Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

-

16



-

Magiya – ilkin görüşlərin elə formasıdır ki, insanlar fövqəltəbii qüvvələrin 

gücü ilə dünyaya (təbiət hadisələrinə, ruhlara, adamların  əhval-ruhiyyəsinə, 

sağlamlığına) təsir etməyin yolunun tapılmasına inanırlar. Bu, Azərbaycanda 

əfsun, cadu, sehir, tilsim, fal və duaların toplusu şəklində anılır. Magiya hərəkətlə 

bağlıdır, xüsusi ayinlər  şəklində yerinə yetirilir. Azərbaycanda qorxunu 

götürməkdən ötrü (bəzi kəndlərdə indi də icra olunur) cəftə suyu verirdilər. Keçi 

piyini bədəninə sürtməklə xəstənin sağalacağına ümid bəsləyirdilər. Şər işlərin baş 

tutması üçün isə qurd yağından və ilan qabığından istifadə edirdilər. Kollu, tikanlı 

ağacların budaqlarını  və üzərlik bitkisini qapıların üstündən asırdılar ki, pis 

nəzərləri içəri buraxmasın. Bağ-bağata ziyan dəyməsin deyə itin kəllə sümüyünü 

çəpərin üstünə sancırdılar. 



Fetişizm – maddi əşyalara itaətə  əsaslanan dünyagörüşüdür. Belə ki, magiya 

mərhələsindən sonra fövqəltəbiiliyin xüsusi predmetlər vasitəsi ilə həyata tətbiqinə 

inam yaranır. Dua və əfsunlarla təbiətə təsir etməyin mümkünlüyü ilə razılaşan ulu 

əcdad işini daha sistemli qurmaq məqsədilə xüsusi sehirli vasitələr düşünməyə 

başlayır. Türk təfəkküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə 

yaranmışdır. Mağaralarda qalanan ocaqlar müqəddəsləşdirilərək nəslin davam-

lılığını bildirmişdir. Təsadüfi deyil ki, dilimizin məhsulu olan «ocaq» sözü arxe-

tipik simvola çevrilərək  əksər xalqlara keçmiş  və eyni mənada işlənmişdir. 

Ümumiyyətlə, Azərbaycan xalqının nəzərində kiçik məişət  əşyalarından tutmuş 

silahlara (ox, yay, qılınc), bulaqlara, təpələrə, qayalara kimi hamısı ilahiləşdirilib 

tarixin müxtəlif dönəmlərində insanların ümid yerinə çevrilmişdir. Nağıl və 

eposlarımızda bir silsilə sehirli əşyalar və vasitələr təsvir edilir ki, bunlar qeyri-adi 

işləri yerinə yetirir, möcüzələr törədir. Əvvəllər onların fetiş şəklində xalq arasında 

qəbul edildiyi şübhəsizdir.  



Kult – allahların, mədəni qəhrəmanların, nəslin ilk nümayəndəsinin, 

ilahiləşdirilmiş bütün varlıqların icmadakı müqəddəslik mövqeyinə ehtiram 

göstərilməsi, çətin anlarda onlardan kömək istənilməsi və xatirələrinin  əbədi-

ləşdirilməsinə yönələn kollektiv və  fərdi davranış növüdür, kultun daşıyıcısının 

fövqəltəbiiliyinə olan inama əsaslanır. Kult ənənələri miflər vasitəsi ilə bir 

nəsildən başqasına ötürülmüşdür. Azərbaycan mifoloji sistemində və inanclarında 

ağac (ağac pirlərinə bu gün də paltarlarından bir hissə qoparıb asanlar var), dağ, 

qaya, su, bulaq, ilan (ilan pirləri), öküz, inək, at, ocaq, ata, ana, baba (Şəkidə 

Babaratma piri, Ağdaşda Gündoğdu baba ziyarətgahı) kultlarının izlərinə rast 

gəlirik. 



Bütün bu təsəvvürlərin ümumiləşməsindən mifologiya (mifoloji modellər, 

strukturlar) və rituallar formalaşmışdır. Deyilənlərdən belə bir qənaət çıxır ki, 

mifoloji sistemlər ulu əcdadın dünyagörüşünün ibtidai formalarının  əsasında 

qurulmuşdur. Çünki hələ mədəniyyətin və inkişafın göstəriciləri mövcud olmayan 

çağlarda insanların həyat, zaman və  məkanla bağlı görüşlərinin özülünü təbiət 

obrazları təşkil edirdi. 

«Sakrallaşdırma mifoloji düşüncənin başlıca atributu kimi» bölməsində 

mifik düşüncənin əsasında duran əsas amillərdən biri – qeyri-adilik, fövqəltəbiilik, 




 

-

17



-

müqəddəslik təhlil olunur. Müxtəlif predmetlər

,  əşyalar, hadisələr və insanlar 

müqəddəsləşdirilərək hər hansı bir əlaməti, keyfiyyəti və  fəaliyyəti ilə 

Yaradıcıya bağlanır. Sakrallaşan varlıqlar və hadisələr cazibə qüvvəsinə 

malik olduğundan etalonlaşıb kütlələri arxasınca aparır. Sakrallıq dini 

ideyaların formalaşmasına da təkan vermişdir. Hətta müəyyən çağlarda 

cəmiyyətin siyasi və ictimai institutları, sosial və elmi düşüncəsi, 

mədəniyyət və incəsənəti də müqəddəsləşmənin (sakrallığın) təsiri altına 

düşmüşdür.  İnkişafın başlanğıc mərhələsində insan təfəkküründə sakral-

laşan ilkin varlıqlar  zaman, məkan və  rəqəmlərdir. Bu anlayışlar mifik 

düşüncənin  əzəli məhsulları kimi qəbul edilir. Çünki məkansız heç nə 

yarana bilməz. Eləcə  də zaman hərəkətə  gəlməsə, yerində donub qalsa, 

doğum, inkişaf olmaz.  



Məkan. Nyutonun klassik mexanikasında əsaslandırılır ki, məkan sonsuzdur, 

uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində  həmişə eyni 

universal qanunlar mövcuddur. Dünyanı  dərk etmək təşəbbüsündə olan qədim 

insanlar isə məkanı tamamilə əks şəkildə təsəvvürə gətirib daha çox abstraktlıqla 

bağlamışlar. Doğrudur, lap başlanğıcda mücərrəd anlamda deyil, konkret gerçəklik 

kimi yanaşmışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək 

barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı, 

oturub-durduğu, qidasını tapdığı,  əyləndiyi, üstündə  gəzdiyi  ərazi, soyuqdan, 

yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ, 

çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Lakin insanların 

toplum halında sakin olduğu ərazilərdə torpaq sahələrinin keyfiyyəti müxtəlif idi: 

bir hissəsi məhsuldar, təbii  şəraitinə görə münbit, yaşamaq üçün tam yararlı idi, 

digər hissəsi,  əksinə, bərəkətsiz,  şoran, sərt soyuqlu, yaxud daim quraqlıq idi, 

oralardan vaz keçmək lazım gəlirdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarak-

terindəki  əkslikləri izaha gələndə  məsələnin  əsil səbəbini anlamaqdan hələ onlar 

çox uzaq idilər. Ona görə  də  əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, 

maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri 

götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud 

şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü. 

Zaman barədə müasir və arxaik təsəvvürlər də bir-birindən  əsaslı  şəkildə 

fərqlənir. Ümumiyyətlə, zamanın anılmasında elmi, gerçək, real amillərdən çox, 

ilahi, kənar qüvvələrin yardımına arxalanırdılar. Zaman keyfiyyətə, əlamətə malik 

- ya yaxşı, ya pis, ya da yaxşılığı-pisliyi duyulmaz halda düşünülürdü. Hansısa 

vacib və  əhəmiyyətli işə başlamazdan qabaq kahinlərə, cadugərlərə, falçılara, 

qamlara, şamanlara üz tutur, uğurlu günü soraqlaşardılar. Uğur gətirən günü müəy-

yənləşdirmədən nə bir evin bünövrəsi qoyulur, nə uzaq səfərə  çıxılır, nə  də ailə 

qurulurdu. Xoş, xeyirxah günün «uzaq səfərdən» gec qayıdacağını biləndə 

müxtəlif mərasimlər keçirir, onu səsləyən mahnılar oxuyurdular.  

Zaman-məkan vəhdəti. «Xronotoplar nəzəriyyəsi»ndə zamanla məkan 

vəhdətdə götürülür. İlk dəfə Eynşteynin işlətdiyi termini (yunan mənşəli xronotop 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə