Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   2   3   4   5   6   7   8   9   ...   27

 

-

8



-

məhsullarıdır. F.Bayat arxaik türk qəhrəmanlıq eposlarında mifoloji xətlər

R.Bədəlov oğuznamələrin materialları  əsasında mifologiyanın fəlsəfəsi, Rüstəm 

Kamal, S.Rzasoy Oğuz mifi və  Oğuznamə eposunun struktur-semiotik metodla 

müqayisəsi əsasında oğuz ritual-mifoloji dünya modelini, onun kosmoloji struktur 

səviyyələrini öyrənmiş, oğuz mifinin funksional strukturunun “olüb-dirilmə”, 

“gözdən doğulma” mifolegemlərini aşkarlamışdır. C.Bəydili «Dədə Qorqud»un 

semantikası  və mifologiyası, R.Əliyev nağıllarda mifoloji obrazlar, bədii  şüurun 

formalaşmasına mifin təsiri kimi problemlərin həllinə dissertasiya, monoqrafiya və 

məqalələr həsr etmişlər. Beləliklə, Azərbaycan xalqının tarixi köklərinə aydınlıq 

gətirən mifologiya ilə bağlı bir sıra  əlamətlər araşdırılsa da, ulu babalarımızın 

mifoloji görüşləri kompleks şəkildə – etnokultulroloji və filoloji fakt kimi sistemli 

şəkildə tədqiqat obyektinə çevrilməmiş, miflərin genezisi ilə bağlı məsələlər əksər 

hallarda açıq qalmış, ya da mübahisəli qənaətlərlə əks olunmuşdur.  



Tədqiqatın elmi yeniliyi onunla şərtlənir ki, Azərbaycan türklərinin 

mifologiyasının genezisi və evolyusiyası ilk dəfə etnik (türk) və regional (Qafqaz) 

aspektdə müstəqil araşdırma obyektinə çevrilməklə  aşağıdakı yeni müddəaları 

meydana gətirir:  

- mətnləri tutuşdurma aspektindən (qədim yazılı  mənbələrlə toplama və çöl 

təcrübəsi materiallarının) istifadə Azərbaycan türklərinin mifologiyasının 

modellərini ümumtürk ibtidai düşüncəsinin mühüm tərkib hissəsi  şəklində 

götürməyə imkan verir və fərqli cəhətlərini üzə çıxardır; 

- mifik görüşlərin xalqın məişəti, qədim tarixi, fəlsəfi və dini baxışı, adət-

ənənələri, bayram və  mərasimləri, dili və elmi fəaliyyəti ilə  əlaqəsi müəy-

yənləşdirilir; 

- ilkin mifoloji anlayışların (zaman, məkan və  kəmiyyət), sakrallaşmanın, 

arxetipik simvolların bədii yaradıcılığın, mədəniyyət növlərinin rüşeymləri olduğu 

əsaslandırılır; 

- erkən din sistemlərində, arxaik rituallarda və əski inanclarda işlənən mifoloji 

anlayışlar qruplaşdırılıb təhlil edilir

- Azərbaycan mifoloji dünyagörüşünün konturları elmi şəkildə göstərilir;  

- mif haqqındakı elmi qənaətlər Qafqaz materialları əsasında ümumiləşdirilir, 

onların tətbiq sahələri göstərilir; 

- mifoloji model və sistemlərin semantikası açıqlanır. Miflərin ayrı-ayrı kate-

qoriyaları, xüsusilə etnoqonik və exstaloji miflər folklor materialları  əsasında 

təsdiqlənir. 

Mifoloji sistem və modellərə aid terminlər indiyədək dəqiq 

müəyyənləşdirilmədiyindən tarixi-müqayisəli metodun türkdilli xalqların folk-

lorşünaslığına tətbiqi bir sıra çətinliklər meydana çıxardır. Belə ki, digər xalqlarda 

mifoloji terminlər müxtəlif və tamamilə fərqlidir. Bu səbəbdən də ən optimal yol 

seçib məsələnin yerli faktlar əsasında həllinə çalışmışıq. Daha doğrusu, mifoloji 

terminləri Azərbaycan türklərinin dilindəki ümumişlək anlayışlarla ifadə etməyin 

daha effektli nəticələr verdiyinə ilk dəfə nail olmuş  və eləcə  də beynəlmiləl ter-

minlərdən faydalanmışıq. 




 

-

9



-

Tədqiqatın  əsas materialı, obyekti və predmeti.

 

 Miflər – arxetipik, 



universal, fövqəltəbii obrazlar silsiləsidir və  qədim xalqlardan biri kimi 

Azərbaycan türklərinin ilkin dünyagörüşünün məhsuludur. Bəzən konkret obraz, 

xüsusi ad şəklində yaddaşlarda yaşasa da, hər biri müəyyən varlığın yaranması, 

fəaliyyəti və məhvindən bəhs açan primitiv əhvalatın daşıyıcısıdır. Daha çox əski 

çağlara aid yazılı abidələrdə,  əfsanə, nağıl, epos və  şifahi epik ənənənin başqa 

formalarında, rituallarda, inam və etiqadlarda mifik düşüncənin qalıqlarına rast 

gəlirik – bütün bunlar tədqiqatın obyektini təşkil edir. Ulu əcdadın dünyanın 

yaranması haqqında təsəvvürləri, kortəbii şəkildə meydana gələn mifoloji obrazlar, 

kainatın mifik sistemi və modelləri,  əfsanə, arxaik nağıl, epos mətnlərinin 

içərisində əridilən mifik süjetlər tədqiqatın predmetidir. Bu nümunələrin bir qismi 

qədim yazılı  və maddi abidələrdə (Gəmiqaya və Qobustan qaya rəsmləri, daş 

kitabələr, arxeoloji qazıntılar zamanı müxtəlif kurqanlardan tapılan məişət əşyaları 

və s.) özünə yer almış, digər qismi isə  şifahi  şəkildə yaddaşlarda yaşadılaraq 

zəmanəmizə qədər gəlib çıxmışdır. Mif mətnləri klassik yazıçılarımızın əsərlərinin 

də qaynaqlarından biri olmuşdur, eləcə  də xalq mərasimləri, adət-ənənələr, oyun 

və tamaşalar, inanclarda dərin izlər buraxmışdır. Epik ənənədə Azərbaycan 

türklərinin  əski miflərinin  əsas daşıyıcısı «Kitabi-Dədə Qorqud», «Koroğlu», 

«Aşıq Qərib», «Əsli və Kərəm» kimi eposlar və arxaik nağıllar olmuşdur. 



İşin nəzəri və praktik əhəmiyyəti. Dissertasiyada əldə olunan nəticələr başqa 

xalqların mədəniyyətinin köklərini öyrənməkdə nəzəri stimul rolunu oynaya, eləcə 

də  həmin sahənin digər tərəflərinin araşdırılmasında  əsas obyektə, tikinti mate-

rialına çevrilə, ali məktəblərin folklor və mifologiya kurslarının tədrisində istifadə 

oluna bilər.  

Tədqiqatın aprobasiysı. Dissertasiya Azərbaycan Dövlət Pedaqoji Uni-

versitetinin Folklor və  qədim  ədəbiyyat kafedrasında hazırlanmış, həmin 

kafedranın iclasında müzakirə edilib bəyənilmiş, açıq müdafiəyə buraxılması 

tövsiyə edilmişdir. Tədqiqatın nəticələri 30-dan çox məqalədə, respublikamızda və 

xarici ölkələrdə keçirilən konfransların, simpoziumların materiallarında, müxtəlif 

elmi məcmuələrdə özünə yer almışdır. Mövzu ilə bağlı üç monoqrafiya, iki folklor 

toplusu və bir dərs vəsaiti də  işıq üzü görmüşdür. Eləcə  də müəllifin hazırladığı 

«Azərbaycan türklərinin mifologiyası və folkloru» adlı internet portal-sayt vasitəsi 

ilə rus və Azərbaycan dillərində dünyaya yayılmışdır. 

Dissertasiyanın quruluşu.  Tədqiqat dörd fəsil, nəticə  və  ədəbiyyat 

siyahısından ibarətdir. 

 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Dissertasiyanın  giriş  hissəsində movzunun aktuallığı, məqsəd və  vəzifələri, 

Azərbaycan-türk mifologiyasının araşdırılma dərəcəsi, tədqiqatın nəzəri və meto-

doloji  əsası, obyekti və predmeti, elmi yeniliyi, praktik əhəmiyyəti, aprobasiyası 

və quruluşu haqqında məlumat verilir. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə