Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

 
sənaye məhsulunun qənaətbəxş olmayan mübadiləsi şəraitində 
onların ölçüyəgəlməz artımı ilə nəticələndi. 
Bu dövrdə neftqazçıxarma sənayesində olunduğu kimi, 
xam neftin qiymətinin qaldırılması  ən kəskin problem kimi 
qarşıda dururdu. Həmin müddət  ərzində neftin topdansatış 
qiyməti 17,6 dəfə artaraq 2200 manata, 1 milyon m
3
 qazın 
qiyməti 5,8 dəfə artaraq 87,5 manata çatdırıldı. Qeyd 
olunuduğu kimi, «Azərneft»  İB-nə Sovetlər  İttifaqında uzun 
illər «pentabelli» olmayan bir qurum kimi baxılımış hasilata 
çəkilən xərcləri az planlaşdırmış, onu süni sürətdə  zərərlə 
işləyən təşkilata çevirmişdir. Zərərləri isə sabirləşdirmə 
fondunun hesabına, dotasiya şəklimdə ödəmişdir. 
Əlbətdə ilk vaxtlarda bu sahələrdə qiymət islahatını 
aparmaq o qədər də sadə məsələ deyildi. Neft və qaz istehsalı 
bəlidir ki, respublikada iqtisadiyyatının digər sahələri ilə  sıx 
əlaqədardır. Qiymətlərin sürətli artımı  məhsulun keyfiyyətinin 
o qədər də yüksək olması ilə fərqlənməyən sənaye sahələrinin 
vəziyyətini xeyli pisləşdirə bilərdi. Buna baxmayaraq 
«Azərneft» və «Xəzərdənizneftqaz» istehsalat birlikləri üzrə 
neftin qiymətinin qaldırılması  və bu məsələnin respublika 
höküməti səviyyəsində həll edilməsi məsələsi obyektiv zərurətə 
çevirildi. Respublika iqtisadiyyatının aparıcı sahələrindən biri 
olan neftqazçıxarma sənayesində qiymət problemi ən ağır, eyni 
zamanda çoxlu suallar, problemlər doğuran bir məsələdir. Bu 
problemin son illər  ərzindəki (sərt planlaşma sistemi və azad 
iqtisadiyyat  şəraitində) dinamikasının təhlili elmi əhəniyyət 
kəsb edir. 
Respublikamızda 1992-ci ildə neft və enerji 
daşıyıçılarının qiymətinin qaldırılması ilə  əlaqədar ilk mühüm 
qərar qəbul edilmişdi. Neftin və qazın qiyməti kəskin qaldırılsa 
da bu hədd yenə  də sahəni idarə etmək üçün kifayət deyildi. 
Yeni iqtisadi sistemə keçid iqtisadi sarsıntılarla müşayiət 
olduğundan neftqazçıxarma sənayesində SSRİ dövlətinin 
dağıldığı ərəfədə başlanmış böhran daha kəskin xarakter alırdı. 
 
47


 
Sahadə istifadə edilən avadanlıqların, materialların və kimyəvi 
reagentlərin, elektrik enerjisinin qiymətləri tez-tez artmaya 
məruz qalırdı. Neftqazçıxarma müəssisələrinin maliyyə 
vəziyyəti isə daha da ağırlaçırdı. Hasilatı sabitləşdirmək, onun 
azalmasının qarşısını almaq üçün isə küllü miqdarda vəsait, o 
cümlədən valyuta lazım idi. Daxili ehtiyat mənbələrinin və 
digər vəsaitlərin olmaması, səngimək bilməyən inflyasiya 
neftin qiymətlərinin tez-tez artırılmasını  zəruri edirdi. 
Qiymətlərin vaxtaşırı  dəyişdirilməsi sahədə  ətraflı iqtisadi 
təhlinin aparılmasına maneçilik törədirdi. Bu təhlil bir də ona 
görə  çətinləşir ki, inflyasiya səviyyəsi sürətlə artaraq yüksək 
zərvəyə çatmaqda idi. Nazirlər Kabinetinin qərarına  əsasən 
neftin orta topdansatış qiyməti yenə  də artırılaq 1 ton üçün 
6056 manat qəbul edildi. Bu qiymət neft sənayesinin inkişafı 
üçün nəzərdə tutulmuş sabitləşdirma fondunun 
formalaşmasına, sahədə  əmək haqqının artırılmasına, sosial 
problemlərin həllinə müvəqqəti də olsa xeyli imkan yaratdı. 
Bunula belə, respublika iqtisadiyyatını cuğlamış böhranlı 
vəziyyət inflyasiyanın yüksək artım faizi, digər tərəfədən isə 
respublikaya kənardan gətirilən maşın və avadanlıqların 
qiymətlərinin də yüksək olması istehsal birliyinin bütün 
müəssisələrində ahəngdarlığın pozulmasına, hasilata bağlı 
geoloji texniki və digər istehsal tadbirlərin lazımı  səviyyədə 
həyata keçirilməsinə imkan vermirdi. 1994-cü ildə  də 
inflyasiyan yüksək dərəcədə davam edirdi. QNQÇİB-yə daxil 
olan bütün müəssisələr isə ili zərərlə başa vurmuşlar. 
Bütünlükdə QNQÇİB 1,529 milyard manat zərər çəkmişdir ki, 
onun da 987 milyard manatı bilavasitə hasilatla bağlı olmuşdur. 
1995-1996-cı illərdə neftin və digər enerji daşıyıçıların 
qiymətinin qalxması ilə əlaqədar olaraq QNQÇİB-nin maliyyə 
fəaliyyətində ciddi dəyişikliklər baş verdi. Bu illərdə 
qiymətlərin qalxması təhlil olunan göstəricilərin həcminə daha 
çox təsir etmişdir. 1996-cı ildə neft hasilatı artmadığı bir 
şəraitdə qiymət amili hesabıma gəlirlərin həcmi 756 milyard 
 
48


 
manat, yəni 1994-cü il səviyyəsindən 18 dəfədən çox, xərclər 
isə 15 dəfə artmışdır. Sahə üzrə mənfəətin ümumi miqdarı 123 
milyard manat təşkil etmişdir. Göründüyü kimi qiymətlərin 
sürətlə artması meftqazçıxarma sənayesinin maliyyə 
vəziyyətini xeyli yaxşılaşdırmışdır. Təəsüflə qeyd edilməlidir 
ki, bu illər üzrə neftqazçıxarma sənayesinin bir çox sahələrində 
iqtisadi proseslərin dinamikasının öyrənilməsində çoxlu 
çətinliklər yaranmışdır. İldən-ilə statistik göstəricilərin sayı və 
əhatə dairəsi sahədə azalmağa meyl etmiıdir. Azərbaycən 
dünyada neftqaçıxarma sənayesinin inkişafında özünə  məxsus 
yüksək yer tutur. Bununla əlaqədar sahə ilə bağlı statistikanın, 
iqtisadi informasiyanın təkmilləşdirilməsi, onun daha əhatəli 
olmasının heç bir maliyyə problemindən asılı olmayaraq təmin 
edilməlidir. 
1996-cı ilin dekabr ayının 15-dən etibarən Azərbaycan 
höküməti ilə Beynəxalq Valyuta Fondu arasındakı razılaşmaya 
əsasən ARDNŞ neftin satış qiyməti ƏDV də daxil olmaqla 328 
min manata çatmışdır ki, bu da neftin vaxtkı dünya qiymətin 
60-70%-i həddində idi. 
Bu dövrürdə ARDNŞ-də neftin satışının ümumi qiyməti 
328 min manat olduğu halda QNQÇİB-də 1 ton neftin satış 
qiyməti 500 min manat (DNQÇİB-də 287 min manat) təşkil 
etmişdir ki, bu da dünya qiymətləri səviyyəsinə  bərabər 
olmuşdur. 
Quruda NQÇİB-nin daxilində isə neftin satış qiyməti 
neftin maya dəyəri müxtəlifliyini nəzərə alaraq fərqli müəyyən 
edilmişdir. Bu cür siyasət indi də obyektiv zərurət kimi qəbul 
olunmaqdadır. Elə bu səbəblədə, 1996-cı ildə NQÇİ-lər üzrə 
neftin 1 tonunun qiyməti aşağıdakı kimi olmuşdur. 
 
 
 
 
 
 
 
49


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə