Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   45   46   47   48   49   50   51   52   53

 
etmişdir ki, qurudakı neft yataqları  həqiqətən çox böyük 
potensiala malikdir. Bundan başqa Azərbaycanda işçi qüvvəsi 
kimi amillər və yeni ehtiyatların kəşfi üçün imkanlar var-həmin 
sərgidə  iştirak edən digər «Amirada hess» (ABŞ)  şirkətinin 
prezidenti Sem Leydlou qeyd etmişdir ki, Əsas cəlbedici amil 
Azərbaycandakı sabitlik və yerli kadrların yüksək 
səviyyəsidir
29
. Göründüyü kimi, Azərbaycanda xarici sərmayə 
üçün kifayət qədər imkan mövcuddur. 
Son illərdə bu sahədə müəyyən addımlar atılmışdır. Bu 
gün quruda neftqazçıxarma kompleksində artıq xarici kapitallı 
5 müştərək müəssisə fəaliyyət göstərir. Bunlar aşağıdakılardır: 
Birinci müştərək müəssisə «Azərpetoyl» adlanır. Bu 
müəssisə Sovetlər İttifaqının mərhələsində yaranmış onun ilkin 
nizamnaməsi SSRİ qanunları  əsasında təşkil edilmişdir. 
«Şirvanneft» NQÇİ-in istismar obyekti olan «Kəlamməddin» 
yatağı üzrə  təşkil edilmiş  (ARDNŞ-lə Türkiyənin «PETOYL» 
Şirkəti) Azərbaycan-Türkiyə müştərək müəsssisəsi 
«Azərpetoyl» məlum səbəblər üzündən gecigərək 1992-ci ilin 
mart ayından fəaliyyətə başlamışdır. Müştərək müəssisənin 
fəaliyyəti 40 illik müddət ümün nəzərdə tutulmuşdur. (Paylar 
bərabər 50% həcmindədir). 
İkinci, müştərək müəssisə «Anşad-Petrol» keçmiş 
«Neftçalaneft» NQÇİ-in bazası əsasında yaradılmış «Neftçala» 
və «Xıllı» yataqlarını  əhatə etməklə mart 1994-cü ildən 
fəaliyyət göstərən Azərbaycan-Türkiyə müştərək müəssisəsidir. 
(Paylar 51%-ARDNŞ, 49%-Türkiyə «Atil Doqan Petrol» 
Şirkəti). 
Üçüncü, müştərək müəssisə «Azgerneft» 1994-cü ilin 
noyabrında «Balaxanıneft» NQÇİ-in 7-ci neftqazçıxarma 
mədəni bazasında təşkil edilmişdir. (Payçılar ARDNŞ-40% 
Almaniyanın Qrunvald İnterneşnl LTD 60%-25 illik 
müddətində). 
                                                           
29
 «Azərbaycan» qəzeti 3.iyun 1998. 
 
 
150


 
Dördüncü, xüsusi statuslu müştərək müəssisə BMB OYL 
İNK, «Prodakşın  Şerrinq» prinsipi əasında Azərbaycan-ABŞ 
müştərək müəssisəsi 1994-cü ildə yaradılmışdır. Müştərək 
müəssisənin fəaliyyət zonası sahəsi 909,5 km olan «Qarabağ», 
«Unbakı» və «Korgöz» yataqlarındadır. 
Beşinci müştərək müəssisə 1997-ci ildə  «Şirvanneft» 
NQÇİ-nin bazası  əsasında yaradılmış Böyük Britaniya-
Azərbaycan müştərək müəssisəsidir və  «Şirvan OYL MM» 
adlanır. 
Bu müştərək müəssisələrin hamısında iqtisadi 
mübahisələri Avropa ölkələrinin arbitraj məhkəmələrində  həll 
etməsi nəzərdə tutulmuşdur. Mütəxəssislərin fikrincə, bu 
müştərək müəssisələrin yaradılmasında tələskiyə, 
oerspektivlərin düzgün müəyyən olunmamasına xarici tərəfin 
üstünlüyünə daha çox yer verilmişdir. Belə ki, neft-qaz 
hasilatının sutkalıq norması  aşağı  həcmdə planlaşdırılmış, 
dəqiq nəzarət sistemi nəzərdə tutulmamışdır. Daha sonra bu 
müəssisələrin yerləşdiyi  ərazidə  əvvəlki neftqazçıxarma 
təşkilatına mənsub olan əsas vəsaitlərin çox hissəsi balansına 
verilməmişdir. Bu ərazilərdə QNQÇİB-nə  mənsub yollar, 
köməkçi istehsalat məntəqələri o cümlədən «Neftçalaneft» 
NQÇİ-yə  mənsub Kür çayının üzərindəki körpü də balansdan 
kənarda qalmışdır. Bu müəssisələr yaradılan zaman xarici 
investorların hesabına neft-qaz hasilatının artırılması  nəzərdə 
tutulsa da, lakin hələlik belə  tərəqqiyə nail olunmamışdır. 
Əlbətdə, quruda yaradılmış müştərək müəssisələrin fəaliyyətini 
dənizdəki neft yataqlarının istismarı prosesində  iştirak edən 
xarici investorlarla müqayisə etmək olmaz. Əvvəla, dənizdə 
bağlanmış neft müqavilələri əsasən istismarı başlanmamış neft 
yataqlarını  əhatə etmış, öz nəhəngliyi, kapital qoyuluşları 
bənzərsizliyi, iri miqsaylı olamsı ilə  fərqlənir. Bəllidir ki, bu 
yataqların xüsusilə yalnız Azərbaycanın hesabına istismarı 
indiki  şəraitdə maliyyə resusrları baxımından qeyri 
mümkündür. Ancaq bu da bir həqiqətdir ki, zəngin neft 
 
151


 
yataqlarının istifadə edilməsi müstəqilliyini qazanmış 
Azərbaycan Respublikasının iqtisadi dirçəlişinin 
möhkəmləndirilməsi üçün ən həlledici məsələdir. Quruda 
fəaliyyət göstərən bu müştərək müəssisələrin neft hasilatında 
oynadığı rolu təhlil edilərkən müəyyən olunmuşdur ki, onların 
statusu optimal idarə edilməyə çox əlverişlidir. Müqayisə üçün 
qeyd edək ki, QNQÇİB-də 1994-cü ildən maliyyə 
əməliyyatlarının  əksəriyyətinin aparılması, təchizat,neft, qaz 
satışı  mərkəzləşdırılmış, törəmə müəssisələrə isə yalnız  əmək 
haqqlarının verilməsi üzrə bank, kassa əməliyyatlarının 
aparılmasına məhdud çərçivədə  sərbəstlik verilmişdir. 
Müştərək müəssisələrdə yalnız neft-qaz hasilatı 
planlaşdırılması  mərkəzləşdirilmiş, digər sahələrdə isə 
Azərbaycan Respublikasında «Müəssisələr haqqında» qanuna 
və beynəlxalq qanunvericiliyə uyğun geniş  səlahiyyətlər 
verilmişdir. Bu müəssisələrə NQÇİ-lərdən fərdli olaraq 
plandan  əlavə hasil edilən neftin sərbəst satışında dq icazə 
verilmişdir. Müştərək müəssisələr sərbəst təchizat, satış, 
maliyyə  məsələlərini həll edirlər. Onların hətta istehsalat 
maliyyə təsərrüfat fəaliyyətinin təftişini keçirməyə QNQÇİB-in 
hüquqları belə yoxdur. (Azərbaycan respublikasında müştərək 
müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin mövcud 
qanunvericiliyə görə müstəqil auditorlar həyata keçirirlər). 
Daha döğrusu  İstehsal Birliyinin müştərək müəssisələrin 
maliyyə-təsərrüfat fəaliyyətinə  nəzarət etmək imkanları çox 
məhduddur. Hətta bu faktı ARDNŞ-in vitse prezidenti cənab 
İ.H.Əliyev müsahibələrinin birində  də  təsdiq etmişdir
«qurudakı müştərək müəssisələrin fəaliyyətinə son zamanlar 
hüç kim nəzaərt etmir»
30
 
Hazırki durumda quruda mövcud ölü yataqların 
dirildilməsi layihələrini gerçəkləşdirmək məqsədi ilə xarici 
investorıarı  cəlb etməklə birgə müəssisələrin yaradılması  və 
həmçinin, prosesi həyata küçirmək üçün yeni yataqların 
                                                           
30
 «Ayna» qəzeti №50. 14 dekabr 1996-cı il. 
 
152


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə