Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   17   18   19   20   21   22   23   24   ...   99
    Bu səhifədəki naviqasiya:
  • Hayır

 
62
xidmət edir. Hayır sözü yok sözünün sinonimi kimi də 
geniş istifadə dairəsinə malikdir.  
Türk dilində ehtimal, şübhə bildirən modal sözlər 
aşağıdakılardır: bəlki, ihtimal ki, qaliba və s.  
-Bəlki de hiç gelmez.  
-İhtimali azdır / yoxdur. 
Türk dilində yaxın, oxşar və ehtimal olunan hadisə, 
hərəkətlərin müqayisəsi və qarşılaşdırılması prosesində 
işlənən modal sözlərə  aşağıdakıları misal göstərmək olar: 
tipki, sanki, güya.  
Bu sözlər gibi qoşması ilə uzlaşırlar.  
Sanki kabahat benimmiş [155, s.751].  
-tipki onun kibi söyledi [155, s.861].  
-guya buraya beni görmek için gelmiş [155, s.370].  
Türk dilində formaəmələgətirən modal sözlər qrupu da 
geniş yayılmışdır. Bu qəbildən olan sözlər hərəkətin 
obyektiv olaraq mümkünlüyünü və qeyri-mümkünlüyünü, 
zəruriliyini və ya vacibliyini ifadə edir. Həmin sözlərə 
aşağıdakıları misal göstərmək olar: mümkün, imkan, olur, 
mümkün deyil, imkansız, imkan yok, gerek, olmaz, 
lazım, lüzumsuz, demek və s. [116, s.355).  
Qeyd etmək lazımdır ki, türk dillərində formaəmələgətirən 
modal sözlər Azərbaycan dilində felin şəkilləri ilə uzlaşır. 
Məlum olduğu kimi fel şəkillərinin modal səciyyəli olması 
Azərbaycan dilçiliyində bir çox tədqiqatçılar tərəfindən qəbul 
olunmuş fikirdir və bu istiqamətdə bir çox araşdırmalar 
aparılmışdır.  
Özbək dilçiliyində modal sözlərin qrammatik mənası  və 
funksiyası digər türk dillərindən qismən fərqlənir.  Əsasən 
bütün türk dillərində modal sözlər eyni qrammatik 
səciyyələrə malikdirlər. Fərq orasındadır ki, türk dillərinin 
bəzilərində modal sözlər ayrıca bir nitq hissəsi kimi 
diferensiallaşmamışdır. Özbək dilində modal sözlər 
danışanın obyektiv reallığa, gerçəkliyə, verilmiş 
məlumatlara, müəyyən faktlara olan münasibətini əks etdirir. 
Modal sözlər müxtəlif nitq hissələrindən əmələ gəlirlər.  
A.N.Kononov özbək dilində modal sözləri üç dərəcəyə 
bölür:  


 
63
-nitq prosesində sözlərin müxtəlif məna çalarlarını ifadə 
edən sözlər;  
-nitqə müxtəlif modal çalarlar yaradan sözlər;  
-formaəmələgətirmə funksiyasını yerinə yetirən sözlər 
[117, s.336].  
Özbək dilində müxtəlif məna çalarları yaradan sözlərə 
aşağıdakıları misal göstərmək olar:  
Mana, ana, xatta, xattoki, xamişa, bari və s.  
Mana bu kitobni yku - Mənə bu kitabı oxu.  
Ana kyrdinqti, nima byldi? - Bax gördün nə oldu?  
Xatto men xam vulmau kolibman - Hətta mən bilmədim.  
Yxamişa  ykiş bilan band-O həmişə  dərs öyrənməklə 
məşğuldur [156, s.652).  
Müasir özbək dilində nitqə modal çalarlar gətirən sözlərə 
aşağıdakıları misal göstərmək olar: -kani; -xa, xa şunday, 
balli; -üyk; -labbaü; -çunonçi; -fakat; -naxot; -xolbuki; -şekilli.  
Özbek dilində formaəmələgətirici funksiyası daşıyan 
modal sözlər türk dillərində fel şəkillərinin yaratdıqları 
mənalara yaxın anlayışları əmələ gətirirlər: kepak, mumkin, 
mumkin emac, lozim [103; 162].  
Qeyd etmək lazımdır ki, türk dillərində modal sözlər 
bəzən morfologiya bəhsində, bəzən isə sintaksisdə öyrənilir. 
F.Zeynalov  “Türk dillərinin müqayisəli qrammatikası” 
kitabında nitq hissələrinin ayrı-ayrı türk dillərində 
müxtəlifliyindən bəhs edərək yazır:  “Müasir türk dillərində 
nitq hissələrinin miqdarı çox müxtəlifdir. Təkcə  oğuz qrupu 
dillərində onların miqdarı doqquzdan on ikiyə  qədər qeyd 
edilir. Hətta eyni bir dilə  həsr olunmuş  əsərlərdə  də bu 
müxtəliflik özünü göstərir” [46].  
Azərbaycan dilində nitq hissələrinin miqdarı on ikiyə 
çatdırılıb: isim, sifət, say, əvəzlik, zərf, fel, qoşma, bağlayıcı, 
ədat, modal söz, nida və bağlamalar.  
Türkmən dilində isə nitq hissələrinin  (söz toparları) 
miqdarı on birdir: at (isim), sıpat (sifət), san (say), çalışma 
(əvəzlik), işlik (fel), xal (zərf), ümlük (nida), ses və  şəkil 
anladan sözler (nimemlər), posleloqlar (qoşmalar), sayuzlar 
(bağlayıcılar), övnük boleklər (ədatlar).  
Müasir qaqauz dilində nitq hissələrinə  (söz payları) 
aşağıdakılar daxildir: adlıq (isim), nişannik (sifət), sayılık 


 
64
(say), aderlik (əvəzlik), işlik (fel), işxallıq (zərf), ardlaflar 
(qoşma), baalayıcılar (bağlayıcılar), payciklar (ədatlar).  
Müasir türk dilində isə nitq hissələri aşağıdakı kimi qeyd 
olunur:  isim, ad (isim), sifat (sifət), sayı (say), zamir 
(əvəzlik), adıl (zərf), fiil, eylem (fel), ilgeç, edat (qoşma), 
bağlaç, rabit (bağlayıcı), ünlem, nida (nida).  
“Digər müasir türk dillərində də vəziyyət təqribən belədir” 
[46, s.12-13]. F.Zeynalovun bu fikri ilə qismən razılaşmaq 
olar.  Əslində, türk dillərinin normativ qrammatikalarında 
təsbit olunmasa da, ayrı-ayrı müəlliflər türk, özbək, qaqauz, 
Azərbaycan, türkmən  və b. dillərdə modal sözlər və 
modallıq kateqoriyası ilə bağlı araşdırmalar aparmışlar [116; 
117; 28; 8; 19; 44; 23; 16]  
F.Zeynalov türk dillərində cümlələrdən bəhs edərkən 
qeyd edir ki, bu dillərdə  işlənən cümlələr üçün hər  şeydən 
əvvəl predikativlik (əlbəttə, intonasiya və modallıq da nəzərə 
alınmalıdır) mühüm rol oynayır [47, s.54]. Sonralar türk 
dillərində modallıq kateqoriyası və modal sözlər daha geniş 
və  əsaslı  şəkildə F.Zeynalov tərəfindən tədqiqat obyekti 
seçilmişdir [44].  
Türk dillərində modallıq kateqoriyasının tədqiqinə  həsr 
olunmuş  əsərlərdən biri də A.N.Baskakovun türk dilində 
cümlə probleminə  həsr olunmuş monoqrafiyasıdır [64]. 
Məlum olduğu kimi modallıq leksik, qrammatik və intonasiya 
ilə yaranan qrammatik kateqoriya olub cümlədə 
predikativliyin ayrılmaz komponenti kimi çıxış edir. 
A.N.Baskakov modallığı cümlə kontekstində götürür və 
sintaktik funksiyasına görə araşdırır. Modallıq qrammatik 
kateqoriya kimi obyektiv və subyektiv modallığa ayrılır. Bu 
iki modallıq öz növbəsində cümlənin məzmununu obyektiv 
gerçəkliklə və danışanın subyektiv münasibəti ilə bağlayır.  
Cümlədə obyektiv modallıq çox vaxt felin şəkilləri ilə ifadə 
olunur. Məsələn, felin xəbər  şəkli bütün zamanlarda modal 
planda reallığı  əks etdirir. Felin xəbər  şəkli ilə  əmələ  gələn 
cümlələrdə sadə  hərəkət və ya vəziyyətlər obyektiv olaraq 
öz  əksini tapmış olur. Felin digər  şəkilləri  (əmr, arzu, şərt, 
vacib, davam) qeyri-müəyyən zaman münasibətləri ifadə 
etməklə  bərabər aşağıdakı modal mənaları bildirirlər: 
ehtimal, problematiklik, zərurət, hərəkətin bitməsi və s.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə