4
arasında
ictimai iqtisadi, siyasi və mədəni
əlaqələr probleminin daha
müvəffəqiyyətli həllinə imkan yaradar.
Tədqiqatın əsas məqsədi Azərbaycan dilinin şərq qrupu dialekt
və şivələrinin leksikasına İran dillərinin (fars, tat, talış) leksik
təsirini üzə çıxarmaq, həmin dialekt və şivələrdə İran mənşəli
sözlərin yerini və rolunu müəyyənləşdirməkdən ibarətdir. Dialekt və
şivələrdəki İran mənşəli sözlər öz xarakterinə görə digər alınmalar-
dan fərqlənir. Bunu nəzərə alaraq monoqrafiyada :
-dialekt və şivələrdə alınma sözlərin fonetik-morfoloji
mənimsənilməsi;
-alınma sözlərin leksik-semantik
xüsusiyyətlərinin öyrənil-
məsi;
-dialekt və şivələrdə alınma sözlərin
ümumi və fərqli fone tik,
morfoloji və semantik xüsusiyyətlərinin üzə çıxarılması;
-Azərbaycan toponimiyasının tədqiqində dialekt və şivələrdəki
alınma
sözlərin əhəmiyyəti;
-alınma sözlərin tematik qruplar üzrə təsnif edilməsi və s.
məsələlər nəzərdən keçirilmişdir.
Azərbaycan dilçiliyində Azərbaycan və İran dilləri əlaqələrinin
ilk dəfə olaraq dialekt və şivələr səviyyəsində geniş planda
monoqrafik tədqiqata cəlb edildiyi, dialekt leksikasının zənginləş-
məsində müxtəlif İran dillərinin rolunun araşdırıldığı bu monoqra-
fiyada İran dillərindən kifayət qədər dil materialı tədqiqata cəlb
edilmişdir ki, bu da həmin dillərdən alınma sözlərin fonetik,
qrammatik təbiəti və leksik-semantik xüsusiyyətləri barədə müəy-
yən nəticəyə gəlməyə imkan vermişdir. Monoqrafiyada dialekt və
şivələrin leksikasındakı alınma sözlər təkcə təhlil və təsvir edil-
mir. Bununla yanaşı, imkan daxilində İran dillərindən qədim alınma
sözlər layı aşkar edilir, bir çox sözlərin tarixi-etimoloji inkişaf yolu
izlənilir və bu məqsədlə türk, İran və digər Hind-Avropa dillərinin,
eyni zamanda qədim yazılı abidələrin materiallarından istifadə
olunur. Azərbaycan toponimiyasın- da alınma sözlərin işlənməsi və
onların üzə çıxarılmasında dialekt və şivə materiallarının
əhəmiyyətinə də diqqət yetirilir.