Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   2   3   4   5   6   7   8   9   ...   27

 

-

10



-

                                        

Birinci fəsil «Mifoloji düşüncə sisteminin poetik strukturu və Azərbaycan-

türk mifoloji dünya modelinin rekonstruksiya problemləri» adlanır. Burada 

mifologiyanın tədqiqi tarixindən, müasir elmi nəzəriyyələrin əsas müddəalarından 

bəhs açılır, problemin müxtəlif tərəflərdən  şərh edilməsinin nəticələri 

ümumiləşdirilir, mif və mifologiya terminlərinin izahında dünya elmi-nəzəri 

fikrində movcud olan qənaətlərə münasibət bildirilir. Bu məsələlər barədə yeni 

mülahizələr də irəli sürülür. 



“Mifologiyanın nəzəri-kateqorial aspektləri: mifoloji düşüncənin tədqiq 

tarixi və poetik strukturu” adlanan bölmədə göstərilir ki, XIX yüzilliyin II yarısı 

və XX əsrin  əvvəllərində xalqların adət-ənənələri, məişət tərzi və ibtidai inanc 

sistemlərinə aid çoxlu məlumatların  əldə edilməsi mifoloji dünyagörüşlərinin 

araşdırılmasına maraq oyatmış, nəticədə mif-ritual-din əlaqələrinə münasibətdə 

fikirlər haçalanmış, bir-birinə zidd baxışlar meydana atılmışdır. Tədqiqatçılar çox 

hallarda məsələyə kompleks şəklində yanaşmamış, yalnız qarşıya çıxan suallardan 

(ritual-mif bağlılığının səbəbi nədədir? Mif dindirmi? Onların qovuşuğundan 

alınan nəticə nədən ibarətdir? Hansı birincidir, əsasdır, hansı törəmə?) birinə cavab 

tapmaqla kifayətlənmişlər.  

 «Mifoloji məktəb»in nümayəndələri (Y.Qrim, V.Qrim) və «iqtibasçılar / təka-

mülçülər» (E.Teylor, Q.Speser, Y.Lippert) mifləri inanış - ilkin dini baxış kimi 

qəbul edərək, birinci və  əsas saymışlar. Qrim qardaşları mif və nağıl 

materiallarının metodik şəkildə toplanmasına diqqət yetirməklə böyük iş 

görmüşlər. C.Frezerin araşdırmalarında müxtəlif mənbələrdən götürülmüş (qədim 

əlyazma mətnlərindən tutmuş etnoqrafların, missionerlərin topladıqlarınadək) 

olduqca zəngin material saf-çürük edilmişdir. K.Yunq öyrədirdi ki, bütün 

insanlarda simvolların hər hansı bir ümumi xarakterini anadangəlmə «generasiya» 

etmək qabiliyyəti mövcuddur. Alim simvolların hamı tərəfindən izahsız anlaşılan 

cəhətlərini «arxetip» adlandıraraq bildirirdi ki, onlar özünü ilk növbədə yuxu 

prosesində göstərir. K.Yunqun sözləri ilə desək, «tanrı əsasən yuxu və yuxugörmə 

vasitəsi ilə danışır»

1

. Simvol-arxetiplər mif, əfsanə və nağıllarda geniş əks olunsa 



da, başlanğıcda «kollektivin kortəbii  şüurunun məhsulları» kimi meydana gəlir. 

A.F.Losev,  Ə.G.Qolosovker, A.F.Kosarev və b. daha çox mifologiyanın fəlsəfi 

tərəfini araşdırmışlar. Mifik düşüncənin dialektik cəhətdən dindən ayrı möv-

cudluğunu qəbul edən A.F.Losevə görə, «mifologiya özlüyündə din deyil, xüsusi 

dini yaranış da deyil, sadəcə olaraq dinin özü də heç cürə mifologiya deyil»

2

. Əgər 



mifləri insanlar yaradır və özləri də  həmişə miflərin aləmi ilə yaşayırsa, deməli, 

insanın özü də mifdir. Ona görə  də insan mifin nə olduğunu bilmək üçün, ilk 

növbədə, özünü tanımalıdır.  Ə.G.Qolosovker deyirdi ki, «ən  əsas mif – mənim 

həyatımın mifidir»

3

. A.F.Losev isə bu qənaəti «şəxsiyyət, tarix və söz – 



 

1

Юнг К.Г. Человек и его символы/ Пер. снем. - СПб.–М., 1996. 



2

Лосев А.Ф. Диалектика мифа. – В его кн. «Философия. Мифология. Культура». – М.: Политиз-

дат, 1991, c. 166. 

3

Голосовкер Я.Э. Логика мифа. – М.: Наука, 1987, c. 9. 




 

-

11



-

  cəlbedici 

görü

uhlar və ölülər 



aləm

larımız rəsmləri qayalara cızmaqla müxtəlif  əski mifləri 

həm

                                        



mifologiya mühitində dialektik üçlükdür» şəklində  işlədirdi. Sonuncu fikirdə, 

əslində mifologiyanın özünün dialektik quruluşu, strukturu göstərilir. K.Levi-

Strosun etnologiya və struktur antropologiyası  məsələlərinə aid əsərlərində 

primitiv cəmiyyətlərdə ailənin mövqeyi və inanc sistemləri ilə yanaşı, mifoloji 

düşüncənin strukturu da öyrənilir. Onun irəli sürdüyü metodda sinxronluğun əsası, 

mədəniyyət amillərinə semiotik yanaşma, xüsusi vasitələrlə daxili quruluşların 

modelləşmə yolları və  əlaqələri, variantlaşma  əlamətlərinin rolu ön plana çəkilir. 

Miflərin strukturu eyni qaydada varlıqlardakı daxili bağlılıqları idarə edən sistem 

kimi müəyyənləşdirilir. K.Levi-Stros yazırdı ki, «həmin «kodlar» elementlərə 

bölü-nəndən sonra «iks», «iqrek», «müsbət», «mənfi» və b. riyazi 

transformasiyalara uğrayır. «Bu uğramada miflərin mətni çox gözəl və

nür»


1

Qədim mədəniyyətlərin böyük kəşfləri, arxeoloji qazıntıların tapıntıları,  əski 



yazılı abidələr  əsasında ibtidai cəmiyyətlərin, ilkin etnosların məişət tərzinin

dünyagörüşlərinin, etnoqrafik və folklor materiallarının üzə çıxarılması, aşkarlanan 

məlumatların müasir sivilizasiyadan uzaq düşmüş tayfaların (hindu, aboregen) 

anoloji  əlamətləri ilə müqayisəsi ulu əcdadın mifoloji və dini  təsəvvürlərinin 

formalaşma mərhələsinin  əsas amilləri barədə fikir irəli sürməyə imkan yaradır. 

Elmdə belə bir qənaət var ki, paralel dünyalar (gerçək dünya ilə r

i) haqqındakı ideya yuxarı paleolit dövründə formalaşmışdır.  

«Azərbaycan-türk mifoloji dünya modelinin rekonstruksiya qaynaqları» 

adlanan bölmədə Azərbaycan-türk miflərinin bərpası, araşdırılması, mənbələrinin 

üzə  çıxarılmasından danışılır. Miflərin Azərbaycan xalqının ululuğunu, dünyanın 

ilk sakinləri sırasında durduğunu göstərən ilkin insan məskənlərində (Azıx 

mağarası, Qobustan qayalıqları  və s.) yaranması  şübhəsizdir. Oradakı daşlar, 

qayalar ulu babalarımızın  ən  əski rituallarının, kultlarının  şahidləridir.  Şahid 

qayaların bir neçəsinin üstündə ibtidai əcdadlarımızın  əlləri ilə yonulan günəş

insan, heyvan şəkilləri və  qəribə fiqurlar, naxışlar bu günədək qorunub 

saxlanmışdır. Ulu əcdad

işəlik yaşatmışlar.  

İlkin  ədəbi-tarixi abidələrdə, dini kitablarda, arxeoloji qazıntılar zamanı 

tapılan müxtəlif məişət əşyalarının, silah və sursatların üstündə mif motivlərini əks 

etdirən işarə, naxış və qrafik şəkillərə təsadüf olunur ki, onların mif sistemlərinin 

bərpasında böyük əhəmiyyəti vardır. Bu işarələr nənə-babalarımız tərəfindən 

sonralar xalçaların üzərinə köçürülmüşdür. Azərbaycanın qədim toxumalarında 

dünyanın yaranması haqqında mifik təsəvvürün bütöv mətnlərinin  əks olunması 

şübhəsizdir. Onların kodunun açılması yolunda uğurlu addımlar atılır. Təəssüflər 

olsun ki, torpaqlarımızda aramsız qanlı müharibələr getdiyindən, ox-yaydan, 

qılıncdan daha çox musiqiyə,  şeirə, sənətə üstünlük verən ulularımızla yanaşı, 

onların yaratdıqları abidələr də ya məhv edilmiş, ya da başqa ölkələrə aparılmışdır; 

 

1

Леви-Строс К. Структурная антропология. / Пер. с франц. В.С.Иванова. – М., Наука, 1985, c. 69-



70. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə