Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   19   20   21   22   23   24   25   26   27

 

-

46



-

Dünyanın bir qatını digərindən ayıran vasitələrin təsviri daha orijinaldır. 

Keçiddə duran mələyin boyu o qədər uzundur ki, ayağı yerdə, başı göydə 

yerləşir. Onun qabağında göydən yerə  pərdə sallanır, sonu dənizin dibinə çatır. 

Pərdənin ortasında ikitaylı qapı var, qapıdan işıq topasından ibarət qıfıl asılır, qıfıla 

isə  şüadan möhür vurulur. (Adama elə  gəlir ki, ulu babalarımız kompüterləşmiş, 

kənardan ultraşüalarla,  əl, barmaq izlərini toxundurmaqla idarə olunan müasir 

qapılardan danışırlar). Qapıda  iki qoruyucu mələk var ki, başları ilə öküzə, 

bədənləri ilə qoyuna oxşayırlar. Bu qapıdan o yana bir-birinə söykənən iki dəniz 

mövcuddur, birinin suyu şirin, digərininki acıdır. Bu dənizlərin hər ikisi eyni yerə 

tökülsə də, suları bir-birinə qarışmır, necə ki, yağ suda həll olunmur. İki dənizin 

arasında cənnətə oxşayan bir ada yerləşir. Orada çoxlu meyvə ağacları, müxtəlif 

cür quşlar, ətirli otlar, çiçəkli düzənlər var. Bütün quşların başları qızıldan, gözləri 

yaqutdan, qanadları xrizolitdən, dimdikləri mirvaridəndir. Onlar bir-birilərindən 

gözəldir. Adanın acı sularla əhatə olunan ortasında təmiz qızıldan ibarət, 

böyüklüyü təsəvvürə gəlməyən dağ var (Qızıl dağ). Şirin sular yalayan tərəfdə isə 

balıqlar kimi parıldayan gümüş dağ yerləşir. Hər dağın başında bir mələk oturur 

ki, biri şirin, digəri acı suyu qoruyur. Onlar bu suları bir-birinə qarışmağa 

qoymurlar. Dünyanın bütün sərvətləri bu iki dağda saxlanır. Dünyadakı bütün 

mədənlərin, faydalı qazıntıların mənbəyi qoşa dağlardır,  şirin suların, bulaqların, 

yeraltı arxların, quyuların başlanğıcı  şirin sulu; duzlu sulu arxların, quyuların 

başlanğıcı isə acı sulu dənizdir. Bu iki dəniz öz mənbəyini Allahın göydəki 

taxtının altından alır. Yaradıcı  mələklərdən  əvvəl bu dənizləri, adanı  və oradakı 

qızıl, gümüş dağları yaratmışdı. Dünya modelinin bu cür təsvirinə başqa xalqların 

mif sistemlərində təsadüf edilmir. 

«Avesta»da dünyanın yaranması haqqında mifik təsəvvürlər və 

Azərbaycan. 

Azərbaycanlıların kosmoloji təsəvvürlərində atəşpərəstlik 

sistemlərinin də  təsiri güclü olmuşdur. Zoroastrizmdə  məkan və zaman sonsuz 

hesab edilir. Məkan iki hissəyə ayrılır: a) işığın heç vaxt tükənmədiyi sahə Xeyrə 

və Ahur-Məzdə məxsusdur; b) qaranlığın əbədi hökm sürdüyü yer Şərin və Anhro-

Manyunun vətənidir. Sonsuz zaman «zurvan akaran»  şəklində  tələffüz edilir. 

Birinci söz Ahur-Məzdlə Anhro-Manyunu bətnində yetişdirən zaman və tale 

tanrısı Zurvanla bağlıdır və ehtimal ki, Azərbaycanda qədim ərazi adında (Şirvan) 

pasportlaşmışdır.  İkinci kəlmə isə eyni anlamda Azərbaycan türk dilində indi də 

«axır» şəklində işlənir. Ahur-Məzd zamanın son kəsiyini müəyyənləşdirib «zurvan 

xvadat»  ifadələri ilə  əks etdirir.  İkinci söz rus dilindəki «xvatit» (bəsdir) feli ilə 

səsləşir. Bütov zamanın davamlılığı 12 min ildir və 4 (3 min illik) bərabər 

mərhələyə ayrılır.  

«Zaman mifologemi və  təqvim mifləri» bölməsində vurğulanır ki, təqvim 

mifləri rituallarla bağlı görüşləri özündə  əks etdirir. Müntəzəm olaraq ilin 

fəsillərinin, aylarının, günlərinin bir-birini əvəz etməsi ilə təbiətin (günəşin çıxıb, 

batması ilə gündüz gecəyə çevrilir, onun istisinin azalıb-çoxalması, külək əsməsi, 

göy guruldaması, havaların açılıb-bozarması, soyuyub qar düşməsi, yağış yağması 

fəsilləri meydana gətirir) və bitkilərin dəyişib haldan-hala düşməsi (cücərməsi, 




 

-

47



-

yarpaqlaması, çiçəkləyib meyvə verməsi, çılpaqlaşması  və s.) ilkin təsəvvürlərdə 

bir silsilə mifik obrazların kortəbii  şəkildə yaranmasına təkan vermişdir. Bitki, 

heyvan və  təbiət hadisələrində ruhun varlığı ideyası meydana gəlmişdir. Ulu 

əcdadlar dünyadakı varlıqların ölüb-dirilməsini (Yağış göy gurultusundan sonra 

damcılayır və çalalara yığılan suyun torpağa hopması ilə ömrünü başa çatdırır; 

bitki toxumu cücərib torpaqdan baş qaldırır, boyu uzanandan, bar yetişdirəndən 

sonra quruyur və ölür - bütün bunları insanlar özlərinin ana bətnindən çıxıb, 

böyüməsi, boya-başa çatması, qocalıb o dünyaya köçməsinin analoqu kimi başa 

düşürdülər, ananın doğuşdan qabaq ağrı  çəkib çığır-bağır salmasını isə göy 

gurultusuna bənzədirdilər) ruhların iki qütbə ayrılması ilə (xeyir və  şər ruhlar) 

əlaqələndirmişlər. Bərəkət, bolluq gətirən hami ruhlara ehtiram göstərib sitayiş 

etmiş, yolunda qurbanlar kəsmişlər. Ölüm, fəlakət, quraqlıq, aclıq və soyuğu 

qoruyan ruhlara qarşı isə mübarizə yolları axtarmışlar. Əlbəttə, təqvim miflərində 

də ilkin yaranış motivlərinə müraciət olunurdu, lakin etioloji kateqoriyaya daxil 

olanlardan fərqli olaraq, əsas qayə, məqsəd yaranma, meydana gəlmə epizodları ilə 

deyil, yaranan varlıqların sonrakı funksiyalarında açılırdı. Məsələn,  ən primitiv 

formada olan bir mifik təsəvvürü götürək: Günəş doğulur və torpağa can verir 

(«Gün çıx, çıx, çıx...» mərasim nəğməsində Günəşin doğulması torpağın dirilməsi 

üçün arzulanır). Burada iki məsələdən söhbət gedir. Təqvim kateqoriyasının 

prizmasından baxanda günəşin doğulması  məqsəd deyil, vasitədir.  Əsas deyil, 

köməkçidir. Ulu əcdadın ritual vasitəsi ilə çatdırmaq istədiyi ideya torpağın 

canlanıb üzərində  ağacları, bitkiləri yetişdirə bilməsidir. Başqa sözlə, etioloji 

miflərdə  əsas diqqət Günəşin doğulması  səbəbini aydınlaşdırmağa yönəlirsə, 

təqvim miflərində Günəşin doğulandan sonrakı fəaliyyətinə, dünyadakı varlıqların 

xidmətində durmasına üstünlük verilir. 

Təqvim miflərində hətta ayrı-ayrı illər, aylar, günlər belə mifik obraza, dünya 

modelinin detalına çevrilir. Məsələn: «Bir padşah görür ki, bının ölkəsindəki 

adamnar tez-tez illəri qatışdırıllar bir-birinə. Çünkü illərin adı yoxuymuş. Padşah 

fikirləşir ki, gərəh illərə ad qoyam. Durur çıxır səfərə. Ucardan, qaçardan, 

sürünərdən qabağına hansı  çıxırsa onun adını verir bir ilə. Bının qabağına on iki 

cannı çıxdığı üçün on iki də il adı düzəldir. Həmən cannılar bınnardı: donuz, sıçan, 

pələh, dovşan, öküz, at, qoyun, meymun, it, quş, ilan, balıx.  İllər də  bınnarın 

adıynan addanır». Təqvim hissələri Çində etik məna ilə də təsvir edilirdi: «Yaz - 

humanistdir, yay - nəzakətlidir, payız - ədalətlidir, qış – müdrikdir». Azərbaycan 

inanclarında isə Yaz xoşxasiyyətdir (Üçü bizə  cənnətdir), Yay səxavətlidir (Üçü 

yığıb gətirir), Payız qəddardır (Üçü vurub dağıdır), Qış düşməndir (Üçü bizə 

yağıdır).  əcdadlarımızın ilkin təsəvvürlərində yaponlarda olduğu kimi, il iki 

hissəyə (bərəkət, bolluq gətirən əsas hissə və bitkiləri məhv edən qış) bölünürdü. 

Ayların fəsillərə bölünməsinə həsr olunan bayatıda da bu hiss olunur: a) yaz, yay 

xeyiri, b) payızla qış isə  şəri təmsil edir. Dağlara müraciətlə deyilən başqa bir 

bayatıda isə ilin iki yerə bölünməsi açıq-aydın nəzərə çarpır: 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə