Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə13/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

60

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Nəsimi alnında qanlı bir qürur

Baxır kainata öz dan yerindən.

On dördüncü əsr yıxılır, durur

Tutur o ustadın ətəklərindən.

Baxıram... qəbiristan qəbirlə dolu,

Neçəsi bəzənib mərmərlə, zərlə.

Daşlar parçalanıb, sınıb, ovulub

Ciyərlər dağlayan hönkürtülərlə.

Çiçəklər düzülüb, güllər səpilib

Üstünə, başına, həndəvərinə.

Dodaqla öpülüb, gözlə öpülüb,

Ağaclar göyərib həsrət yerinə.

Ancaq yenə batıb məzarlar yasa,

Heç birinin səsi, sədası gəlmir.

Ölən öz­özünü yaşatmayırsa,

Onu heç bir qüvvə yaşada bilmir.

Məzarlar – torpağın dərdi, qubarı

Keçər aylar, illər... unudularmış.

Fəqət sən yad elə yaradanları,

Məzarlar torpağa şöhrət olarmış.

Mamırlı, yosunlu məzarlar nə çox,

Fəqət yepyenidir Sabir, Nizami.

Dahilər torpağa ölü kimi yox,

Bəlkə basdırılır xəzinə kimi.

Sən qorxma ölümün kor qüvvətindən,

Mayakdır qarşıda Spartak, Babək.

Tarix ölməzləri yetirənlərin

Göstərdiyi yolla gedib... gedəcək!



1973


61

BAKI-DAŞKƏND SƏMA YOLU

Gözlərimi yumaram, yata bilmərəm ancaq,

Kirpiklərim mürgülü, beyin oyaq, qəlb oyaq.

Dəyirmi pəncərədən göz qoyuram səmaya,

Əlim dəyər az qala gah ulduza, gah aya.

Qaranlıqda qızıl qövs – mühərrikin şöləsi.

Sönər, yanar, yox olar sanki şimşək haləsi.

Stüardessa gələr, xonçasında göy nabat.

– Kəmərini çək! – deyər – əyləş bir az da rahat.

Stüardessa bilməz ürəyimdə nələr var,

Səyahət yolum deyil, iş yolumdur bu yollar.

Mən bu yolu kəmərli, kəmərsiz də keçərəm,

Təyyarəm – simurq quşu, neçə tilsim açaram.

Mənə nabat nə lazım, ulduzlar ağ nabatım.

Kəhkəşanlar kəmərim, buludlar qol­qanadım.

Birdən yanar dan yeri Xəzərin ortasında,

Xəzərin ortasında günəş­qızıl bir ada.

Hanı Xəzər? Ağ sürü. Südmü əmir quzular?

Ağ buludlar üstündə bəlkə yerimək olar.

Baş qoysan, yastıq olar, uzansan, döşək olar.

Şüalardan yapışsan bəlkə yüyürmək olar.

Buludlar yarğanından Yer göründü. Budur, bax.

Gözlərimə sürtərəm, tutiyadır bu torpaq.

Qurumuş çay yatağı yıxılmış ağac kimi.

Türküstanın başında günəş qızıl tac kimi.

Çınqılı da, daşı da mənim üçün əzizdir.

Çünki bu yer igidlik, bilik xəzinəmizdir.

Bu yurd dahilər doğub tarixin gənc çağında,

Gənc analar günəşə süd verib qucağında.

Qıy vur, təyyarə, qıy vur!

Mən – dalğayam, sən – dərya.



62

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Nəbzimdə cüt döyünür Amudərya, Sırdərya.

Bakıda saat altı, Daşkənd vaxtilə səkkiz.

Demək, burda günəşə bir az da yaxınıq biz.

Bu yolun hər şaxəsi mənə aşkar görünür,

Ulduz bağı Səmərqənd, ulu Kaşqar görünür.

Bu yol hardasa tozlu karvanlarla birləşir,

Füzulini gözləyir orda ustad Əlişir.

Deyirlər asimanın nə başı var, nə dibi.

Asimanı çiynilə genişlətdi Fərabi!

Onlar dağ zirvəsində, mən yoxuşlu dərədə, ­

Yetəcəkmi dadıma dəmirləşmiş iradə?!

Qıy vur, tərlanım mənim, ver mənə sürətini.

Qucaqlamaq gərəkdir göyun diametrini.

Biruninin, Sinanın zəka səltənətini!

Qayıtmaram, bu yolda qasırğalar qopsa da,

Oxay! Bənövşə ətri, qız ətri var havada.

Aerodrom boyunca güllərin al bükümü,

Qarşıla, doğma Daşkənd, cüt qanadlı Bakını!

Mənə çiçək uzatma, sağ ol, şehli laləzar,

Səyahət yolum deyil, iş yolumdur bu yollar.



1974

ONUN MƏRDLİK MƏKTƏBİ

Azərbaycan Pedaqoji Universitetində 

qırx il müəllimlik etmiş ustad 

Mirzə Cavadın əziz xatirəsinə

Hələklər, ay hələklər!

Çirmənsin ağ biləklər.

Xəbər getsin düşmənə,

Hasil oldu diləklər.



63

Yox, inanmıram ki, şad ola düşmən,

Məgər onun da heç düşməni varmı?

Yavaşca keçərdi şehli çəməndən,

Bircə qarışqanı tapdayardımı?

Biz ondan dərs aldıq qırx il, qırx beş il!

Neçin ayrılmağa çox tələsdi o?

Qara lövhədəki ağ xətti kimi

Pak idi, işıqlı, müqəddəsdi o.

Biz ondan dərs aldıq qırx il, qırx beş il

Nurunu köçürdü gözlərimizə.

Təkcə ədəbiyyat, dil öyrətmədi,

Ləyaqət elmini öyrətdi bizə.

Ağır təbiətli, yüngül qədəmli...

Dara düşərkən də idrakı azad.

Alçaqlıq görəndə əsəbi, qəmli,

Gözəllik görəndə ipəkləşən zat –

Ustad Mirzə Cavad, ­ ustad, istedad!

Hər səhər zəng səsi eşidilincə,

Elə ki təmkinlə girdin içəri,

Sinif qapısını açmadın təkcə,

Açdın bağlı qalan xəzinələri.

Qovuşdu cüz küllə, damla dəryaya.

Demərəm əcəllə barışdı ömrün.

Nizami ömrünə qarışdı ömrün,

Nəsimi ömrünə qarışdı ömrün.

Sənin cod əllərin, cansız əllərin,

Təbaşir tozuna bulanmış əllər.

Sənin gümüşlənən seyrək tellərin,

Əsrin tufanıyla daranan tellər.

qədər əzizdi, nə qədər doğma!



64

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

O zəka nuruna bürünən sima

Hələ çox girəçək mənim yuxuma...

Doğum­ölüm sözü arasındakı

Tire kimi qısa bir ömrümüz var.

O tire körpüdür – öyrətdin bizə,

Körpüdən sabaha adlamaq olar.

Hatəm süfrəsinə bənzər süfrəsi,

Halal duzu vardı, halal çörəyi.

Onun duz­çörəyi düz çörək idi,

Düzlük məşəliydi kişi ürəyi.

Bir gün xəstələnib gəlmədi dərsə,

Yaxşı yadımdadır, ayın başında

Cavan mühasiblə başladı bəhsə,

Dedi: ­ Boş günümü çıx maaşımdan!

Yalvardı mühasib: ­ Ustad! – söylədi –

Haqqınız­sayınız boynumuzdadır.

Beş manat, on manat nə puldur – dedi –

Sizin milyonlara haqqınız çatır.

Bir də ki, cədvəli dəyişmək çətin...

Sanmayın yumşaldı, güzəşt etdi o.

Donluqdan ayırıb bir şax onluğu

Masanın üstünə qoyub getdi o.

Hələklər, ay hələklər!

Çirmənsin ağ biləklər.

Xəbər verin düşmənə

Hasil oldu diləklər.

Kimdi düşmənləri? Cibləri dərin,

Odunu söndürüb böyük sözlərin

Məxmər kürsülərdən vəz eləyənlər.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə