Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

 
illərə qədər geniş istifadə edilirdi. Onu da xüsusilə vurğulamaq 
lazımdır ki, bu sənaye sahələrində əmək məhsuldarlığının istər 
natural, istərsə də dəyər göstəricilərinin səviyyəsi təkcə əməyin 
nəticəsi kimi formalaşmış, burada təbii amillərin, yataqların 
məhsudarlığı xüsusi əhəmiyyət kəsb edir. Debiti yüksək olan 
yataqlar təbii ki, əmək məhsuldarlığının yüksək olması ilə 
xarakterizə edilir. Texniki tərəqqi, avtomatlaşdırma, 
mexanikləşdirmə, istehsalın və  əməyin təşkili ilə  əlaqədar 
görülən tədbirlər bu meylin zəifləməsinə müəyyən dərəcədə 
təsir etsə də, o sabit xarakter daşımır. Burada 1 quyuya xidmət 
edən işçilərin miqdarı  və ya bir quyuya xidmətin  əmək 
tutumluğu göstəricisindən də istifadə edilməsinin əhəmiyyətini 
qeyd etmək lazımdır.  İstehsal Birliyi üzrə 1 quyuya xidmət 
edən işçilərin sayı 40 il ərzində 2 dəfədən çox aşağı 
düşmüşdür. Geoloji kəşfiyyat işlərinin texniki səviyyəsinin 
yükəlməsi, yeni, məhsuldar qazma texnikasının, geofiziki 
aparatlar, nəzarət-ölçü cihazlarının tətbiqi, axtarış, kəşfiyyat 
işləri yeni metodlardan istifadə  hər quyu üzrə  əmək 
tutumluğunun aşağı düşməsini təmin edə bilər.
11

Neftqazçıxarma sənayesində  əmək məhsuldarlığına təsir 
edən çoxsaylı amilləri müvcuddur. Bu amilləri aşağıdakı 2 
qrupda birləşdirmək olar:
12
 
1.Quyuların orta debitini; müəyyən edən amillər (əvvəlki 
bölmələrdə bu amil haqqında şərhlər verilmişdir). 
2.Sənaye istehsal həyətinin nisbi miqdarını müəyyən 
edən amillər, (bəzən bu göstərici məhsul vahidi, 1 quyunun 
xidməti üçün tələb olunan istehsal həyətinin miqdarı kimi ifadə 
olunur). 
İkinci qrup amillər içərisində istehsal proseslərinin 
mexanikləşməsi, əməyin təşkili və istehsalın idarə olunması, iş 
                                                           
11
 А.Агаева. «Экономическая  эффективность  геолого-разведочных 
работ в Азербайджане». Баку. Элм: 1972. 
12
 «Экономика  нефтяной  и  газовой  промышленности».  М: 1983. стр 
384. 
 
74


 
vaxtımdan istifadə üstünlük təşkil edir və hazırda bu amillərin 
rolu artmaqdadır. 
Təhlil göstərir ki, neftqazçıxarma istehsalında  əmək 
məhsuldarlığının səviyyəsi uzun bir dövr ərzində  aşağı 
düşməyi meyl edir. Belə bir meyl təkcə respublikada deyil, 
keçmiş SSRİ-nin digər neft rayonlarında, eləcə də dünyanın bir 
çox ölkələrində uzun illər boyu istismar olunan artmaqdadır. 
1960-cı ildə «Azərneft»  İB üzrə bir işçiyə 555 ton neft 
düşürdüsə, 1965-ci ildə bu rəqəm 496, 1970-ci ildə 399 ton 
olmuş və 1997-ci ildə 55 ton təşkil etmişdir.Azərbaycanlı alim 
N.Xıdırovun hesablamalarına görə neft mədənləri üzrə  əmək 
məhsuldarlığının səviyyəsində ciddi fərqlər müvcuddur ki, bu 
da  əsasən yatqların məhsuldarlığı, daha doğrusu, quyuların 
debiti ilə əlaqədar olmuşdur
13

Əmək məhsuldarlığını təsir edən amillər içərisində əmək 
və icra intizamı mühüm yer tutur. Məhz buna görə  də 
neftqazçıxarma sənayesində  əmək intizamı problemi həmişə 
diqqət mərkəzində durur. Kompleksdə uzun illər iş vaxtı itkisi, 
üzürsüz səbəbdən işi çıxmamaların səviyyəsi orta respublika 
göstəricisindən aşağı olmuşdur. Bu müsbət meyl bu gün də 
özünü göstərir.  Əlbətdə müasir səraitdə bir sıra istehsal 
səhələrindəki böhran və depresiya vəziyyəti «iş vaxtı 
fondundan istifadə, boş dayanmalar» kateqoriyasının 
mahiyyətinə xeyli təsir etmişdir. Bu təsir neftqazçıxarma 
sənayesində o qədər də özünü biruzə verməmişdir. Bununla 
belə NQÇİ-lərdə bir neçə illər aparılan müşahidələr göstərir ki, 
bu sahədə itkilərii (qaldırıcıların nasazqlı, dərinlik nasosları və 
elektrik motorlarının çatışmamazlıqı  və s üzrə boş 
dayanmalar), xüsusilə  əsaslı  təmir işlərində xeyli azaltmaq 
imkanları mövcuddur. 
Məlumdur ki, Azərbaycanın neftqazçıxarma sənayesinin 
                                                           
13
 Н.Хыдыров. «Azərbaycan SSR yanacaq sənayesində əmək məhsuldarlığı 
və onun yüksəldilməsinin bəzi məsələləri» (намizədlik.  диссertasiyası). 
Bakı: 1974. 
 
75


 
yüksək təcrübəli fəhlə, peşakar mütəxəssislərə təmin olunması 
uzun bir müddət  ərzində diqqət mərkəzində olmuşdur. Hələ 
1960-cı ildə respublikanın neftqazçıxarma sənayesində 3,9 min 
nəfər ali və orta ixtisas təhsili mütəxəssis çalışırdı ki, bu da 
sənaye üzrə mütəxəssislərin 25%-ni təşkil edirdi. Hazırda 
respublikada kifayət qədər neft mədən mütəxəssisi ordusu 
vardır. Bu mütəxəssislər dünyanın  əksər dövlətlərinin 
mütəxəssisləri ilə  rəqabər aparmaq imkanlarına malikdirlər. 
Hazırda hasilatın azalması ilə  əkaqədar olaraq iztisaslı 
mütəxəssislərdən istifadə olunması mühüm problemə 
çevrilmişdir. Ayrı-ayrı sahələrdə  işçi kateqoriyalarının say 
tərkibinin dəyişilməsi bir meyl kimi özünü göstərməkdədir. 
Buna misal olaraq göstərmək olar ki, 1996-cı ildə neft hastlatı 
1990-cı ilə nisbətən 39%, qaz hasilatı 20,4%, qazma 82% aşağı 
düşdüyü halda sənaye sahəsində işləyənlərin sayı 15,6% aşağı 
düşmüş, qazma sahəsi üzrə  işçilərin sayı 17,3%, tikinti 
sahəsinin işçilərinin sayı isə 3,3 dəfə artmışdır. Belə 
dəyişkənlik aşağıdakı cədvəldə öz əksini tapmışdır: 
 
Cədvəl 14 
 
1990-1996-cı illərdə QNQÇİB-də işçilərin sahələr üzrə say 
tərkibinin dinamikası 
 
İllər 
İstehsalat və  
xidmət sahələr

1990 
1996 
Fərq 
(+ -) 
Fərq 
(%) 
Sənaye 
22152 18690 -3462 -15,6 
Qazma 
4537 5321 +784 +17,3 
Geologiya 
160 166 +6 +3,8 
Tikinti 
1006 3324 
+2318 
+3,3 
dəfə 
Elm 
672 463 
-209 
-30,1 
Ticarət 
- 253 
+253 - 
Ümumi 
28527 28217 -310  -1,1 
 
76


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə