Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

 
istifadə xeyli aşağı düşmüşdür. Təqribən 30-35 il ərzində 
(1960-1985-ci illər) təqvim vaxtının yalnız 2-3,5%-i baş 
dayanmalarla əlaqədar olmuşdur. 
Son illərdə quyuların  əsaslı  təmiri ilə  məşğul olan 
briqadaların keyfiyyət tərkibinin pisləşməsi ilə yanaşı onların 
sayı da azalmağa meyl edir. Hazırda fəaliyyətsiz fondda olan 
quyukarın çoxluğunu, hasilatın aşağı enməsinin qarşının 
alınmasında profilaktik tədbirlərin rolunu, hər gün minə yaxın 
quyunun təmirə dayandığını nəzərə alaraq briqadaların sayının 
azalmasının qarşısının alınması üçün əlavə  tədbirlər, o 
cümlədən maddi həvəsləndirməyə və sosial məsələlərə diqqətin 
artırılmasına ehtiyac vardır. 
QNQÇİB-nin bir sıra əmək kollektivləri sahədə yaranmış 
çətinlikləri aradan qaldırmaq, boş dayanmaların, qəzaların 
azalmasına kömək edən profilaktik tədbirlər həyata keçirir. 
Köhnə istismar profilaktik tədbirlər həyata keçirir. Köhnə 
istismar olunmayan yataqlarda da ehtiyatların olunmasını son 
illərdə «Binəqədineft» NQÇİ-nin təcrübəsində  əyani sübut 
olunmuşdur.  Əsas səbəb-geoloji mədən işlərinə yenidən 
baxılaraq uzun müddət işləməyən quyuların imkanlarını 
araşdırmaq olmuşdur. Maraqlıdır ki, burada hələ 100 il bundan 
əvvəl «Nobel qardaşları»  Şirkəti tərəfindən qazılmış  (onu da 
qeyd edək ki, bu ilk quyu idi ki, 403 metr dərinlikdə, mütərəqqi 
üsulla-zərbə-mexaniki üsulla qazılmışdı) quyu təmir olunmuş 
və yenidən istismara qaytarılmış gündəlik hasilatı 6 ton 
olmuşdur, 1yanvar 1996-cı ildə müvafiq tədbirlər həyata 
keçirilərgən 114 quyu işə salınmış  və  əlavə olaraq 8000 ton 
neft istehsalına nail olunmuşdur. Bütünlükdə QNQÇİB üzrə 
neft hasilatının səviyyəsinin saxlanması  məqsədi ilə geoloji 
tədbirlərin həyata keçirilməsinə diqqət artırılmalıdır. Hazırda 
belə  tədbirlər sistem şəklində aparılmır, hesablamalar göstərir 
ki, geoloji tədbirlərin seçilməsi, onların səmərəliliyinin 
artırılması, imkanlarından istifadə edilməsi yüz milyonlarla 
vəsaitə qənaət etməyə imkan verir. 
 
68


 
Son 20 ildə neftqazçıxarma idarələrinin strukturunun 
təkmiləşdirilməsi, bəzilərinin ləğvi, birləşdirilməsi bir sıra 
göstəricilərin, o cümlədən quyu fondunun dinamikasını bütün 
strukturlar üzrə müqayisə etməyə imkan vermir. Lakin bəzi 
NQÇİ-lər üzrə bu müqayisəni aparmaq mümkündür. 
Aşağıdakı cədvəldə NQÇİ-lər üzrə quru fondunun 1965-
1996-cı illərdə dinamikası verilmişdir: 
Cədvəl 11 
 
NQÇİ-lər üzrə quru fondunun 1965-1996-cı illərdə 
dinamikası 
 
NQÇİ-lər 
1965  1969
1996 
«Kirovneft» NQÇİ («Binəqədineft») 1729 
1641 
671 
«Leninıneft» NQÇİ («Balaxanıneft») 3285 
2745 
1080 
«Siyəzənneft» NQÇİ 
803 927  791 
«Orconikidzeneft» NQÇİ («Suraxanıneft»)  
1762 
1413 
299 
 
Cədvəldən göründüyü kimi son 20 ildə quyu fondu 2,7 
dəfə azalmışdır. «Suraxanıneft» NQÇİ-də quyu fondu daha 
kəskin 5,9 dəfə azalmağa məruz qalmışdır. Apardığımız təhlil 
göstərir ki, quyuların istismardan çıxmasının 
əsas 
səbəblərindən biri də avadanlıqların çatışmaması və qəzalardır. 
Belə ki, 1996-ci ildə «Suraxanıneft» NQÇİ üzrə istismardan 
çıxmış 47 quyunun 31-i avadalıqların çatışmamazlıqı, 5-i isə 
qəzalar ilə bağlı olmuşdur. Bu iki amil neftqazçıxarma 
idarəsində 7400 ton neft itkisinə səbəb olmuşdur. 
Neftqazçıxarma idarələri üzrə ehtiyatları araşdırmaq 
məqsədi ilə  işlənmiş quyuların orta debiti, quyuların istismar 
əmsalını  təhlil zamanı müəyyən olunmuşdur ki, bir sıra 
mədənlərdə quyuların istismasr əmsalı 0,90 bəzilərində 0,93-
0,95 arasında tərəddüd edir. Quyu kateqotiyaları üzrə, o 
cümlədən keçici quyu fondları, işləməyən quyu fondunadan 
bərpa edilmiş göstərir ki, bir sıra idarələrdə bu işin səmərəli 
təşkili nəticəsində hasilatın artırılmasına da nail olmaq olar. 
Məsələn, respublikamızın  ən qocaman neft rayonlarından biri 
 
69


 
olan «Suraxanıneft» də hazırda hasilat obyektiv amillərə görə 
əvvəlki dövrlərdə nisbətən xeyli azalmışdır. Lakin yataqlarda 
qalan neftin mütərəqqi metodlar hesabına artırılması 
imkanlarından istifadə edilərək 1996-cı ildə  işlənmiş quyular 
üzrə tapşırıqlərın yerinə yetrilməsi nəticəsində 13105 ton artıq, 
dərinlik nasoslarının istismarı üsulu ilə 91412 ton artıq neft 
istehsal edilişdir ki, bu da məhsul vahidi üzrə istehsal 
xərclərinin azalmasını təmin etmişdir. Köhnə yataqlarda neft və 
qaz hasilatının sabitləşdirilməsində geoloji və texniki 
tədbirlərin 
əhəmiyyəti böyükdür. Neft hasilatının 
sabitləşdirilməsi üçün artıq 30 ildir ki, layların neft veriminin 
artırılması üzrə müasir tədbirlər həyata keçirilir. Bu müddət 
ərzində II növ-istilik, fiziki-kimyəvi, mikrobioloji metodlar və 
onların müxtəlif modifikasiyalarından 33 obyekt-53 
blokhorizontda istifadə edilib. Bunun nəticəsində 2,6 milyon 
ton neft hasil edilmişdir. Lakin son zamanlar bu işlərin həcmi 
maddi-texniki təchizatın pisləşməsi ilə  əlaqədar olaraq 
 
nisbətən azalmışdır. 1997-ci il ərzində 1304 geoloji və 7902 
texniki tədbir həyata keçirilmiş  və bunun nəticəsində  əlavə 
282,482 min ton neft hasil edilmiş, quyularda 55470 yeraltı 
təmir, 1917 əsaslı təmir işləri həyata keçirilmişdir. Bu da 1996-
cı ilin səviyyəsindən 4769 yeraltı təmir işi və 122 əsaslı təmir 
işi artıqdır. 
Akademik A.Mirzəcanzadə haqlı olaraq göstərir ki, 
hasilatın artırılmasında mütərəqqi metodların tətbiqi diqqət 
mərkəzində olmalıdır. Onun hesablamalarına görə 1992-ci ildə 
dünyada hasilatın artırılması metodlarından istifadə etməklə 
100 milyon ton neft istehsal edilmişdir. Bu metodlar içərisində 
istilik metodlarırı üstünlük təşkil edir; hasilatın artımının 
yarıdan çoxu onun payına düşür. Bu kimi ehtiyatlardan istifadə 
edilməsi, təbii ki, qazma işlərində normal vəziyyətin 
yaradılmasını zəruri edir. 
Aşağıdakı  cədvəldə 1998-ci ildə QNQÇİB-də layların 
neftveriminin artırılması üsullarının tətbiq planı verilmişdir: 
 
70


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə