Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
11 
Adət-ənənə  baxımından  toy  şənliyində  gəlinin  ər  evinə  qədəm 
qoyma anında bəy tərəfindən tüfənglə havaya güllə atılması da digər 
xalqlardan fərqli olan gəlinə xüsusi xəbərdarlıq işarəsidir.  
Qaxac ətindən plov və xəmir xörəklərin bişirilməsində istifadə 
edilməsi də çox maraqlıdır.  
Mətbəx işlərinin aparılması xörək bişirmə mədəniyyətinə xidmət 
etdiyi kimi, eyni zamanda dilin də püxtələşməsinə, dildə yeni sözlərin 
və qaydaların yaranmasına və öyrənilməsinə xidmət edir. 
Saxur  xalqının  müasr  dövrə  kimi  öyrənilməmiş  və  öyrənil-
məsini tələb edən dil müraciət qaydaları və maraqlı adət-ənənələri 
çoxdur.  Onların  öyrənilməsi  dilin  və  folklorun  inkişafına  xidmət 
edir. Son dövrdə fransız tədqiqatçılarının saxur dilinə və folkloruna 
olan marağı da yəqin ki, bu baxımdandır.  
Hesab edirik ki, xalqlar azsaylı da olsa onların da dilində digər 
dillərin  püxtələşməsi  üçün  müəyyən  sirli  məqamlar  ola  bilər. 
Müasir dövrdə həmin sirlərin açılması gənclərin payına düşür. Belə 
də  deyirlər  ki,  hədiyyənin  böyüyü,  kiçiyi  olmaz.  Yəqin  ki,  bu  cür 
yanaşmanı dillərə də şamil etmək olar. 
Bu  baxımdan  saxur  xalqının  nümayəndəsi  kimi  xalqımızın 
folkloru ilə bağlı aparılan belə tədqiqatları bəyənir və alqışlayırıq. Belə 
hesab edirik ki, tamamlanmış bu tədqiqatla kifayətlənmək lazım deyil. 
Daha yeni tədqiqatların aparılmasına ehtiyac vardır. 
Günəşli  Azərbaycanda  saxur  xalqının  tarixən  sönmüş 
çırağının  yenidən  işıqlanmasına  şərait  yaradan  Azərbaycan  Ras-
publikasının  Prezidenti  İlham  Əliyevə,  Şəki-Zaqatala  bölgəsində 
yaşayan  azsaylı  xalqların  folklorunu  toplayıb  nəşr  etdirmək  işində 
əməyi  olan  hər  kəsə,  o  cümlədən  AMEA-nın  Folklor  İnstitutunun 
direktoru  Muxtar  İmanova,  xüsusilə  də  bu  kitabın  müəllifi  və 
tərtibçisi  kimi  bütün  əziyyətini  çəkən  Mətanət  xanım  Yaqubqızına 
saxur  xalqı  adından  dərin  minnətdarlığımızı  bildiririk  və  ona  yeni 
yaradıcılıq uğurları arzu edirik.   
 
Cuma Məmmədov 


 
 
12 
ORTAQ MÜHIT,  
ORTAQ ADƏT-ƏNƏNƏ,  
ORTAQ DIL 
 
Qafqaz sıra dağlar silsiləsinin cənub-qərb hissəsində yerləşən 
Şəki-Zaqatala  bölgəsi  şimaldan  Dağıstan  Muxtar  Respublikası, 
qərbdən  Gürcüstan  Respublikası  ilə  sərhədlənir.  Bu  əraziyə 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları daxildir.  
 
Şəki-Zaqatala  bölgəsi  milli  azlıqların  kompakt  yaşadığı 
ərazidir.  Bu  bölgədə  avarlar,  saxurlar,  ingiloylar,  gürcülər,  udilər, 
ləzgilər,  laklar,  qrızlar  (Qəbələ  rayonunun  Ovuculu  kəndi),  ərəşdi 
(Balakən rayonunun Poştbinə kəndi) və s. millət və etnik qrupların 
nümayəndələri yaşayırlar. Bu yerdə dillərin çoxluğu ilə maraqlı bir 
rəvayətin xatırlanması yerinə düşər: 
“Allahın  elçisi  qatırın  belində  dünyanı  dolaşır,  nəhəng 
xurcunun  ağzını  açıb  xalqlara  dil  paylayırmış.  Çində  olur.  Onlara 
çin dili verir. Ərəbləri gedib tapır, ərəb dili verir. Yunanlara yunan, 
ruslara  rus,  fransızlara  fransız  dili  verir.  ...  gürcülərə  gürcü  dili, 
osetinlərə  osetin  dili  verir.  ...  qar  çovğunu  başlayır,  kəndi-kəsəyi 
bürüyür.  Allahın  elçisi  dibində  iki  ovuc  paylanmamış  dil  olan 
xurcunu qaldırır və o dillərin hamısını dağlara səpələyir. 
-
 
Alın, kim hansını istəyir, seçsin –deyir. 
Qar-çovğun  atılmış  dilləri  yarğanlara,  qayalara  çırparaq  hara 
gəldi  səpələyir.  Hərə  öz  ana  dilini  tapır.  Elə  o  zamandan  dünyada 
avarlar,  ləzgilər,  darginlər,  qumuqlar,  tatlar,  laklar  peyda  olur.” 
(Ə:10; s:154-156) 
Düzdür, bu bir rəvayətdir. Ancaq çox maraqlıdır, doğrudan da 
bu  bir  faktdır  ki,  dil  müxtəlifliyinin  ən  çox  kök  atdığı  yerlər 
dağlıq ərazilərdir.  
Bölgədə kompakt şəkildə yaşayan milli azlıqlar tarixən nəinki 
öz  keçmiş  milli  adət-ənənələrini  qoruyub  saxlamış,  hətta  başqa 
millətlərin müəyyən xüsusiyyətlərini də mənimsəmişlər. Bu, onların 
həyat tərzində, məişətində özünü göstərir. 
Məlumdur ki, etnik amil bölgə örnəklərinin spesifikasına təsir 
edən faktorlardan biridir. Xüsusilə də dil faktlarının örnəklərə təsiri 
danılmazdır.  


 
 
13 
Bu  kitabda  yalnız  dörd  dilin  –  udi,  avar,  saxur  və  ingiloy 
dillərinin  daşıyıcıları  olan  Azərbaycan  xalqının  nümayəndələrinin 
adət-ənənələri, milli söz örnəkləri yer almışdır. İstərdik ki, əvvəlcə 
bu dillərin daşıyıcılarının kimliyi haqqında qısa arayış verək; böyük 
alimlərimizin və bu millətlərin nümayəndələrinin özlərinin mənşəyi 
barədə  söylədiyi  fikirlərə  diqqət  edək  və  sonunda  öz 
mülahizələrimizi irəli sürək. 
Udilər
1
 Qəbələdə ən böyük  yaşayış  məntəqələrindən biri  Nic 
qəsəbəsində və az hissəsi Oğuz rayonunda yaşayır. 
  
Qədim  yunan  tarixçi,  coğrafiyaşünas  və  filosofu  Strabon 
“Coğrafiya”  kitabında  göstərirdi  ki,  Albaniyada  26  dildə  danışan 
türk  tayfaları,  ümumilikdə,  Alban  adlanan  hər  bir  tayfanın  özünə 
məxsus etnik adı var idi. (Ə: 16)  
Mərhum  prof.  Qəmərşah  Cavadov  prof.  Rauf  Hüseynovla 
birgə  yazdığı  “Udilər”  kitabında  bir  daha  Strabonun  “Coğrafiya 
kitabına  istinad  edilir:  “Qafqaz  Albaniyasında  hər  birinin  öz  dili 
olan  26  tayfa  vardır.  Bunlar  gellər,  qarqarlar,  silvlər,  didurlar, 
leqlər, utilər-albanlardır”(Ə: 9; s:24) 
“Müasir udi dilində Suriya sözlərinin və terminlərinin (qədim 
Suriya  dillərindən  alınma  sözlər  saxlanmışdır)  siyasi,  dini,  etnik-
mədəni  həyatın  xüsusiyyətləri  ilə  bağlı  olaraq  qeydə  alınması  bir 
daha  sübut  edir  ki,  onların  dili  alban  (qədim  udi)  dilinin  birbaşa 
varisidir” (Ə:9; səh:79) 
Prof.  Q.Voroşil  yazırdı:  “Bizim  fikrimizcə,  alban  yazılarının 
statistik  quruluşu  udi  dilinin  quruluşuna  çox  yaxındır”  (Ə:13; 
səh:34)
 
Prof.  Q.Voroşil  “Qafqaz  Albaniyası”  kitabında  nümunələr 
vermişdir ki, bu sözlər kök baxımından alban sözləridir: kat - qətrə, 
damcı;  çav  -  şan-şöhrət  (çuv  –  şan-şöhrət  -  Ə:3;  s:298);  ça  –  yun 
(ça-bəh-bəh - Ə:3; s:298), ip, ciyə (Ə:13; s:35)
 
 
“Udilər həmişə özlərini alban sayıblar” (Ə:13; s:36)
 
 
                                                           
1
 Udilər haqqında geniş məlumat üçün bax: səh: 23 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə