Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

-

20



-

                                        

cavanlığını, qocalığını başa çatdırması) ölçülür və hadisələr illər  ərzində davam 

edir. Eposlarda bu vaxt bölgüsü bəzən, 25-30 il davam edir. 

Epik ənənədə zaman «ötürülməsi» bir neçə səbəbdən baş verir: 1. Qəhrəman 

möcüzəli şəkildə doğulur. Onun yetkinlik yaşa çatanadək olan dövrü ötürülür. O, 

ayla, illə deyil, günlə, saatla böyüyür. 2. Ata, oğul, yaxud qardaş əsir düşür. Onu 

xilas edən  şəxs böyüyüb hadisəni bilənədək olan zaman ötürülür. 3. Ailənin bir 

qanadının nümayəndəsi (qız, gəlin) qaçırılır. Onun yerləşdiyi məkan tapılanadək 

olan vaxt buraxılır. 4. Qəhrəman tilsimə salınır. Başqası  tərəfindən tilsim 

qırılanadək olan çağ ötürülür və s. 

Ötürülmələrin mətndəki «yeri» çox hallarda bir, iki cümlə ilə yekunlaşdırılır, 

bəzən də etnoqrafik və  məişət zəminində elə hadisələrlə «doldurulur» ki, böyük 

zaman keçidində «itirilənlər» hiss olunmasın. Bir epos daxilində  bəzən bir neçə 

«ötürülmüş hadisə» verilir. 

Davamlı, yaxud təkrarlanan zaman «Basat Dəpəgözi öldürdigi boy»da daha 

maraqlı və çoxmərhələlidir. 

Deyilənləri yekunlaşdırıb belə bir nəticə  çıxarmaq olar ki, epik ənənədə 

zaman toposları əsasən aşağıdakı formalarda təsvir edilir: 



Bir günlük epik zaman toposu. Hadisə gün çıxanda başlayır, batanda 

tamamlanır. Bəzən də şər qarışandan dan yeri sökülənədək baş verən hadisə epik 

zaman toposunun içərisində əridilir.  

Üç gün-üç gecəlik epik zaman toposu. Arxaik eposlarda və nağıllarda 

qəhrəman şərin təmsilçiləri ilə, məsələn, devlərlə üç gün, üç gecə vuruşur. 



Qırx gün-qırx gecəlik epik zaman toposu. Epik ənənədə ən çox hadisələrin son 

akordu əksər hallarda qırx gün, qırx gecə toy etməklə tamamlanır. 



Bir illik epik zaman toposu. Çox vaxt «doqquz ay, doqquz gün, doqquz saat» 

şəklində ifadə olunur, insanın dünyaya gəlməsi – doğulması zamanı sayılır. 



Yeddi illik epik zaman toposu. Qəhrəmanın uzaq səfərlərə  çıxması  və sehirli 

varlıqları təkbaşına axtarması zamanı sayılır. 



On altı illik epik zaman toposu.  Əsiralınma və sehrə düşmə zamanı kimi 

xarakterizə olunur. 



Qırx illik epik zaman toposu. Bu bölgü daha böyük miqyasda göstərilə bilər. 

Mifik mədəni qəhrəmanın kənar dünyalara yollanması zamanıdır. Mifoloq 

S.Pzasoy yazır:  “40” universumu “oğuz” kosmosunun məkan və zaman baxımın-

dan özünü yenidən təşkiletməsinin tamlıq universumu olaraq çıxış edir: şaquli 

strukturuna görə 40 vahiddən ibarət olan “oğuz” kosmik vahidi 40 gün ərzində 

yenidən təşkil olunub başa çatır.”

1

  



Uzaq məsafənin bir göz qırpımında (bir illik yolun bir saata) qət olunması və 

s.  


Eposlarda yolun qısaldılmasını  şərtləndirən vasitələrdən də istifadə olunur. 

Birinci halda fövqəltəbii qüvvələrin yardımı ilə uzaq məsafə gözün açılıb 

yumulması anında yerinə yetirilir. İkinci halda mənzil başına sürətli miniyin – 

 

1



 Rzasoy S. Oğuz mifi və oğuznamə eposu. – B., «Nurlan» nəşriyyatı, 2007, s. 67. 


 

-

21



-

xüsusi atın, arabanın, Zümrüd quşunun, uçan xalçanın köməyi ilə vaxtından tez 

çatdırılır.  

«Mifoloji dünya modelinin kəmiyyət strukturu» adlanan bölmədə göstərilir 

ki, kəmiyyət (say) insanın dünyaanlamında faydalandığı vacib abstrakt 

anlayışlardan biridir. Rəqəmlərin sakrallaşdırılması yaranışların mifoloji 

dərkolunmasında xüsusi əhəmiyyət kəsb etmiş,  əmək alətlərinin, istehsal 

vasitələrinin, məişət əşyalarının, ailə və icma münasibətlərinin, sənət və peşələrin, 

xalq bədii təfəkkürünün, poeziyanın, epik ənənənin meydana gəlməsində böyük rol 

oynamışdır. Say – mifoloji sistemlərdə  ən geniş yayılmış  işarələr toplusudur və 

keyfiyyət-kəmiyyət, zaman-məkan-miqdar daşıyıcısı kimi çıxış edir.  

Sakral rəqəmlərin geniş yayılmış yozumlarını Azərbaycan xalqının mifoloji 

görüşləri əsasında ümumiləşdirəndə maraqlı mənzərə ilə rastlaşırıq. 

Bir. Təkallahlı din sistemlərinə aid mifik dünya modellərində bir qayda olaraq 

vahid təkcə əsas, birinci element deyil, ümumiyyətlə, tamlıq, kamillik anlamında 

götürülür. Kainatın özünü də bütöv halda qəbul edib birlə işarələyirdilər.  

İki ilə xeyirlə şər, işıqla qaranlıq, yaxşı ilə pis qoşalaşır və dünyanın əkslikləri 

doğulur.  



Üç - ilk say sistemini formalaşdırmaqla yanaşı, təkcə mütləq bütövlük 

(dünyanın maddi tərəfi üçlə hazır olur), üstünlük (Yaradıcı üçlüyü), ağıl-yetkinlik 

(insanda ağıl, güc və görünüş) deyildi, həm də mifopoetik strukturların ilkin tam 

variantının başa çatması (hadisə, epizod, fikir və ifadələrin üçlüyü) və sosial 

konstruksiya (hakimiyyət üç qardaşdan birinə çatır) idi. 

Dörd. Mifologiyada durğun bütövlüyü rəmzləşdirən üçdən fərqli olaraq, dörd 

hərəkətli tamlığın obrazıdır. Bu, dünyanın yaranmasında iştirak edən dörd ünsürlə 

əlaqədardır. Başlanğıcda gələn üç ünsürlə – su, od, torpaqla hər  şey yaransa da, 

cansız, hərəkətsiz idi. Yalnız dördüncü ünsürün – havanın (ruhun) qatılması ilə 

dünyada həyatın əsası qoyulur, canlılıq yaranır, zaman irəli gedir, «fələyin çərxi» 

hərəkətə gəlir.  



Beş. Mifik anlamda «beş» var-dövlət, sərvət, bolluq mənasında işlənir. Yəni 

dünyada artıq mövcud olanların üstünə (dörd ünsürlə yarananların) bir pay da 

artırılması kimi başa düşülür.  

Altı - Oğuz türklərinin təsəvvüründə iki üçlüyün vəhdətini bildirir. Birinci 

üçlüklə kosmos (Gün, Ay və Ulduz), ikinci üçlüklə isə Yer və onun orbiti (Dağ, 

Dəniz və Göy) yaranmışdır. 

Yeddi. Maraqlıdır ki, iki əsas rəqəmin – üç və dördün toplanmasından yeddi 

alınır və onunla bütün kainatın yeddiqatlı modeli qurulur: ona görə  də mifoloji 

strukturlarda bu rəqəm səyyarələrin, planetlərin payına düşür. «Yeddi» rəqəminin 

sakrallaşmasına qədim türk-runik abidələrində, klassik Azərbaycan  şairlərinin 

yaradıcılığında, nağıl və eposlarda təsadüf edilir. Göy türk imperiyası dövründə 

türklər arasında «yeddi» rəqəmi göylə yerin vəhdətini bildirirdi.  



Doqquz.  Əski inanclara görə, Günəş  həmişə doqquz dağın arxasından çıxır, 

doqquz göyün üstündə gəzirdi. Bəzi nağıllarda «doqquz dağ aşdı», «doqquz zirvəli 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə