Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

-

26



-

                                        

totem-tanrılarını özlərinin nəslinin başlanğıcında duran heyvan hesab etməzdilər. 

Prototürklərin qədim inanclarında quşa, heyvana və bitkiyə tapınma  əksər 

tarixçilərin diqqətini özünə  cəlb etmişdir. Oğuzların iki ağacın övladları olması 

barədə («Ağacdan doğulan cocuqlar mifi») həm ilkin qaynaqlarda, həm də orta 

əsrlərdə yazıya alınan eposlarda tutarlı dəlillər mövcuddur. 

Qaba Ağac (şam, çinar, söyüd, palıd). Nəsli bitkiyə bağlamaq totemizmin 

ən ilkin mərhələsinin məhsuludur. Nağıl və eposlarda hətta alma insanı dünyaya 

gətirən vasitə kimi göstərilir. «Kitabi-Dədə Qorqud» eposunun «Basat Dəpəgözi 

öldürdigi boyu»nda totemizmin mahiyyətində duran əsas məsələ («qanqohum-

luğu») özünə əsaslı yer alır. Basat Təpəgözə (Dəpəgözə) öz nəslini təqdim edəndə 

deyir ki, «Anam adın sorar olsan - Qaba Ağac! Atam adın deirsən - Qağan 



Aslan!» Burada üç cəhət maraq doğurur:  

a) Ağaca totem kimi baxılmasının tarixin ən qədim mərhələsinə - matriarxat 

(anaxaqanlıq) dövrünə aidliyinə işarə olunur. Belə ki, Basat anasının adını birinci 

çəkir. Bu oğuz adətlərinə tamamilə zidd idi. Ancaq anaxaqanlıq dövrünün 

təsəvvürləri ilə üst-üstə düşür.  

b) Hamının bir-birinə qohum olması ideyasına inamın mövcudluğuna rast 

gəlirik. Təpəgöz Basata bildirir ki, biz süd qardaşıyıq. Hadisələrin  əvvəlini 

xatırladıb demək olar ki, burada qeyri-adi heç nə yoxdur. Təpəgözə Basatın atası 

Alp Aruz baxmışdı, ona görə də bu sözü deməyə haqqı vardı. Elə məsələnin canı 

ondadır ki, Alp Aruz insanabənzəməyən məxluqu (halbuki Təpəgözdən doğma 

atası Sarı Çoban imtina etmişdi) öz qanından hesab edib, evinə gətirmişdi. Deməli, 

qədim insanlar onlara tanış  ərazidə rastlaşdıqları bütün varlıqların 

«qanqohumluğuna» inanırdılar.  

v) Totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni bar verməməsi. 

Maraqlıdır ki, Şimali Azərbaycanda yaşayan hunlar da barsız palıd ağacını totem 

saymışlar. Pir kimi götürülən «xan çinar» da bəhrə vermir. Xalq inanışlarında 

söyüd ağacını kəsən adam bədbəxt olur. Söyüd ağacı da meyvəsizdir. Bu, tabu ilə 

bağlı seçimdən irəli gəlirdi, yəni totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan 

bütün tabulara hamı əməl edə bilsin.  

Ağac toteminin Azərbaycan mifoloji sistemində böyük əhəmiyyət kəsb 

etməsini  əsaslandırmaq üçün yüzlərlə misal gətirmək olar. Təsadüfi görünsə  də, 

oğuz mifoloji sistemində toplum, tayfa yaranmasına həsr olunan üç ox, boz ox 

(eposda «iç oğuz», «dış  oğuz»  şəklində verilir) motivlərində Azərbaycan 

türklərinin soy-kökündə duran qurumların  əksəriyyəti Oğuzun gölün ortasındakı 

ağac koğuşunda rastlaşdığı gözəldən doğulan oğlanların adı ilə (Göy, Dağ  və 

Dəniz) bağlanır. Burada da məhz ana xətt ağacla  əlaqələndirilir. Eləcə də «Salur 

Qazanın evi yağmalandığı boy»da dar anında oğuz igidi ağacdan kömək umur: 

«Məni sana asarlar götürməgil, ağac!»

1

 Özü də bunu islam yolunda vuruşduğu və 



Allahın birliyinə şübhə etmədiyi halda edir. Yaxud «Baybörə oğlı Bamsı Beyrək 

boyu»nda totemizmə söykənən «Kölgəlicə qaba ağacım kəsilübdir, Ozan, sənin 

 

1

Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 48. 




 

-

27



-

                                        

xəbərin yoq» etirafında bir qızın demək istədiyi belə bir fikir ifadə olunmuşdur: 

qardaşım Beyrəyin yoxa çıxması ilə nəslimizin kökü yerdən üzülmüşdür.  

Totemizmin ağacla  əlaqələnən təsəvvürləri  şamanizmə  də keçmişdir. B.Öcel 

türklərin (qərbi hunların və altaylıların) göy tanrısının məkanını göstərəndə 

«Dünya və Göy Ağacı»nın təsvirini verir: «Gök yüzüne doğru büyük bir çam ağacı 

yükseliyordu. Gökleri delip çıkan bu ağacın tepesinde ise Tanrı Bay-Ülgen 

otururdu.  Şaman davullarındakı bu ağacların kökleri dünyada değil; daha ziyade 

göğün başladığı yerden itibaren başlıyordu»

1

. Şamanların hər birinin «turun» adlı 



bir ağacı olduğunu bildirən alim bir adətdən də bəhs açırdı:  şaman olmağa meyl 

göstərən yeniyetmələrin hərəsi bir ağac basdırır və elə  zənn edirdilər ki, ağacın 

böyüməsi ilə yanaşı onların rütbələri də artır. Şamanlar öləndə onlara aid ağaclar 

da məhv olurdu. Bu ritualı xatırladan hala Azərbaycan uşaq oyunlarında da 

rastlaşırıq; bir-çox oyun tamaşalarda eyni qaydada ağacdan istifadə olunur və onu 

«turna» adlandırırlar. Qədim türklərdə  ağac 9, bəzən də 7 köklüdür. Sakrallıq 

nişanələrinə görə 9 bütöv dünya, 7 isə planetlərdir. Ümumiyyətlə, «Avesta»da və 

qədim türk mifologiyasında insan iki qoşa ağacın törəmələridir. «Oğuz kağan»da 

bu qadın başlanğıclardan birinin Dünya Ağacının budağından enməsi  şəklində 

kodlaşdırılır, insan-ağac birliyi ilə böyük bir nəslin bir qanadı (üçoxlar) meydana 

gəlir. «Kitabi-Dədə Qorqud»da da qadın başlanğıc «Qaba ağac»dır, lakin kişi 

başlanğıc aslanla əvəzlənir. Heyvan-ağac izdivacından doğulan övlad eli 

qırılmaqdan qurtarır.  İkinci birinci ilə müqayisədə daha qədim təsəvvürlərə 

söykənir. Lakin türk inancında ağaca tapınmanın üçüncü, tamamilə  fərqli 

variantına da rast gəlirik. «Ağacdan doğulan cocuqlar» mifində birbaşa oğuz 

türklərinin bir qövmünün həm ata, həm də ana başlanğıcı «barsız ağac»dır.  

Buynuzlu ana maral. Azərbaycanın ilkin dünyagörüşündə  heyvan  və quş 

totemlərinin də özünəməxsus obrazlar qalereyası (buynuzlu ana maral, inək - öküz, 

ilan, aslan – qurd, ağ sunqur quşu totemi və s.) yaradılmışdır. Dünyanın  ən 

mötəbər arxeoloji ensiklopediyalarını  bəzəyən maral fiqurlarının totemlə 

bağlananları  qədim türk məskənlərində (Azərbaycanda, Türkiyədə  və saklar 

yaşayan Şimali Qafqazda) aşkar edilmişdir.  

Buynuzlu Ana maral xalqın poetik şifahi yaradıcılığında və inanclarında 

yeganə heyvandır ki, birmənalı münasibətlə qarşılanır. Bayatılarda maralın qaçıb 

uzaqlaşması insan qəlbinin daşa dönməsinə  bərabər sayılır. Maralın Azərbaycan 

türklərinin  əsas totemi kimi qəbul edilməsi son illərdə yurdumuzun müxtəlif 

bölgələrində aparılan arxeoloji qazıntılarla da təsdiqlənir. Qeyd edək ki, üç yerdən 

- Şəki,  Şamxor və  Ağdaşdan totem maral fiqurları tapılmışdır. Bu tapıntıların nə 

qədər  əhəmiyyətli və mühüm olduğunu nəzərinizə çatdırmaq üçün arxeologiya 

tarixinə müraciət edib nəticələri əldə edəndə görürük ki,  dünyada ancaq bir neçə 

yerdə totem maral aşkar edilmişdir: 

 

1



Öcel Baheddin. Türk mitolojisi (kaynakları ve açıklamaları ile destanlar). I cilt. – Ankara, Türk Tarih 

Kurumu Yayımevi, 1989, s. 90-91. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə