39
Qızıl gülüm söykəyərsə dodağını dodağıma,
Ölümdən də çəkinmərəm, ölüm çıxsa qabağıma.
Hayqır, tökül, ey şəlalə! Mən sevirəm gur səsini,
Dağ başında ilk baharın o xitabət kürsüsünü!
Qoy ilk bahar məni qucsun, mən də bu Yer kürəsini,
Mən oxuyum ürəyimin Azərbaycan nəğməsini.
Azərbaycan yer üzündə ölkələrin qəşəngidir,
Səmalarda çiçək açan onun zəfər fişəngidir.
Aç sinəmi, yar qəlbimi, gör qanımda coşan nədir;
Başımdakı Xətainin, Füzulinin çələngidir.
Yel əsəndə büzüşməyək yuvamızda quşlar kimi,
Çovğunlara sinə gərək Kəpəz kimi, Qoşqar kimi!
Bu döyüşdə ağartsa da saçlarımı qış qar kimi,
Mən gəlmişəm bahar kimi, gedəcəyəm bahar kimi.
Aprel 1962
MƏNİM ŞEİRİM
Qəlbimdə pöhrələnib hər gün boy atan da sən,
Gecə şirin yuxudan məni oyadan da sən.
Ürəyimin qəzəbi, sevinci, qəmi şeirim,
Bütün yaralarımın bircə məlhəmi şeirim!
Aldığım nəfəs kibi mənimləsən həmişə,
Birgə gedib gəliriz biz həm evə, həm işə.
Mən səni gəzdirərəm qəlbimdə qürur ilə
Mən sənin ucbatından bəzən üzgöz oluram,
neçə redaktor ilə.
İlham namərdlik edib üz döndərəndə məndən,
Mən ayrıla bilmirəm yenə inan ki səndən.
40
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İftixarım, vüqarım, varlığım, həyatımsan,
Yalnız evim deyilsən, bütün kainatımsan.
Gözümdə ildırımsan, ürəyimdə gur dəniz.
Bəlkə atadan əziz, bəlkə anadan əziz.
Elə sənsən həyatda.
Sənsən elə həyat da.
Mənə ata desələr bil ki, sənsən övladım,
Mən sənin ucbatından yaxşı övlad olmadım.
Sən mənim qaynar, odlu, dəlidolu şeirimsən.
Köksümün qəfəsində pələngimsən, şirimsən.
Sənin tufanlarını doğma diyar dinləyir,
Qaplanlarla bərabər canavarlar dinləyir.
O qartımış qurdların dişini qırmaq üçün,
Zərli kürsülərindən dartıb qoparmaq üçün
Mənə atəş, mənə sel, mənə şeirim gərəkdir,
Şeirim mənim köksümdə beş milyardlıq ürəkdir!
Misri qılınca dönsün ilhamım, təbim mənim,
Yaşasın cəsur şeirim, yaşasın qəlbim mənim.
Nədir mənim istəyim? Otuz milyonluq salon,
Bir stəkan təmiz su, bir xitabət kürsüsü!
Qoy şeirimin gur səsi dalğadalğa yayılsın,
Yer də, göy də ayılsın!
Kürsülərə sığmayan cəsur şeirim, ər şeirim,
Təpədən dırnağacan silahlı əsgər şeirim!
Mən sənin qüdrətinlə, sənin söz raketinlə
Min düşmən bayrağını toprağa saldıraram.
Sənin qüdrətinlə mən Dərbənddən Təbrizəcən
Bütün Azərbaycanı ayağa qaldıraram!
41
Həyatımı verərəm bircə sənin yolunda,
Sənin özünü isə bu Vətənin yolunda!
Ürəyimin aynası, qəlbimin amalısan,
Mən öləndən sonra da məni yaşatmalısan.
Mənim şeirim vüsalı, istiqlalı alqışlar,
Şeirimin davamıdır salondakı alqışlar.
Bakı, 9 noyabr 1962
MƏNİM TƏLƏBƏLƏRİM
Yenə meydan qızışır,
başlanıbdır seminar.
Dillərdə adlar gəzir:
Nizami,
Bəhram,
Simnar...
Neçə böyük simalar
fikrimizdə canlanır,
Danışdıqca Şəfiqə,
hamı həyəcanlanır.
Dağa dönür ürəyim,
dinlədikcə mən onu.
Unuduram, inanın,
müəllim olduğumu.
O gül dodaqlardakı
sözlər alovlu, odlu.
Ürək günəşlə dolu,
Sinif günəşlə dolu!!
Sinif döyüş meydanı!
Birdən bahar tufanı
açır pəncərələri,
Yağış vurur içəri
Sərin nəfəsli yağış.
43
Torpaqyağış təşnəsi,
torpaqgünəş təşnəsi!
Sən bir yağışdan sonra
göyərən güllərə bax.
Çinarlar göyə qalxar,
buludları yararaq!
Müəllim, sualım var...
bu, bir nəcib, təmiz səs...
Ayrılıram xəyaldan...
göyərçinlər hanı bəs?
Göyərçinlər uçublar,
göyərçinlər bir qonaq...
Şəfiqə də, Sona da
O göyərçinlər kimi
bu günsabah uçacaq.
Ürəyimdən səs gəlir:
mənim sərvətimzərim –
gözəl tələbələrim!
Mənim müəllimim də,
tələbəm də sizsiniz!
Bu dünyadan ən böyük
tələbim də sizsiniz!
Qolumqanadım,
qəlbim,
qələbəm də sizsiniz!
Sizsiniz həyatımın
əvvəlaxır dayağı!
Məsləkimin məşəli!
məramımın mayağı!
Bu gün yağışlar yağır...
yaz nəfəsli yağışlar.
Yağışlar bu dünyaya
yeni həyat bağışlar.
Gedin... gedişinizlə
təbiət gəlsin cana.