Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   19   20   21   22   23   24   25   26   27

 

-

50



-

Təpəgözün, həm də  oğuz camaatının tanrı  tərəfindən unudulduğu dərk edilir. 

Yaradıcı insanların taleyini öz ixtiyarına buraxır. Yalnız bundan sonra Təpəgözü 

məhv etmək mümkün olur. Göründüyü kimi, «Oğuznamə» qəhrəmanları Astiaqla 

müqayisədə günah üstünə günah gətirmirlər. 

Nuhun tufanına həsr olunan esxatoloji məzmunlu ənənəvi mif motivlərində bir 

neçə cəhət özünü göstərir: 

1. Azərbaycanla bağlı dağların (İlan dağı, Kəmçi dağı, Ağrı dağı, Ağbaba dağı 

və s.) meydana gəlib adının qoyulmasından bəhs olunur. 

2. Dünyanın torpaq hissəsinin məhvindən sonra başqa varlıqlar tanrının 

yaratdığı heyvanlar üzərində əməliyyatlar aparır, başqa sözlə, yaradıcının işlərinə 

əl qatılır, düzəlişlər edilir. Belə ki, qaranquş arının dilini dimdiyi ilə qoparır ki, 

insan  ətinin  şirinliyindən xəbər verə bilməsin, bundan sonra səsi itir, peşəsi 

vızıldamaq olur. Eləcə də ilan insan ətini ona qıymayan quşu parçalamaq istəyir. 

Qaranquş onun ağzından çıxıb qaçmaqla canını qurtarsa da, quyruğu qopub ilanın 

ağzında qalır və onun quyruğu haçalaşır. 

3.  İlan yer üzündə yuva qurmaq üçün xeyirxahlıq edib gəminin deşilən 

hissəsini bədəni ilə tutmasına, canlıların son cütünü boğulub ölmə  təhlükəsindən 

qurtarmasına baxmayaraq, qismətində olan torpağa qayıdır. Bir növ bu, xalq atalar 

sözündə deyilən fikri təsdiqləyir: «İlanın ağına da lənət, qarasına da!» 

4. Nuh peyğəmbər can hayında olduğundan qəzanın ancaq dünyanın insanlar 

yaşayan piltə hissəsinə aidliyindən iş-işdən keçəndən sonra xəbər tutur. Yəni 

tanrının birinci tufanla dünyanı tamam məhv etmək yox, günaha batdıqlarına görə 

yerdəki canlıları dəyişmək istəyinə Nuh özü bilmədən əngəl olur:  

Mifoloji sistemlərdə dünyanın sonu - Axirət günü cəhənnəmin təsvirində daha 

qabarıq  şəkildə  nəzərə çarpır. «Munisnamə»yə görə, cəhənnəm yerin yeddinci 

qatından sonra gəlir. Allah cəhənnəmi palçıqdan düzəltmişdir.  



Tədqiqatın yekunlarını ümumiləşdirərək nəticəyə  gəlirik ki, Azərbaycan 

xalqının arxaik dünyagörüşünün  əsasında duran mifoloji strukturlar, obrazlar 

mədəniyyətin müxtəlif formalarında dərin izlər buraxmış,  şifahi epik ənənənin, 

klassik yazılı  ədəbiyyatın qaynağına, dilin leksik tərkibinin  əsas elementlərindən 

birinə çevrilmişdir. Mədəniyyətin bu sahəsinin öyrənilməsi xalq yaradıcılığının və 

məişətinin iki cəhətini diqqət mərkəzinə  çəkir: ilk növbədə, mifoloji düşüncə 

Azərbaycan türklərinin mentalitet stereotiplərini, kökə bağlanan qırılmaz telləri 

üzə  çıxardır, eləcə  də mifoloji düşüncənin rituallaşmış formaları insanların 

davranışlarını  tənzimləyir. Mərasimlərlə sintezləşən folklor nümunələri mifik 

düşüncənin  əsas daşıyıcılarından biri olmaqla yanaşı yeni yaradıcılıq meyllərinin 

və  bədii formaların da meydana gəlməsinə  təkan vermişdir. Çoxaspektli təhlil 

əsasında məlum olur ki, mifoloji personajlar, spesifik süjet və motivlərin 

kompleksi tükənməz xalq yaradıcılığının struktur-semantik əlamətlərini mədəni 

kodlarla  zənginləşdirmişdir.  

Türk mifologiyası  tədqiqatda Azərbaycan mifoloji mətnləri  əsasında 

araşdırılıb bərpa edilir, mifik dünya modeli və  təsnifat məsələlərinə aydınlıq 

gətirilir, Azərbaycan-türk mifoloji-epik təfəkkürünün arxetipləri öyrənilir, mifoloji 



 

-

51



-

strukturlar daşıyan mətnlərin təsnifat prinsipləri hazırlanır və bu əsasda onun 

klassifikasiyası aparılır. Mifologiyanın milli mədəniyyətin  əsasında durmasını, 

ümummilli mədəni dəyərlərin mifoloji dəyərlərin tarixi şüur kontekstində 

transformasiyası olduğunu nəzərə alsaq, ümumiyyətlə, mifologiyanın öyrənilməsi 

təkcə Azərbaycan folklorşünaslığı problemləri baxımından deyil, bütövlükdə milli-

humanitar düşüncənin araşdırılması  və üzə  çıxarılması baxımından vacib və 

zəruridir. 

Tədqiqatda mətnləri tutuşdurma aspektindən (qədim yazılı  mənbələrlə çöl 

təcrübəsi materiallarının) istifadə edilməsi Azərbaycan mifologiyasının 

modellərini ümumtürk ibtidai düşüncəsinin mühüm tərkib hissəsi  şəklində 

götürməyə imkan verir və onun fərqli cəhətlərini üzə çıxardır.  

Mif və Azərbaycan xalqının tarixi milli etnik-mədəni sistemin siyasi-ictimai 

mövcudluq kodu ilə onun düşüncə kodunun uzlaşdırıcı modellərinin tapılmasına 

söykənir. 

Mifoloji düşüncənin genezisi ağır və  çətin elmi problemlərdəndir. Ona 

münasibətdə gerçəkləşdirilmiş düşüncə modelləri dinamizmi ilə  əlamətdardır. 

Dünyanın mənimsənilməsinin arasıkəsilməz  şəkildə verdiyi məlumatlar 

mifogenezin mahiyyətinə baxışları radikal şəkildə dinamikləşdirməkdədir. Bu 

mənada mifik görüşlərin xalqın məişəti, qədim tarixi, fəlsəfi, dini baxışı, adət-

ənənələri, bayram və  mərasimləri, dili və elmi fəaliyyəti ilə  əlaqələndirilməsi 

maraqlı nəticələr əldə edilməsinə imkan vermişdir. Bu problemin qoyuluşu dünya 

mifoloji fikrinin daha çox sabitləşmiş aksioloji parametrlərinə söykənir. 

Məsələlərin kateqorial aparat səviyyəsində işləməsi onun kosmoqonik düşüncənin 

ölmdə mövcud struktur modellərini mənimsədiyini  əyani olaraq göstərir. 

Azərbaycan türklərinin mifologiyası  hər bir mifoloji düşüncə kimi öz arxetipik 

simvollarına malikdir.  

İlkin mifoloji anlayışların (zaman, məkan və  kəmiyyət), sakrallaşmanın, 

arxetipik simvolların bədii yaradıcılığın, mədəniyyət növlərinin rüşeymləri olduğu 

əsaslandırılır. Mifin sakral strukturunun qabardılması milli mədəniyyətimizin 

funksional strukturu baxımından ciddi əhəmiyyətə malikdir. Müqəddəs ilə adinin, 

sakral ilə profanın mədəniyyətdə yaratdığı total metastruktur öz invariantı 

səviyyəsində mifdən başlanır.  

Erkən din sistemlərində, arxaik rituallarda və əski inanclarda işlənən mifoloji 

anlayışlar qruplaşdırılıb təhlil edilir. Rituallar milli mədəniyyətin başlanğıcından 

tutmuş bugünə qədər onu diaxron və snxron səviyyədə təşkil etməkdədir. Təqvim 

miflərinin yazqabağı ritmi mütləqləşdirilməklə mifoloji-kosmoqonik dövriyyənin 

mühüm elementlərindən biri kimi öyrənilir. Səciyyəvidir ki, problem həm 

faktoqrafik, həm də təhlil səviyyəsində normal kontekstə reallaşdırılır.  

Azərbaycan türklərinin mifologiyasına onun diaxron dinamikası səviyyəsində 

baxılır.  İlkin dünyagörüşü sistemləri, ibtidai dini formalar olaraq totemizm, 

şamanizm və s. nəzərdən keçirilir. Dinin arxetipik formalarından olan mifoloji 

şüurun konkret strukturunu təşkil edən türk totemizmi öz təsdiq işarəsini alır. Türk 

totemizminin Türkiyədə və Azərbaycanda müəyyən tədqiqatlarda inkar olunmasını 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə