Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

-

32



-

                                        

çadırlarda hər  şey konkretdir və  hər dünya özünəməxsus  əlamətləri ilə  nəzərə 

çatdırılır. Sonrakı boylarda üç deyil, bir çadırla da kainatı simvollaşdıran təsvirlərə 

rast gəlirik. Eləcə  də üçqatlı (üç otaqlı) strukturun ancaq bir, ya iki otağının 

əlamətlərindən (əsasən ağ  və qara) istifadə olunur. Məsələn: «Ağ otağı qoyuban 



qara otağa girən qızlar!..» - Bamsı Beyrəyin fikirlərində  işıqlı dünyaya işarə 

edilir. O, demək istəyir ki, işıqlı dünya dura-dura özünüzü niyə qara torpağın 

altında hiss edirsiniz? Bir cəhət maraqlıdır ki, dünyanın bir qatını göstərən 

modellərdə qara yer üzündə tikilən ev 90 otaqlıdır. Onun bəzən 90, bəzən də 1000 

yerinə ipək xalı-xalça döşədilir. Bu cür evlər sonrakı dövrlərdə tikilən xan, bəy 

saraylarını xatırladır. Doğrudur, onların təsvirində bir sıra mifoloji elementlər də 

qorunub saxlanılır. Çünki bütün hallarda eyni saylardan (9, 80, 90, 1000) fayda-

lanılır. Eləcə  də iki boyda (VII, IX) birbaşa işarə edilir ki, qara yerin üstündə 

tikilən evlər – «ala seyvan gög yüzünə aşanmışdı», yəni «böyük alaçıq göy üzünə 

dirənmişdi». Bu ifadələr ilk baxışda dilimizdə geniş işlənən mübaliğəni xatırlatsa 

da, mətndə bədii təsvir vasitəsi funksiyası daşımaqla yanaşı mifik dünya modelini 

simvollaşdırır.  Əgər fikirdə  məqsəd ancaq evin ucalığını qabartmaq, şişirtmək 

olsaydı, «göyə çatır» deyilərdi. Necə ki, canlı danışıqda tez-tez işlədilir: «Çinarın 

başı göyə qalxır». 



Qam-şaman səyahətləri.  Şaman miflərində  ruhun oğurlanıb qaçırılması 

motivi əsas yer tutur. Bizcə, qədim nağıl və dastanlarımızda soy artımına xidmət 

edən tərəflərdən birinin - nişanlı  qızın (əksər hallarda şaman təsəvvürlərində 

olduğu kimi fövqəltəbii qüvvələr tərəfindən) aparılması və oğlan qəhrəmanın onu 

geri qaytarmaq üçün çıxdığı  səfərdə möcüzələrlə qarşılaşması  həmin motivlərin 

analoqudur. E.S.Novik doğru olaraq yazır ki, «arxaik epik ənənədə  qəhrəmanın 

bahadırlığı, hiyləgərliyi və sehrkarlıq qüdrəti bir-birindən ayrılmır və motiv 

fondunun əsas hissəsini şaman süjetləri təşkil edir, bir çox mifoloji obrazlar şaman 

qabiliyyətinə, bacarığına, dünyagörüşünə malik təsvir olunur»

1

. Altay və Orta 



Asiya türklərinin epik ənənəsində «Oxxayın nağılı»nda olduğu şəkildə ər şamanla 

arvad  şamanın cildini dəyişməklə güclərini sınamasına həsr olunan bir əfsanədə 

göstərilir ki, «şaman qadın balıq cildinə girib dənizə baş vurdu. Şaman da onun 

ardınca cumdu. Tezliklə ona çatdı,  şaman qadını quyruğundan udmağa başladı. 

Amma şaman qadın onun ağzına sığışmadı, sürüşüb çıxaraq geriyə qanrılıb balıq 

şamanın özünü uddu. Şaman qadın Suquşu cildinə girib evinə uçub gəldi. Özünə 

toxtaxlıq verdi, davulunu bir yana tulladı,  əynini soyundu, ölmüş  şamanı da 

öyüyüb yola atdı»

2

. «Ax-vax» nağılında isə insanın yuxarı dünyaya səyahətindən 



bəhs olunur. Təsadüfi görünsə  də, «ax-vax» da eyni qayda ilə sadə nidaların 

birləşməsindən yaranan mürəkkəb sözdür. Birinci komponent «ax/ah» kədər, 

üzüntü, ağrı hisslərindən, ikinci komponent «vax/vah» isə  təəccüb və maraqdan 

 

1



Мифы  народов  мира.  Энциклопедия  в 2-х  т. / Гл.  ред.  С.А.Токарев.  Том II. – М.:  Советская 

энциклопедия, 1992, с. 638. 

2

Şaman əfsanələri və söyləmələri. Tərcümə və tərtib edənləri F.Gözəlov və C.Məmmədov. – B., Yazıçı, 



1993, s. 76. 


 

-

33



-

doğur. Ruhların bu cür adlandırılması  təcrübəsi  əksər xalqlarda özünü göstərir. 

Azərbaycanda el arasında geniş yayılmış ruhlardan biri sadəcə «Hal» adlanır. 

Bizcə, Oxxay və Ax-vax Halın müxtəlif dövrlərdə formalaşan adlarından biridir. 

Onu da yada salaq ki, bir çox nağıllarda yeraltı dünyanın məxluqlarının canı 

(əslində ruhu) kənarda saxlanılır. Quş halında olan can ağzı bağlı  şüşədə olur. 

Qədim qam-şaman təsəvvürlərində də Ölülər aləminin sakinlərinin ruhu bədəndən 

çıxanda quş  şəklinə düşür və  kənarda yerləşir. Canın başqa məkanda yerləşməsi 

haqqındakı təsəvvürlər atəşpərəstlik inancında da özünə yer almışdı. 

Ruhun  əvəzlənməsi, yaxud can əvəzinə can vermə. Qam-şaman mifoloji 

görüşlərində «can əvəzinə can istəmə» motivinə  də  təsadüf olunur: Yer xan 

insanların ruhunu oğurladıb yeraltı mağarasında - Örüdə saxlayır.  İnanclarda 

deyilir ki, əgər ağır xəstənin halı üstünə qayıtmırsa, deməli ruhu bədənindən 

ayrılıb tayfanın məskunlaşdığı yurd yerindən tamam kənardadır, yolu itirdiyindən 

geri dönə bilmir. Bu zaman həmin ruhu öz bədəninə gətirməyə çalışan qamların işi 

bir qədər çətinləşir. Çünki itkin düşmüş ruhu axtarmaq üçün meşələri, düzənləri, 

dənizləri aramalı idi. Heç yerdə tapmadıqda isə əmin olurdu ki, xəstənin ruhu Yer 

xanın köməkçilərinin əlinə keçmişdir. Onunla əlaqə yaratmaq və ruhu xilas etmək 

ən ağır proses sayılırdı. Bu zaman çoxlu qurbanlar kəsilirdi. Yer xana yalvarışlar 

dolu nəğmələr oxunurdu. Xəstənin günahları ağır olduqda Yer xan tələb edirdi ki, 

onun canının əvəzinə başqa can ödənməlidir. Buryat şamanlarında indi də Erlikin 

tələbinə  əsasən həbsxanasında saxlanan canın xilası üçün başqa can tələb 

edilməsinə inanırlar. «Xəstənin razılığı ilə  şaman qurbanlıq adamı müəy-

yənləşdirir, yuxuda olarkən Qartal cildində ona yaxınlaşıb ruhunu bədənindən 

ayırır, sonra Ölülər Aləminə düşüb onu Erlikə  təqdim edirdi. Bu halda Erlik də 

xəstənin ruhunu şamana qaytarırdı. Bu mərasimdən bir müddət keçməmiş 

qurbanlıq seçilən adam ölür, xəstə isə sağalırdı. Burada tam həyata qaytarılmadan 

söz getmirdi, sadəcə olaraq xəstənin ömrü bir qədər uzadılırdı – üç, yeddi, yaxud 

uzağı doqquz ilə o da dünyasını dəyişirdi. «Kitabi-Dədə Qorqud» eposunun «Dəli 

Domrul» boyunda Azərbaycan qamlarının təsəvvüründə formalaşan «can əvəzinə 

can istəmə» motivinin dolğun variantına rast gəlirik. Burada Dəli Domrul Yer 

xanın cavanların ruhunu oğurlayıb yeraltı mağarasında saxlamasına qarşı  çıxırdı. 

Bu, Tanrını – Yer xanı  qəzəbləndirir, ölüm mələyi  Əzrayılı  (əslində Üzəni) yer 

üzünə yollayır ki, tanrının iradəsinə tabe olmayan insanı  cəzalandırsın. Dəli 

Domrul Azərbaycan mifologiyasında ölümə qarşı  çıxan ilk mədəni qəhrəman 

obrazıdır. Lakin Əzrayılla mübarizədə arxası yerə qoyulur, tanrıdan üzr istəsə də, 

canını qurtarmağın bir yolu göstərilir. Onun əvəzinə başqasının canı alınmalıdır. 

Qam-şaman inancına uyğun olaraq can verəni Dəli Domrul özü müəyyənləşdirməli 

idi. O, əvvəl atasına, sonra da anasına yalvarır ki, öz canlarının bahasına onun 

canını xilas etsinlər. Lakin heç biri buna razılaşmır. Dəli Domrul doğmalarının ona 

can qıymadığını görüb həyatdan əlini üzür. Lakin özgə qızı – arvadı ona bildirir ki, 

canını onun yolunda qurban verməyə hazırdır. Qadının böyük məhəbbətini görən 

Dəli Domrul da yaşamaq istəmədiyini bildirir, tanrıya üz tutub deyir ki, alırsa, hər 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə