Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 
QNQŞİB 1997-ci ili 68,4 milyard manat mənfəətlə başa 
vurub. Müxtəlif növ vergilər üzrə dövlət büdcəsinə 202 
milyard manat vəsait köçürülüb (1996-cı ilin səviyyəsindən 41 
milyard manat çox). Göründüyü kimi QNQŞİB-in maliyyə 
vəziyyətinin yaxşılaşdırılması respublika büdcəsinin artımına 
təsir göstərir. Belə ki, müxtəlif növ vergilər üzrə büdcəyə 
ödənişlər büdcədən maliyyələşən sahələrin maliyyə vəziyyətini 
yaxşılaşdırır.  Əmək məhsuldarlığının artırılması  tədbirlərini 
həyata keçirdikdə isə daha çox mənfəət  əldə edilə bilər. Bu 
məqsədlə isə ilk növbədə  işçilərin sayının hasilata 
proporsionallığı təmin edilməlidir. 
Hazırda quruda neftqazçıxarma idarələri üzrə  işçi 
qüvvəsinin hərəkəti intensivliyi ilə  fərqlənir. Hesablamar 
göstərir ki, il ərzində  işdən çıxanlar işçilərin orta illik sayının 
15-17 faizini təşkil edir. İşçilərin işdən getmə əmsalının yuxarı 
olması tərəfədən ildən-ilə bu sahədə işçilərin obyektiv azalması 
ilə izah edilsə  də, bir sıra hallarda iş,  əmək  şəraitinin işçini 
təmin etməməsi üzündən irəli gəlir.  İşdən çıxma səbəbləri 
arasında əmək haqqının az olması amili üstün yer tutur. (60%). 
Qeyd etmək lazımdır ki, əhalinin sosial müdafiəsi məsələləri 
dövlətin iqtisadi siyasətinin  əsasını  təşkil edir və bu sahədə 
ardıcıl səmərəli iş aparılmalıdır. QNQŞİB-də sosial məsələlərin 
həllinə mnasibət yaxşı  səviyyədədir və buna mial olaraq 
göstərmək kifayətdir ki, 1996-cı ildə 16746 kv.m., 1997-ci ildə 
21562 kv.m. mənzil sahəsi istifadəyə verilmişdir. 300-dən çox 
neftçi ailəsi yeni mənzillərə köçmüşdür. Məlum olduğu kimi, 
neftqazçıxarma sənayesində  əmək haqqı orta respublika 
səviyyəsindən yuxarıdır. Lakin sosial ehtiyacların ödənilməsi 
baxımından kifayət deyildir. Məhz buna görə  dəbu amil üzrə 
işdən çıxmaların artması meyli diqqəti cəlb etməlidir. 
Araşdırmalar göstərir ki, sahədə bazar münasibətləri şəraiti ilə 
bağlı sosioloji tədqiqatların aparılmasına ciddi ehtiyacı vardır. 
İş yerlərinin ixtisarı  ağır məsələ olsa da belə proses bazar 
iqtisadiyyatının tələblərindən doğur. Bundan başqa elmi-
 
77


 
texniki tərəqqi inkişaf etdikcə, kompüterləşmə genişləndigcə 
fiziki əməkdən istifadə də azalmağa meyl edir. 
Kompleks amillərin təhlili göstərir ki, QNQÇİB-də əmək 
məhsuldarlığı problemi qarşıdakı dövrün, iqtisadi islahatların 
həyata keçirilməsi prosesində  çətin problemlərdən biri 
olacaqdır. Buna görə  də problemin həllinə kömək edən bütün 
imkanlardan istifadə edilməlidir. 
 
 
3.3. «Ödəməmələr» problemi 
 
Quruda neft sənayesinin hazırki vəziyyətində müşahidə 
olunan enmə proseslərinə digər amillər də  təsir etmişdir. 
Satılan neftin məbləğinin uzun müddət ödənilməməsi, fəhlə və 
qulluqçuların  əmək haqqlarının və müavinətlərinin ödənişində 
gecikmələr sahənin sabit inkişafına maneəçilik törədir. 
İqtisadiyyatın digər sahələrindəki vəziyyət, debitor, kreditor 
bircları problemi, qeyri ödənclərin böyük miqyaslı olması 
neftqazçıxarma müəssisələrinin maliyyə  vəziyyətini xeyli 
pisləşdirmişdir. 
Respublikada iqtisadi islahatların səmərəsinə maliyyə-
kredit sistemində mövcud olan ödəməmələr problemi olduqca 
ciddi təsir göstərir. Mövcud problem bütün postsovet ölkələrini 
də bürümüşdür. Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 
iqtisadçı alim N.Şmelyov göstərir ki, ödəmələr problemi 1992-
ci ildən Rusiya iqtisadiyyatını sarsıdan ən kəskin faktordur. Bu 
fikir MDB-nin digər ölkələrinə, o cümlədən bizim respublikaya 
tam şamil edilə bilər. 
«Не  существует  какой-либо  одной  меры  или  даже 
комплекса  мер,  принятие  которых  в  реально  сложившихся 
условиях  могло  бы  ликвидировать  кризис  неплатежей  раз  и 
навсегда. 
Без 
устранения 
глубинных 
причин 
общеэкономического характера серьезнейшей корректировки 
курса  реформ  с  целью,  с  одной  стороны,  усиления 
государственного  вмешательства  в  экономику,  а  с  другой-
 
78


 
создания  максимального  благоприятных  условий  для 
развития  истинного  частного  предпринимательства  кризис 
неплатежей будет неизбежно возобновляться в том или ином 
его виде как это уже не раз происходило за годы реформ».
14
 
«Ödəmələr» Azərbaycan iqtisadiyyatında da baçlıca 
problem olaraq qalır. Hazırda ödəniş qabiliyyəti olmayan və 
yaxud məhdud olan müəssisələr haqqını ödəyə bilmədiyi enerji 
daşıyıcılarından, kommunal və  nəqliyyat xidmətlərindən 
istifadəni davam etdirir. Büdcə  təşkilatları da yanacaq-
energetika kompleksi müəssisələrinə müvafiq bircları 
qaytarmaq qabiliyyətli deyirlər. «Borclar» problemi 
respublikamızda Sovetlər  İttifaqının tərkibində olduğumuz 
vaxtdan mövcud olsa da bu gün daha iri miqyaslı  və  şəbəkəli 
qalmaqdadır. Məlum olduğu kimi, sosialist iqtisadi sistemində 
debitor və kreditor birclarını yuxarı icra orqanları səviyyəsində 
hökumət özünün nəzarətində saxlamış  və  tənzimləmişdir. 
Müvafiq sürəkli yerli bircların olmasına qarşı isə inzibati 
tədbirlər görülmüşdür. Debitor və kreditor bircları problemi 
çox vaxt partiya iclaslarında, təsərrüfat yığıncaqlarında 
müzakirə mövzusu olmuşdur. Respublikada mövcud borcların 
hazırda mütləq əksəriyyəti dövlət sektorunu əhatə edir. Dövlət 
və özəl təşkilatları arasında olan müəyyən qisim borclar da 
mövcuddur. Özəl təşkilatlar arasında olan borclar isə demək 
olar ki, yoxdur və yaxud sürəkli deyildir. Dövlət kompleksində, 
birclar, su, qaz, elektrik enerjisi təchizatı, xidmət, nəqliyyat, 
kommunal təsərrüfatı  və qismən də digər sahələri  əhatə edir. 
Bundan başqa respublika əhalisinin də dövlətə kreditor bircları 
milyardlarla manat həcmindədir və müvafiq bircun gün-gündən 
artması, onun yığılmasının səmərəli təşkil olunması, bu sahədə 
israfçılıq, qeydə alınmama, uçotdan yayınma və digər neqativ 
halların da mövcudluğu ölkə iqtisadiyyatına zərbə 
vurmaqdadır. 
                                                           
14
Н.Шмелев. «Неплатежи  проблема  номер  один  Российской 
экономики». «Вопросы экономики» №4, 1997, стр.26. 
 
79


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə