Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   15   16   17   18   19   20   21   22   ...   99

 
56
mətnlərdə modallığın funksional-semantik sahələrinin 
(gerçəklik/qeyri-gerçəklik) hansının arqumentləşdirmə 
vasitəsi kimi daha çox istifadə olunması aydınlaşdırıla bilər. 
Bununla dilin funksional-semantik və funksional-
kommunikativ təsviri arasında  əlaqə yaradılmış olur. 
Arqumentləşmə müstəqil bir proses olub mürəkkəb və 
müxtəlifnövlüdür. Onun məzmunu bir çox kompozisiyalı nitq 
formalarından ibarətdir. Həmin nitq formalarında 
danışanın/yazanın bu və ya digər hadisəyə subyektiv 
münasibəti öz əksini tapır. 
K.E.Zommerfeldt müxtəlifnövlü mətnlərlə formalaşan 4 
arqumentasiya növünü göstərir [106, s.10-15]: 
1.  İnkişafda götürülən izahedici arqumentləşdirmə  (das 
entwickelnd-erklarende Argumentieren). Onun funksiyası 
müşahidələr nəticəsində  təcrübə toplanması,  şeylər və 
hadisələr arasında  əlaqələrin öyrənilməsi və beləliklə 
hərəkətə  təhriketmədən ibarətdir. Belə arqumentləşdirmə 
ictimai praktikada özünü doğrultmuşdur. Bu halda kollektiv 
və ya ayrı-ayrı  şəxslər mürəkkəb bir vəzifənin icrasında 
səfərbər edilir. 
2.  İzahedici-diskussiya səciyyəli arqumentləşdirmə  (das 
erklarend-auseinandersetzen de Argumentieren). Burada 
əsas diqqət düzgün olmayan fikirlərin təkzib edilməsi və 
düzgün qərarların əsaslandırılması və sübutudur. Daha çox 
köhnəlmiş fikirlər, düşünülməmiş düşmən hərəkətlərin 
pislənilməsi, konstruktiv yollar göstərilməsi məqsədi ilə bu 
formadan istifadə olunur. Belə ictimai əhəmiyyət kəsb edən 
mövzulara  əmək intizamına və  tədris proqramına riayət 
olunması,  ətraf mühitin qorunması, sağlam tərbiyə  və s. 
daxildir. 
3. Diskussiya-izahedici (polemik) arqumentasiya. Bu 
prosesdə bu və ya digər nöqteyi-nəzərin zəruriliyi və 
doğruluğu sübut olunur, başqa bir nöqteyi nəzərin isə 
düzgün olmadığı, ziyanlılığı faktlarla izah edilir. 
Bir qayda olaraq, inkişafda götürülən izahedici arqument-
ləşdirmədə arqumentləşmə dinləyənin/oxuyanın informasiya 
ilə təmini ilə başlayır. Bu mərhələ başlanğıc mərhələ hesab 
olunur. Sonra problemin dəqiq və hərtərəfli ifadəsi, izahı və 
nəticələrin formullaşdırılması mərhələsi başlanır. 


 
57
Məsələn, tutaq ki, hər hansı bir mənzildə yanğın baş 
vermişdir.  İlk mərhələdə baş vermiş  bədbəxt hadisədən 
sonrakı  vəziyyət təsvir olunur. Evdə yanğının  əhatə etdiyi 
sahə, yanmış  əşyalar, ev sakinlərinin xəsarət alıb-
almaması,yanğının söndürülmə müddəti və s. Sonra 
yanğının baş vermə  səbəbləri  (ehtiyatsızlıq, elektrik və ya 
qaz xəttində texniki nasazlıq və s.) göstərilir. Son mərhələdə 
baş vermiş hadisənin nəticələri təhlil edilir, tövsiyə səciyyəli 
məsləhətlər verilir (ehtiyatlı olmaq, elektrik və qaz xətlərinin 
dəqiq yoxlanması  və texniki nasazlıqların aradan 
qaldırılması və s.)
Yuxarıda göstərilənlərdən fərqli olaraq şərhedici 
(izahedici) diskussiya səciyyəli arqumentləşdirmədə bir-
birinə zidd olan fikirlər və nöqteyi-nəzərlər şərh və müzakirə 
olunur. Bütün bu müxtəlif fikirlər  şərh olunduqdan sonra 
müəllifin gəldiyi qənaət təklif olunur. 
Yanğınla bağlı yuxarıda izah etdiyimiz situasiyada 
müxtəlif zidd fikirlərin, kontrarqumentlərin təhlili tələb 
olunmur. Burada hadisəni danışan  şəxsin  şəxsi fikirləri 
qəbul edilir. Müəllif hadisənin  şahidi olmuş adamların 
əksəriyyətinin qəbul etdiyi müddəanın, çoxlarının düzgün 
hesab etdiyi versiyanın tərəfdarı kimi çıxış edir. 
Nəticə olaraq göstərmək olar ki, arqumentləşdirici mətn-
lərdə  həqiqilik/yalan modal sahəsində dil vasitələrindən 
aşağıdakı kimi istifadə olunur: 
- Arqementləşdirmənin bütün variantlarında həqiqilik 
yalan sahəsinin dil vasitələri mühüm rol oynayır; 
-  İnkişafda götürülən izahedici arqumentləşdirmədə 
müəllif öz şəxsi rəyini ifadə etmiş olur. Çünki, bu zaman zidd 
fikirlər müzakirə olunmur. Bu prosesdə  “əminlik”  və  “qeyri-
əminlik” mikrosahələrinə  məxsus dil vasitələrindən istifadə 
olunur; 
- Arqumentləşdirmənin polemik variantlarında zidd, zərərli 
nöqteyi-nəzərlər müzakirə olunur və qiymətləndirilir. Bu 
zaman müəllifin  şəxsi rəyi  əsaslandırılır. Burada bütün 
mikrosahələrin vasitələrindən istifadə nəzərdə tutulur. 
Xarici dil kimi tədris olunan alman dilinin tədrisində yuxa-
rıda göstərilən metodlardan iki istiqamətdə istifadə oluna 
bilər: 


 
58
- Arqumentləşdirmə aktlarında həqiqilik/yalan 
makrosahəsinin dil vasitələri geniş mənimsədilir. 
- Nəzərdə tutulur ki, mikrosahənin ayrı-ayrı elementləri 
arqumentləşdirmədə, müxtəlif mətn növlərində müxtəlif 
işləklik dərəcəsinə malik olur. 
 
 
 
1.3. Türkoloci ədəbiyyatda modallıq kateqoriyasının 
tədqiqi.  
Birinci fəslin ümumi qeydlər hissəsində türkologiyada mo-
dallıq kateqoriyası ilə bağlı araşdırmaların əsas istiqamətləri 
barədə  məlumat verilmişdi. Qeyd etmək lazımdır ki, 
türkoloci  ədəbiyyatda bu problemin tədqiqi ilə  əlaqədar 
A.N.Kononovun, N.A.Baskakovun, K.V.Musayevin, 
F.R.Zeynalovun, Z.Əlizadənin, M.Hüseynzadənin, 
A.Aslanovun, M.Rəhimovun, Ə.Cavadovun, N.Dırenkovanın 
və b. böyük xidmətləri olmuşdur [116; 117; 65; 66; 131; 44; 
23; 28; 8; 9; 139; 18; 19; 96].  
A.N.Kononov  ədatları  və modal sözləri köməkçi sözlər 
qrupuna aid edir və onları “ədat” termini altında birləşdirməyi 
təklif edir [116, 345-346]. Ədatlar isə öz növbəsində  əsil 
ədatlar və ad-ədatlara bölünür. Müəllifin fikrincə,  əsl 
ədatların sabit səs quruluşu olmur, qrammatik 
semantikadan başqa mənaya malik olmadıqları üçün daha 
çox  şəkilçi səciyyəli olur. Digər tərəfdən  ədatlar yalnız 
semantik məqsədlər daşıdıqları üçün bağlayıcılarla yaxın 
funksiyalar daşıyırlar.  
Modal sözlər isə fünksional baxımdan  ədatlara müvafiq 
gəlsələr də, əsasən danışanın deyilən fikrə və ya baş verən 
hadisələrə münasibətini bildirir. Müəllifin fikrincə,  ədatlar və 
modal sözlər müxtəlif nitq hissələri ilə  sıx  əlaqəlidir. Belə 
nitq hissələrinə bağlayıcı, zərf və əvəzliklər misal ola bilər.  
A.N.Kononov müasir türk dilində işlənən modal sözləri üç 
qrupa ayırır: nitq prosesində sözlərin müxtəlif məna çalar-
larını ifadə edənlər:  iştə  - bax, belə.  Xalq - danışıq dilində 
bu modal sözün na, nah variantları da işlənir. Bəzən bu 
variantlar bir yerdə də müşahidə olunur: Nah iştə bak- Bax 
belə.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə