Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

 
bu prinsiplərin çoxu öz mahiyyətini itirmiş, bəziləri isə yeni 
iqtisadi münasibətlərə uyğun olaraq yeni məna kəsb etmişdir. 
Dediklərimizdən o nətici çıxır ki, idarəetmə strukturu konkret 
şəraiti, konkret vəzifəni, konkret məqsədi nəzərə alaraq 
təkmilləşməlidir. Bütün idarəetmə strukturlarını «Sosializmdən 
qalıbdır»  şüarı altında dağıtmaq böyük iqtisadi sarsıntılara 
gətirib çıxara bilər. Belə hallar 1992-1993-cü illərdə 
respublikamızda da az olammışdır.  İttifaq dağıldıqdan sonra 
sənayenin bir sıra aparıcı sahələri, iri müəssisələr vəziyyətdən 
çıxış yolu tapmaq əvəzinə passiv, gözləmə mövqeyi tutdular, 
istehsalın aşağı düşməsinin qarşısının alınması, onun profilinin 
dəyişməsi üçün əsaslı tədbirlər görmədilər. Bu gün Azərbaycan 
iqtisaqdiyyatı qarşısında durnən vacib vəzifələrdən biri 
iqtisadiyyatın idarə edilməsi strukturunun təkmilləşmə 
məsələdir. Neftqazçıxarma sənayesi, yuxarıda qeyd olunduğu 
kimi, iqtisadiyyatın  əsas həlledici sahələrindən biridir. Burada 
idarəetmə strukturunu təkmilləşdirmək pərdəsi altında özünü 
doğrultmayan eksperimentlərin həyata keçirilməsi dövlətə çox 
baha başa gələ bilər. Ona görə  də, bu sahənin idarəetmə 
mexanizmi çoxlu kompleks amilləri nəzərə alaraq həyata 
keçirilməlidir.  İdarəetmə strukturunun səmərəlliyi sahənin 
inkişafı üçün yaradılan imkanların reallaşması ilə ölçülür. 
Burada təkcə bir göstərici ilə kifayətlənmək olmaz. Sahədə 
minimal xərclərə ahəngdar, fasiləsiz fəaliyyət təmin edilməli, 
struktur müəssisələrinə geniş  sərbəstlik verilmişdir.  İdarəetmə 
şəbəkəsinin qeyri-qənaətbəxş 
vəziyyəti ilk növbədə 
göstəricilərin kəmiyyət və keyfiyyətinə  təsir edir. Məhz buna 
görə də istehsalın səmərəli idarə olunmasının məqsədi ilə işlək 
tənzimləmə  və  nəzarət  şəbəkəsi yaradılmışdır. Quruda 
neftqazçıxarma sənayesinin idarə edilmısi spesifik 
xüsusiyyətlər kəsb etdiyinə görə onun idarəetmə mexanizmdə 
olan bəzi cəhətləri nəzərdən keçirək. Onu da göstərək ki, 
QNQÇİB-nin sələfi olmuş «Azneft» İB-yi 1988-ci ildən 
müstəqilliyimizin ilk dövrlərində  qədər SSRİ Neft Sənayesi 
 
99


 
Nazirliyinin 1988-ci il 19 yanvarda (qərar № 9/u) təsdiq etdiyi 
nizamnamə  əsasında fəaliyyət göstərmişdir. Bu mizamnamə 
qüdrətli dövlətin mənafelərinə, sərt mərkəzləşdirilmiş 
planlaşdırma prinsiplərinə uyğunlaşdırılmış, lakin bilavasitə 
istehlakçıların mənafeləri baxımından doğlun olmamış, bir sıra 
maddələr anlaşılmaz tərzdə  tərtib edilmişdir. Nizamnamədə 
istehsal maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət daha ciddi təstib 
edilmişdir. Araşdırmalar göstərir ki, keçmiş planlı iqtisadiyyat 
dövründə bu və ya digər sahənin idarəetmə strukturu bir 
məqsədə-bütünlükdə ölkə üzrə  mərkəzləşdirilmiş planlı 
iqtisadiyyatın tələblərinə tabe edilmiş, neft kimi strateji 
məhsulun istehsalı  həddən artıq mərkəzləşdirilmişdi. Demək 
olar ki, SSRİ kimi böyük ölkənin ayrı-ayrı rayonlarında hər bir 
neftqazçıxarma idarəsinin fəaliyyəti göstəriciləri mərkəzin 
ciddi diqqəti və nəzarəti altında olmuşdur. 
İqtisadi islahatların aparılmasında idarəetmə strukturunda 
statusun mühüm rol oynadığını nəzərə alraq, Quruda NQÇİB-
in 10.02.94-cü ildə ARDNŞ  tərəfindən tsədiq olunmuş  və 
30.12.94-cü ildə Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi 
tərəfindən qeydiyyata alınmış nizamnaməsini keçmiş «Azneft» 
İB-nin nizamnaməsində QNQÇİB-nin nizamnaməsindən fərqli 
olaraq  İstehsalat Birliyinin əsas vəzifəsi və fünksiyaları daha 
dəqiq 
şəkildə ifadə olunmuşdur. «Azneft» İB-nin 
nizamnaməsində başlıca məqsəd kimi xalq təsərrüfatını 
minimal xərclər hesabına neft, qaz və onun məhsulları ilə təmin 
etmək, ölkənion, regionun, bölmənin sosial iqtisadi inkişafının 
sürətləndirilməsinə səyi artırmaq, bu məqsədlə öz kollektivinin 
və onun üzvlərinin maddi rifah halını yaxşılaşdırmaq nəzərdə 
tutulmuş  xərclərin azaldılması, birliyin iqtisadi inkişafı  və 
ümumiyyətlə  qənaət amili ön plana çəkilmişdir. Yeni 
nizamnamədə isə iqtisadi məsələlərə az yer verilmiş, onların 
bazar iqtisadiyyatının prinsipial tələblərinə uyğunlaşması o 
qədər də öz əksini tapmamışdır. Azneft İB-nin 
nizamnaməsində olduğu kimi burada da dövlət sifarişləri, 
 
100


 
bağlanmış müqavılələr, iqtiosadi normativlər, limitlər əsasında 
idarəetmə  nəzərdə tutulmuşdur. Yeni nizamnamədə Birliyin 
törəmə müəssisələri ilə qarşılıqlı münasibətləri zaif 
açıqlanmışdır ki, bu da kompleksdə islahatların aparılmasında 
hüquqi  əngəldir. Bütün bunlara yanaşı qeyd etməliyik ki, 
hazırda mövcud olan respublikaa qanunları QNQÇİB-nin 
səlahiyyətləri artırılmasında  əvvəlki dövrlərdən fərqli olaraq 
sərbəst iqtisadi münasibətlərin, o cümlədən xarici şirkətlərə 
iqtisadi qurulmasına imkan verir. Lakin təəssüflər olsun ki, bu 
imkanlardan istifadə olunmur. 
1988-ci ildə «Azneft» İB-in nuizamnaməsi təsdiq 
ediləndə onun strukturuna 34 müəssisə  və  təşkilat daxil 
edilmişdir (hazırda bu müəssisələrin sayı 50-ni ötmüşdür). Bu 
müddət  ərzində bir neçə  dəfə NQÇİ-lərin birləşməsi
iriləşdirilməsi fikirləri irəli sürülmüş  və  həyata keçirilmişdir 
lakin belə struktur dəyişiklikləri tam əsaslandırılmadığından 
son nəticidi neft və qaz hasilatının kəskin aşağı düşməsi ilə 
nəticilənmiş və yenidən əvvəlki varianta qayıdılmışdır. 
Aşağıda «Azneft» İB-nin 1988-ci il nizamnaməsində 
nəzərdə tutulmuş struktur bölmələrin siyahısı verilmişdir 
 
«Azneft» İB-nin strukturu 
(1988-ci il nizamnaməsinə görə) 
 
Struktur vahidliklərinin adları 
Dislokasiya yeri 
«Leninneft» NQÇİ 
26 Bakı Komissarı ad. NQÇİ 
«Əzizbəyovneft» NQÇİ 
«Kirovneft» NQÇİ 
«Siyəzənneft» NQÇİ 
«Şirvanneft» NQÇİ 
«Salyanneft» NQÇİ 
«Bibi-heybət» TNİ 
Qobustan TNİ 
 
Siyəzən TNİ 
Bakı şəhəri 
Bakı şəhəri 
Bakı şəhəri 
Bakı şəhəri 
Siyəzən şəhəri 
Əli-Bayramlı şəhəri 
Salyan rayonu 
Bakı şəhəri 
Bakı şəhəri 
Siyəzən şəhəri 
 
101


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə