47
Áèáëèîãðàôèéà
şəkildə əks etdirməyinə, sənətkarlıq
səviyyəsinin yüksəkliyinə,
ifadə səmimiliyinə görə həmişə (və hər yerdə) diqqəti çəkəcək,
maraq doğuracaqdır.
Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü, professor
Mən Hidayət haqqında düşünəndə fikirləşdim ki, onu necə
adlandırım? Şair Hidayət, nasir Hidayət, dramaturq Hidayət,
publisist Hidayət, diplomat Hidayət,
siyasətçi Hidayət, böyük
vətəndaş Hidayət. Bütün dediklərimin doğruluğuna dərindən
inanmaqla mən Hidayəti böyük ziyalı adlandırmağa daha çox
üstünlük verdim.
Yüksək yaradıcılıq qabiliyyətinə, hərtərəfli dünyagörüşü-
nə, intellektual və mədəni səviyyəsinə, ensiklopedik biliyinə,
zəngin mənəvi və insani keyfiyyətlərinə görə fərqlənən
Hidayət sözün əsl mənasında xalqımız, millətimiz, müstəqil
dövlətimiz uğrunda alovlanıb yanan böyük ziyalıdır.
Hidayətin həyat və yaradıcılığı, ədəbi-bədii, publisistik və
ictimai-siyasi fəaliyyəti ilə tanış olduqda inanmaq olmur ki,
kiçik bir zaman kəsiyində adi bir
insan bu qədər böyük iş görə
bilər. Mədəniyyətimizin, ədəbiyyatımızın elə bir sahəsi yoxdur
ki, Hidayətin orada izi olmasın. O hansı sahədən keçibsə, orada
özünəməxsus iz qoyub. İz salmaq, iz qoyub getmək isə hər
adama nəsib olmur. Bu iş ancaq yaradıcı şəxsiyyətlərin payına
düşür. Şeirdə, nəsrdə, dramaturgiyada, publisistikada, teatrşü-
naslıqda, incəsənətdə böyük xidmətləri olan Hidayət həmçinin
respublikamızda kitab nəşrinin təşkilatçısı, Azərbaycan kitab
mədəniyyətinin görkəmli təbliğatçısı kimi ad-san sahibidir.
Qədim oğuz eli olan Qərbi Azərbaycanda – indiki Ermə-
nistanda işləyərkən
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının,
incəsənətinin inkişafında və təbliğində onun xidmətləri əvəzsizdir.
Abuzər Xələfov,
professor
48
Ùèäàéÿò
Hidayət müəllim hansı işi aparmasından asılı olmayaraq,
ona bütün canı, enerjisi ilə maksimum münasibət bəsləyir. İşi-
nə sadiq olduğu kimi, həm də ona rəhbərlik etmiş Ümummilli
Liderimiz Heydər Əliyevə çox sadiq olub. Ölkədə sabitlik bər-
qərar olandan sonra bir dəfə bu sahəyə məsul olduğuna görə
mən ona öz dost təşəkkürümü bildirdim. O mənə cavab verdi
ki, “yox, bu mənim deyil, məhz hörmətli Prezidentimiz Heydər
Əliyevin xidmətidir. Sabitlik və respublikamızın bütün nailiy-
yətləri Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Onun bilmədiyi
sahə yoxdur. O hansı kənddə, hansı rayonda
kimin nə işlə məş-
ğul olacağını belə qabaqcadan bilir.”
Hidayət müəllimin şeirləri arasında “Yol gedirəm” adlı bir
şeiri var. Müəllif həmişə yol gedir. Vətənimizin, dövlətimizin,
ədəbiyyatımızın, incəsənətimizin çiçəklənməsinə doğru yol
gedir. Uğur olsun!
Ağakişi Kazımov,
Xalq artisti, professor
Altmışıncı illərdən Ermənistanda yenidən başlanan millət-
çilik hərəkatı, Azərbaycana qarşı irəli sürülən əsassız iddialar
və düşmən mövqeyi bir çox başqa sahələrdə olduğu kimi, Cab-
barlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlanan
böyük yaradıcılıq işlərinə də əngəllər törədirdi. Azərbaycan
teatrının uğurları, onun getdikcə daha geniş tamaşaçı audito-
riyasını əhatə etməsi təbii ki, ermənilərin ürəyindən deyildi.
Teatrı dağıtmaq üçün əllərindən gələni əsirgəmirdilər.
Məhz belə bir vaxtda 24 yaşı tamam olmamış gənc Hida-
yət İrəvan teatrına direktor təyin olundu. Teatrın
problemləri-
nin dərindən öyrənilməsi, truppanın formalaşdırılması, sanballı
repertuar tərtib edilməsi üçün çox çalışdı və istəyinə çatdı. İrə-
van Azərbaycan Teatrının tarixi nailiyyətlərini bərpa etdi, bu
qocaman sənət ocağı o illərdə Azərbaycanın və Ermənistanın ən
maraqlı teatrlarından birinə çevrildi.
Kollektivin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində
görülən tədbirlərə etiraz səsini ucaldan, yüksək təşkilatçılıq
49
Áèáëèîãðàôèéà
qabiliyyətinə malik direktor uzun illər teatrda səmərəli fəaliy-
yət göstərdi və nəhəng imperiyada təcrübəli teatr rəhbərlərin-
dən biri kimi tanındı.
Azad Nəbiyev,
AMEA-nın müxbir üzvü, professor
Hidayət Orucov ulu öndərimiz,
ümummilli liderimiz, feno-
menal şəxsiyyət kimi tarixdə yaşayan Heydər Əliyev məktə-
binin layiqli yetirməsidir. O, ulu öndərimizin və onun siyasi
kursunun layiqli davamçısı, indiki Prezidentimiz İlham
Əliyevin milli siyasətlə bağlı proqramlarının həyata keçirilmə-
sində xüsusi bacarıq və qabiliyyətlə çalışır. Respublikamızda
yaşayan milli azlıqların problemlərinin həllinə xüsusi səy
göstərir. Bu, onun təkcə vəzifə borcu deyil, eyni zamanda,
Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyasının
həyata keçirilməsinə çalışan vətəndaşlıq qayəsidir.
Bəhlul Ağayev,
professor
Hidayət hansı mövzuda, hansı janrda, hansı üslubda yazır-
sa-yazsın elə Hidayət səmimiyyəti ilə seçilir, “Heydər Əliyev
və Azərbaycanda milli siyasət” monoqrafiyasında nə qədər
elmilik, obyektə yanaşma reallığı varsa, bir o qədər də Hidayət
qəlbinin döyüntüsü var, Hidayət ağlının görücülüyü var.
Hidayət
könlü-gözü tox, abır və ləyaqətini həmişə üstün
tutan vətəndaş, dövlət adamı, sənətkardır. Ona verilmiş
“Əməkdar incəsənət xadimi” fəxri adı, Gürcüstanın “Şərəf”,
Azərbaycan Respublikasının “Şöhrət” ordenləri ona verilmiş
əsl qiymətdir.
Əjdər Ağayev,
professor
Bəziləri böyüdükcə mürəkkəbləşdiyi halda, Hidayət Oru-
cov böyüdükcə sadələşmiş və sadələşdikcə də böyümüşdür.
50
Ùèäàéÿò
O, Prezidentin, həm də dünya şöhrətli Heydər Əliyev kimi
Prezidentin müşaviri olduğu dövrdə məni ilk dəfə yanına dəvət
etdi. O, əvvəlki Hidayətlərdən də sadə idi. Məni otağın qapısı
ağzında qarşıladıqdan, səmimi söhbətlərdən sonra sürücüsünü
yanına dəvət etdi: “Mənim ağsaqqalımı evlərinə çatdır” -
dedikdə nəzərimdə bir az da böyüdü.
Əksər şairlər elə ilk yaradıcılığa başladığı gündən özünə
təxəllüs qəbul etdiyi halda, o, bu
böyüklüyü də sadəliklə ifadə
edir: onun yazılarının sonunda təkcə bir söz – Hidayət yazılır.
Bu sadəlik həm onun özünü, həm də adını böyüdür.
Həsən Balıyev,
professor
Mən Hidayət müəllimi həssas qəlbli, lirik duyğulu, roman-
tik təbiətli bir şair kimi tanımışam, müxtəlif illərdə nəşr olun-
muş şeir kitablarında toplanmış zərif şeirlərini rəğbətlə oxu-
muşam, yeri gəldikcə onları poeziyasevərlərə təbliğ etmişəm.
Şairin poetik yaradıcılığının məziyyətlərini insana məhəbbət,
təbiətə sevgi, Vətənə sədaqət hissləri təşkil edir. Bu şeirlər
oxucuların mənəvi-estetik ideallarının formalaşmasında mü-
hüm rol oynayır.
Hidayət Orucov xalqına, vətəninə, el-obaya çox bağlı bir
vətəndaşdır. Onun boy-buxunu, qədd-qaməti əsl Oğuz soyları-
nın gözəl nümunəsidir. Hidayət
müəllim həmişə xeyirdə-şərdə
görünən, xalqın içərisində olan bir insandır. Hidayət müəllimlə
hər bir insan həmsöhbət ola bilər, onun dinləmək qabiliyyəti,
hər kəslə öz dilində danışmaq bacarığı vardır. Məhz onu
sevdirən də elə bunlardır. Hidayət müəllim püxtələşmiş və çox
yetkin dövlət xadimi, şair-publisist, sadə və gözəl insandır.
Onun haqqında məmnuniyyətlə yazmağa dəyər.
Xəlil İsmayılov,
professor