Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   2   3   4   5   6   7   8   9   ...   27

 

-

4



-

əks etməsinə  də mifologiyanın daşıyıcılarında (yaradıcılar - tanrılar, dünyanın, 

təbiət hadisələrinin meydana gəlməsi, canlı-cansız varlıqların bir-biri ilə qarşılıqlı 

münasibətləri və  əlaqələri haqqındakı  təsəvvürlərdə, kultlarda, magikliklə yoğ-

rulan, sakrallaşdırılan cisimlərdə) rastlaşırıq. Mifin (yaxud mifik zamanın) 

qurtardığı, bitdiyi yerdən tarix başlayır. Lakin mifoloji görüşlərsiz heç bir xalqın 

qədim tarixi və mədəniyyəti yoxdur. Ona görə ki, arxaik mədəniyyətlərin hamısı 

mənbəyini mifoloji təsəvvürlərdən alır.  

Azərbaycan dünyanın ilkin insan məskənlərindən biridir. Azıx mağarasında, 

Gəmiqaya və Qobustan qayaüstü «rəsm qalareyaları»nda daş dövrünün, Şəki, 

Naxçıvan, Qazax, Mingəçevir, Qəbələ,  İsmayıllı  və digər bölgələrdə aparılan 

arxeoloji qazıntılarla tapılan  əşyaların arasında, açılan kurqanlarda tunc, mis və 

erkən dəmir mərhələsinin yaşayış  tərzinə, adət-ənənələrinə, mərasim (xüsusilə 

dəfn) və bayramlarına aid maddi və  mədəni dəlillərə rast gəlirik. Müxtəlif 

rituallarda istifadə olunan məişət  əşyaları, simvolik quruluşlu qablar, ov alətləri, 

geyimlər, bəzək  şeyləri, silahlar və  s.  tarixi  keçmişin elə  tutarlı qalıqlarıdır ki, 

xalqın eyni məkanda keçdiyi uzun yolda dünəni ilə bu günü arasında körpü 

funksiyasını yerinə yetirir. Ulu əcdadın üç-dörd min il əvvəlki dövrlərə aid kəllə 

skletinin antropoloji cəhətdən müasir Azərbaycanın  əsas  əhalisinin kəllə 

sümüyünün quruluşu ilə eyniyyət təşkil etməsi və  qədim etnoqrafik elementlərin 

hal-hazıradək ucqar kənd camaatının məişətində eynilə təkrarlanması, əksər qədim 

inancların, adətlərin müasir toplama mətnləri ilə üst-üstə düşməsi onu deməyə 

haqq qazandırır ki, bu diyarın sakinləri çox əski çağlardan Qafqaz dağlarının 

ətəklərini, Kür və Araz çaylarının sahillərini özlərinə yurd yeri seçmiş, qonşu 

etnoslarla tarixi-mədəni  əlaqələr zamanı onlarla qaynayıb-qarışsa da, öz kökünə 

aid ümdə xüsusiyyətləri miflərində, ritual, inanc və adət-ənənələrində qoruyub sax-

lamışdır. Azərbaycan türklərinin miflərinin bərpası, sistemləşdirilməsi, mənşəyi, 

dünya görüşləri sırasında yeri və rolunun, eləcə də rituallarla sintezdə olub şifahi 

epik  ənənənin yaranmasına və inkişafına təsirinin öyrənilməsi məhz bu mənada 

aktual məsələlərdən biridir. Beləliklə, «Azərbaycan türklərinin mifologiyası» adı 

altında aşağıdakılar nəzərdə tutulmuşdur: 

-Bu ad, ilk növbədə, Azərbaycan xalqının təşəkkülündə  əsas rol oynamış, 

Qafqazda və Qafqaz ətrafında yaşamış prototürklərin mifologiyasını nəzərdə tutur.  

-Bu ad, həmçinin ümumtürk mifoloji mətnlər sistemində Azərbaycan 

türklərinə məxsus mətnləri nəzərdə tutur. 

Ümumilikdə, «Azərbaycan türklərinin mifologiyası» dedikdə, Azərbaycan 

xalqının təşəkkülü və formalaşmasının etnik əsasında duran qədim türk 

tayfalarının mifoloji sistemi nəzərdə tutulur.  



Tədqiqatın məqsəd və  vəzifələri. Dissertasiyada əsas məqsəd Azərbaycan 

türklərinin mifologiyasını metasistem daxilində ayrıca sistem kimi müəy-

yənləşdirmək, onu bəşər oğlunun mənəvi aləminin bünövrəsi, başlanğıcı kimi 

göstərməkdir. Tədqiqatçı araşdırılması vacib olan aşağıdakı  vəzifələri yerinə 

yetirməyi qarşısına məqsəd qoymuşdur: 

- mifologiyanın öyrənilməsinin tarixinə  nəzər salmaq, müxtəlif nəzəriyyə, 




 

-

5



-

təlim və mülahizələri ümumiləşdirib, onların spesifik xüsusiyyətlərini üzə 

çıxarmaq; 

- Azərbaycan türklərinin mifologiyası haqqında  ənənəvi təsəvvürləri 

müəyyənləşdirmək;  

- elmi təhlil yolu ilə mifoloji görüşlərin meydanagəlmə amillərini, islama-

qədərki inanışlara - totemizm, şamanizm, dualizmə aid elementləri nəzərdən 

keçirmək; 

- xalqın məişəti, qədim tarixi, fəlsəfi və dini görüşləri, adət-ənənələri, bayram 

və mərasimləri, dili və elmi fəaliyyəti ilə mifik görüşlərin əlaqəsini göstərmək; 

- Azərbaycan türklərinin miflərinin bərpası yollarını üzə  çıxarmaq,  əks 

olunduğu mənbələri nəzərdən keçirmək, sistem və modellərini müəyyənləşdirmək; 

- mənəvi mədəniyyətin yaranmasının ilkin amillərini, ritual-mif sintezinin söz 

sənətinin formalaşmasına təsirini aydınlaşdırmaq; 

- miflərin ibtidai dünyagörüşü sistemləri (animizm, antropomorfizm, təbiətə 

tapınma – kultlar, totemizm) və dinlərlə (atəşpərəstlik,  şamançılıq - tanrıçılıq və 

İslamla) qarşılıqlı  əlaqəsini  ədəbi-yazılı materiallar (əsasən arxaik folklor 

nümunələri), arxeoloji tapıntılar əsasında şərh etmək; 

- ümumi mifoloji anlayışların (zaman, məkan və  kəmiyyət), sakrallığın, 

arxetipik simvolların mədəniyyət formalarının rüşeymləri olduğunu 

əsaslandırmaq; 

- mifin poetik sistemini müəyyənləşdirmək, obrazların, hadisələrin təsvir 

üsullarını üzə çıxarmaq; 

- Azərbaycan türklərinin miflərinin təkamülünü, mədəniyyət amillərinə, 

folklorun epik-lirik ənənəsinə, yazılı ədəbiyyata transformasiyasını göstərmək; 

- Azərbaycan türklərinin miflərinin elmi təsnifatını aparmaq.  



Tədqiqatın nəzəri və metodoloji əsası. Cəmiyyətin, təfəkkür tərzinin, bədii 

mədəniyyətin, humanist fəlsəfi fikrin  genezisinin və inkişafının tədqiqinin müasir 

istiqaməti, dünya folklorşünaslığı  və etnoqrafiyasının  əldə etdiyi son nəticələr  

dissertasiyanın metodoloji əsasını  təşkil edir. Təhlil müqayisəli-qarşılaşdırma 

prinsipinin bazasında aparılır və tədqiqatda tarixi-tipoloji metoddan istifadə edilir. 

Çətin bir predmetin - Azərbaycan türklərinin mifoloji düşüncəsinin genezisinin 

araşdırılmasında müəllif sistemli üsula əl atır.  İndiyədək folklorşünas və etnoq-

raflar mifoloji silsiləni onun antik yunan və  qədim  Şərq mifoloji modelləri ilə 

uyğunluğuna  əsaslanıb üzə  çıxarırdılar. Onlardan fərqli olaraq, burada hər bir 

məhdud dairədəki ənənəyə yeni sistem, daha doğrusu, yerli ənənələr sistemi kimi 

baxılır, sonra digər inkişaf etmiş dünya xalqlarının analoji hadisələri ilə 

tutuşdurulub, müqayisələr aparılır. Məsələyə bu cür yanaşma mifoloji strukturların 

ümumi qanunauyğunluqlarını müəyyənləşdirir, genezis və evolyusiyanı  şərt-

ləndirən amilləri meydana gətirir. 



Mövzunun araşdırılması dərəcəsi. Azərbaycanda miflərə marağın tarixi çox 

qədim olsa da, onların araşdırılmasına son dövrlərdə başlanılmışdır. Məhəmməd 

Füzuli onu «tanrı elmi» kimi qələmə vermişdir. Mirzə Kazım bəy (1802-1870) 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə