35
Qaranlıqdan çıxmağa qərarın qəti gərək:
Qatar qüvvəti gərək! Qatar sürəti gərək!
Qatarın sədaları yayılır pərdəpərdə.
Uzaqlaşır sərhəddən, yaxınlaşır sərhədə.
Qatar deyil, o mənəm bağrından od saçılan.
Qatar kimi qıvrılan, qatar kimi açılan!
Qoşa rels ki, görürsən sənə sarı uzanır,
Üstündən təkər keçən yaralı qollarımdır.
Mənim yumruqlarımdır o hiddətli təkərlər.
Qığılcımlar səpələr, yollara od tökərlər.
Pilləkəndə durmuşam, bəlkə macal tapmağa,
Bəlkə doğan günəşi dan yerindən qapmağa!
Kimdir orda xış sürən? O ki, mənə tanışdır –
Torpağın həsrətilə torpaq kimi yanmışdır.
O çarıqlı cavanlar, o çit donlu gəlinlər
Qardaşım, bacım qədər mənə doğma gəlirlər.
Gül olsaydı əlimdə, gül atardım onlara,
Yox, güllərlə sağalmaz qəlbindəki bu yara.
Üzeyirimin “Sənsiz”i radioda oxunur,
Ürək dərdli olanda ona hər söz toxunur:
“Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz.
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz”.
Sən bu sahildən əgər arxayın olsan da, gülüm,
Daldı könlüm o taya, olmadı rahət sənsiz.
Vaqonda bir Nizami, Bülbül, Üzeyir, bir mən.
Qatar sovuşub keçir burulğanlar içindən.
Çırpır qarı yollara, küləklərə qataraq
Taraqtaraq səsini şimşəklərə qataraq.
Artırır sürətini zaman sürətli qatar,
Ürəyimdən od alan zəka qüdrətli qatar.
Kəhkəşanlar içindən gecələr qatar keçər,
Birbirinə yerləri, göyləri qatar, keçər.
Sarılmışam Araza, gözlərimdən od çaxır.
Mənim damarlarımdan qan axmır, Araz axır.
Astara-Bakı-Naxçıvan qatarı,
21 aralıq, 1959
36
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
SƏTTAR BƏHLULZADƏYƏ
Alov yuvası – gözlər,
cansız bədən, od sinə.
Qulaqları müntəzir
Füzulinin səsinə.
Üzeyiri astaasta dodaqaltı pıçıldar,
Əlindəki firçamı, yoxsa kaman, yoxsa tar?!
Ürəyinin qanıyla yaratdığı tabloya
Fırçasının ucundan düşər ildırım – boya.
Bəzən irəli gələr, bəzən çəkilər geri.
Önündəki molbertdə sökülərsə dan yeri,
Özü günəşə bənzər
Dan yerinin dalında.
Babək qüdrəti çarpar zəif, arıq qolunda,
usta barmaqlarında.
Gözəlliklər əks edər
alovlu gözlərinin büllur qaynaqlarında.
Sığmaz iş otağına, çıxar geniş çöllərə,
Bəzən qarla, qırovla gümüşlənmiş çöllərə
Qoy şimşəklər şığısın, ildırımlar tökülsün.
Minillik sal qayalar yerbəyerdən sökülsün,
Onu saxlaya bilməz nə vulkan, nə fırtına
Toplar gözəllikləri qaşlarının altına!
Çovğuna düşmüş quşu öz balası bilər o,
Güllərin göz yaşını asta, ehmal silər o.
Üşüyən ahuları baxışıyla isidər.
Ayağına baş qoyub yatar quzu ləpələr.
Dinlədim Qudyalçayın bahar daşqınlarını,
Gördüm körpə otların çocuk baxışlarını.
Məni yandırdıyaxdı Şahdağın günəşi də,
Məni titrədə bildi kəpənək qanadının
incə titrəyişi də, sənin tablolarında!
Qızlar çox görüb səni Qızbənövşə yolunda,
Yağışlar bir çiçəyin yarpağını yolanda
yüz xəyala dalmısan.
Ömrü bitmiş yarpağa ömür verib yenidən
37
Onu, bəlkə, yaşarı bir tabloya salmısan.
Fırçan sənin əlində bir yaraqdır hər zaman
Sən gözəllik yolunda döyüşən bir qəhrəman!
Bəzən Astaradasan, bəzən
Neft Daşlarında,
Buludların yuz rəngi,
dalğaların ahəngi
Gərilən qaşlarında, açılan qaşlarında!
Səni ağ qağayılar öz ardınca aparar,
Dəniz susanda bəzən könlün tufan qoparar!
Sən sulara, quşlara, qayalara doğmasan.
Bəzən qaranlıqda sən ulduz kimi doğmusan.
Mənə elə gəlir: sən lap indicə
Ayrılıb molbertdən bir məqam, bir an
Ölüm sərnişinli təyyarələri
Havada fırçanla saxlayacaqsan!
Sən şəfəqlər şairi, rənglər bəstəkarısan,
Fırçan bülbüldür sənin, bahar nəğməkarısan.
Gözəlliyi pozulan bu qatqarış dünyada
Gözəllik memarısan!
Bakı, 1960-1968
ŞAİRİN SƏSİ
1
Azadlığı istəmirəm zərrəzərrə, qramqram,
Qolumdakı zəncirləri qıram gərək
Qıram!
Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi!
Günəş kimi!
Cahan kimi!
1
Xəlil Rzanın sovet dövründə dərc olunmuş kitablarında bu şeir “Afrikanın səsi” adı ilə
təqdim olunub ( Tərtibçi).
38
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Çəkil!
Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm.
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!
1960
BAHAR KİMİ
Yenə bahar yerə, göyə al şəfəqlər töküb keçir,
Qış baharın ağ tacını ağaclarda söküb keçir.
Bahar aran yerlərində körpə güllər əkib keçir,
Qış öz bəyaz karvanını dağ başına çəkib keçir.
Bahar gəlir, qoynunda gül dərədərə, təpətəpə,
Qış Xəzəri silkələyir dalğadalğa, ləpələpə.
Bahar gəlir, bağçalarda körpələri öpəöpə,
Qış qayıdır, körpələrin başına qar səpəsəpə.
Mən görürəm təbiətdə yazla qışın gülşənini,
Buz dağını qıraqıra yazın məğrur gəlişini,
Qoy açılsın bağçalarda gül sərgisi, gül həşəmi,
Qoy çıxartsın qar altından yaz hər gülü, hər gülşəni.
Yazla qışın bu dünyada milyon illik davası var.
Elə mənim başımda da belə sevda havası var.
Ürəyimdə qışa qarşı neçə vulkan davası var.
Bu yürüşün, bu döyüşün cəfası var, səfası var.
Mən gedirəm! Mən açmışam öz köksümü küləklərə,
Təki külək toxunmasın bəslədiyim çiçəklərə.
Yeri gəlsə mən köksümü çırparam da şimşəklərə,
Təki şimşək toxunmasın güvəndiyim diləklərə.
Mən istərəm ümmanların səsi gəlsin qulağıma,
Tufanların səsi gəlir, özü gəlsin ayağıma.
Dostları ilə paylaş: |