Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   2   3   4   5   6   7   8   9   ...   27

 

-

6



-

                                        

«Firdövsinin  əsərlərində fars əsatiri» məqaləsində

1

 («Severnoe obozreniye» 



jurnalı, 1848) İran  ərazisində yaşayan qədim xalqların, o cümlədən azərbay-

canlıların  əsatirlərinin  əsas mənbələrini atəşpərəstlik görüşləri ilə  əlaqələndirərək 

göstərmişdir ki, mif insanın real, təbii və ictimai hadisələri dərkindən başqa bir şey 

deyildir. Alimin miflərin genezisi haqqında irəli sürdüyü fikirlər Qrimm qar-

daşlarının təlimi ilə üst-üstə düşsə  də, xalq təfəkküründən və kütlələrin geniş 

yaradıcılıq imkanlarından kənarda - ilahi qüvvə ilə əlaqələnən şəkildə deyil, daha 

inandırıcı və əsaslıdır. 

XX yüzilliyin əvvəllərində mif, ritual və  nağılların tədqiqi sahəsində Y.V.Çə-

mənzəminli böyük işlər görmüşdür. O, bir tərəfdən mif mətnləri əsasında özünün 

bədii əsərlərini («Qızlar bulağı»), digər tərəfdən dünya elmində bu sahədə aparılan 

araşdırmalarla Azərbaycan ictimaiyyətini tanış edən elmi məqalələr yazmış, eləcə 

də  əski görüşlərə söykənən folklor nümunələrinin tarixi köklərini müəyyən-

ləşdirməyə çalışmışdır

2

. Sonralar mifoloji görüşlərin mövcudluğu haqqında 



V.Xuluflu, B.Çobanzadə, H.Əlizadə, Ə.Axundov, H.Araslı, Ə.Dəmirçizadə, N.Se-

yidov və M.H.Təhmasib də maraqlı mülahizələr irəli sürmüşlər. Lakin Mirzə Ka-

zımbəylə alovlandırılan «mifoloji məşəl» Y.V.Çəmənzəminli və başqaları  tərə-

findən çox ağır şəraitlərdə qorunub saxlansa da, bu alov repressiya illərində (1937-

1939) tamam söndürülmüş, xalqın  əski görüşlərindən danışanlar «pantürkist», 

«panislamist» damğası ilə həbsxanalara salınmış, Azərbaycan mifologiyasının öy-

rənilməsinə qoyulan «mədəni yasağ»ın nəticələrindən doğan qorxu xofu isə uzun 

müddət ürəklərdən getməmişdir.  

Keçən  əsrin 60-ci illərinədək Azərbaycanda mifologiya, əski rituallar və 

inanclara tarixdən, ədəbiyyat və mədəniyyət tarixindən bəhs açan dərsliklərdə ötəri 

yanaşılmış,  ən yaxşı halda bəzi folklor toplularına bir-iki nümunə salınmışdır. 

M.Seyidovun çap olunan məqalələri və «Azərbaycan mifik görüşlərinin qay-

naqları» (1983) adlı monoqrafiyası ilə bu  sahəyə yenidən böyük maraq oyan-

mışdır. Onun tədqiqatlarında Azərbaycan türklərinin bəzi mifoloji obrazlarının 

(Oğuz, öləng, qam, Xızır, Kosa, keçi, varsaq, Qorqud və s.) mədəniyyət tarixində 

yeri və rolu öyrənilmiş, daha çox söz və ifadələrin miflər vasitəsi ilə etimoloji 

aspektdə izahına yer ayrılmışdır. M.Seyidov mifologiyanın müxtəlif problemlərinə 

aid zəngin yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti ilə  məktəb yaradan alimlərdən 

biri kimi yadda qalmışdır. Ömrünün son illərində onun yazdığı monoqrafik 

tədqiqatları

3

  nəinki Azərbaycanda, ümumiyyətlə, bütün türk dünyasında hadisə 



kimi qiymətləndirilmişdir. Azərbaycanda mifik təfəkkürün qaynaqları  aşkar-

lanandan sonra etnoqrafiya və folklorun ayrı-ayrı  məsələləri ilə bağlı aparılan 

araşdırmalarda mifoloji görüşlərin epos («Kitabi-Dədə Qorqud», «Koroğlu»), 

yazqabağı rituallar, klassik yazılı  ədəbiyyat, qədim memarlıq kompleksləri və 

 

1

Казымбек М. Мифология персов по Фирдоуси / Изб. произведения. – Б., Элм, 1985, с. 306-318. 



2

 Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. III cild. – B., Elm, 1977.  

3

 Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. – B., Yazıçı, 1989; Qızıl döyüşçünün taleyi . – 



B., Gənclik, 1984; Qam-şaman və onun qaynaqlarına ümumi baxış. – B., Gənclik, 1994; Yaz bayramı – 

B., Gənclik, 1990; Azərbaycan mifik görüşlərinin qaynaqları. – B., Yazıçı, 1983.  




 

-

7



-

                                        

digər mədəni-tarixi abidələrlə  əlaqəsi diqqət mərkəzinə  çəkilmişdir. Keçən  əsrin 

80-ci illərində A.Acalov

1  

Azərbaycan türklərinin mifoloji mətnlərini toplayıb 



tərtib etmiş, 90-cı illərdə M.Məmmədov

2

 Azərbaycan miflərinin mətnləri əsasında 



namizədlik dissertasiyası müdafiə etmişdir. A.Şükür

3

 1995-2002-ci illərdə dünya 



xalqlarının mifologiyasına on cildlik əsər həsr etmişdir. Onun mifologiyaya aid 

elmi kitabları ona görə qiymətlidir ki, hər biri Azərbaycan xalqının qədim tarixi, 

adət-ənənələri, psixologiyası, incəsənəti,  ədəbiyyatı ilə yoğrularaq meydana 

gətirilmişdir. Dünya xalqlarının mifoloji sistemləri sırasında Azərbaycan 

türklərinin ibtidai dünyagörüşünün özünəməxsusluğunu göstərməyə çalışan 

A.Şükürov «Dədə Qorqudun mifologiyası» monoqrafiyasında eposun mifoloji 

qatlarına nüfuz etmiş, ayrı-ayrı boyların süjet xəttindəki hadisələrdə  və obrazlar 

silsiləsində mifoloji əlamətlərin şərhini vermişdir. A.Nəbiyevin araşdırmalarında

4

 

isə Azərbaycan miflərinin iki istiqamətdən (türk-oğuz və Midiya-İran) gəldiyi irəli 



sürülmüşdür. 

Folklor, etnoqrafiya, tarix, fəlsəfə  və filologiyanın müxtəlif problemlərini 

araşdıran bir sıra tədqiqatçılar (P.Əfəndiyev, V.Vəliyev, İ.Həbibbəyli, N.Cəfərov, 

İ.Abbasov, B.Abdullayev, K.Vəliyev, V.Həbiboğlu və b.)

5

  həm də mifologiyaya 



maraq göstərmiş  və  gərəkli fikirlər irəli sürmüşlər. Azərbaycan elminə son 

onilliklərdə qədəm basan yeni nəsil alimlərinin bir qrupunun – M.Cəfərli, F.Bayat, 

C.Bəydili, S.Rzasoy, R.Bədəlov, R.Əliyev, A.Xəlilov, Rüstəm Kamal, E.Əzizov, 

N.Mehdi


6

  əsas tədqiq obyekti Azərbaycan və ümumtürk mifoloji düşüncəsinin 

 

1

 Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön söz və şərhlərin müəllifi A.Acalov. – B., Elm, 1988. 



2

 Məmmədov M.M. Azərbaycan mifoloji mətnləri. Namizədlik dissertasiyasının avtoreferatı. – B., 1998. 

3

 Şükürov A. Dədə Qorqudun mifologiyası. – B., Elm, 1999; Mifologiya. Birinci kitab. Ümumi-nəzəri 



məsələlər – B., Elm, 1995; Mifologiya, İkinci kitab. Qədim Şərq xalqlarının mifologiyası. – B., Elm, 

1995; Mifologiya, Üçüncu kitab. İran xalqlarının mifologiyası. – B., Elm, 1995; Mifologiya, Dördüncü 

kitab. Qədim hind mifologiyası – B., Elm, 1996; Mifologiya, Beşinci kitab. Qədim Çin mifologiyası. – 

B., Elm, 1997; Mifologiya, Altıncı kitab. Qədim türk mifologiyası. – B., Elm, 1998; Mifologiya, 

Yeddinci kitab. Yunan mifologiyası. – B., «Qartal» nəşriyyatı, 1999; Mifologiya. Səkkizinci kitab. 

Alman-skandinav xalqlarının mifologiyası. – B., Elm, 1999; Mifologiya. Doqquzuncu kitab. Slavyan 

xalqlarının mifologiyası. – B., «Adiloğlu qardaşları» nəşriyyatı, 2002.  

4

Nəbiyev A. Azərbaycan mifologiyası. «Folklorşünaslıq məsələləri» məcmuəsi, Beşinci kitab. – Bakı 



Universiteti Nəşriyyatı, 2002; Azərbaycan xalq ədəbiyyatı. Birinci hissə. Ali məktəblər üçün dərslik. – 

B., «Turan» nəşriyyat evi, 2002; Nəğmələr. İnanclar. Alqışlar. Toplayanı və tərtib edəni A.Nəbiyev. – 

B., Yazıçı, 1986. 

5

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – B., Maarif, 1992; Vəliyev V. Azərbaycan folkloru. – 



B., Maarif, 1985; Həbibbəyli  İ.  Ədəbi-tarixi yaddaş  və müasirlik. B., “Nurlan”, 2007; Аббаслы  И. 

Ареал распространения и влияния Азербайджанских дастанов. – Б., Издательство «Сада», 2001; 

Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. – B., Elm, 1981; Абдулла Б. Азербайджанских 

обрядовый фольклор и его поэтика. – Б., Элм, 1990; Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. – B., 

Gənclik, 1987; Həbiboğlu Vəli. Qədim türklərin dünyagörüşü. – B., «Qartal» nəşriyyatı, 1996. 

6

Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. – B., «Sabah», 1993; Cəfərli M. Dastan və mif. – 



B., Elm, 2001; Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. – B., «Ağrıdağ» nəşriyyatı, 2003; 

Rzasoy S. Oğuz mifi və  oğuznamə eposu. – B., «Nurlan» nəşriyyatı, 2007; Bəydili C. Türk mifoloji 

sözlüyü. – B., Elm, 2003; Rüstəm Kamal. «Kitabi-Dədə Qorqud»: arxaik ritual semantikası. – B., Elm, 

1999;  Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər. – B., Elm, 1992; Mifoloji şüurun bədii 

spesifikası. – B., «Qartal» nəşriyyatı, 2001.  



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə