Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

-

38



-

                                        

sayda başları əmələ gəlir (3, 7, 9, 40). Deməli, bütün hallarda suyun qarşısı alınır. 

Bəzi tədqiqatçılar səhv olaraq çoxbaşlılığın devlərə  də  məxsusluğunu qeyd 

edirlər

1

. Lakin yeraltı mağaralarda başını gözəl qızın dizinin üstünə qoyub yatan 



devin 3, yaxud 7, 9, 40 başı olsa, onda belə bir sual meydana çıxır: görəsən, o, 

hansı başını qızın dizinə qoyub yatır? Və Azərbaycan şifahi epik ənənəsinin yazıya 

alınan nümunələrində çoxbaşlı devdən bəhs açılmır.  

Beləliklə, atəşpərəstliyin meydana gəlməsində ulu əcdadın əvəzsiz rolu vardır. 

Azərbaycanlılar islamı qəbul edəndən min il sonra da bir sıra mifoloji obrazlara üz 

tutmuş, sonrakı  mədəniyyətində  və folklorunda dərin izlər buraxmasına  şərait 

yaratmışdır. Klassik Azərbaycaq ədəbiyyatının elə bir mərhələsi yoxdur ki, orada 

Zaratuştrun ideyaları xatırlanmasın, ya da atəşpərəstlik mifoloji görüşlərinə xüsusi 

yer ayrılmasın.  

Dissertasiyanın dördüncü fəsli  «Azərbaycan-türk miflərinin tematik-



klassifikativ strukturu» adlanır.  Burada mifologiyanın üç əsas kateqoriyası üzrə 

bərpa olunan mif sistemləri təhlil süzgəcindən keçirilir: etioloji, yaxud kosmoqonik 



miflər (dünyayaratma, təqvim mifləri  (dünyanın yaşarlığı), esxatoloji miflər 

(dünyanın sonu).Əksər miflərdə əks olunan hadisə (mifin məzmunu) üç hissədən 

ibarətdir: 1) başlanğıc, yaxud varlıqların yaranışı (səbəb); 2) əsas fəaliyyət dövrü 

(onların bir-biri ilə  əlaqə  və  münasibətlərindən mahiyyət üzə  çıxır); 3) sonluq 

(nəticə). Başqa sözlə, bütün varlıqlar səbəblə başlayır, fəaliyyətlə mahiyyət ortaya 

çıxır, məhv olmaqla sona yetir. Tədqiqatçıların miflərin mövzusuna görə 

apardıqları  təsnifatlarda sistemləşdirilən çoxsaylı bölmələr arasında müəyyən 

fərqlər nəzərə çarpsa da, biri digərinə zidd deyil. Lakin eyni mifin bir neçə 

bölmədə təkrarlanması göstərir ki, təsnifata başqa prizmadan yanaşmaq lazımdır.  

Azərbaycanda miflərin bölgüsünə M.Seyidov, P.Əfəndiyev, V.Vəliyev, 

A.Nəbiyev, A.Şükürov və A.Acalovun tədqiqatlarında rastlaşırıq. Onlar təsni-

fatdan bəhs açarkən rus tədqiqatçılarının qənaətlərinə  əsaslanmış  və ayrı-ayrı 

qrupların ümumi əlamətləri haqqında dünya mifologiyasında irəli sürülən 

prinsipləri cüzi fərqlərlə sadalamaqla kifayətlənmiş, bölgü zamanı mif sistemlərini 

bir-birindən ayıran cəhətlər üçün vahid kriteriya, ölçü götürülmədiyindən çoxsaylı 

qruplaşmada (etioloji miflər, kult mifləri, kosmoqonik miflər, astral miflər,  əkiz 

mifləri, totem mifləri, təqvim mifləri, qəhrəmanlıq mifləri, esxatoloji miflər, 

demenoloji miflər, antropoqonik, yaxud antropomorfik miflər

2

və s.) bir-birini 

təkrarlayan xüsusiyyətlərlə üz-üzə dayanmışlar. Qruplaşma sırasına mifoloji 

qəhrəmanların tipləri də  əlavə edildiklə  (ilk insan haqqında miflər, yaxud ilk 



əcdadlar, mədəni qəhrəmanlar – demiurqlar, tanrılar, ruhlar  və s.) daha 

ziddiyyətli mənzərə yaranmışdır.  Əslində «ilk əcdadlar» da mədəni qəhrəmanlar 

sayılırlar.  Əslində, mifləri motivlərin ümumi semantik strukturunu təşkil edən 

cəhətlərə (yoxluq - yaranış / törəyiş, hərəkət / davranış  və ölüm, yəni təzədən 

yoxluğa qayıdıb eyni qaydada yenidən dövretmə) görə sistemləşdirmək daha 

 

1



Bax: Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – B., Maarif, 1992, s. 180. 

2

Şükürov A. Mifologiya. Birinci kitab. Ümumi-nəzəri məsələlər – B., Elm, 1995, s. 76-90. 




 

-

39



-

məqsədəuyğundur. Təsadüfi deyildir ki, qam-şaman mifologiyasında və digər 

strukturlarda dünya modelinin özü doğum-həyat-ölüm prinsipinə uyğun  şəkildə 

qurulur:  başlanğıc - səbəb  yuxarı qatla (hər  şeyin yaradıcısı göydə yerləşən baş 

ruhdur); varlıqların fəaliyyəti, həyatın mənası və mahiyyəti orta qatlason nəticə 

- ölüm isə  aşağı qatla  əlaqələndirilir. Mifik əhvalatların bu xarakterik cəhəti 

sonralar bədii yaradıcılıqda mətn strukturunun əsas  əlamətlərindən birinə 

çevrilmişdir. 

Mif kateqoriyalarının düzümündə  məhz bu prinsip əsas götürülməlidir: 



Etioloji, yaxud kosmoqonik miflər (yaranışa səbəb olan və onu izah edən) - 

başlanğıcdır;  Təqvim mifləri  silsiləsi  -  fəaliyyətdir;  Esxatoloji miflər (axırıncı 

varlıqlar, dünyanın sonu) – ölümdür, hər şeyin bitib təzədən formalaşmasıdır. 

«Yaradılış mifologemi və kosmoqonik miflər»  bölməsində göstərilir ki,  çox 

hallarda etioloji (yaranış) və kosmoqonik (dünyaqurma) mifləri müstəqil qruplar 

şəklində  təqdim edirlər. Bəzən nəsil törədənlər və digər mədəni qəhrəmanlar – 

demiurqlar haqqındakı miflərdən tutmuş ayrı-ayrı dünyagörüşlərinə aid törəyişlə 

bağlı süjetləri də ayrıca qrup kimi: totem mifləri,  şaman mifləri və s. xüsusi 

bölmələrdə təqdim edirlər. Lakin mahiyyət və semantik struktur etibarı ilə onların 

hamısında eyni funksiya əks olunur – arxetiplərin meydanagəlmə  səbəbləri 

spesifik formada açıqlanır, dünyaqurmanın mərhələləri göstərilir.  

Azərbaycan türklərinin dünyanın yaranması haqqında təsəvvürlərində bir-

birinə zidd olan beş motiv özünü göstərir: 

I.

 

 Yaranışın mənbəyinin kosmosla və göy cisimləri ilə (Günəş, Ay, ulduzlar və 



göylə) bağlanması. Bu cür görüşlərdə inkişafın mənbəyi üç göy cismi ilə 

əlaqələnir. Günəşsiz qaranlıq dünyada hərəkət, doğulma, boya-başa çatma 

mümkün deyil. İşıq və istilik təbiəti canlandırdığından təsəvvürlərdə bütün 

dünyanın  yaradıcısına çevrilir. Azərbaycanda  Günəşə sitayiş eramızın VII yüz-

illiyinədək davam etmişdir. Bəzi tayfalarda əsas sakral qüvvə kimi sadəcə göy 

təbəqəsi götürülmüş və ata Göy tanrı ana Yerin üstünə sərilərək dünyanı hər cür 

bəlalardan qorumuşdur. Məhz onların birliyindən təbiətdəki bütün varlıqlar 

doğulmuşdur.  

Göy cisimlərinə  həsr olunan miflərin arxaik formalarının yalnız izlərinə rast 

gəlirik. Uzun tarixi prosesləri şifahi şəkildə adlayan mətnlərdə kosmik varlıqların 

bəzi  əlamət və keyfiyyətlərinin meydanagəlmə  səbəbləri  şərh olunur. Məsələn, 

ayla günəşin rənginin açıqlığı  və  qırmızılığının yozumu belə açıqlanır ki: «Qara 

dəryadan Gün çıxır. İrəli gedir. İstəyir ki, balıq onu uda. Gülənbər onun qabağına 

qılınc tutur. Qoymur onu yeməyə. Dəryadan Ay çıxır, qalxır göyə. Balıq istəyir ki, 

onu uda. Gülənbər qoymur ki, balıq onu yeyə. Ay və Gün onun nəfəsindən olur 

qırmızı. Əhli kişilər salavat çevirəndə guya ki, Ayın qırmızısı tökülür, gedir girir 

anasının qoynuna. Buna görə də Gün qırmızı, Ay açıq rəngdə olur». Mifdə Qara 

dərya – göy üzüdür, balıq  - günəş və ay tutulmasına səbəb olan təbiət varlığıdır, 

şərin başlanğıcıdır. Gülənbər ilkin tanrıların yaradıcısıdır, zaman və tale yükünü 

özündə daşıyır, qırmızı rəng – atəşin, istiliyin, açıq rəng isə gecənin aydınlığının 

rəmzidir. Salavat çevirmək – islam adətini xatırlatsa da, əski çağlarda bütün 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə