56
mətnlərdə modallığın funksional-semantik sahələrinin
(gerçəklik/qeyri-gerçəklik) hansının arqumentləşdirmə
vasitəsi kimi daha çox istifadə olunması aydınlaşdırıla bilər.
Bununla dilin funksional-semantik və funksional-
kommunikativ təsviri arasında əlaqə yaradılmış olur.
Arqumentləşmə müstəqil bir proses olub mürəkkəb və
müxtəlifnövlüdür. Onun məzmunu bir çox kompozisiyalı nitq
formalarından ibarətdir. Həmin nitq formalarında
danışanın/yazanın bu və ya digər hadisəyə subyektiv
münasibəti öz əksini tapır.
K.E.Zommerfeldt müxtəlifnövlü mətnlərlə formalaşan 4
arqumentasiya növünü göstərir [106, s.10-15]:
1. İnkişafda götürülən izahedici arqumentləşdirmə (das
entwickelnd-erklarende Argumentieren). Onun funksiyası
müşahidələr nəticəsində təcrübə toplanması, şeylər və
hadisələr arasında əlaqələrin öyrənilməsi və beləliklə
hərəkətə təhriketmədən ibarətdir. Belə arqumentləşdirmə
ictimai praktikada özünü doğrultmuşdur. Bu halda kollektiv
və ya ayrı-ayrı şəxslər mürəkkəb bir vəzifənin icrasında
səfərbər edilir.
2. İzahedici-diskussiya səciyyəli arqumentləşdirmə (das
erklarend-auseinandersetzen de Argumentieren). Burada
əsas diqqət düzgün olmayan fikirlərin təkzib edilməsi və
düzgün qərarların əsaslandırılması və sübutudur. Daha çox
köhnəlmiş fikirlər, düşünülməmiş düşmən hərəkətlərin
pislənilməsi, konstruktiv yollar göstərilməsi məqsədi ilə bu
formadan istifadə olunur. Belə ictimai əhəmiyyət kəsb edən
mövzulara əmək intizamına və tədris proqramına riayət
olunması, ətraf mühitin qorunması, sağlam tərbiyə və s.
daxildir.
3. Diskussiya-izahedici (polemik) arqumentasiya. Bu
prosesdə bu və ya digər nöqteyi-nəzərin zəruriliyi və
doğruluğu sübut olunur, başqa bir nöqteyi nəzərin isə
düzgün olmadığı, ziyanlılığı faktlarla izah edilir.
Bir qayda olaraq, inkişafda götürülən izahedici arqument-
ləşdirmədə arqumentləşmə dinləyənin/oxuyanın informasiya
ilə təmini ilə başlayır. Bu mərhələ başlanğıc mərhələ hesab
olunur. Sonra problemin dəqiq və hərtərəfli ifadəsi, izahı və
nəticələrin formullaşdırılması mərhələsi başlanır.
57
Məsələn, tutaq ki, hər hansı bir mənzildə yanğın baş
vermişdir. İlk mərhələdə baş vermiş bədbəxt hadisədən
sonrakı vəziyyət təsvir olunur. Evdə yanğının əhatə etdiyi
sahə, yanmış əşyalar, ev sakinlərinin xəsarət alıb-
almaması,yanğının söndürülmə müddəti və s. Sonra
yanğının baş vermə səbəbləri (ehtiyatsızlıq, elektrik və ya
qaz xəttində texniki nasazlıq və s.) göstərilir. Son mərhələdə
baş vermiş hadisənin nəticələri təhlil edilir, tövsiyə səciyyəli
məsləhətlər verilir (ehtiyatlı olmaq, elektrik və qaz xətlərinin
dəqiq yoxlanması və texniki nasazlıqların aradan
qaldırılması və s.).
Yuxarıda göstərilənlərdən fərqli olaraq şərhedici
(izahedici) diskussiya səciyyəli arqumentləşdirmədə bir-
birinə zidd olan fikirlər və nöqteyi-nəzərlər şərh və müzakirə
olunur. Bütün bu müxtəlif fikirlər şərh olunduqdan sonra
müəllifin gəldiyi qənaət təklif olunur.
Yanğınla bağlı yuxarıda izah etdiyimiz situasiyada
müxtəlif zidd fikirlərin, kontrarqumentlərin təhlili tələb
olunmur. Burada hadisəni danışan şəxsin şəxsi fikirləri
qəbul edilir. Müəllif hadisənin şahidi olmuş adamların
əksəriyyətinin qəbul etdiyi müddəanın, çoxlarının düzgün
hesab etdiyi versiyanın tərəfdarı kimi çıxış edir.
Nəticə olaraq göstərmək olar ki, arqumentləşdirici mətn-
lərdə həqiqilik/yalan modal sahəsində dil vasitələrindən
aşağıdakı kimi istifadə olunur:
- Arqementləşdirmənin bütün variantlarında həqiqilik
yalan sahəsinin dil vasitələri mühüm rol oynayır;
- İnkişafda götürülən izahedici arqumentləşdirmədə
müəllif öz şəxsi rəyini ifadə etmiş olur. Çünki, bu zaman zidd
fikirlər müzakirə olunmur. Bu prosesdə “əminlik” və “qeyri-
əminlik” mikrosahələrinə məxsus dil vasitələrindən istifadə
olunur;
- Arqumentləşdirmənin polemik variantlarında zidd, zərərli
nöqteyi-nəzərlər müzakirə olunur və qiymətləndirilir. Bu
zaman müəllifin şəxsi rəyi əsaslandırılır. Burada bütün
mikrosahələrin vasitələrindən istifadə nəzərdə tutulur.
Xarici dil kimi tədris olunan alman dilinin tədrisində yuxa-
rıda göstərilən metodlardan iki istiqamətdə istifadə oluna
bilər:
58
- Arqumentləşdirmə aktlarında həqiqilik/yalan
makrosahəsinin dil vasitələri geniş mənimsədilir.
- Nəzərdə tutulur ki, mikrosahənin ayrı-ayrı elementləri
arqumentləşdirmədə, müxtəlif mətn növlərində müxtəlif
işləklik dərəcəsinə malik olur.
1.3. Türkoloci ədəbiyyatda modallıq kateqoriyasının
tədqiqi.
Birinci fəslin ümumi qeydlər hissəsində türkologiyada mo-
dallıq kateqoriyası ilə bağlı araşdırmaların əsas istiqamətləri
barədə məlumat verilmişdi. Qeyd etmək lazımdır ki,
türkoloci ədəbiyyatda bu problemin tədqiqi ilə əlaqədar
A.N.Kononovun, N.A.Baskakovun, K.V.Musayevin,
F.R.Zeynalovun, Z.Əlizadənin, M.Hüseynzadənin,
A.Aslanovun, M.Rəhimovun, Ə.Cavadovun, N.Dırenkovanın
və b. böyük xidmətləri olmuşdur [116; 117; 65; 66; 131; 44;
23; 28; 8; 9; 139; 18; 19; 96].
A.N.Kononov ədatları və modal sözləri köməkçi sözlər
qrupuna aid edir və onları “ədat” termini altında birləşdirməyi
təklif edir [116, 345-346]. Ədatlar isə öz növbəsində əsil
ədatlar və ad-ədatlara bölünür. Müəllifin fikrincə, əsl
ədatların sabit səs quruluşu olmur, qrammatik
semantikadan başqa mənaya malik olmadıqları üçün daha
çox şəkilçi səciyyəli olur. Digər tərəfdən ədatlar yalnız
semantik məqsədlər daşıdıqları üçün bağlayıcılarla yaxın
funksiyalar daşıyırlar.
Modal sözlər isə fünksional baxımdan ədatlara müvafiq
gəlsələr də, əsasən danışanın deyilən fikrə və ya baş verən
hadisələrə münasibətini bildirir. Müəllifin fikrincə, ədatlar və
modal sözlər müxtəlif nitq hissələri ilə sıx əlaqəlidir. Belə
nitq hissələrinə bağlayıcı, zərf və əvəzliklər misal ola bilər.
A.N.Kononov müasir türk dilində işlənən modal sözləri üç
qrupa ayırır: nitq prosesində sözlərin müxtəlif məna çalar-
larını ifadə edənlər: iştə - bax, belə. Xalq - danışıq dilində
bu modal sözün na, nah variantları da işlənir. Bəzən bu
variantlar bir yerdə də müşahidə olunur: Nah iştə bak! - Bax
belə.
Dostları ilə paylaş: |