Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   19   20   21   22   23   24   25   26   27

 

-

52



-

nəzərə alsaq, Azərbaycan türklərinin mifoloji düşüncə tarixinə totem mifləri 

kontekstində yanaşılması bu kateqoriyanın movcudluğunu nümayiş etdirir. Totem 

strukturu mifoloji-folklor mətninin poetik strukturu səviyyəsində  bərpa edilir. 

Qeyd edək ki, türk totemizmi problemini inkar edənlərin həmin məsələni heç də 

bütün hallarda profesional səviyyədə qoya bilmədiklərini, o cümlədən bu cür 

nəhəng problemə münasibətdə öz fikirlərini, demək olar ki, fraqmentar şəkildə 

irəli sürdüklərini hesaba alsaq, bizim yanaşma öz aktuallığı ilə bərabər, problemin 

həlli yolunda atılmış konkret elmi addımdır.  

Tədqiqatda Azərbaycan mifoloji dünyagörüşünün konturları elmi şəkildə 

müəyyənləşdirilir, mif haqqındakı elmi qənaətlər Qafqaz materialları  əsasında 

ümumiləşdirilir, onların tətbiq sahələri göstərilir, mifoloji model və sistemlərin 

semantikası açıqlanır. Ayrı-ayrı kateqoriyalar, xüsusilə etnoqonik və exstaloji 

miflər folklor materialları əsasında təsdiqlənir. 

Azərbaycan mifoloji mətnləri etioloji-kosmoqonik, təqvim və esxatoloji 

miflərə ayrılır. Əsas bölgünün, ənənəvi olaraq, kosmoqonik, etnoqonik və təqvim 

mifləri istiqamətlərində aparıldığını  nəzərə alsaq, qeyd etməliyik ki, bu yanaşma 

mifoloji mətn fondunun ümumtəsnifat strukturundan qırağa çıxmır və ona fərqli 

baxışı reallaşdırır. Etioloji-kosmoqonik mif tipi «dünyayaratma» kateqoriyası 

səviyyəsində, təqvim mifləri «dünyanın yaşarlığı» anlayışı kontekstində, esxatoloji 

mifləri «dünyanın sonu» kontekstində götürülür. Beləliklə, ulu əcdad gerçəkliyə 

addım-addım, pillə-pillə alışmış  və  təbiətdə baş verən hadisələrlə, yaranan 

varlıqlarla miflərin dili ilə danışa-danışa ilkin peşələri: ovçuluğu, bağçılığı, 

maldarlığı  mənimsəmişdi; onlar miflərin dilini bilməsəydilər nə  əkib-becərə, nə 

toxuya, nə daş alətlər və silahlar qayıra, nə də dünyanın sirlərinə bələd olardılar; 

onlar göyü sakrallaşdırmasaydılar, təbiətə tapınmasaydılar, nə bir nəğmə qoşar, nə 

rəqs edər, nə  də oyun-tamaşalar qurardılar. Mifologiyanı  bəşəriyyətin  şüurlu 

həyatının astanasında duran düşüncə  tərzi və kortəbii yaradıcılıq hadisəsi kimi 

götürüb arxaik rituallardan ayırmaq çox çətindir. Faktlar göstərir ki, Azərbaycan 

türk mifologiyasının təkamülü əsasən dörd mərhələdən keçmişdir:  

a) təbiətə tapınma – totemçilik;  

b) təbiətlə ünsiyyətə girmə - şamançılıq;  

c) varlıqların bir-biri ilə əbədi mübarizə aparmasına inam – atəşpərəstlşik və  

d) dünyanın Vahid yaradıcı  tərəfindən idarə olunması ideyasına gəliş – 

tanrıçılıq və islam. Sonuncu ümumiləşdiricilik funksiyasını yerinə yetirmiş, 

əvvəlkilərin işıqlı, uğurlu tərəflərini öz içərisində əritməklə Yaradıcının qüdrətinə 

sığınmağı  təbliğ etmişdir.  Əslində islam mərhələsi sırf dini, ictimai-siyasi 

mahiyyətli mərhələ olmuş, «super müsəlman» etnosunun formalaşmasına xidmət 

etdiyi üçün Azərbaycan türklərinin özünüdərkinə müəyyən mənada  əks təsir 

göstərmiş, dünyaanlamını ümumtürk axarından ayırıb ümumşərq, ümumərəb, 

ümumislam konteksinə yönəltmişdir.  

Issetasiyanın elmi nəticələrinə dair aşağıdakı əsərlər çap olunmuşdur: 

 

 



 

-

53



-

Dissertasiyanın əsas müddəaları müəllifin aşağıdakı kitab və məqalələrində 

əks olunmuşdur: 

 

1.

 



Mif,  əfsanə, nağıl və epos (Epik ənənədə janrlararası  əlaqə). B., ADPU-nun 

nəşri, 2002, 758 səhifə. 

2.

 

Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis). B., «Ağrıdağ», 2004, 



232 səhifə. 

3.

 



Azərbaycan türklərinin mifologiyası (Mifik Dünya modeli, təsnifat), B., 

«Ağrıdağ», 2004, 236 səhifə. 

4.

 

 «Kitabi-Dədə Qorqud»un quruluşuna dair. «Kitabi-Dədə Qorqud - 1300» 



(Məqalələr toplusu). AMEA-nın Nizami ad. Ədəbiyyat İnstitutu və Nəsimi ad. 

Dilçilik İnstitutu. - B., Elm, 1999, s. 112-130. 

5.

 

«Dədə Qorqud kitabı»nda qam görüşləri. «Dədə Qorqud» elmi-ədəbi toplusu. 



III (8), B., «Səda» nəşriyyatı, 2003, s. 3-13. 

6.

 



Oğuz-türk mifologiyasında sakral rəqəmlər. «Dədə Qorqud» elmi-ədəbi 

toplusu. B., Nurlan, 2006,  sayı 4 (21), s. 49-63. 

7.

 

Oğuz-türk mifologiyasında zaman və  məkan vəhdəti. «Dədə Qorqud» elmi-



ədəbi toplusu. B., 2007,  sayı 1 (22), s. s. 78-94.  

8.

 



«Kitabi-Dədə Qorqud»un süjet strukturu. ADPU-nun Xəbərləri. Humanitar 

Elmlər Seriyası. sayı 1, B., 1999, s. 20-29. 

9.

 

«Koroğlu» eposunda Azərbaycan mifoloji görüşlərinin izləri. ADPU-nun 



Xəbərləri. Humanitar Elmlər Seriyası., B., ADPU,  2005 Sayı 5, s. 39-47. 

10.


 

Türk mifologiyasında zaman-məkan vəhdətinin uzunluq toposları. ADPU-

nun Xəbərləri. Humanitar Elmlər Seriyası. Sayı 5, B., 2005, s. 362-368. 

11.


 

Mif və sakrallıq (zaman və  məkan kontekstində). ADPU-nun Xəbərləri. 

Humanitar Elmlər Seriyası. Sayı 1, B., 2006, s. 158-167. 

12.


 

İbtidai görüşlər sistemi və mif. ADPU-nun Xəbərləri, Humanitar Elmlər 

Seriyası. IV buraxılış, B., 2003 s. 28-30. 

13.


 

Göyçə folklorunun mifoloji kökləri. Azərbaycan  şifahi xalq ədəbiyyatına 

dair tədqiqələr. XIII kitab. B., «Səda», 2002, s. 87-134 .  

14.


 

Azərbaycan mifoloji görüşlərində arxetipik simvollar. Azərbaycan  şifahi 

xalq ədəbiyyatına dair tədqiqələr. XIV kitab. – B., «Səda», 2004, s. 89-115. 

15.


 

Prototürklərin mifoloji görüşləri Heredotda və tarixi mənbələrdə. 

Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. 

XVI 


kitab. – B., «Səda», 

2005, s. 89-115. 

16.

 

“Dədə Qorqud” və  qədim türk mifologiyası. Azərbaycan  şifahi xalq 



ədəbiyyatına dair tədqiqlər. XVIII kitab. – B., «Səda», 2005, s. 35-59.

 

17.



 

Yaradılış mifologemi və Azərbaycan türklərinin kosmoqonik mifləri 

(Dünyayaratma). Azərbaycan  şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XXVI 

kitab. – B., «Nurlan», 2008, s.165-170. 

18.

 

Azərbaycan-türk mifoloji dünya modelinin rekonstruksiya qaynaqları. 



Filologiya məsələləri, sayı 7. – Bakı, «Nurlan», 2008, s. 367-375. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə