Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 
İB-nin tərkibində olan tikinti təşkilatlarından  ən böyüyü 
16 müstəqil müxtəlif təyinatlı müəssisəni  əhatə edən və 3000 
işcisi olan «Azərneftlayihəttikinti» birliyidir ki, o da əsasən 
sosial tikinti işləri ilə məşğul olur. Lakin qeyd olunduğu kimi, 
bazar iqtisadiyyatı  şəraitində belə iri həcmli nəhəng birliyin 
saxlanması  məqsədəuyğun deyildir və dünyanın heç bir neft 
şirkətində müvafiq tikinti təşkilatları yoxdur. Sadəcə olaraq bu 
işləri müstəqil özəl tikinti təşkilatları görür. Əldə edilən nəticə 
isə budur ki, bu birliyin tam özəlləşdirilməsi 
məqsədəmüvafiqdir və bu iş təxirəsalınmamalıdır. Digər tikinti 
nəhəngi isə «Azərneftyoltikintitəmir» Trestidir ki, onun da 
funksiyalarını heç şübhəsiz ki, müstəqil özəl qurumlar yerinə 
yetirə bilər. Lakin struktur dəyişikliklərinin ilk mərhələsində 
İB-də mövcud olan bütün tikinti təşkilatlarının bir təsərrüfatda 
cəmləşdirilməsi müvəqqəti hal kimi də nəzərdə tutula bilər. 
Keçmiş Sovetlər  İttifaqının Neft Sənayesi Nazirliyinin 
«Soyuzenerjiquraşdırma» 
İB-nin 
«Cənubneftqazenerjiquraşdırma» Tresti, Azərbaycan ərazisində 
yerləşdiyi üçün İttifaq dövləti dağıldıqdan sonra QNQÇİB-nin 
tərkibinə verilmişdir və hazırda «Azərneftenerjiquraşdırma»-
AzərNEQA adı altında səmərəli fəaliyyət göstərir.Orta Asiya, 
Zaqafqazıya və  Şimalı Qafqazın neftqazçıxarma idarələrinə 
xidmət edən bu müəssisə lazımı ixitisaslı kadr və texniki 
istehsal bazssına malikdir. Qeyd edək ki, bu təşkilatda 
«Azərneftlayıhə» tikinti birliyinin tərkibində olan müvafiq 
profilli müəssisəsindən daha səmərəli fəaliyyət göstərmək 
imkanları mövcuddur və  ənənəvi ixitisaslı kadr potensialına 
malik olduğu üçün onun bütün funksiyalarını yerinə yetirməyə 
qadirdir. Belə bir şəraitdə isə iki eyni motivli idarənin 
saxlanılmasına luzüm yoxdur. Gələcəkdə isə bu müəssisələrin 
də özəlləşdirilməsi daha səmərəli olardı. 
«Fantana Qarşı Dağ-Mədən Xilasetmə  Hərbiləşdirilmiş 
Hissəsi» (FQDHH) IB-nin tərkibinə yeni daxil olan 
müəssilərdəndir. Bu müəssisə də SSRİ neft sənaye nazirliyinin 
 
108


 
cənub regionunda fantana qarşı dağ-mədənxilasetmə  işlərinin 
aparılması üçün təşkil edilmiş, SSRİ dövləti dağıldıqdan sonra 
Quruda NQCİB-nin tərkibninə verilmişdir. Yarandığı 1968-ci 
ildən bəri Postovet məkanı ölkələrinin  əksəriyyətində, o 
cümlədən son illərdə Gürcüstanda, Polşa,  Əfqanıstan, 
Tanzanıya, Hindistan və digər xarici dövlətlərdə yanğınla 
müşayiət olunan mürəkkəb və güclü fontanların 
cilovlanmasında, ləşv olunmasında iştirak etmişdir. FQDXHH-
nin böyük təcrübəli, operativ işçi qrupu yüksək debitli və bəzən 
nadir sayılan neft-qaz fontanlarının qarşısını almaqla 
məhşurlaşmışlar. Hazırki  şəraitdə bu xüsusi təyinatlı 
müəssisənin gücündən, kadr potensialından, səmərəli istifadə 
edilməsi onun maddi-texniki bazsının möhkəmləndirilməsi 
əhəmiyyətli sayıla bilər. 
İstehsalat Birliyinin tərkibində həmçinin uzun illər SSRİ 
Neft Sənaye Nazirliyinin birbaşa tabeçiliyində olan Fəhlə 
Təchizat Birliyi də  (FTB) fəaliyyətini davam etdirir. Bazar 
iqtisadiyatı  tələbləri ilə ayaqlaşmayan birliyin çox obyektləri 
indiki məqamda işlək spsializm prinsiplərinə uyğun olaraq 
fəhlə  və neftçi kollektivlərini xüsusən az tapılan  ərzaq və 
sənaye malları ilə  təchiz etmək məqsədilə  təşkil edilmişdi. 
Müasir çəraitdə isə FTB əvvəlki gərəkliyyini itirmiş «calaq» 
bir təşkilata çevrilmişdir. Çıxış yolu bu təşkilatın 
özəlləşdirilməsindədir. Analoji proses «Azəriqaz» QSC-də 
Xəzər Gəmiçiliyi İdarəsində və digər nazirlik və baş idarələrdə 
FTB-ləri ləğv olunaraq özəlləşdirilməsi ilə tamamlanmışdır. 
İstehsalat Birliyinin idarəetmə strukturunda maddi-
texniki təchizat funksiyalarının həyata keçirilməsi ilə əlaqədar 
xüsusi müəssisə  məşğul olur. İqtisadi islahatlar şəraitində bu 
müəssisəni bazar iqtisadiyyatının prinsiplərinə uyğun yenidən 
təşkil etmək ona əlavə status verməkdə müasir təchizat 
marketinq təşkilatına çevrilməsi nəzərdən keçirilə bilər. 
Dalma Qurğularının Təmiri və Kirayesi üzrə 
Eksperimental  İstehsalat Müəssisəsinin də bazar iqtisadiyyatı 
 
109


 
şəraitində yenidən qurulmasına ehtiyac vardır. Son 15-20 il 
ərzində kiçik bir istehsal sahəsindən çox saylı kollektivi olan iri 
müəssisəyə çevrilmiş bu zavodun imkanlarını genişləndirmək, 
indiki  şəraitdə quruda neftqazçıxarmaya gərəkli olan ehtiyat 
hissələrinin, detalların və sairə bu kimi material və hissələrin 
hazırlanmasını  mərkəzləşdirərək burada təşkil etmək, onun 
yaxın xarici bazarlara çıxması  şərait yaratmaqda əhəmiyyətli 
olardı. Eyni zamanda bu müəssisənin də özəlləşdirilməsi 
nəzərdən keçirilə bilər. 
Bundan başqa İB-də bir neçə müstəqil texnoloji nəqliyyat 
idarəsi və demək olar ki, birliyin strukturlarda bütün yardımçı 
təşkilatlarında irili, xırdalı  nəqliyyat sexləri mövcuddur. Bu 
nəqliyyat idarələrinin və sexlərinin gücünü, imkanlarını nəzərə 
alaraq müvafiq ərazi vahidliklərində  (zona) birləşdirilməsi 
məqsədəuyğundur. Ümumiyyətlə, nəqliyyat idarələrinin də 
özəlləşdirilməsi proseslərinə təkan verilməlidir. Bundan başqa 
digər idarə və təşkilatların da gərəkliliyi dərəcəsi bir daha təhlil 
olunmalı, onların sonrakı  fəaliyyəti müəyyənləşdirilməli, 
qərarlaşdırılmalıdır. 
QNQÇİB-nin tərkibində olan neft kəşfiyyatçılarının 
birləşmiş  xəstəxanası, Qobustan Kəşfiyyat  İdarəsi iri həcmli 
neft kəşfiyyat tresti olduğu zamanlarda onun hesabına tikilib 
istifadəyə verilmişdir. Xəstəxananın binası indi də Qobustan 
KQİ-nin balansındadır. Bu xəstəxananın xidmətindən həmişə 
Azərbaycanın ümumi neftçi kontingenti istifadə etmiş  və indi 
də etməkdədir. Bu məqamı  nəzərə alaraq Neftçilər 
xəstəxanasını ARDNŞ-in birbaşa tabeçiliyinə verilməsi 
məqsədəuyğun olardı. Eyni ilə  də «Neftçi» İdman Sağlamlıq 
Mərkəzi də bu məqsədlə QNQÇİB-nin tərkibindən çıxarılıb 
birbaşa ARDNŞ-nin tabeliyinə verilməlidir. Bu təşkilatların 
hüquqlarını artırmaqla onların qismən özünü maliyyələşdirmə 
sisteminə keçirilməsinə imkan verilməlidir. Onların normal 
fəaliyyətini təmin etmək üçün büdсə  təxsisatı  qəti müəyyən 
edilməli, kəsr hissəsini isə ARDNŞ-i bütün strukturları 
 
110


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə