Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

 
Təsərrüfatı  Şurasına tabe olmuş  və «Azərneftkomitə», 
«Azərneftlombinat» (sonralar «Azneft», «Azərneft 
zavodları»və «Azərneftçıxarma» birliyi və sair 
adlandırılmışdır). Böyük Vətən Müharibəsindəki xidmətlərinə 
görə isə «Azneft» İB-yi I-ci dərəcəli Böyük Vətən Müharibəsi 
ordeni ilə təltif edilmişdir. Sahənin idarə edilməsində ən böyük 
dəyişiklikləri müharibədən sonrakı dövrləri əhatə edir. Belə ki, 
müharibə qurtadıqdan sonra SSRİ-də yancaq bazasının 
möhkəmləndirilməsi ilə  əlaqədar olaraq yeni idarəetmə 
orqanlarının yaradılması  zərurəti meydana çıxmışdı. Bu 
məqsədlə 1946-ci ildə SSRİ-də neftqazçıxarma sənayesinin 2 
müstəqil mərkəzi orqan tərəfindən idarə olunması haqda ittifaq 
hpkümətinin qərarı ilə  Şərq Rayonlarının Neft Sənayesi 
Nazirliyi və Cənub-Qərb Rayonlarının Neft Sənayesi Nazirliyi
təşkil edildi. Sov. İKP MK-nın 1953-cü il plenumundan sonra 
SSRİ iqtisadyyatının idarə edilməsinə demokratik prinsiplərin 
az da olsa inkişafı naminə N.S.Xruşovun təklifi ilə bir neçə 
respublikada aparıcı sahələrin idarə edilməsini yaxşılaşdırmaq 
məqsədilə müvafiq nazirliklərin yaradılmasına razılıq verildi. 
1954-cü ildə  (1959-cu ilə kimi) «Azərneft»  İB-nin  əsasında 
Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, Azərbaycan SSR 
Neftqazçıxarma Sənayesi Nazirliyi (1965-1970) yaradıldı. 
1957-ci ildə idarəetmənin sahə prinsiplərindən ərazi prinsipinə 
keçməsi ilə  əlaqədar olaraq neft sənayesinin xalq təsərrüfatı 
şurası  tərəfindən idarə olunmasına keçildi. Bir müddətdən 
sonra, yəni 1965-ci ildə xalq təsərrüfat  şurasının ləğvi ilə 
əlaqədar olaraq İttifaq-respublika sahə nazirlikləri, o cümlədən 
SSRİ Neft Sənayesi Nazirliyi yaraıldı. Burada bir cəhəti 
qeydetmək lazımdır. Akademik A.X.Mirzacanzadə 
«Azərbaycan neft konsepsiyasının etüdləri»  əsərində müvafiq 
nazirliyin yaradılması haqqında aşağıdakı fikri diqqəti cəlb 
edir. «SSRİ-nin ilk neft və qaz sənayesi nazirlikləri yaradılan 
zamanı bir çox aparıcı azərbaycanlı mütəxəssislər bu nazirlikdə 
onlara təklif olunan yüksək vəzifə postlarında imtina etmiş 
 
96


 
lakin  əksinə olaraq ermənilər belə  təklifləri qəbul etmişlər ki, 
bununla acı nəticələrini biz hazırda duymaqdayıq»
18
. Hörmətli 
akademikimiz fikrini inkişaf etdirələk qeyd edir ki, indiki 
məqamda  əldə olan imkandan Azərbaycanın dövlət 
müstəqilliyinin möhkəmləndirilməsində onun xarici siyasətinin 
neft ehtiyatları ilə  əlaqələndirilməsində, ABŞ-da Azərbaycan 
lobbisi yaradılmalı  və bu lobbinin əsasını Azərbaycan nefti 
təşkil etməlidir. 
İdarəetmənin təkmilləşməsinin sonrakı  mərhələlərində 
ixtisaslaşma və təmərküzləşmə prinsipi əsas götürülərək əsaslı 
təmir və orta təmir, maddi texniki təchizat, nəqliyyat 
xidmətinin təşkili sahəsində tədbirlər həyata keçirildi. 
Azərbaycan respublikası müstəqilliyini  əldə etdikdən 
sonra bir müddət «Azneft» İB-i birbaşa respublika Nazirlər 
Kabinetinə tabe olmaqla fəaliyyət göstərirdi. Sonradan 
Azərbaycan  ərazisində yerləşən demək olar ki, bütün neft 
sənayesinin müəssisə  və  təşkilatları yeni yaradılmış 
Azərbaycan Dövlət Neft Konserninin tərkibinə verildi. Bu 
məqsədlə Azərbaycanda quruda neft və qaz hasilatını  həyata 
keçirən  İstehsalat Birliyi 1992-ci ildə bir müddət 
«Xəzərdənizneftqaz»  İB-də birləşərək Baş Neftqazçıxarma 
İdarəsi kimi Azərbaycan Dövlət Neft Konserninin tərkibində 
fəaliyyətdə olmuş  və 1994-cü ildə yenidən 2-müstəqil 
istehsalat birliyinə  Dənizdə Neftqazçıxarma  İstehsalat Birliyi 
və Quruda Neftqazçıxarma İstehsalat Birliyinə ayrılaraq 1994-
cü ildə yenidən təşkil edilmiş Azərbaycan Dövlət Neft 
Şirkətinin strukturuna daxil edilmişdir.Yenidən təşkil edilmiş 
İB-nin strukturunda və nizamnaməsində müəyyən dərəcədə 
keçmiş SSRİ Dövlətinin Neft Sənayesi Nazirliyinin idarəetmə 
prinsipləri hələ  də qalmaqda davam edir. Xarici kapitalın 
iştirakı ilə yaradılmış bir neçə müştərək meəssisə istisna 
olmaqla, birliyin idarəetmə strukturunda ciddi dəyişikliklər baş 
                                                           
18
 А.Х.Мирзаджанзаде,  Ч.А.Султанов  «Этюды  нефтяной  концепции 
Азербайджана». Баку 1994. 
 
97


 
verməməşdir. Məhz buna görə  də quruda fəaliyyət göstərən 
İstehsalat Birliyinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun 
yenidən təşkilinə ehtiyac və zərurət vardır. 
 
 
4.2. Quruda neftqazçıxarma kompleksində idarəetmə 
mexanizminin struktur dəyişikliklərinin aparılması  və 
zəruriliyi 
 
Keçmiş SSRİ  ərazisində yaranmış yenhi müstəqil 
dövlətlərin hamısı bazar iqtisadiyyatına keçid dövründə 
sosializmdən miras qalmış idarəetmə sisteminin dağılması, 
yeni strukturların yardılması sahəsində konkret proqramlar 
həyata keçirir. Yeni münasibətlərə uyğun idarəetmə 
strukturlarının yaradılması sosial-iqtisadi həyatın dirçəlməsi 
üçün  ən vacib şərtlərdən biridir. Əlbətdə, bu proses bir neçə 
fərman, sərəncamla həyata keçirilə bilməz. Məlundur ki, 
sosialist udarəetmə orqanlarında, milyonlarla adam çalışmışdır. 
Onların xeyli hissəsi yüksək ixtisaslı, peşəkar işçi olmaqla 
SSRİ kimi nəhəng bir ölkənin xalq təsərrüfatının inkişafında 
müstəsna rol oynamışlar.  İkinci dünya müharibəsindən sonra 
sənaye istehsalının, hərbi potensialın səviyyəsinə görə artıq 
SSRİ dünyada ikinci yeri tutmuşdur. Belə bir mövqenin əldə 
edilməsində SSRİ-də o vaxt fəaliyyət göstərən idarəetmə 
sistemin rolu da az olmamışdır. Xatırladaq ki, planlıcəmiyyətdə 
idarəetmədə  aşağıdakı  əsas prinsiplərin nəzərə alınması  zəruri 
sayılırdı: sistemlik, iqtisadi, sosial-siyasi və ideoloji 
problemlərin həllinin sıx  əlaqələndirilməsinin tələb edən 
komlekslik: təsərrüfat və siyasi rəhbərliyin vəhdəti; demokratik 
mərkəziyyət: partiyalılıq: konkret tarixi şəraitdə obyektiv 
qanunauyğunluqların və onların baş verməsinin spesifikliyini9 
nəzərə almağı  tələb edən elmilik, obyektivlik və konkretlik, 
sahələrə inzibati yanaşmanı hökmən əlaqələndirməyi irəli sürən 
ərazi sahə prinsipi və s. Əlbətdə azad bazar iqtisadiyyatı, 
mülkiyyət münasibətlərinin köklü sürətdə dəyişdiyi bir şəraitdə 
 
98


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə