Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

-

42



-

                                        

Qaf dağının qoruyucusu Hərkayıl yunanlara saklardan keçən mifik mədəni 

qəhrəman Heraklı xatırladır. F.Cəlilov hələ keçən  əsrin 80-ci illərində Heredota 

istinadən belə bir fikir irəli sürmüşdü ki, bu obrazın mənşəyi prototürk tayfalarına 

bağlanır. Müqayisə üçün türk eposlarının özəyində duran «Qoroğlu/Koroğlu» 

mifinin tarixi köklərinə baş vuraraq yazırdı ki, «Koroğlu adının qədim anlamı, 

semantikası ilə gerçəkləşən qəhrəmanlıq səfərləri yunan və italyan 

mifologiyasında dəyişmədiyi kimi, adın özü də tərcümə olunmadan saxlanmışdır: 

Kor-oğlu – azər; Qor-oğlu – türkmən;  Her-akle(s) – yunan; Xer–okle – etrusk

Her-(o)kul(s) –latın. Beləliklə, saqat soykökü rəvayətinin yunanlı informatoruna 

görə, Herakl saqatların ulu babası olan Skifin atasıdır. Herakl özü isə yunan 

mifologiyasında Olimpin baş tanrısı Zevsin dünya gözəli Amenadan doğulan 

oğludur»


1

. Krım əhalisinin dilindən yazıya alınmış «Herakl və skiflər» adlı mifdə 

göstərilir ki, Herakl öküzlə boya-başa çatdığı diyarda yer şumlayırmış. Toxumları 

səpib qurtarır, dincini almaq istəyir. Hava soyuq imiş, onu göy çəmənlikdə 

qəflətən yuxu tutur. Ayılanda görür ki, atı və arabası yoxdur. Peşimançılıq çəkən 

Herakl axtarışa başlayır. Xeyli gəzib-dolaşandan sonra qarşısına qəribə bir məxluq 

çıxır ki, bədəni beldən yuxarı gözəl qız, kəmər yerindən aşağı isə ilan idi. 

Təəcüblənərək ondan soruşur: «Sən kimsən?»  İlan-qadın cavab verir: «Mən Apa 

(Ana) ilahəyəm». Herakl xəbər alır: «Apa tanrı, sən mənim atımı görməmisən?» 

İlan-qadın deyir: «Atın və araban məndədir. Onları ancaq bir şərtlə  sənə 

qaytararam: bir müddət burada qalıb mənim ərim olacaqsan». Herakl payi-piyada 

dünyanın o biri başında yerləşən vətəninə dönə bilməyəcəyini anlayır və Apa 

tanrının yanında qalmağa razılaşır. İlan-qadın atı və arabanı qaytarmağa tələsmir, 

ona görə ki, Herakla vurulmuşdu. Onlar o vaxta qədər birlikdə yaşayırlar ki, üç 

uşaqları dünyaya gəlir. Bundan sonra Apa atı  və arabanı Herakla verib deyir: 

«Səndən ayrılmaq istəməsəm də, yurdun üçün darıxdığını duyuram. Verdiyim 

sözün üstündə dururam. Atını  və arabanı geri qaytarıram. Ancaq söylə görüm, 

oğlanların böyüyəndən sonra nə edim? Onları  sənin yanına yollayım, yoxsa öz 

ölkəmdə saxlayım?» Herakl belə qərara gəlir: üstü qızıl kasalı kəmərini belindən 

açır, sonra yayını    dartıb gərilmiş ipi bağladığını  və oxu necə atdığını göstərir. 

Onları Apa tanrıya verib bildirir: «Oğlanlarım böyüyüb kişiləşəndə qoy kəmərimi 

bellərinə bağlasınlar və yayımı çəkib sahmanlasınlar. Kəmərim onlardan hansının 

belinə  gəlsə  və kim yay-oxumu mənim kimi sahmanlaya bilsə, yanında saxla. 

Yayımın gərilmiş ipini bağlamağı bacarmayanı  və  kəmər belinə  gəlməyəni qov 

getsin». İllər keçir. Heraklın oğlanları böyüyürlər. Apa tanrı atalarının kəmərini və 

ox-yayını  gətirib övladlarının qarşısına qoyur. Kəmər iki oğlun belinə çox geniş 

olur. Onlar qızıl kasaların ağırlığını daşıya bilmir. Böyük və ortancıl qardaşın 

yayın gərilmiş ipini də  çəkib bağlamağa gücləri çatmır. Hər ikisini ölkədən 

qovurlar. Heraklın kəməri üçüncü oğlun belinə  gəlir və o, yayı atası kimi 

qaydasına salıb oxu sərrast atır. Bu, kiçik oğul Skif idi. Skif ölkədə Apa tanrının 

himayəsində qalır və ondan skif tayfası törəyir. Skiflər Heraklın öküzlərlə yer 

 

1



Ağasıoğlu F. Azər xalqı (Seçmə yazılar). – B., «Ağrıdağ» nəşriyyatı, 2000, s . 92-93. 


 

-

43



-

                                        

şumladığı Tavr və Dnepr ətrafı çöllərdə  məskunlaşırlar

1

. Göründüyü kimi



prototürk tayfalarının kök saldığı  ərazilərin müasir əhalisinin yaddaşında Herakl 

mənşəcə yunanlı deyil. O, türkün bir qolunun ulu əcdadı  Oğuz kimi üç oğlunun 

içərisindən ancaq ox-yayla bağlananı seçib yeni nəslin başında durmasına razılıq 

verir. 


Bizə elə gəlir ki, «Munisnamə»də «Hərkayl/Qerkayl» kimi xatırlanan demiurq 

daha dərin qatlardan gəlir və «Avesta»dakı  «Hara-Bərazayt»ın, yunan-sarmat-

skiflərdəki «Herakl»ın, türk-azərbaycanlılardakı  «Qoroğlu/Koroğlu»nun kökünün 

başlanğıcında dayanır. Çünki sadalananların hamısı dağla bağlanır, işıq-qaranlığı, 

göy-yeri mənalandırır. 

Oğuz mifi və Quz/Qazlıq dağı.  Qədim roma miflərində  şəhid çoban kimi 

xatırlanan «Qafqaz»da və dağ zirvəsi «Kazbek» («QAZbək» // QUZbəy» // 

Oğuzbəy») sözündə türk mənşəli hissəciklərin olduğu  şübhəsizdir. Birincinin 

ikinci hecasında  «qaz // quz», ikincinin isə  əvvəlində  «kaz // qaz // quz» 

komponentlərinin mövcudluğu göstərir ki, «işquz // aşquz // iç oğuz» tayfaları çox 

əski çağlardan Azərbaycanın dağlıq və dağətəyi sahələrində  məskunlaşmışlar. 

Maraqlıdır ki, «Dədə Qorqud» dastanında da bu dağın adı «Qafqaz» sözünün məhz 

ikinci hissəsinə («qaz»a) məkan anlamlı sözdüzəldici «lıq»  şəkilçisi artırılmaqla 

yaranır: «Qaz // lıq».  

III.


 

Göylə Yerin birliyi, yəni yaradıcının insanlara, təbiətə yaxınlığı.  İlkin 

təsəvvürlərə görə göy yerdən aralı deyildi. «Qabaxlar göy yerə yaxın idi. Adamlar 

bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə 

tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı». Sonralar bu təsəvvürlər esxataloji 

xarakter almış  və dünyanın məhvi  şəklinə salınmış, göyün - yaradıcının üz 

döndərməsinin səbəbi insanların  şərə, pis əməllərə meyl etmələri ilə izah 

olunmuşdur. 

IV.


 

Dünyanın yeddi qatda təsviri. Azərbaycanlıların mifoloji təsəvvürlərində 

«Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat yaşayır. Sonrakı 

qatlarda huri-pərilər, qılmannar, peyğəmbərlər yaşayır. Lap yeddinci qatda isə 

allah öz taxtında oturup dünyanı idarə eliyir»

2

.  «Munisnamə»də isə dünya qırx 



qatlı təsvir edilir. 

V.

 



Dünya yaranmamışdan  əvvəl ancaq yaradıcının (Allahın tək halda) 

mövcudluğu.  Əksər mifoloji sitemlərdə yaradıcıdan  əvvəl də yaşayışın olması 

göstərilir. «Avesta»da əsas yaradıcı Hörmüzdən  əvvəl səkkiz allahın varlığından 

söhbət gedir. Yeri, Göyü yaradan Hörmüzün dünyaya gəlməsi üçün Zurvan min 

illər boyu qurbanlar verir. Deməli, hardasa başqa varlıqlar mövcud idi ki, onları 

qurban da kəsirdilər. Yaxud yunan mifologiyasında dünyanın  əsas elementlərini 

köməkçi allahlar vasitəsi ilə yaradıb idarə edən Zevsdən  əvvəl Kronun icadları 

 

1

Легенды Крыма. Составитель Г.Таран, предисловие М.Ф.Рыльского. – Симферополь, 1974, с. 9-



10. 

2

Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön söz və şərhlərin müəllifi A.Acalov. – B., Elm, 1988, s. 



35. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə