Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 
Əhalidən müvafiq borcların yığılması xüsusi bir söhbətin 
mövzusudur. Sovetlər  İttifaqı dağıldıqdan sonra bazar 
iqtisadiyyatının tələbləri bir çox sahələrdə  təmin olunmadığı 
kimi, enerji, su və qaz təchizatında da köhnə xidmət üsulları 
davam etməkdədir. Rabitə kompleksində işin xüsusiyyətləri və 
spesifikliyini nəzərə alaraq rabitə pulunu yığılmasında 
müvəffəqiyyətlərə nail olmuşdur. Rabitə haqqını ödəməyən 
abonentlərin telefon rabitəsi dərhal kəsilir. Bu imkan ondan 
irəli gəlir ki, ATS-lərdə hər bir abonentin ayrıja rabitə xətti var 
və onu istənilən vaxt kəsmək mümkündür. Lakin elektrik 
enerjisi, su, qaz təchizatında bunları etmək mümkün deyildir. 
Bunun üçün də sahəyə uyğun müvafiq üsulları axtarmaq 
lazımdır. 
Müəssisələr arasında olan qarşılıqlı bircların azaldılması 
istiqamətində dövlət müəyyən tədbirlər görmüş  və 
görməkdədir. Təcrübə göstərir ki, qanun və  qərarlar bəzən 
mükəmməl olmadığı üçün onların icrası da qismən və yaxud 
yarıtmaz təmin edilir. Xüsusilə qeyd etmək lazımdır ki, 
bircların azaldılması  məqsədi ilə respublika Prezidentinin 24 
sentyabr 1996-cı il tarixli, 496 saylı  «İqtisadiyyatda qarşılıqlı 
hesablaşmalarda yaranmış  vəziyyətin aradan qaldırılması  və 
maliyyə intizamının möhkəmləndirilməsi tədbirləri» haqqında 
fərmanı çox əhəmiyyətlidir. Fərmana müvafiq olaraq Nazirlər 
Kabinetinin gördüyü tədbirlər nəticəsində bu bircların müəyyən 
qisminin ödənilməsi mümkün olmuşdur. Lakin bu proses 
ardıcıllıq, inkişaf tələb edir və bunun üçün də bu istiqamətdə 
çoxşaxəli işlər görülməlidir. Məlum olduğu kimi, respublikada 
«Müflisləşmə  və iflas haqqında» qanun qüvvədədir və bu 
qanunun normal işləməsi birclar problemində xüsusi 
əhəmiyyətlidir. Lakin bu qanun hələ ki, heç bir müəssisədə 
tətbiq olunmamışdır.  Şübhəsiz müflis və iflas müəssisələr 
mövcuddur və demək olar ki, onlar hamılıqla dövlətə 
məxsusdur. Dövlət isə bu müəssisələrin normal işləməsini 
təmin etməli və ya onların özəlləşməsini sürətləndirməlidir. 
 
80


 
Bundan başqa birclar problemi məsələsində mövcud «Enerji 
resurslarından səmərəli istifadə haqqında» qanununun 
əhəmiyyəti böyükdür. Qanuna əsasən bu resursların səmərəli 
istifadəsinə  nəzarəti həyata keçirən Enerji nəzarəti orqanının 
yaradılması  nəzərdə tutulur və ona geniş  səlahiyyətlər verilir. 
Bu məsələ indiki məqamda çox əhəmiyyətlidir. Sir deyil ki, 
debitor və kreditor bircları  məsələsində  də  şişirtmələr 
mövcuddur. Yeni qurum uçotdan yayınma və digər neqativ 
hallarının qarşısını ala bilər. Müvafiq qurum tam yaradıldıqdan 
sonra bu sahədə israfçılığa son qoyula bilər. Borcların 
azaldılması daim dövlətin diqqəti və nəzarəti altında olmalı və 
dövlət daim bu prosesi tənzimləməli və  təsirli tədbirlər 
görməlidir. Bu gün iqtisadiyyatın strukturunda köklü 
dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminə uyğun 
təsisatlar və iqtisadi münasibətlər qurulur. Lakin birclar 
problemi həllində belə köklü dəyişmələr təşəkkül tapmır. 
Maraqlı hallardan biri də odur ki, bir çox mərkəzi icra 
hakimiyyəti orqanları  (nazirlik, komitələr) öz təsərrüfatlarında 
mövcud olan daxili borcları qarşılıqlı  əvəz olunmasına ciddi 
təşəbbüs etmirlər. Bu orqanların çoxu təsərrüfatçılıqla məşğul 
olaraq tənzimləmə funksiyalarını yerinə yetirmirlər ki, bu da 
problemin həllini daha da kəskinləşdirir. 
Özəlləşdirmə prosesi ilə  əlaqədar bir çox müəssisə  və 
təşkilatlar özəlləşən zaman onları bircu problemi əhatəli həll 
edilmir. Yeni sahibkarlar köhnə dövləti bircları geri 
qaytarmağa meyilli deyirlər. Respublika Dövlət  Əmlak 
Komitəsi isə özəlləşdirmə prosesində müəssisələrin digər 
dövlət müəssisələrinə birclarının qaytarılması sahəsində  işi 
gücləndirməlidir. Bu haqda DƏK-də artıq müvafiq əsasnamə 
təsdiq edilmişdir. Lakin onun işləməsinin müntəzəmliyi təmin 
olunmalıdır. Qeyd etdiyimiz kimi, son illər borclar probleminin 
həllində respublikamızda o qədər müsbət dayişikliklər baş 
verməmişdir. Konkret faktlar göstərir ki, müəssisələrin maliyyə 
vəziyyəti çox ağırdır. Onların biri-birinə borcları yüksək həddə 
 
81


 
çatmışdır. Qarşılıqlı borcların azaldılması sahəsində görülən 
tədbirlər o qədərdə səmərə ilə nəticələnməmişdir. Belə vəziyyət 
neftqazçıxarma sənayesində  də ciddi problem olaraq 
qalmaqdadır. QNQÇİB-də borcların məbləği yüz milyard 
manatlarla ölçülür. 01.01.1997-ci tarixinə QNQÇİB-in debitor 
borclarının 631,8 milyard manata bərabəedir. Kreditor borcları 
isə 580,9 milyard manat həcmindədir. Borc saldosu +50,9 
milyard manata bərabərdir. 1997-ci ildə isə borclar müvafiq 
olaraq milyard manat həddini aşmışlar. Hazırda borcların 
qarşılıqlı azaldılması üzrə müxtəlif tədbirlər həyata keçirilir. 
Yaxın zamanlarda borcların tam əvəzləşdirilməsi, onların 
qənaətbaxş minimuma endirilməsini gözləmək çətindir. 
Sübhəsiz ki, müəyyən məsələlərin həlli QNQÇİB-nin 
səlahiyyətləri xaricindədir. Qeyd etmək lazımdır ki,. Inzibati 
üsullarla direktiv göstərişlərlə,  əmlərlə, borcların azalmasını 
təmin etmək bazar münasibətləri şəraitində qeyri-mümkündür. 
Burada hər bir hal ayrıca təhlil edilməsi, ən başlıca cəhət ondan 
ibarət olmalıdır ki, borcların iqtisadi anatomiyası  tədqiq 
edilsin.  
QNQÇİB-də neftin satışı Respublikanın bütün neft 
kəmərlərini inhisarda saxlayan ARDNŞ-in Magistral Neft 
Kəmərləri  İstehsalat Birliyinə  (MNKİB) reallaşdırılması yolu 
ilə mümkündür. MNKİB-yi isə  qəbul etdiyi neft məhsullarını 
emal zavodlarına  («Azərneftyanacaq», «Azərneftyağ»  İB-lər
satır. Bu zavodlar emal etdiyi məhsulların böyük əksəriyyətini 
yenə  də ARDNŞ-in «Azərnefttəhcizat»  İB-yə, «Azərenerji» 
Səhmdar Cəmiyyətinə  və müəyyən hissəsini də digər 
istehlakçılara satır. Son mərhələdə neft məhsullarının böyük 
əksəriyyəti «Azərnefttəchizat»  İB və «Azərenerji» SC 
vasitəsilə sonuncu istehlakçılara çatdırılır. Sonuncular isə yenə 
də  məhsulların haqqının ödənilməsi imkanlarına real malik 
deyillər. QNQÇİB-də hasil olunan qaz isə «Azəriqaz» QSC-yə 
satılır. «Azəriqaz» QSC-də öz növbəsində qazı «Azərenerji» 
SC-yə,  əhaliyə, sənaye, büdcə  təşkilatlarına və digər 
 
82


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə