Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

 
proses daha geniş miqyasda davam etdirilməlidir.  
Yalnız mütərəqqi təcrübəyə əsaslanmış belə istiqamət həm 
respublikada, həm də onun neft sənayesində iqtisadi 
islahatların dərinləşməsinə  və  səmərəli inkişafına təkan verə 
bilər. 
 
 
4.4. Yanacaq sənayesinin restruktizasiya problemlər 
 
SSSR-i dövləti dağıldıqdan sonra Rusiya Federasiyası 
özünün yanacaq energetika kompleksində bazar iqtisadiyatına 
keçidlə  əlaqədar olaraq geniş miqyaslı islahat işlərinə 
başlamışdır. Burada ilk əvvəl yanacaq energetika sisteminin 
mühüm sahələri neft-qaz, kömür, energetika bir idarəetmə 
kompleksində birləşmişlər. Kompleksə daxil olan bir çox 
qurumlar, sonradan səhmdar cəmiyyətlərə çevrilmiş, nəhəng 
birliklərdə isə qismən özələşdirmə aparılmışdır. Bütün bunlara 
baxmayaraq hazırda Rusiya Federasiyasının yanacaq 
energetika kompleksində  işlərin gedişi ayrı-ayrı sahələrdə o 
qədərdə ürək açan deyildir. Xüsusən son dövrlərdə kömür 
şaxtaçılarının məvaciblərinin vaxtlı-vaxtında verilməməsi ilə 
əlaqədər onlaran narazılıq etiraz aksiyaları, daha çox nəzərə 
çarpmaqdadır. Hətta Rusiyada hökümət dəyişiklikləri, sahəyə 
rəhbərlik edənlərin müntəzəm yeniləşdirilməsi burada əsaslı 
irəliləyişləri təmin etməmişdir. 
Rusiya Federasiyasının yanacaq energetika kompleksində 
olan problemlərin müəyyən qisminin Azərbaycanın 
neftqazçıxarma sənayesindəki oxşarlığı  və parallel cəhətlərini 
bir sıra alimləri tədqiqatlarındakı  bəzi məqamlara diqqət 
yetirək: 
Kömür sənayesi Rusiyanın köhnə yanacaq sənayesi 
sahələrindən biridir ki, o da öz ənənələri ilə fərqlənir. Kömrün 
Rusiya energetika balansında  əhəmiyyəti hazırda aşağı 
düşməkdədir (1950 66,1%, 1990 20,9%).1989-cu ilə  qədər 
 
118


 
inkişafda olan Rusiyanın kömür sənayesi Sovetlər  İttifaqınnın 
dağılması 
ərəfəsində 
əmək məhsuldarlığı tempinin, 
fondveriminin müntəzəm olaraq aşağı düşməsi prosesləri ilə 
müşayət olunmuşdur.Artıq bu illərdə  məlum olmuşdur ki, 
kömür hövzələri müəssisələrinin əsas vəsaitləri həm fiziki,həm 
mənəvi köhnəlmiş, elə bu baxımdan da şaxtaların yarıdan çoxu 
rekonstruksiya və  əlavə kapital qoyuluşları ehtiyacında 
olmuşdur. Son 30 ildə sahədə heç bir prinsipial texnoloji 
yenilik  şilənib hazırlanmamış  və  tətbiq olunmamışdır.  Şaxtaçı 
sənəti gənclər arasında  şöhrət və nuffuzunu itirmiş, sahə 
kütləvi işçi ehtiyacı zorunda qalmışdır. SSRİ-dağıldaqdan 
sonra 574 kömür hasiledici sahədən 271-i Rusiyanın, qalanları 
isə Ukrayna və Qazaxstanın sərəncamına qalmışdır. Rusiya-
Donbass, Karaqanda, Ekibastus kimi güclü kömür 
hövzələrindən və çoxlu dağ-mədən maşınqayırma 
zavodlarından məhrum olmuşdur. 
Bütün Sovet tarixi ərzində kömür sənayesinin iqtisadi 
göstəriciləri mövcüd reallığı  əks etdirməmiş, təhrif olunmuş 
şəkildə planlaşdırılmışdır. Sahəyə dövlət tərəfindən qiymətlərin 
qoyulması obrazlı deyilsə  əyri güzgülər pavilyonunu 
xatırlatmışdır. Qiymətlər kəskin aşağı salınmış, 50% şaxtalar 
zərərlə  işləmişdir. Bununla belə yeni şaxta tikililərinin 
lahiyəsinin gerçəkləşdirilməsi də mövcüd qiymətlərlə 
uzlaşdırılmamışdır. Bütün bunlara baxmayaraq belə inşaat 
işləri «xüsusi tələbat» adı ilə həyata keçirilmişdir. 
İşə belə münasibət isə heç şübhəsiz ki, sahədə çalışanlar da 
iqtisadi təfəkkürün inkişafına kömək edə bilməzdi. 
İttifaqın dağılması  və 1990-cı illərin  əvvələrində, bazar 
iqtisadiyatına keçidlə  əlaqədər olaraq müəyyən hazırlıq işi 
aparılmadan sahədə qiymətlər sərbəst buraxıldı. Lakin 
müəyyən kömür hasil edici müəssisələrə dövlət datasiyasının 
tətbiqi dayandırılmadı. 
Rusiya izafi kömür ehtiyatlarına malikdir və onun kömür 
sənayesi bir çox faktorlara digər ölkələrin müvafiq sənaye 
 
119


 
sahəslərindən fərqlənir. Burada əsas kömür hövzələri ölkənin 
Asiya hissəsində, çətin iqlim şəraitində infrastrukturların geniş 
inkişaf etmədiyi yerlərdə yerləşir. Sahənin digər spesifik 
cəhətləridə mövcüddür. Belə ki şaxtanın məhsulu 10-12 il 
ərzində tükənir və o bağlanaraq növbəti aşağıdakı açılmış 
sahəyə keçirilir. Bu prosses də çoxlu əlavə sərmayə tələb edir. 
Lakin bu tarixi tendensiyadan qurtulmaq sahədə aparılan 
iqtisadi islahatların gedişindən də tam aslı deyildir. Sahənin 
səmərəli strateji inkişafını təmin etmək ölkədə keçirilən sosial-
iqtisadi siyasətin tempi, nəticələri və istiqaməti ilə  də  sıx 
bağlıdır. Kömür sənayesinin strateji inkişafı  həmçinin tərkib 
hissəsi olduğu yanacaq-energetika kompleksinin balans 
perspektivindən və yerləşdiyi məkan amilindən də asılıdır. 
Sahənin bohrandan çıxarılması üçün 2000-ci ilə  qədər 
onun dirçəliş planının stretegiyası hazırlanması, 2001-2010-cu 
illərdə isə sabitliyin əldə edilməsi, rəqabət qabiliyətliliyinin 
təminatı nəzərdə tutulur. 
İqtisad elmləri doktoru A.Astaxovun fikrincə 
iqtisadiyatın mineral-xammal sektorunda orta-strateci inkişaf 
üçün 8-dən az olmayan strategiya mövcuddur
19

 
Axtarış, kəşfiyat strategiyası, yeni kömür hövzələrinin 
sənayeləşdirilməsi.  (Bu strategiya əsasən geoloji 
axtarış  işlərinin maliyələşdirilməsi, işlənməsi və 
mənimsətilməsini əhatə edir). 
 
Əvvəl yaradılmış potensial gücdən maksimal istifadə 
strategiyası.  (Bu strategiya mövcüd mineral xammala 
təlabatın artmadığı vəziyyətdə qəbuldur). 
 
Köhnə şaxta fondunu saxlamaqla geniş miqyaslı yeni 
şaxta tikintisinin aparılması strategiyası.  (Bu 
konservativ lakin dağ-mədən sənayesində uzun müddət 
mövcud olan strategiyadır). 
 
Fəaliyyətdə olan sahənin texnoloji yenidən təşkili 
strategiyası.  (Bu strategiya fəaliyyətdə olan şaxta 
                                                           
19
 Вопросы экономики №6.1997.стр. 67-83. 
 
120


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə