-
10
-
Birinci fəsil «Mifoloji düşüncə sisteminin poetik strukturu və Azərbaycan-
türk mifoloji dünya modelinin rekonstruksiya problemləri» adlanır. Burada
mifologiyanın tədqiqi tarixindən, müasir elmi nəzəriyyələrin əsas müddəalarından
bəhs açılır, problemin müxtəlif tərəflərdən şərh edilməsinin nəticələri
ümumiləşdirilir, mif və mifologiya terminlərinin izahında dünya elmi-nəzəri
fikrində movcud olan qənaətlərə münasibət bildirilir. Bu məsələlər barədə yeni
mülahizələr də irəli sürülür.
“Mifologiyanın nəzəri-kateqorial aspektləri: mifoloji düşüncənin tədqiq
tarixi və poetik strukturu” adlanan
bölmədə göstərilir ki,
XIX yüzilliyin II yarısı
və XX əsrin əvvəllərində xalqların adət-ənənələri, məişət tərzi və ibtidai inanc
sistemlərinə aid çoxlu məlumatların əldə edilməsi mifoloji dünyagörüşlərinin
araşdırılmasına maraq oyatmış, nəticədə mif-ritual-din əlaqələrinə münasibətdə
fikirlər haçalanmış, bir-birinə zidd baxışlar meydana atılmışdır. Tədqiqatçılar çox
hallarda məsələyə kompleks şəklində yanaşmamış, yalnız qarşıya çıxan suallardan
(ritual-mif bağlılığının səbəbi nədədir? Mif dindirmi? Onların qovuşuğundan
alınan nəticə nədən ibarətdir? Hansı birincidir, əsasdır, hansı törəmə?) birinə cavab
tapmaqla kifayətlənmişlər.
«Mifoloji məktəb»in nümayəndələri (Y.Qrim, V.Qrim) və «iqtibasçılar / təka-
mülçülər» (E.Teylor, Q.Speser, Y.Lippert) mifləri inanış - ilkin dini baxış kimi
qəbul edərək, birinci və əsas saymışlar. Qrim qardaşları mif və nağıl
materiallarının metodik şəkildə toplanmasına diqqət yetirməklə böyük iş
görmüşlər. C.Frezerin araşdırmalarında müxtəlif mənbələrdən götürülmüş (qədim
əlyazma mətnlərindən tutmuş etnoqrafların, missionerlərin topladıqlarınadək)
olduqca zəngin material saf-çürük edilmişdir. K.Yunq öyrədirdi ki, bütün
insanlarda simvolların hər hansı bir ümumi xarakterini anadangəlmə «generasiya»
etmək qabiliyyəti mövcuddur. Alim simvolların hamı tərəfindən izahsız anlaşılan
cəhətlərini «arxetip» adlandıraraq bildirirdi ki, onlar özünü ilk növbədə yuxu
prosesində göstərir. K.Yunqun sözləri ilə desək, «tanrı əsasən yuxu və yuxugörmə
vasitəsi ilə danışır»
1
. Simvol-arxetiplər mif, əfsanə və nağıllarda geniş əks olunsa
da, başlanğıcda «kollektivin kortəbii şüurunun məhsulları» kimi meydana gəlir.
A.F.Losev, Ə.G.Qolosovker, A.F.Kosarev və b. daha çox mifologiyanın fəlsəfi
tərəfini araşdırmışlar. Mifik düşüncənin dialektik cəhətdən dindən ayrı möv-
cudluğunu qəbul edən A.F.Losevə görə, «mifologiya özlüyündə din deyil, xüsusi
dini yaranış da deyil, sadəcə olaraq dinin özü də heç cürə mifologiya deyil»
2
. Əgər
mifləri insanlar yaradır və özləri də həmişə miflərin aləmi ilə yaşayırsa, deməli,
insanın özü də mifdir. Ona görə də insan mifin nə olduğunu bilmək üçün, ilk
növbədə, özünü tanımalıdır. Ə.G.Qolosovker deyirdi ki, «ən əsas mif – mənim
həyatımın mifidir»
3
. A.F.Losev isə bu qənaəti «şəxsiyyət, tarix və söz –
1
Юнг К.Г. Человек и его символы/ Пер. снем. - СПб.–М., 1996.
2
Лосев А.Ф. Диалектика мифа. – В его кн. «Философия. Мифология. Культура». – М.: Политиз-
дат, 1991, c. 166.
3
Голосовкер Я.Э. Логика мифа. – М.: Наука, 1987, c. 9.
-
11
-
cəlbedici
görü
uhlar və ölülər
aləm
larımız rəsmləri qayalara cızmaqla müxtəlif əski mifləri
həm
mifologiya mühitində dialektik üçlükdür» şəklində işlədirdi. Sonuncu fikirdə,
əslində mifologiyanın özünün dialektik quruluşu, strukturu göstərilir. K.Levi-
Strosun etnologiya və struktur antropologiyası məsələlərinə aid əsərlərində
primitiv cəmiyyətlərdə ailənin mövqeyi və inanc sistemləri ilə yanaşı, mifoloji
düşüncənin strukturu da öyrənilir. Onun irəli sürdüyü metodda sinxronluğun əsası,
mədəniyyət amillərinə semiotik yanaşma, xüsusi vasitələrlə daxili quruluşların
modelləşmə yolları və əlaqələri, variantlaşma əlamətlərinin rolu ön plana çəkilir.
Miflərin strukturu eyni qaydada varlıqlardakı daxili bağlılıqları idarə edən sistem
kimi müəyyənləşdirilir. K.Levi-Stros yazırdı ki, «həmin «kodlar» elementlərə
bölü-nəndən sonra «iks», «iqrek», «müsbət», «mənfi» və b. riyazi
transformasiyalara uğrayır. «Bu uğramada miflərin mətni çox gözəl və
nür»
1
.
Qədim mədəniyyətlərin böyük kəşfləri, arxeoloji qazıntıların tapıntıları, əski
yazılı abidələr əsasında ibtidai cəmiyyətlərin, ilkin etnosların
məişət tərzinin,
dünyagörüşlərinin, etnoqrafik və folklor materiallarının üzə çıxarılması, aşkarlanan
məlumatların müasir sivilizasiyadan uzaq düşmüş tayfaların (hindu, aboregen)
anoloji əlamətləri ilə müqayisəsi ulu əcdadın mifoloji və dini təsəvvürlərinin
formalaşma mərhələsinin əsas amilləri barədə fikir irəli sürməyə imkan yaradır.
Elmdə belə bir qənaət var ki, paralel dünyalar (gerçək dünya ilə r
i) haqqındakı ideya yuxarı paleolit dövründə formalaşmışdır.
«Azərbaycan-türk mifoloji dünya modelinin rekonstruksiya qaynaqları»
adlanan bölmədə Azərbaycan-türk miflərinin bərpası, araşdırılması, mənbələrinin
üzə çıxarılmasından danışılır. Miflərin Azərbaycan xalqının ululuğunu, dünyanın
ilk sakinləri sırasında durduğunu göstərən ilkin insan məskənlərində (Azıx
mağarası, Qobustan qayalıqları və s.) yaranması şübhəsizdir. Oradakı daşlar,
qayalar ulu babalarımızın ən əski rituallarının, kultlarının şahidləridir. Şahid
qayaların bir neçəsinin üstündə ibtidai əcdadlarımızın əlləri ilə yonulan günəş,
insan, heyvan şəkilləri və qəribə fiqurlar, naxışlar bu günədək qorunub
saxlanmışdır. Ulu əcdad
işəlik yaşatmışlar.
İlkin ədəbi-tarixi abidələrdə, dini kitablarda, arxeoloji qazıntılar zamanı
tapılan müxtəlif məişət əşyalarının, silah və sursatların üstündə mif motivlərini əks
etdirən işarə, naxış və qrafik şəkillərə təsadüf olunur ki, onların mif sistemlərinin
bərpasında böyük əhəmiyyəti vardır. Bu işarələr nənə-babalarımız tərəfindən
sonralar xalçaların üzərinə köçürülmüşdür. Azərbaycanın qədim toxumalarında
dünyanın yaranması haqqında mifik təsəvvürün bütöv mətnlərinin əks olunması
şübhəsizdir. Onların kodunun açılması yolunda uğurlu addımlar atılır. Təəssüflər
olsun ki, torpaqlarımızda aramsız qanlı müharibələr getdiyindən, ox-yaydan,
qılıncdan daha çox musiqiyə, şeirə, sənətə üstünlük verən ulularımızla yanaşı,
onların yaratdıqları abidələr də ya məhv edilmiş, ya da başqa ölkələrə aparılmışdır;
1
Леви-Строс К. Структурная антропология. / Пер. с франц. В.С.Иванова. – М., Наука, 1985, c. 69-
70.