Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

 
 
63 
Tubulun  yaşı  çox  olsa  da,  hələ  biləklərində  əlli  kişinin  gücü 
gizlənirdi.  Son  illərdə  Tubul  pəhləvanı  kənddə  baş  verən  çətin  bir 
məsələ narahat edirdi. Qaraməlik adlı bir qaçaq tez-tez kəndə girib 
kasıb-kusubun  mal-dövlətini  oğurlayırdı.  Çalıb-çapıb  talayırdı. 
Tubul bu qaçaq Qaraməliyi dəfələrlə görmüşdü. Dəvə boyda kürən 
atın  tərkində,  kəsərli  qılınc  çuxasından  asılı.  Qaraməliyi  gəzdirən 
kürən at dastanlarda təsvir olunan atlardan heç də geridə qalmırdı. 
Köhnə adamların dediyinə görə onun atı Buran adı ilə tanınmışdı. 
Deyilənə  görə  Qaraməlik  Arapkir  deyilən  bir  yerdən  gəlmişdi.  Bu 
tərəflərdə  onu  Arapkirli  Məlik  kimi  də  tanıyırdılar.  Qaraməlik  öz 
vətənində  adam  öldürüb  bu  tərəflərə  gəlmişdi.  Qəbələnin  Savalan 
dağı deyilən yerində özünə məskən salıb qaçaqlıq edirdi. Qaraməlik 
bu  tərəflərə  gələrkən  yolda  soyğunçuluq  edib  xeyli  pul-para  əldə 
etmiş,  Koroğlunun  Qıratına  bənzəyən  Buran  atı  da  yolda  əldə 
etmişdi.  Onu  at  belində  görənlər  heç  cür  tuta  bilmirdilər.  Kəndin 
adlı-sanlı  pəhləvanı  Tubul  kişi  də  bu  işdə  aciz  idi.  Tubul  hələlik 
Qaraməliklə  yaxa  olmaq  üçün  imkan  gözləyirdi.  Bilirdi  ki,  əlinə 
keçsə,  bir  anda  qabırğasını  sındıra  biləcək.  Qaraməlik  isə  hələlik 
məğlubedilməz  idi.  Sağa-sola  əl  atıb  bol-bol  azuqə  əldə  edib  öz 
kefini çəkirdi.  
Bir dəfə Qaraməlik Tubulun taxılı olan xırmandan at belindən 
bir çuval çəltiyini ələ keçirib getdiyini gözü ilə görmüşdü. Ona heç 
nə edə bilməmişdi. Buna görə də Tubul özünü kəndlilərinin yanında 
xəcalətli hesab edirdi. Tubul kənddə özünü bir qoçu kimi aparmasa 
da camaata ağrı-acı verənləri görəndə özü də bərk ağrıyırdı. 
Bir  yaz  günü  səhər  tezdən  Tubul  baltasını  çiyninə  alıb 
odunluq  ağac kəsmək  üçün Kaladərəyə endi.  Tubul  seçdiyi ağacın 
bir tərəfini kəsib dayandı. Bir az nəfəs almaq istədi. Baltanı ağaca 
vurub  əlini  çəkdi.  Tubulun  baltası  da  bir  igidin  yükü  idi.  Onun 
baltasını  yalnız  qardaşı  oğlu  Osman  arabir  əlinə  alıb  işlədirdi.  O 
vaxtlar bir yaxşı baltaçının   baltasını ələ alıb baxanda deyirdilər:  
-
 
Ayə, bu lap pəhləvan Tubulun baltasına oxşayır.  
Tubul  kişi  bir  az  nəfəs  alıb  başladı  ağacın  bir  tərəfini 
kəsməyə. Ağaca bir neçə balta vurmuşdu ki, qabaqda bir bığıburma 
kişi gəlib dayandı. Tubul kişi yenə baltanı ağaca vurub əlini çəkdi. 


 
 
64 
Bir-iki  addım  qabağa  gedib  salam-kalam  etdi.  Onlar  xeyli  söhbət 
etdilər. Gələn adam Tubulu köməyə çağırdı:  
-
 
Bu  mən  ölüm,  qərib  qonağam,  mənə  kömək  elə,  atım  lığa 
batıb.  
Bu  adam  Tubulun  hələlik  tanıya  bilmədiyi  Qaraməlik  idi. 
Söhbət  zamanı  bu  bığıburma  kişi  bildirdi  ki,  Kaladərədən  keçib 
Qəbələyə getmək istəyəndə atı sürüşüb lığa, qaynama bulağa batıb. 
Atın  qabaq  ayaqları  ilə  başı  görünürmüş.  Kişi  əlacsız  qalıb  atın 
qabaq  ayaqlarını  çatı  ilə  bir  qoz  ağacına  bağlayıb  kömək 
axtarmağa  çıxıbmış.  Onu  Tubulun  baltası  bu  tərəfə  gətiribmiş. 
Tubul  kişi  qonağın  səsindən  hiss  edir  ki,  bu  uzaqdan  gəlmə 
adamdır.  Həm  də  təmiz  adama  oxşamır.  Amma  dar  gündə  kömək 
istəyir. Belə vaxtlarda Tubul həmişə adamlara əl tutardı. Öz köhnə 
adəti  ilə  bu  adama  da  Tubul  kömək  etməli  oldu.  Qonağın  çiyninə 
əlini qoyub dilləndi: 
-
 
Deyirsən, gedək? 
-
 
Sən  Allah,  lap  baltanı  da  mən  aparım.  Buralarda  tanış-
bilişin varsa, çağır, gedək. 
-
 
Taparıq, apararıq, hələ gedək bir baxım, nə lazım olacaq. 
Bığıburma  kişi  əlini  uzadıb  ağaca  vurulmuş  baltanı  qopardı. 
Baltanı  əlində  saxlaya  bilmədi.  Balta  yavaş-yavaş  endi  ağacın 
dibinə. Kişi birtəhər baltanı qaldırıb dedi: 
-
 
Bay  atonnan!  Kişi,  sənin  balan  böyüsün!  Ayə,  bu  nə 
baltadı? Bunu gəzdirmək üçün iki qatır lazımdı. 
-
 
Bu kişi baltasıdı - Dedi Tubul.  
Sonra  qonağın  əlindən  baltanı  alıb  atdı  çiyninə.  Düşdülər 
yola. Onlar söhbət edə-edə gəlib çıxdılar İsmabulaq deyilən yerə. O 
vaxtlar  bu  yerlər  başdan-başa  qaynama  bulaqlar  idi.  Burada  at 
batan,  dəvə  batan  qaynamalar  vardı.  Qaraməlik  gəlib  bir  bulağın 
yanında  dayandı.  Tubul  çevrilib  bulağa  tərəf  baxdı,  barmağını 
dişlədi:  
-
 
Baho, bu ki, bandit Qaraməliyin atıdı. 
 
Tubul kişini tər basdı. Neyləsin, qonağı vurub öldürsün, yoxsa 
kömək  etsin?  Kişi  dar  gündədi,  kömək  istəyir.  Belə  dar  gündə,  bu 
yerdə onu öldürmək kişilikdən deyil. Tubul alnının tərini silib dedi: 


 
 
65 
-
 
Dostum,  mən  səni  çoxdan  tanıyıram,  sən  Qaraməliksən. 
Sənin  o  qaçaq  başını  qaratoyuq  başı  kimi  çəkib  çıxara  bilərdim. 
Ancaq  dar  gündə  üstümə  köməyə  gəlmisən.  Sənin  günahlarından 
keçirəm.  Sənin  bu  Buran  atını  da  xilas  edəcəyəm.  Ancaq  sən  də 
gərək kişilik göstərəsən. Bu kəndə pislik etməkdən əl çəkəsən.  
Tubul  bu  sözləri  deyəndə  Qaraməlik  bir  az  sıxıldı.  O  ağır 
balta gəlib durdu gözünün önündə, bir az özünü yığışdırıb dedi: 
-
 
Qardaş,  kimin  var  çağır,  atımı  xilas  edək,  mən  də  bir 
kişiyəm. Nə qədər sağam, sənin kəndinlə işim olmaz. 
-
 
Deyirsən, inanım sənə? 
-
 
Söz deyirəm, kişi kimi. 
Tubul  əlini  uzadıb Qaraməliklə bir  də görüşdü.  Baltasını bir 
yana qoyub: 
-
 
Allah, sən məni  bağışla, bu dəfə günahımdan keç. Axı  pisə 
yaxşılıq etməyi özün buyurmusan.  
Tubul bu sözləri deyib yapışdı Buran atın iki ayağından. Onun 
biləkləri  şişdi,  gözləri  qapandı,  dərindən  nəfəs  alıb  bir  nərə  çəkdi. 
Elə güc verdi ki, bir göz qırpımında dəvə boyda Buran at palçıqdan 
çıxdı  sahilə.  At  ayaq  üstə  dayanan  kimi  Tubul  əlini  çəkdi.  Tubulun 
ayaqları isə dizə qədər torpağa batmışdı. 
Qaraməlik  bu  işə  mat  qaldı.  Birdən  yerindən  oynadı,  gəlib 
Tubulu qucaqladı. O üzündən bu üzündən öpdü: 
-
 
Çox sağ ol, qardaş! 
-
 
Ayə,  Qaraməlik,  mən  sənin  Buran  atını  xilas  etdim,  sən  də 
mənim ayaqlarımı torpaqdan çıxar. 
Qaraməlik  yaxınlaşıb  Tubulu  çəkmək  istədi.  Tubul  onun  çiy-
nindən  bir  balaca  aşağı  sıxdı.  Məlik  bir  anda  yerə  oturdu.  Onlar 
çoxdankı  dostlar  kimi  bir-birini  qucaqladılar.  Atın  xilas  olmasına 
Tubul  da  sevinmişdi.  Bu  vaxt  Qaraməliyin  atı  kişnədi,  sonra  özünü 
möhkəm silkələdi. Elə silkələndi ki, Tubulun da, Qaraməliyin də üst-
başı tamam palçıq oldu. Qaraməlik sevinclə dedi: 
-
 
Ha,  zoruva  dönüm,  silkələn,  bizdən  zərər  yoxdu.  Sənə  bir 
şey olmasın. 
 
 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə