Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

 
Cədvəl 8 
 
QNQÇİB-nin 1994-1996-cı illərdə gəlir və xərclərin sahələr 
üzrə xüsusi çəkisinin bölgüsü 
 
1994 
1995 
1996 
İstehsal və 
xidmət 
sahələri 
gəlir 
xərc 
gəlir 
xərc 
gəlir 
xərc 
Sənaye 
74,5 75,5 82,8 81,0 75,8 78,4 
Qazma 
10,5 16,1 8,0 10,9 9,4  9,9 
Tikinti 
12,6 7,0 8,1 7,3 13,3 10,8 
Geologiya 
0,2 0,1 0,1 0,1 0,1 0,1 
Elm 
1,1 0,1 0,4 0,2 0,5 0,2 
Təhcizat 
0,8 0,1 0,5 0,4 0,7 0,4 
Ticarət 
0,3 0,4 0,1 0,1 0,2 0,2 
Ümumi 
100,0 100,0 100,0 100,0 100,0 100,0 
Son illərdə istehsal xərclərinin təsnifatı, maya dəyərinə 
daxil edilən xərclərin tərkibi haqqında mətbuatda elmi-iqtisadi 
aədəbiyyatlarda çoxlu mübahisələr aparılmış, bu göstəricilərin 
uçotu, iqtisadi işdə rolu ilə bağlı müxrəlif fikirlər söylənmişdir. 
Belə ki, bir sıra xərclərin maya dəyərinin tərkibinə daxil 
edilməməsi və ya bir müddət  əmək haqqının yalnız dörd 
mislinin istehsal xərclərinə aid ediməsi, qalan hissəsinin 
mənfəət hesabına ödənilməsi real vəziyyəti  əks etdirmirdi. 
İqtisadi  ədəbiyyatların təhlili göstərir ki, MDB ölkələrinin 
hamısında bu kimi problemlər mövcud olmuş və həmin ölkələr 
maya dəyərinin tərkibinin yeni bazar münasibətlərinə uyğun 
olaraq müəyyən edilməsi ilə bağlı müvafiq metodik xarakterli 
sənədlər, əsasnamələr təsdiq etmişlər. Belə bir sənəd 16 avqust 
1996-cı ildə Respublika Nazirlər Kabineti tərəfindən də təsdiq 
edilmişdir. 
Mövcud  əsasnaməyə gorə  məhsulun (işin, xidmətin
maya dəyərini  əmələ  gətirən  əsas xərclər onların iqtisadi 
məzmununa görə aşağı elementlər üzrə qruplaşdırlır: 
 
56


 
 
material xərcləri (qaytarılan tullantıların çıxılmaqla); 
 
əmək haqqı xərcləri; 
 
sosial ehtiyaclara ayırmalar; 
 
əsas fondların amortizasiyası; 
 
sair xərclər. 
Hazırda qəbul olunmuş 
əsasnamədə müəyyən 
dəyişikliklər həyata keçirilmişdir və bazar iqtisadiyyatının 
tələblərinə uyğun olaraq burada təkmilləşmə, tənzimləmə 
prosesləri davam etdiriləcəkdir. 
Bu və ya digər nazirlik, komitə, dövlət  şirkətləri sahə 
xüsusiyyətləri ilə bağlı,  əsasnamədə öz əksini tapmayan digər 
spesifik istehsal xərclərini Respublika İqtisadiyyat və Maliyyə 
Nazirlikləri ilə razılaşdıqdan sonra maya dəyəri (işin, xidmətin
tərkibinə daxil edə bilərlər. QNQÇİB istehsal spesifikliyinə 
uyğun olaraq bu sahədə  tələb edilən müvafiq işləri ciddi 
nəzərdən keçirilməli, maya dəyərinin uçotunun 
təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər və mühüm 
komponentləri müəyyən etməlidir. 
 
 
2.3. Quruda neftqazçıxarma sənayesində istehsal 
xərclərinin azaldılması imkanları və perspektivləri 
 
Quruda neftqazçıxarma sənayesində istehsal xərclərinin 
azaldılması imkanları çoxdur. Bunun üçün isə sahədə müəyyən 
təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi zəruridir. Bütün 
bunlara müvafiq olaraq isə istehsal xərclərinin hər bir element 
üzrə azaldılması imkanları müəyyən edilməli, bütünlükdə 
kompleksin fasiləsiz işləməsini, yüksək  əmək məhsuldarlığını 
təmin etmək üçün elmi əsaslandırılmış  tədbirlər həyata 
keçirilməlidir.Qeyd etmək lazımdır ki, neftqazçıxarma 
sənayesində istehsal xərclərin quruluşu bir sıra spesifik 
xüsusiyyətlərlə xarakterizə edilir. Ən başlıca cəhət ondan 
ibarətdir ki, başqa səhalərdən fərqli olaraq amortizasiya 
 
57


 
xərcləri bütün istehsal xərclərinin ən çox hissəsini (45-48%-ni
təşkil edir. Müqayisə üçün onu göstərmək olar ki, neft emalı 
sənayesində bu rəqəm uzun bir dövr əzində 2,7-4,5% kimya və 
neft kimyasında 6-9%, maşınqayırma və metal emalında 3-
4,5%, tikinti materialları sənayesində 7-11% arasında tərəddüd 
etmışdır. Neftqazçıxarma sənayesində amortizasiya ilə bağlı 
xərclərin yüksək olması burada əsas fondların həlledici 
hissəsini özündə  cəmləşdirən qurğular, o cümlədən quyuların 
baha başa gəlməsi ilə bağlıdır. Ona görə  də quyu fondundan 
səmərəli istifadə, onların hər bir yataq üzrə optimal sayının 
müəyyən edilməsi əsaslı vəsait qoyuluşundan səmərəli istifadə 
edilməsi mühüm amillərindəndir. Məlumdur ki, istismarla 
əlaqədar bir çox qurğular, avadanlıqlar və digər bu kimi əsas 
fondlar istifadəsiz həddə  gəlib çıxmışdır. Hazırki  şəraitdə bu 
fondlardan səmərəli istifadə edilməli, lüzumsuz əsas vəsaitlərin 
balansdan silinməsi və ya satılması mümkün olduqda bu işi 
reallaşdırmaq lazımdır. Neftqazçıxarma sənayesində istehsal 
xərclərinin xeyli hissəsi qurğuların, quyu fondunun payına 
düşür. Quyu fondunun istifadəsinin səmərəliliyini artırmaq 
hesabına neftin maya dəyərini xeyli dərəcədə  aşağı salmaq 
mümkündür. Təəsüflə qeyd etmək lazımdır ki, son illərdə bu 
sahədə  də statistik informasiya xeyli məhdudlaşmışdır. Bu 
mühüm problemin dinamikasında baş verən meylləri daha 
ətraflı  şərh etmək məqsədi ilə son 60 ildə quyu fondundan 
istifadə ilə bağlı  məlumatlara nəzər yetirək. 1932-ci ildə 
respublikda 12 milyon ton neftin 71,4%-i köhnə, 28,6%-i yeni 
quyulardan çıxarıldığı halfa 1960-ci ildə bu nisbət 92,3 və 
7,7% 1960-cı illərin sonunda 5% arasında tərəddüd etmişdir. 
1990-cı illərin başlayaraq isə müvafiq nisbət yenə  də köhnə 
quyuların xeyrinə  dəyişməyə meyl etmışdır. Bir işlənmiş 
quyu/ay göstəricisinə görə neft quyularının orta debiti 1960-cı 
ildə 117,5 ton, o cümlədən «Binəqədineft» NQÇİ üzrə 57,9 
ton, «Balaxanıneft» NQÇİ üzrə 64,8 ton H.Z.Tağıyev adına 
NQÇİ üzrə 129,7 ton 1969-ci ildə isə bu rəqəmlər 
 
58


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə