Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   19   20   21   22   23   24   25   26   27

 

-

48



-

                                        

A dağlar, ulu dağlar, 

Çeşməli, sulu dağlar. 



Üç ay toylu, bayramlı, 

Doqquz ay yaslı dağlar. 

 

Adətən, sudan korluq çəkən dağların «çeşməli, sulu» göstərilməsi ola bilsin 



ki, yuxarıda verdiyimiz mifoloji sistemdəki dünyanın su damarlarının Qaf 

dağından keçməsinə əsaslanır. 

Göründüyü kimi, Azərbaycan təqvim miflərində  əsas ağırlıq qışla yazın 

üzərinə düşür. İl əsasən iki əks xasiyyətli canlı varlıqla təmsil olunur, yay yazın, 

payız isə qışın içində əridilir. İl bütövlükdə yarı bölünüb düşmən qüvvələr kimi üz-

üzə qoyulur. Bir tərəfdə soyuq, şaxta, aclıq, ölüm, digər tərəfdə isti, bolluq, şadlıq 

hökm sürür. Kosa-keçi mifik obrazları ilə yaddaşlarda bu günümüzədək yaşadılan 

ənənənin tarixi çox dərin qatlardan gəlir. Mədəniyyətimizin canına hopmuş Xeyir-

Şər qarşıdurmasının mənbəyini də, hər şeydən əvvəl, bunda axtarmaq lazımdır. 

«Kosmoloji sonluq mifologemi və esxatoloji miflər» bölməsində göstərilir ki, 

«son şeylər» və dünyanın axırı haqqında olan esxatoloji

 

miflər yaranış və təqvim 



mifləri ilə müqayisədə çox-çox sonrakı dövrlərdə meydana gəlmişdir. Bu da 

təbiidir, çünki esxatoloji miflərin motivlərində, bir növ, əvvəlki iki kateqoriyada 

verilən hadisələrə yekun vurulur, nöqtə qoyulur. E.A.Kostxinin şərhinə görə, 

esxatoloji (yunanca eschatos – «son», «axır» deməkdir)  miflərdə dünyanın sonu, 

sonrakı taleyi və insanın yeraltı aləmdəki həyatı  əks olunur. Arxaik 

mifologiyalarda esxatoloji təsəvvürlərə az yer ayrılır (daha çox dünyanın sonundan 

deyil, başlanğıcından bəhs açılır). Daha çox inkişaf etmiş miflərdə (hind, alman-

skandinav) gözlənilən dünya fəlakətlərinə adətən etik qiymət verilir: altı dünyanın 

dağılması  əxlaqın tamamilə pozulması ilə  əlaqələndirilir. Xristian esxatoloji 

düşüncəsində (Apokalipsisdə) dünyanın son günü eyni zamanda möminlərin xilası 

və Xristosun minillik hakimiyyətinin başlanması ideyası  təsdiqlənir

1

. Dünyanın 



nəzərə çarpan bəzi elementlərinin öldüyünü, yoxa çıxdığını görən ilkin əcdadın 

gəldiyi qənaət bu olmuşdur və  bəşəriyyət həmin qənaətdən doğan bir məsələ 

barədə daim düşünmüşdür: dünyanı xilas etmək mümkündürmü? Allahla allahlıq 

etmək istəməyənlər tale mifinə boyun əyməklə kifayətlənmişlər, «alın yazısı»na 

inanmayanlar isə «xilas yolu» axtarmış (bu gün də axtarırlar), tanrı ilə 

«mübahisəyə girmiş» və  hətta onu «güzəştə getmək» məcburiyyəti qarşısında 

«qoymuşdular». 

Etioloji hadisələrin əksinə olaraq, esxatoloji miflərdə tufan qopması, torpağın 

suyun altında qalıb üzərindəki canlıların məhv edilməsi, kainatın xaosa çevrilməsi, 

bütün varlığın cəhənnəm  şəklində  bərqərar olması kimi dəhşətli qlobal hadisələr 

əks olunur. Bu mənada fəlakətlərə  səbəb olan başqa törəmələri (zaman 

 

1



Восточнославянский  фольклор:  Слов.  науч.  и  нар.  терминологии / Редкол.:  К.П.Кабашников 

(отв. ред.) и др. – Мн.: Наука и техника, 1993, с. 152. 




 

-

49



-

adlamalarını, xeyir və  şər qarşılaşmalarından yaranan qəzaları) bütövlükdə 

dünyanın sonundan bəhs edən miflərdən ayırmaq çətindir. Birinciləri ikincilərin 

baş verəcəyi haqqında «xəbərdarlıq» siqnalı kimi də başa düşmək olar. Esxatoloji 

qəzalar,  əsasən, yer üzündə  əxlaq və  hüquq normalarının pozulmasından, 

insanların dəhşətli cina-yətlərindən, təbiətə qarşı amansız rəftarından, ekoloji 

bəlalardan,  ədalətsizliyin baş alıb getməsindən törəyir. Dünya, yaxud onun ayrı-

ayrı elementləri odun, tufanın, suyun, kosmik döyüşlərin (göy cisimlərinin  şər 

qüvvələrlə toqquşmasının), aclığın, quraqlığın, soyuğun və s. təsirindən məhv olur. 

Bəzən fəlakətlərin qarşısı alınır, bəladan xilas olan varlıqlar hər  şeyi təzədən 

başlayır. Lakin bir vaxt yaradıcının dünyanı beləcə  məhv edəcəyinə inam 

yaddaşlardan silinmir ki, silinmir. Doğrudur, dünyanın axırı  məsələsinə görə ulu 

əcdad tanrılarla, yeri gələndə, razılaşmamış və hətta bu məsələdə səcdə etdiklərinə 

qarşı çıxmışdır.  



Tanrı-insan qarşıdurması  kəskinləşməsin deyə, müəyyən mərhələlərdə  hər 

iki tərəfdən güzəştlər edilmişdir. Lakin bu güzəştlər yalnız ilkin inamlarda özünə 

yer tapır. Daha doğrusu, çoxallahlılıq mərhələsində qüvvələrin tarazlığı mövcud 

idi. Mübarizə iki cəbhədə aparılırdı. Allahlar bir-biri ilə rəqabətdə idilər, ona görə 

də insanlara güzəştə gedirdilər ki, ətraflarına daha çox tərəfdarlar toplasınlar. 

Dualist və monoteist görüşlərdə güzəşt edilməsinə ehtiyac qalmır. «Avesta»da 

insan nəslinin bünövrəsini qoyan Kaymərd, eləcə  də onun toxumundan cücərən 

kişi Mərd, qadın Mərdyanaq səhvə yol verdikləri üçün ölümə  məhkum edilirlər. 

Hətta xeyirxah Ahur-Məzd belə insana güzəşt etmir. Adəmlə  Həvva da xəta 

işlətdiklərinə (müqəddəs meyvəni oğurladıqlarına) görə  cənnətdən qovulub Yerə 

sürgün edilirlər. Tanrı-insan qarşıdurmasından doğan narazılıqların sülhlə, 

qarşılıqlı güzəştlərlə  nəticələnməsinə  həsr olunan mifik təsəvvürlərin  ən gözəl 

nümunəsinə «Kitabi-Dədə Qorqud»da rast gəlirik. «Duxa qoca oğlı Dəli Domrul 

boy»unda tanrının əmri ilə Əzrayılın bir igidin canını vaxtsız alması etiraz doğu-

rur. Narazılıq böyüyüb Tanrı-insan qarşıdurmasına çevrilir.  

Tale - alın yazısı ilə razılaşmayanda Yaradıcı  tərəfindən həmişə güzəştlər 

edilmir. Astiaq nə  qədər canfəşanlıq etsə  də, öz doğma nəvəsini belə qurban 

verməyə hazır olsa da, tanrının yazdıqlarını poza bilmir, əksinə onun taleyinə 

düşən «qəza»ya qarşı inadlı mübarizəsi, nəinki, özünə  rəhm, güzəşt qazandırmır, 

hətta minlərlə adamı - böyük bir xalqı bədbəxt edir. Ona görə ki, Astiaq az qala 

allahlıq iddiasına düşmüşdü, mübarizəsində bir addım belə güzəştə getmirdi, 

günaha batmağında davam edirdi (Qarpağın oğlunu döğratdırıb  ətini atasına 

yedirtməsi kimi). Tanrının vaxtsız can alması ilə razılaşmayan Dəli Domrul, tanrı 

elçisi pəri qıza  əl uzadan Sarı Çoban və tanrının yaratdığı  Təpəgözə qarşı  çıxan 

Basat isə belə bir iddiaya düşməmişdilər: Sarı Çoban etdiklərindən peşiman 

olmasa da, meydandan çəkilir, pəri qızla «bəlalı sevgi»sindən qalan yadigardan 

belə imtina edir. Bir növ onun günahını üzərinə götürən Aruz qoca Təpəgözə 

ovladı kimi baxır. Sonra fəlakətə düşdüklərini bildikdə oğuz eli Təpəgözün bütün 

şərtlərini qəbul edir, səbrlə gözləyirlər ki, bəlkə qurbanlar bahasına tanrı 

günahlarını bağışladı. Lakin nəslin kəsilməsi təhlükəsi qarşısında qalanda həm 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə