Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

-

14



-

                                        

mifoloji strukturlarla, başqa sözlə, Azərbaycan türklərinin  şüurunda yaşayan 

mifoloji davranış arxetipləri ilə əlaqəsi nəzərdən keçirilmişdir. 

Mif və tarix bir araya gətirilə bilərmi?  Əgər xatırlasaq ki, tarix gerçəkliyə

dünyada baş vermiş real hadisələrə  əsaslandığı halda mifin əsas funksiyası dün-

yadakı bütün yaranışları fövqəltəbii, qeyri-adi, fantastik şəklə salmaqdır, onda 

mifin tarixlə bağlılığı ancaq meydana gəldiyi dövrün inanış faktoru olması ilə 

məhdudlaşır. Lakin mif təkcə uydurma obrazlar silsiləsi deyil, gerçəkliyi 

dərketməyə doğru atılan ilkin mühüm addımlardan biridir. Mifin müasir 

müəyyənləşməsi, anlam dairəsi o qədər genişdir ki, izahını başa çatdırmaq, 

cəmiyyətin formalaşmasındakı  və inkişafındakı rolunu dəqiq üzə  çıxarmaq üçün 

hələ də axtarışlar aparılır. Eləcə də tarix geniş və dar mənada götürülür. Əslində 

bütün yaranışların doğulma, meydana gəlmə tarixi var.  

Məsələni başqa şəkildə qoyaq: mif hər hansı bir formada tarixdirmi? Aristotel 

Herodotu tarixçi deyil, mifoloq kimi təqdim edirdi. Qədim yunanların qənaətində 

mif dünya tarixinin başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu 

günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öyrənmək üçün antik 

miflərə (yeganə mötəbər mənbə kimi) müraciət edirlər. Sonralar dənizin 

dərinliklərində aparılan arxeoloji axtarışların nəticəsində miflərdə göstərilən şəhər, 

saray və qalaların qalıqları üzə  çıxdı, mifoloji təsvirlərin çoxunun gerçəkliyi 

təsdiqləndi. Antik dövrün mütəfəkkirləri allahlarla bağlı  qəribə  əhvalatların 

işığında insanın və cəmiyyətin səlnaməsini yaradırdılar. Başqa bölgələrdə də belə 

olmuşdur. Uzağa getməyək, eramızın XIII yüzilliyinin II yarısı və XIV yüzilliyinin 

əvvəllərində yaşamış tarixçi F.Rəşidəddin (1313-ci ildə ölmüşdür) özünün məşhur 

«Cami  ət-təvarix» («Səlnamələr toplusu») əsərində

1

 türklərin tarixini miflərlə 



(mifik mədəni qəhrəman kimi tanınan Oğuz xanın doğulması, Qərbə yürüşləri 

şəklində)  əks etdirmişdir. Təsadüfi deyil ki, onun çoxcildlik tarixində 

Azərbaycanla bağlı hadisələr də özünə yer almışdır.  

Dissertasiyanın ikinci fəsli  Mifoloji düşüncənin genetik strukturuna  həsr 

olunmuşdur. Burada mifoloji dərketmənin ilkin mərhələləri, arxetipik simvollar

sakrallaşdırılmanın yolları, zaman və  məkan vəhdəti, müqəddəs rəqəmlərin 

funksiyaları,  ənənəvi təqvim (yazqabağı) rituallarının mifik düşüncə ilə qarşılıqlı 

əlaqəsindən bəhs açılır. 

Fəslin  «Mifoloji düşüncənin struktur səviyyələri»  adlanan bölməsində ilkin 

şüur formalarının folklor qaynaqlarında izləri müəyyənləşdirilir. Mif çağında ulu 

əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri və heyvanlar aləmi arasında 

oxşarlıq görmüş (qidalanmada, doğumda, hərəkət və davranışda, eləcə  də digər 

zahiri əlamətlərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə təsir göstər-

məyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tərəfindən gələn təhlükələrə qarşı 

nikbinliklərini qoruya bilmişdir. Onların yaşamaq uğrunda mübarizəsindən və 

topladıqları  təcrübədən doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında 

 

1

Rəşidəddin F. Oğuznamə. Fars dilindən tərcümə R.M.Şükürovanındır. – B., Azərbaycan Dövlət 



Nəşriyyat-poliqrafiya Birliyi, 1992, s. 9-46. 


 

-

15



-

möhkəmləndikcə  təsəvvürlərə çevrilmişdir. Ulu əcdad dünyaya həmin təsəvvür-

lərin baxış bucağından, yaxud pəncərəsindən baxmışdır və onlar sistemləş-

dirildikcə  totemizm, animizm, animatizm, magiya və kult münasibətləri  şəklini 

almışdır. Təbiət varlıqlarının  fetişləşdirilməsi  isə müxtəlif ayin və  mərasimlərin 

keçirilməsinə meydan açmışdır. Ovçuluq, maldarlıq və  əkinçilikdə qazanılan 

uğurların da səbəbini həmin təsəvvürlərin doğurduğu qeyri-adi məxluqlarla 

əlaqələndirmişlər. Mifoloji anlayışlar bu təsəvvürlərin içərisindən keçərək öz 

model və strukturlarını qurmuşdur və  yuxular ibtidai görüşlərə  təkan verən  əsas 

vasitələrdən biri olmuşdur.  

İnsanların ilkin təsəvvürləri inkişafın aşağı pilləsində bir neçə  mərhələdə  və 

başqa-başqa formalarda təzahür etmişdir:  



Totemizm – ayrı-ayrı insan dəstələrinin elə bir inanc formasındır ki, icma 

üzvlərinin hər hansı bir heyvan, yaxud bitki ilə qan qohumluğunun olmasına 

əsaslanır.  

Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir inkişaf mərhələsidir 

ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa  əsaslanır. Animizmin ilk elmi 

təhlilini verən E.Teylor təlim kimi götürəndə onun nəzəri  əsasında iki ehkamın 

durduğunu vurğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu, daşıdığı 

cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini davam etdirir, ikincidə isə 

bədəndən ayrılıb gerçək dünyanı  tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır. 

Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu 

başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir. 

Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun 

epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, eləcə 

də  mədəniyyətin bütün formalarına aid nümunələrdə cansız varlıqların  şüurlu 

başlanğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn,  əncir ağacını  kəsəndə 



«Ruhu səni tutacaq»  qənaətinə  gəlirlər. Gecə yerə qaynar su atanda «Torpağın 

ruhunu incitdin» deyirlər. Quşa daş atanda «Onun ruhundan qorx!..» 

xəbərdarlığını edirlər.  



Animatizm – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölünün ruhunun 

əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini 

dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, lakin məhsuldarlığını 

itirmiş olur. Azərbaycan xalqını formalaşdıran bəzi etnik qrupların Tanrıçılığa və 

İslama qədərki dini dəfn adətlərində  həyatın o biri dünyada davam etdirilməsinə 

güclü inam var idi. «Kitabi-Dədə Qorqud»da (XI boyda) Qazan xanı  əsir alıb 

quyuya salan türk tayfasının inamına görə, yeraltı aləmdə günlərini daha xoş 

keçirmələri üçün ölülər gerçək dünyanın nemətləri ilə təmin olunurdular.  



Antropomorfizm – elə bir dünyagörüşüdür ki, insana xas xüsusiyyətlərin 

əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız varlıqlara, göy cisimlərinə, 

heyvan və quşlara aidliyinə inamdan doğmuşdur. Mədəniyyətin inkişafının 

müəyyən pilləsində dildə alleqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda 

geniş istifadə edilərək insanlığın  əlamətlərinin digər varlıqların üzərinə 

köçürülməsi ilə şərtlənmişdir. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə