Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

 
müvafiq olaraq öz mənfəətləri hesabına 
maliyyələşdirməlidirlər. 
İB-nin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə 
onun tərkibində olan müəssisələrindən aşağıdakıların 
özəlləşdirilməsi münasib sayıla bilər: 
1.
 
Tikinti təşkilatları - cəmi 4 təşkilat; 
2.
 
Nəqliyyat idarələri və sexləri (texnoloji və xüsusi 
texnikadan, parkdan başqa); 
3.
 
Fəhlə Təchizatı Birliyi; 
4.
 
Mənzil-Kommunal Kontoru; 
5.
 
Hərbiləşdirilmiş Mühafizə İdarəsi; 
6.
 
Fontana qarşı Dağ-Mədən Xilasetmə 
Hərbiləşdirilmiş Hissəsi; 
7.
 
AzərNEQA; 
8.
 
«Azərinformatika»; 
9.
 
Dalma qurğularının Təmiri və Kirayəsi üzrə 
Eksperimental Müəssisəsi. 
Qeyd olunduğu kimi, Neftçi Sağlamlıq Mərkəzi, 
Neftçilər Xəstəxanası  və Neft Təsərrüfatı Jurnalı, ARDNŞ-in 
strukturuna ayrıca daxil edilə bilər. Digər müəssisə  və 
təşkilatların da strukturları  dəyişə bilər, burada birləşmə
iriləşmə, ləğv etmə prosesləri vəziyyətə uyğun olaraq hesablaşa 
bilər.  
İB-də aparılan islahatlar onun mərkəzi aparatının yenidən 
təşkil olinmasını  zəruri edir. Burada ilk nüvbədə  şöbə  və 
bölmələrin işinin keyfiyyət göstəricisini yüksəltmək, onların 
fəaliyyətinə yeni iqtisadi münasibətlər baxımından yanaşmaq, 
buradakı işçilərin attestasiyasını təşkil etmək səmərəli olardı. 
Ən vacib məsələlərdən biri QNQÇİB-in aparat işçilərinə, 
aparıcı mütəxəssislərinə iqtisadi islahatların aparılmasının 
zərurliyini aydınlaşdırmaq, onalrı iqtisadi islahatların həyata 
keçirilməsinə səfərbər etməkdən ibarət olmalıdır. Bu məqsədlə 
QNQÇİB-nin şöbələrində neft və qaz hasilatının yüksəldilməsi, 
hasilata nəzarət məsələlərinə  dəqqətin artırması, maksimum 
 
111


 
təmin edilməlidir. Keçmiş planlı iqtisadiyyatın hakim olduğu 
dövrdə idarəetmə strukturlarının daxilində ayrı-ayrı  şöbələrin 
funksiyaları müəyyən edilsə  də, məsuliyyət problemi işin son 
nəticələrinə maraq məsələsi ilə,  əlaqələndirilmirdi. Müvafiq 
proses indi də davam etməkdədir. Bütün bunları nəzərə alaraq 
təşəbbüskarları, səmərəliləşdiriciləri fərdi qaydada 
mükafatlandırmaq prosesinə  də baxılmalıdır. Bu da bir 
həqiqətdir ki, QNQÇİB-də mövcud mərkəzləşdirilmiş 
hesablaşma, ödəmə sistemi, çoxsaylı  məhdudiyyətlər, ümumi 
təchizat, inzibati metodlarla idarəetmə müəyyən mərhələyə 
kimi fəaliyyət göstərə bilər. Azad bazar iqtisadi münasibətləri 
şəraitində  İstehsalat Birliyinin daxili strukturunda hər bir 
şöbənin funksiyaları inzibatçılıq, amirlik üsullarından fərqli, 
yeni iqtisadi münasibətləri nəzərə alaraq müəyyən edilməlidir. 
Əsas nöqtə, daha doğrusu ağırlıq mərkəzi bilavasitə NQÇİ-lər 
keçrilməlidir. Ola bilsin ki, bir müddətdən sonra hər bir 
meftqazçıxarma idarəsi tam müstəqil təsərrüfat subyekti kimi 
fəaliyyət göstərsin. Burada heç bir qeyri-qanuni ziddiyət, süni 
maneə ola bilməz. Bir məsələni də qeyd etmək lazımdır ki, 
iqtisadi islahatların bu və ya digər regionda müəyyən 
xüsusiyyətlərini nəzaərə almaqla yanaşı, azad iqtisadiyyat 
qurmuş ölkələrdə idarəetmə strukturunda baş verən proseslər, 
meylər inkar olunmamalıdır. 
Hazırda dünyada çox qlobal dəyişikliklər baş verir. 
Bunlar iqtisadiyyata, xüsusilə sənayenin inkişafına böyük təsir 
edir. Dünya ölkələri üzrə istehsal olunmuş daxili milli 
məhsulda ölkələrəarası ticarət rolunun artması, texnoloji 
inkişafın sürətlənməsi, beynəxalq maliyyə bazarlarının 
dəyışməsi prosesi gedir. Belə bir dəyişikliklər  şəraitində ayrı-
ayrı sahələrin yenidən qurulması  işində dövlətin prioritetləri 
müəyyən olunmalıdır. Bu heş  də o demək deyildir ki, dövlət 
əvvəlki planlı iqtisadiyyat dövründə olduğu kimi müəssisələrin 
üzərində tam hökmranlıq etməlidir. Müasir şəraitdə dövlət ilə 
meəssisələr arasında partnyorluq özünü bazarların yaradılması, 
 
112


 
istehsalçıların sarsıntılardan qorunması, dövlətin mənafeinə 
xidmət edən proqramların həyata keçirilməsinə xidmət 
etməlidir. 
 
 
4.3. İdarəetmədə perspektiv mütərəqqi formalar 
 
Quruda Neftqazçıxarma  İstehsalat Birliyi strukturunun 
müəyyən edilməsi Azərbaycan Respublikası Dövlət Neft 
Şirkətindəki struktur dəyişiklikləri ilə üzvi sürətdə bağlıdır. Bu 
gün bağlanmış mühüm neft kontraktları ilə  əlaqədar olaraq 
ARDNÇ-in strukturunun yenidən təşkili prosesləri həyata 
keçirilir. Bu bir neçə istiqamətdə  təşəkkül tapır. Belə struktur 
dəyişikliklərindən birini Rusiyanın «Lukoyl» neft şirkətinin 
struktur bazssı  əsasında Azərbaycan Elmi-Tədqiqat Neft 
Prosesləri  İnstitutunun mütəxəssisləri təklif edirlər. Bundan 
başqa ARDNŞ-in «Azərenerji» «Azəriqaz» Səhmdar 
Cəmiyyətləri ilə bir kompleksdə birləşməsi ideyaları da artıq 
müzakirə obyektinə çevrılmışdır. Bu təkliflərə görə müvafiq 
qurumları  əhatə etməklə respublikada Yanacaq Energetika 
Nazirliyinin yaradılması  nəzərdə tutulur. Əlbətdə, bu təklifin 
müsbət cəhətləri çoxdur və belə bir nazirliyin yaradılması 
respublikada yanacaq-energetika resusrlarından kompleks 
istifadə edilməsinin strateji xəttini müəyyən etməyə imkan 
verər. Yanacaq-Energetika kompleksi, qeyd edilditi kimi, yaxın 
və uzaq gələcəkdə müstəqil Azərbaycan respublikasının 
iqtisadi, siyasi müstəqilliyinin möhkəmləndirilməsində, 
Azərbaycanın dünya inteqrasiyasına qoşulmasında həlledici 
amillərdən biri olacağı  şöbhəsizdir. Belə bir qlobal problemin 
mövcudluğu  şəraitdə bu kompleksin bir idarəetmə strukturu 
tərəfindən  əlaqələndirilməsi müstəsna  əhəmiyyət kəsb edir. 
Digər tərəfdən belə bir nazirliyin yaradılması neft, qaz, elektrik 
enrjisi kimi strateji resurslardan qənaətlə istifadə olunması, 
burada dünya standartlarına uyğun gələn tədbirlərin, illər boyu 
mövcud olan qarşılıqlı ittihamların, debitor və kreditor 
 
113


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə