətsiz fonddan 448 quyu, 1996-cı ildə 593 quyu istismara 
qaytarmışdılarsa, 1997-ci ildə istismara qaytarılmış 700 
quyudan 82448 ton neft hasil edilmişdir. Bununla belə xeyli 
vaxtdır ki, qazmadan qurtarmış quyuların mənimsənilməsinin 
ildən-ilə keçməsi bir problem kimi qarşıda durur. 
Məlumdur ki, hər bir quyu yüz milyonlarla manata başa 
gəlir. «Nə  qədr quyu qazılmalıdır?» - sualına düzgün cavab 
vermək məsələsi bu günə kimi mübahisə doğuran 
məsələlərdəndir. Akademik A.X.Mirzəcanzadənin 
Ç.A.Sultanovla birgə yazdığı  «Диакоптика  процессов 
нефтеотдачи  пластов» monoqrafiyası qarşıya qoyulan 
sualların həllində  əvəzsiz elmi əsərdir. Monoqrafiyada neft 
elminin mexaniki elementləri, neft-qaz hasilatının dinamik 
sistemi, neftveriminin proqnozlaşdırılmasının qiymət-
 
65


 
ləndirilməsi metodları, neft ehtiyatları hasilatının mexanizmi 
və sair məsələlər araşdırılmışdır. «Несмотря  на  то,  что 
длительная  элсплуатация  нефтяных  скважин  невозможна 
без  проведения  различных  мероприятий,  единой  метдики 
оценки  их  эффективности  в  настоящее  время  не 
существует.  В  таких  условиях  большое  практической 
значение  имеет  определение  необходимых  объемов 
проведения  любого  вида  мероприятий  в  фонде  нефтяных 
скважин.  Кроме  того,  пока  не  существует  единого  и 
четкого  мнения  относительно  технико-экономический 
критериев,  с  помощью  которогоможно  определить 
оптимальное  количество  скважин  для  осуществления 
различных 
мероприятий 
по 
увелечению 
их 
производительности».
10

Tələb edildiyindən çox quyu qazıldıqda isə 100 milyon 
manatlarla  əlavə  vəsait xərclənir. Azərbaycan Neft 
Akademiyasında neftqazçıxarma və qazma idarələrinin optimal 
istehsal güjlərindən müəyyən edilməsini nəzərdə tutan metodik 
vəsait hazırlanmış, onun tətbiqi tövsiyyə edilmişdir. Burada 
neftçıxarma idarələri üzrə illik neft istehsalı tapşırığını 
aşağıdakı düstur ilə hesablamaq tövsiyyə olunmuşdur: 
 
Q1=Q2/K (1) 
 
Burada 
Q2
-il  ərzində quyularından çıxarılıb satılacaq 
neftin həcmi; 
K
-mədən daxili neft itkilərini nəzərə alan əmsal; 
K əmsalını aşağıdakı kimi təyin etmək təklif olunmuşdur: 
 
K=Q4 /Q3 
 
Burada 
Q3
-il  ərzində neft quyularından mədən 
rezervuarlarına daxil olan neftin həcmi, 
Q4
-həmin neftin 
texnoloji hazırlanmasından satılacaq miqdarıdır. Müəlliflərin 
                                                           
10
 А.Х.Мирзаджанзаде, Ч.А.Султанов «Диакоптика процессов 
нефтеотдачи пластов». Баку 1994. 
 
66


 
fikrincə, neftin texnoloji hazırlanması prosesi gedən qapalı 
sistemin kipliyindən asılı olan Q4 K əmsalına təsir edir və 
həmin  əmsal 0,995+0,997 arasında dəyişə bilər. Məsələ 
burasındadır ki, bu əmsal neft itkilərinin azaldılması üzrə 
tədbirlərin nə səviyyədə olduğunu da göstərir.  
Artıq uzun illərdir ki, QNQÇİB üzrə quyuların istismara 
veilməsi üzrə tapşırıqlar yerinə yetirilmir. 1996-cı ildə Birlik 
üzrə  hərəkətsiz quyuların sayı 364-dən 419 ədədə çatmışdır, 
nəzərdə tutulmuş 66 quyu əvəzinə 36 quyu istimara 
verilmişdir. Bu quyulardan 49534 ton əvəzinə 10637 ton neft 
hasil edilmişdir. 
Aşağıdakı  cədvəldə QNQÇİB-də 1986-1996-cı illərdə 
qazmanın iqtisadi göstəriciləri verilmişdir: 
 
Cədvəl 10 
 
1986-1996-ci illərdə quruda neftqazçıxarma sənayesində 
qazmanın gedişi 
 
 
İllər 
Umumi 
qazma 
(min 
metr) 
Əvəlki ilə 
nisbətən 
(%) 
İstismar 
qazması 
(min metr) 
Əvəlki 
ilə 
nisbətən 
(%) 
Kəşfiyyat 
qazması 
(min 
metr) 
Əvəlki ilə 
nisbətən 
(%) 
1986 
441852 100  367887  100  73965  100 
1987 
439398 99,4  359803  97,8  79595  107,6 
1988 
399620 90,9  329410  91,6  70210  88,2 
1989 
359851 90  300449 91,2 59402  84,6 
1990 
291137 80,9  244035  81,6  47102  79,3 
1991 
237306 81,5  215036  88,1  22270  47,2 
1992 
254778 107,4  234937  109,6  19841  89,1 
1993 
225278 88,4  215804  91,7  9474  47,7 
1994 
116739 51,8  113940  52,7  2799  29,5 
1995 
38886 33,3  38218  33,5  668  23,9 
1996 
52811 135,6  50432  132,6  2379 3,6 
dəfə 
Quyu fondunun təqvim vaxtından istifadə göstəricisinin 
yaxşılaşması da istehsal xərclərinin aşağı salınmasına təsir edir. 
Təhlil göstərir ki, son illərdə quyu fondunun təqvim vaxtından 
 
67


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə