Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

55

Ömrün o qaynaşan bulaqlar kimi,

Şeirin zaman­zaman qayıdan bahar.

Ey bu sal qayalar, bu dağlar kimi

Əbədi sənətkar, müdrik sənətkar!

Sən – şair!

Sən – memar!

Sən – bir musiqar!

Sən – qovğa günündə el sərkərdəsi!

Qanında istedad çayları çağlar

Bəşər möcüzəsi, söz xəzinəsi.

Alqış cilovlanmaz igidliyinə!

Müdrik surətinə min kərə əhsən!

Şair qələminlə vəsf etdiyini

Əsgər qılıncınla qorumusan sən!

Bəli, qorumusan diş­dırnağınla

Yalnız vurulduğun gözəlləri yox,

Qədəmlərindəki gözəlləri də.

Kəndlinin alnından, kirpiklərindən

Torpağa tökülən isti təri də!

Sənə minnətdardır bu gözəlliklər,

O məğrur qayanın xınalı daşı.

O daşın, qayanın qırçın qırışı,

Qırışlar üstündə gəzən əliklər,

Sənə minnətdardır bu gözəlliklər!

Şuşaya gəlmişik, doğma Şuşaya.

Gözəllik, incəlik, saflıq şəhəri

Dönüb cahanşümul bir tamaşaya.

İncə, qız qamətli minarələri,

Almas qübbələrdə parlayan zəri,

Gəlin kimi nazlı qələmələri,

Nur, işıq hücrəli mədrəsələri

Göstərir bir daha bəşəriyyətə.

Alqış sənətdəki bu ülviyyətə!

Sənin məzarına gül düzən əllər

Gözəllər bürüyüb bizi bu yerdə.

Torpağı demirəm, daşa da dəysə,



56

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bənövşə bitirir izi bu yerdə.

Gəlir gül üzlülər, gül yanaqlılar,

Ayna camallılar, ay qabaqlılar.

Biz də lalə kimi köksü dağlılar

Sizi yad edirik, sizi bu yerdə!

Gözlər – nur yuvası, işıq qaynağı,

İşığı qaynadan o sevinc nədir?

Kirpiklər sıyrılıb xəncər sayağı,

Gözün, gözəlliyin keşiyindədir.

Narın yağış yağır gün də buludda.

Mənimsə ürəyim dil açır birdən:

İndicə buludu günəş yırtacaq

Dodaqlarda susan qəhqəhələrdən

Dünyaya ətirli güllər səpəcəm.

Öpəcək­öpəcək bizi bu yerdə. Vaqif!

Oyan, Vaqif!

Bu qismətə bax.

Bəlkə də od tutur yatdığın torpaq.

Nə ayaqda başmaq, nə üzdə yaşmaq,

Bir qız paltarında arzu bu yerdə

Başını bir azca aşağı əymiş,

Elə bil deyir ki, yetişmiş baram.

Duy məni!

Dər məni!

Qədir bilənin

Qoynundan dünyaya işıq saçaram! Gözələm!

Xilqətin cövhəri mənəm.

Tanrılar gözümə bir tük görünür.

Kainatın bütün kəhkəşanları

Mənim qədəmimdə sönük görünür!

Üstümdə gördüyün bu gövhər ki var,

Sanma bir ötəri sevda səsidir.

Min illər boyunca daşda sıxılmış

Sevginin daş­qaşa çevrilməsidir.

Dinlər bu səsləri bir ulu şair,

Canı bu varlıqda, cismi məzarda.




57

Duyar ki, məhəbbət, günəş yaşayır,

Gözəllər al geyir yenə baharda.

Gəzər Yer üzünü müdrik sənətkar,

Bəzən qırğın görüb dayanar birdən:

Qoruyaq dünyanın gözəlliyini,

Gözəllik, səadət düşmənlərindən!

Bakı, 1968

TƏLƏBƏ BƏXŞİŞİ

Kiçik yaxşılıq da, adi hörmət də

Silinmir ürəkdən illər uzunu.

Yerlərin, göylərin qaranlığından

Sənə nişan verir dan ulduzunu.

Canım məhəbbətin, mehrin əlində,

Sevincdən gözümü bəzən silirəm.

Bircə ehtiramın müqabilində

Özümü hamıya borclu bilirəm.

Tikanlı, qönçəli, qollu, budaqlı,

Yaşıllıq içində alov papaqlı.

Ağ gül, qırmızı gül, bir də sarı gül...

Evimə gətirdi bağçaları gül.

Görəsən “gül”dənmi yaranıb “gülüş”?

Yoxsa gülüşdənmi yaranıb bu gül?

Üzləri gülümsər, ayağı yüngül

Bir cüt mələk gəlib bu səhər bizə.

Gül əllər ağappaq, güllər tərtəzə.

Sağ olun, istəkli tələbələrim.

­ Hardandı bu güllər?

­ Bizim Bərdədən!

­ Gərək mən Bərdəyə gülşənlər verim.




58

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Açıram qoynumu bir gülüstana,

Necə təravətli, necə təmizdir.

Hələ ətirlisi, təri bir yana,

Bunun solmuşu da sərvətimizdir.

Payladı Firəngiz qohum­qonşuya,

Gəzdi güldan­güldan Bakını Bərdə.

Apardı bir dəstə Təbriz bağçaya,

İyləsin, şad olsun müəllimlər də.

Alqışlar deyirəm doğma ellərə,

Qanımda çağlayan Kürdür, Arazdır.

Qatarla yol gələn qızıl güllərə

Bir şair ömrünü həsr etmək azdır.



1969

GİZLİ İFTİXAR

Qaldırıb Xəzərdən tutdum günəşə

 

mənimlə bərabər çimən oğlumu.



Duydum qollarımda ağırlığını,

 

qanırmaq istədi mənim qolumu.



Açıq ovuclarım yuvaya bənzər,

 

elə bil ovcumdan qanadlanacaq.



Dayanır çiynimdə ox kimi dümdüz

 

qəfildən Xəzərə tullanan qoçaq.



Açılır, bükülür zümrüd dalğalar,

 

dalğanı dolayır biləklərinə.



Balaca köksünü gərmək istəyir

 

bütün Yer üzünün küləklərinə.



Qayıdıb bir daha qalxır çiynimə,

 

bir də qılınc kimi sancılır suya.




59

Qızıl balıq kimi o üzür...

 

mən də


 

ardınca üzürəm göz qoya­qoya.

Bərkiyən qolunda, kürəklərində

 

yetişir, duyuram, körpə əzələ.



Gizli bir iftixar bürüyür məni,

 

ey dost, tanışmısan sən bu hiss ilə?!



Nə alnından öpdüm, nə də çiynindən,

 

ancaq bu halımı duyar atalar:



Boy atan övladın hər bir telində

 

ata gözlərinin öpüş yeri var.



1970

İGİDLƏR, DAHİLƏR

Baxıram... qəbiristan qəbirlə dolu,

Nəsillər yanında nəsillər yatır.

Birləşir köhnənin, təzənin yolu,

Əsrlər üstündə əsrlər yatır.

Düşünüb kimləri salıram yada,

Bu dünya əzəli bir vərdişdədir.

Bütün dəyirmanlar xarab olsa da,

Ölüm dəyirmanı daim işdədir.

Fikirlər içində çırpınır könlüm,

Gedən yer üzünə bir daha gəlmir.

Həyatdan hamını qoparır ölüm,

Yalnız dahilərə toxuna bilmir.

Yalnız igidlərə toxuna bilmir!

Qədim Şıx düzündə ayaq saxla, dur,

Ölməz sənətkarı yada sal bir an.

Ölüm elə bil ki, qurd oğlu qurddur,

Qorxur dahilərin göz işığından.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə