Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   2   3   4   5   6   7   8   9   ...   113

16

Liftdə günəş olarmış,

Liftdə bahar olarmış.

Bu  şeiri Azərbaycan  xalqının  gənc  şairi  Xəlil  Xəlilov  1958­ci

ildə  Moskvada,  Ali  Ədəbiyyat  kurslarında  təhsil  alarkən  ya­

zıb. Taleyin istehzasına bax ki, təxminən bir qərinə keçəcək və

Azərbaycan xalqının azadlıq mücahidi Xəlil Rza Ulutürk yenə də

Moskvada, ancaq bu dəfə liftdə deyil, Lefortovoda (səslənmədəki

yaxınlığa fikir verirsinizmi?) tamam başqa ruhlu şeirlər yazacaq.

32 il öncə rus gözəlini liftdə tora salmış, özünü ovçuya bənzədən

Xəlil Rza Lefortovoda özü tora düşmüş pələng kimi çırpınaraq

keşikçisi olan rus mujikinə “məhəbbətini” belə izhar edəcək:

Keşikçim gələr­gedər düşüncələr içində,

Acı tütün qoxusu, tüstü, zəhər içində.

Qorxar, car çəkə bilməz

Fikrini, niyyətini.

Yazıq məndən qoruyur

İki qitəyə sığmaz Sovetlər dövlətini!

Bəlkə də lirik xəyalatı, təzətər obrazları ilə dövrünün Füzulisi

olacaqdı. Qoymadılar. Kim? Qoy özü cavab versin:

Ürəyim qışqırır! Ağlım deyir: Sus!

Bu qədər soyğunçu, bu qədər casus,

Bu qədər acgödən, mədəni quldur,

Bu qədər qəlbi kar, ürəyi çopur,

Bunca ikiüzlü, üçüzlü, hətta

Yüzsifət, minsifət varsa həyatda,

Demək, bu dağılmış dağılmalıdır!

Yeni bir cəmiyyət doğulmalıdır!




17

Ancaq  dağılmaq  hökmündə  nə  qədər  ümidsizlik  varsa  da,

böyük  şair  ümidini  itirmir  –  zira,  yuxarıda  dediyimiz  kimi,

gələcəyin  dahi  qarantı  təkcə  dissident  sənətkarları  himayə

etməklə qalmırdı, həm də gələcək müstəqillik üçün möhtəşəm

planlar cızırdı. Bunu bildiyindəndir ki, Xəlil Rza Ulutürk sarsıl­

maz dayağına söykənərək inamla yazırdı:

İşlər böylə getsə... Böylə getməsin!

Getsə, bu gedişi boğacağam mən!

Bütün Azərbaycan övladlarını

Öz kişi bətnimdən doğacağam mən!

Xəlil  Rza  Ulutürk  işıqlı  və  qarşısındakı  insanda  da  ən  azı

iynənin  ucu  boyda  işıq  axtaran,  işıq  tapan  bir  şəxsiyyət  idi.

Onun mehriban, nurlu simasında, son zamanlar ağappaq ağar­

mış Dədə Qorqud saç­saqqalında belə işıq vardı. Qarı düşməni

yada salarkən (heç yaddan çıxdığı olurdumu?) qəzəblə alışan iri

qara gözlərində, duru, saf, məsum uşaq baxışlarında bir işıq var­

dı. Məşhur “Dəftərxana kitablarını” yorulmaz gərdişi ilə cəzana

gətirən  qələmində,  bu  qələmi  hərəkətə  gətirən  barmaqlarında

bir nur vardı.

Azərbaycan  adlı  günəşdən  aldığı  bu  işığın  sayəsində  Xəlil

Rza  Ulutürk  Azərbaycanın  böyük  ziyalısına  çevrilmişdi.  Bu

səbəbdən idi ki, keçdiyi bütün yerlərdə öz işıqlı izini qoyurdu.

Onunla həmsöhbət olan, heç olmasa, bircə dəfə göz­gözə gələn

adam ondan işıq payını almaya bilmirdi. Elə od payını da.

Keçən əsrin 80­ci illərinin sonunda isə Xəlil Rzanın qanında­ca­

nında olan işıq­od sanki bir nöqtədə cəmləndi, bu böyük sənətkarı

özü boyda vulkana­yanardağa çevirdi. Ulutürk məşəlinin işığı o

qədər gücləndi ki, özü demişkən, “iki qitəyə sığmayan Sovetlər



18

dövlətini” bu oddan­alovdan, bu işıqdan qorumaq zərurəti meyda­

na çıxdı. Qoruya bildilərmi? Təbii ki, bilmədilər. Çünki Qorbaçov­

erməni faşizmi tandeminin ölkəyə xaincəsinə tətbiq etdiyi “ikili

standartlar” dəyənəyinin ikinci başı “Sovetlər dövlətinin” elə öz

təpəsinə dəyib, onu darmadağın elədi. Xəlil Rza Ulutürk də başqa

vətənpərvər oğullarımız kimi uğrunda bütün ömrünü sərf etdi­

yi milli müstəqilliyi görmək xoşbəxtliyinə nail oldu. Yenə də bu

barədə Ulu Öndərin sözlərinə müraciət etmək istərdim:

“Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mü ba ri zə­

sinin ön cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə

həm  alim,  həm  şair  kimi,  həm  də  hörmətli  bir  insan  kimi  örnək

olmuşdur. O daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşa­

mış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük

xidmətlər göstərmişdir. Allaha şükürlər olsun ki, o, Azərbaycanın

müstəqillyinin şahidi olmuş, bunu görmüşdür.” (Yenə orada.)

Doğrudan da, insan həyatının mənası olan bir mübarizənin

uğurla nəticələndiyini, arzularının çiçək açdığını öz gözləri ilə

görürsə, deməli, xoşbəxtdir. Bu mənada dahi Heydər Əliyev, bö­

yük Bəxtiyar Vahabzadə və başqa alovlu vətənpərvərlərimiz də

öz amallarına qovuşmuş xoşbəxt insanlardır.

Bu cür böyük insanlarla əsrdaş olmaq, onların söhbətlərindən

feyz  almaq,  onların  fəaliyyətini,  vətən  məhəbbətini  bir  örnək

götürmək özü də xoşbəxtlikdir. O da bir xoşbəxtlikdir ki, sənin

cismani yoxluğundan sonra əsərlərin yaşamaqda davam etsin və

hər dəfə sənin sözlərini oxuyan, dinləyən kəs parlaq şəxsiyyətini

də göz önündə canlandırsın.

Dədə Qorqud kimi, Gəncəli Nizami kimi, İmadəddin Nəsimi

kimi, Məhəmməd Füzuli kimi, Mirzə Fətəli Axundzadə kimi, Mirzə

Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi, Hüseyn

Cavid  kimi,  Mikayıl  Müşfiq  kimi,  Səməd  Vurğun  kimi,  Rəsul



19

Rza kimi, Bəxtiyar Vahabzadə kimi... Xəlil Rza Ulutürk də bu cür

xoşbəxt sənətkarlardandır. Bu haqda hələ səkkiz yüz il öncə dahi

Azərbaycan şairi Nizami Gəncəli bu cür müdrik uzaqgörənlik nü­

mayiş etdirmişdi:

Şeiri oxunanda bu Nizaminin,

Özü də beytlərdən boylanar yəqin.

Gizlənib özünü verməzmi nişan,

Hər beyti sənə min hikmət danışan?

Yüz il sonra sorsan: bəs o, hardadır?

Hər beyti səslənər: burda, burdadır!

Dahi  sələfindən  ilham  alan,  onun  ölməz  “Xəmsə”sinin  ən

yaxşı  tərcüməçilərindən  biri  olan  Xəlil  Rza  Ulutürk  də  həmin

fikrin orijinal inkişafını verməyə müvəffəq olmuşdur. “Sonra...”

adlı kiçik bir şeirilə:

Sanma soyuq qəbrə biryolluq uyam,

Nə göz yaşı gərək, nə kədər, nə qəm.

Elə hesab elə gül toxumuyam,

Torpağa düşdümmü, cücərəsiyəm...

...Əklillər yanında dayandığın an

Yurdun tarixini bir də varaqla.

Silahın yoxdursa, bir misramı an,

Ya da kəmər kimi belinə bağla!

Sonra qoşul mənə elə həmən gün,

Hara? Arif olan işdən halıdır:

Mən öləndən sonra mənim ömrümün

Yüksək mərhələsi başlanmalıdır!



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə