Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

 
borclarının həllində uğurlu amil rolunu oynaya bilər. Şübhəsiz, 
bütün bunlar ciddi araşdırmalar tələb edən işlərdir. Hər alda bu 
məsələnin tez həlli dövlət mənafei baxımından da çox 
gərəklidir. Yanacaq-Energetika Nazirliyinin yaradılması 
vəziyyətində QNQÇİB-in ayrıca Səhmdar Cəmiyyətə 
çevrilməsi ideyası da reallaşa bilər. Bu baxımdan quruda 
neftqazçıxarma kompleksi üçün yeni iqtisadi sistemə keçiddə 
ən  əlverişli təşkilat forması  Səhmdar Cəmiyyət sayıla bilər. 
Rusiya kimi nəhəng bir ölkə özünün yanacaq energetika 
sistemini səhmdar cəmiyyətlər formasında inkişaf 
etdirməkdədir. Quruda neftqazçıxarma kompleksinin bir çox 
lüzumsuz təşkilatları özəlləşdirildikdən sonra onları əmlakı və 
ehtiyatlar nəzərə alınmaqla QNQÇİB-nin bazası  əsasında ilk 
əvvəl qapalı tipli səhmdar cəmiyyət təşkil etmək olar. Bu 
istiqamət ondan irəli gəlir ki, həyatını neft işinə  sərf etmiş 
çoxsaylı neftçi kollektivləri yaratdıqları  səhmdar cəmiyyətin 
səhmlərinə sahib olmaqla öz maddi ehtiyaclarını daha dolğun 
təmin etmiş olsunlar. Bazar iqtisadiyyatı kompleksdə  məhz 
belə münasibətlərin formalaşmasını diktə edir və belə idarəçilik 
sahədə azad rəqabət prinsiplərinin inkişafına xidmət edəcəkdir. 
Şübhəsiz ki, QNQÇİB Səhmdar cəmiyyətə çevriləcəyi təqdirdə 
səhmlər paketini əsas hissəsi ilk əvvəl dövlətin sərəncamına 
qalacaqdır.  İqtisadi münasibətlər inkişaf etdikcə bu nisbətin 
azalmasına doğru istiqamət təmin edilə bilər və  nəhayət 
kompleksdə tam özəlləşmə bərqərar olar. Dünya praktikasında 
belə formalı şirkətlər əksəriyyət təşkil edir.  
Məlum olduğu kimi idarəetmə üç aspekti özündə ehtiva 
edir: 
1.
 
Məlumat və informasiyaların toplanması. 
2.
 
Məlumatlar üzrə təhlilin aparılması. 
3.
 
Qərarların verilməsi  
Bütün bunlar idarəetmə prosesində ciddi nəzərə 
alınmalıdır. Məhz buna görə də kompleksin idarə edilməsində 
əsas məsələ rasional informasiya şəbəkəsinin yaradılması ilə 
 
114


 
bağlıdır. Bu məqsədlə kompleksdə informasiyaların  şaquli 
şəkildə qəbulu təmin edilməlidir. Bununla yanaşı, idarəetmədə 
xarici firmaların, neft şirkətlərinin təcrübəsinin də öyrənilməsi 
vacib məsələdir. Dövlət sektorunda fəaliyyət göstərən 
Norveçin «Statoyl» neft şirkəti özünün 25 ildən çox 
mövcudluğu dövründə neft sənayesinin infrastrukturunda xarici 
və daxili məhsul bazarının dəyişilməsi, yeni texniki və 
texnologiya tətbiqi ilə  əlaqədar bir neçə  dəfə idarəetmə 
şəbəkəsinin təkmilləşdirilməsini həyata keçirmişdir və 
vəziyyətlə  əlaqədar bu dəyişikliklər mütəmadi olaraq davam 
etdirilir. 
Aşağıda QNQÇİB-nin səhmdar cəmiyyətə çevrildiyi 
təqdirdə onun yeni strukturu təklif olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
115


 
Sxem 3 
 
QNQÇİB-nin səhmdar cəmiyyət formalı strukturu 
 
 
 
«Azərneft» Qapalı Səhmdar Cəmiyyəti 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ə.Əmirov adına 
NQÇİ 
«Bibiheybət» 
NQCİ 
H.Z.Tağıyev 
adına NQÇİ 
«Balaxanıneft» 
NQCİ 
«Salyanneft» 
NQCİ 
 
«Azərpetoyl» 
«Suraxanineft» 
NQCİ 
Elmi-
Tədqiqat 
İnstitutu 
 
«Anşad-
Petrol» 
Tamponaj 
və 
layların neft 
verimi
Fontana qarşı 
dağ mədən 
xilasetmə
 
BMM OYL 
İNK 
BMM 
«Azgerneft» 
 
«Şirvan» OYL 
Qazma-
kəşfiyyat 
 
Texnoloji 
nəqliyyat və 
Xüsusi Texnika 
«Muradxanlı» 
İNM 
«Siyəzənneft» 
NQCİ 
Rabitə
Təchizat
 
116


 
Quruda neftqazçıxarma kompleksində  və ümumiyyətlə 
Azərbaycanın bütün neft sənayesində vəziyyəti yaxşılaşdırmaq, 
sahədə bazar münasibətlərini bərqərar etmək üçün isə ilk əvvəl 
«Neft haqqında» qanun işlənib hazırlanmalıdır. Müəssisələrin 
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına sürət vermək məqsədi 
ilə Respublika Nazirlər Kabinetində  qısa müddətə çevik 
maliyyə  və idarəetmə  şəbəkəsi yaradılmışdır. Dövlət və 
hökumət neft sənayesinin bütün qayğılarını  və yükünü özünə 
götürməli, sahə iqtisadiyyatının daim operativ tənzimləməsi 
təmin etməlidir. 
Yaxın gələcəkdə Yanacaq-energetika kompleksinin sürətli 
inkişafını müəssisələrin müstəqilliyinin artması, onlara 
yuxarıdan verilən tapşırıqların azalması, dövlət ilə müəssisələr 
arasında münasibətlərin yeni prinsiplər əsasında qurulmasından 
asılı olacaqdır.  İctimai mülkiyyət münasibətlərinə, inzibati-
amirlik metodlarına uyğunlaşdırılmış idarəetmə sistemi bazar 
münasibətlərinin formalaşmaqda olduğu mövcud şəraitdə 
özünü doğrulda bilməz və belə prosesi respublikada ümumi 
iqtisadi islahatların aparılması bir əngəldir. 
Təcrübə göstərir ki, iqtisadi transformasiya dövrünü 
yaşayan bütün ölkələrdə bazar münasibətlərinin 
formalaşdırılması istiqamətində görülən işlər idarəetmə 
sistemini  əhatə edən çox ciddi problemlərlə müşayiət 
olunmaqdadır. Belə ki, planlı təsərrüfat prinsipinə və inzibati-
amirlik üsullarına  əsaslanan dövlət idarəetmə sistemi bazar 
iqtisadiyyatına keçid şəraitində özünün ənənəvi funksiyalarını 
yerinə yetirə bilmir. Belə bir vəziyyətdə isə heç şübhəsiz ki, 
idarəetmənin səmərəliliyi aşağı düşür, bürokratik meyllər 
güclənir və  nəticədə bütün bunlar siyasi, sosial-iqtisadi 
vəzifələrin yerinə yetirilməsinə öz mənfi təsirini göstərir. 
Bütün bunları  nəzərə alaraq iqtisadiyyat və idarəetmə 
sahəsində islahatlar ardıcıl və bir-birini tamamlayaraq həyata 
keçirilməli, respublikada mütərəqqi idarəetmə 
infrastrukturunun formalaşdırılması sürətləndirilməli və bu 
 
117


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə