Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

-

36



-

                                        

sözlərin» yayıcısını aradan qaldırılmaqla «şər fikirlərin» mənzilinə yol açılır, eləcə 

də ikincinin məhvi ilə «şər əməllər» sahibinin yanına getmək imkanı yaranır. Bu 

üç mərhələ keçildikdən sonra Qaranlıq, ya da İşıqlı dünyalara çıxış üçün vəsiqə 

əldə edilir. Lakin Bəxt ulduzu Şərin  əsas daşıyıcılarını  (şər sözü, şər fikri və  şər 

əməli) aradan götürən demiurqa Yer altında qaldığına görə göyün dərinliklərindən 

himayədarlıq edə bilmir. Çünki İşıqlı dünyanın sakral qüvvələri aşağı qatda nələr 

baş verdiyinin fərqinə varmırlar, orada ancaq şər meydan sulayır. Ona görə  də 

dərin quyulara düşənin atdığı  hər addım ölçülüb-biçilməlidir.  İlk növbədə, Yer 

sakininin qarşısında duran əsas şərt ondan ibarət olur ki, rastlaşacağı iki bir-biri ilə 

kəllələşən qoçdan birinin belinə minəndə şansını əldən verməsin. Əks halda şərin 

beşiyinə – Anhro-Manyunun əbədi qaranlıq mənzilinə düşəcək... Diqqət yetirin, 

«Avesta» təsəvvürlərində  Şərlə Xeyirin təmsilçiləri ancaq yer üzündə – İşıqlı 

dünyada bir-biri ilə vuruşurlar. Mifoloji mətndə isə  Ağ Qoçla (İşıqlı dünyanın 

bələdçisi) Qara Qoç (Qaranlıq aləmin bələdçisi) yeraltında daim döyüş 

vəziyyətindədir. Hər ikisi çalışır ki, insanı öz belinə mindirib xidmət etdiyi ilahi 

qüvvənin ölkəsinə aparsın. Seçimlə üzləşən mədəni qəhrəman torpağı  eşə-eşə, 

daim fırlana-fırlana bir göz qırpımında ötüb keçən qoçların ağını qarasından 

ayırmağı bacarmalıdır və elə bir məqamı tutmalıdır ki, Ağ Qoçun belinə  sıçraya 

bilsin. Lakin Yeraltı aləmdə Ahur-Məzd tərəfdarlarının bəxtinin gətirməməsi 

təbiidir.  İşıqlı aləmin sakini üç mağaradakı üç nəhəng devi ağlı, gücü və 

xeyirxahlığı ilə öldürmüşdü, ona bu işdə yerüstü dünyadan gətirilən gözəllər 

yardım etmişdilər. O, yeraltı keçiddə isə  təkdir, tanrısından uzaqdır, ona görə  də 

Qara Qoça tuş  gəlir. Bu, əslində atəşpərəstlik mifoloji sistemə  əsaslanan 

qanunauyğun hal idi. Bu motiv, demək olar ki, əksər nağıllarımızda özünə yer 

almışdır.  Ən xarakterik nümunə isə  hələ XIX əsrin II yarısında Azərbaycanda 

yazıya alınıb rus mətbuatında dərc olunan «Məlikməmməd»dir. Y.V.Çəmən-

zəminli 80 il əvvəl yazdığı  məqalələrində  əsaslı  şəkildə göstərirdi ki, 

«Məlikməmməd» nağılı başdan-ayağa zoroastriya görüşləri ilə yoğrulmuşdur

1

.  


Mifoloji mətnin nüvəsində «Avesta»dakı Yim haqqındakı mifin bəzi detalları 

dayanır. İnsanın qocalığa və ölümə qarşı mübarizəsinin bünövrəsi ilkin görüşlərdə 

qoyulmuşdur. İlk növbədə, yüksək əxlaqa malik olmaqla və tanrıların yasaqlarını 

yerinə yetirməklə çox yaşamağın, gümrah və sağlam qalmağın yollarını aramışlar. 

Yimin ölkəsində şər əməllər törətməyən bütün insanlar 15 yaşlı görünürdülər. Saf 

təbiətli, ilıq, işıqlı, bərəkətli Xeyir məkanında möcüzəli Naara ağacı yetişirdi, onun 

meyvəsi qocaları cavanlaşdırıb 15 yaşına çatdırırdı. «Məlikməmməd» nağılı da 

analoji epizodla başlanır, lakin həmin sehirli bitki alma şəklinə düşür və bir 

padşahın bağında yetişir.  İşıqlı dünyada Yimin «qızıl dövrü»ndən qalan yeganə 

nişanənin insanları  dəyişdirməsi (gəncləşdirməsi) ilə razılaşmayan yeraltı aləmin 

sakinləri – devlər ildə bir dəfə alma yetişən anda gecənin qaranlığından faydalanıb 

bağa gəlir və qeyri-adi meyvəni dərib özləri ilə aparırdılar. Təkcə padşahın kiçik 

 

1

Çəmənzəminli Y.V. Azərbaycan nağıllarının əhval-ruhiyyəsi. Əsərləri. III cild. – B., Elm, 1977, s. 44-



48. 


 

-

37



-

oğlu Məlikməmməd onları  təqib edib qızmar quyuya enməklə Zaratuştrun 

başladığı mübarizəni şərin öz ölkəsində davam etdirir. Burada göstərilir ki, devlər 

işıq aşiqləridirlər, ona görə  də yer üzünün ən gözəl qızlarını (onlar işığı 

simvollaşdırırlar) qaçırıb öz yanlarında saxlayırlar. Ancaq devlərin gündüzlər 

quyudan çıxıb Günəşə baxmağa heç vaxt cəsarətləri çatmırdı.  

Anhro-Manyu  şər məxluqları insan şəklində yaradanda bir şeydən 

ehtiyatlanmışdı  və bu səbəbdən də  devlərin canını özlərindən çox-çox uzaqda 



yerləşdirmişdi. O, elə zənn etmişdi ki, devlər öz bədənlərində ürəyə (cana) sahib 

olsalar, haqq, ədalət qarşısında təslim vəziyyətinə düşər, gözəllikləri görüb xoş 

duyğulara uyar, nəticədə insanlarla birləşərdilər. «Məlikməmməd»də də göstərilir 

ki, devlərin canı bədənlərində deyil, başqa məkandadır. Məhz Məlikməmməd işıqlı 

aləmin nümayəndələri – əsir qızların məsləhəti ilə bir ağacın (Şər tanrısı bilir ki, 

canı yer altında qoruyub saxlamaq çətindir, ona görə  də yaratdığı  məxluqların 

yaşarlıq gücünü gecələr aparıb yer üstündəki ağaclarda gizlədir) başında gizlədilən 

şüşəni tapıb sındırır, içindəki quşu tutub öldürməklə devlərin canını alır. Bu, 

əslində bütpərəstlik dövrünün təsəvvürləri idi. Çünki büt-tanrıların da ruhu – canı 

həmişə kənar varlıqlarda (ağaclarda, göllərdə və s.) göstərilir. Təsadüfi deyildir ki, 

«Avesta»da da devlər  əvvəlki inancların büt-tanrıları kimi xatırlanır və onların 

ancaq şərə xidmət etdiyi ona görə geniş vurğulanır ki, insanlar köhnə dinlərdən əl 

çəkib Ahur-Məzdin  ətrafında birləşsinlər. Bu mənada müqəddəs «Kitab»ın 

«Vəndidat» hissəsi «Devlər əleyhinə qanun» adlanır.  

Atəşpərəstlik görüşlərindən fərqli olaraq Azərbaycan epik ənənəsində devlərə 

ikili münasibət mövcuddur. Bəzi hallarda onlar xeyirxahlıq edirlər. Hətta 

«İbrahimin nağılı»nda qəhrəmanın devlərlə qan qohumluğuna işarəyə rast gəlirik. 

Bu onu göstərir ki, dev obrazı Azərbaycan poetik düşüncəsinə zoroastrizmdən 

qabaqkı inancların qalıqları kimi düşmüş və bədiilik ünsürünə çevrilmişdir.  

Pəri obrazında da eyni halla rastlaşırıq. Onlar çox vaxt tanrının elçiləri tək 

xatırlanırlar. Quş (göyərçin), bəzən də heyvan (ceyran) cildində çay sahillərinə və 

bulaq başına enirlər. Cildlərini  əyinlərindən çıxardan kimi gözəl qıza çevrilir və 

lüt-üryan suda çimməyə başlayırlar. Pərilərin cildlərini  ələ keçirməklə bir neçə 

istəyə çatmaq mümkündür. Çünki onlar suda çılpaq qalmasınlar deyə, bir sıra 

fövqəltəbii işləri yerinə yetirməyə razılaşır və  hətta başqalarının sirlərini 

açıqlayırlar. Belə  pəri-insan qarşıdurması qurbansız ötüşür. Lakin yer 

sakinlərindən ziyan gördükləri halda pərilər dəhşətli fəlakətlər törədirlər. «Kitabi-

Dədə Qorqud»da Sarı çoban kimsəsiz yerdə bir pəri qıza rast gəlir, ona təcavüz 

edir. Bunun nəticəsində qəddar, adamcıl Təpəgöz doğulur, saatla, günlə böyüyən 

qeyri-normal məxluq el içində yağ-balla bəslənməsinə baxmayaraq insanlara – öz 

qan qohumlarına qənim kəsilir, say-seçmə igidlərin ölümünə bais olur.  

Təkcə  əjdaha  obrazı birmənalı  şəkildə  bəlaların, quraqlığın, aclığın, 

xəstəliklərin səbəbkarı kimi təsvir edilir. O, həmişə yaşayış  məntəqələrinə  gələn 

şirin suların mənbəyində durur, insanların nə göydən, nə  də yerdən su əldə 

etmələrinə imkan verir. Qarşısını  kəsdiyi su dolub daşanda, yatağına sığmayıb 

özünə axmaq üçün yol tapanda, daha doğrusu, qollara ayrılanda  əjdahanın çoxlu 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə