Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

-

22



-

dağa rast gəldi» ifadələri işlənir. Bu, yüksəklik, uzaqlıq,  əlçatmazlıq mənasını 

verir. 

On iki – Ulu əcdadlarımızın  əqidəsində on iki tamlaşmanı, bütövləşməni 

bildirirdi. Oğuz türklərinin adətincə, oğlanlar ömürlərinin ilk on iki ilini adlamaqla 

ova çıxmaq, yarışlarda iştirak etmək, evlənmək, dövlət işlərində  iştirak etmək 

hüququ qazanırdılar və bu həddi aşmamış onlara ad qoyulmurdu. Azərbaycan xalqı 

on iki rəqəminin magik gücünü həmişə xeyirliliyə (uğurlara qapı açır) yozmuşdur.  

Qırx. Çoxluq anlamındadır. «Qırx düyməli paltar», «qırx otaq», «qırx dəvəli 

yük» deyəndə ilk baxışda sakrallıq hiss olunmur. Lakin düymələr açılıb axıra çatan 

kimi təzədən bağlananda bu rəqəmin arxasında sirli aləm gizləndiyi aşkarlanır. 

Azərbaycan türklərinin «Əsli və  Kərəm» eposunun mifoloji qaynaqlarında qırx 

düyməli xalat gerçək aləmin bitməsi – ömür yolunun bağlanması, o biri dünyanın 

qapısının isə açılması kimi mənalandırılır.  



Oğuz-türk mifik dünya modelinin qurulmasında sakral rəqəmlərin rolu 

və funksiyaları.  Qədim oğuz-türk mifologiyasında dünyanın say sistemi ilə 

yaranan dolğun, mükəmməl və tam modelinə rast gəlirik:  Vahid başqa  biri 

(Oğuzu) dünyaya gətirir, ondan iki üçlük (toplusu altı edir) doğulur.  

Birinci üçlük barədə  mətndə deyilir ki, göydən  şüa düşür. Oğuz görür ki, 

Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturmuşdur. Başı qızıl 

qütb ulduzlu bu qızdan onun üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli 

sonralar Bozoxlar – pozuxlar adı ilə tanınır. İkinci üçlüklə bağlı mifdə göstərilir 

ki, Oğuz göl ortasında bir ağac görür. Ağacın oyuğunda gözəl bir qız oturmuşdu. 

Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri inci tək olan bu qızdan da 

Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, Dəniz. Bu üç qardaşdan törəyən nəsillər 

isə Üçoxlar adını daşıyır. Azərbaycan türklərinin söy kökündə həm Bozox, həm də 

Üçox tayfaları iştirak edir. Altılardan isə altı dördlük meydana gəlir: BOZOXLAR 

(pozuxlar): birinci dördlük Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı (Alka-

evli), Qara Avul (Qara-evli); ikinci dördlük Ay xanın övladlarıdır: Yazır, Dogər, 

Dodurğa (Durdurqa), Yaparlı (Cayurlu); üçüncü dördlük Ulduz xanın övlad-

larıdır: Avşar (Əfşar), Kızık, Bəgdili, Karkın (Bayat, Əfşar, Bəgdili sonralar 

əsasən Azərbaycan türklərinin içərisində  ərimişdir);  ÜÇOXLAR:  dördüncü 

dördlük Göy xanın övladlarıdır: Bayandur, Beçenə (Peçeneq), Çavuldur, Çəpəni; 

beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurtlu, Ürəgür; altıncı 

dördlük  Dəniz xanın övladlarıdır:  İqdır, Bəgdüz, Yıva, Kınık. Bu boylardan 

Bayandur, Beçənə, Çavuldur, Salur, Alayurtlu, Bəgdüz Azərbaycan türklərini 

formalaşdıran tayfalardandır.  

Oğuzların Bayandur, Salur və  Əfşar soyu Azərbaycan tarixinin müxtəlif 

dönəmlərində ictimai-siyasi hadisələrdə, Bayat isə Azərbaycan türklərinin mədəni 

həyatında böyük rol oynamışdır. Beləcə kainatın oğuz-türk mifik modelində 

dünyanın və oğuz cəmiyyətinin formalaşmasının başlanğıc mərhələsində 1, 2, 3, 4, 

5, 6, 7, 9, 12, 24 və 33 sayları iştirak edir.  




 

-

23



-

                                        



«Ritual-mifoloji dünya modeli» bölməsində deyilir ki, ritual

  ənənələrdən 



doğan elə bir davranış, hərəkət formasıdır ki, bütün sosial səviyyələrdə - ailədə

icmada, dövlətdə toplumun həyatının mühüm anlarını müşaiyət edir, insanların 

fəaliyyətini tənzimləyir və incəsənətin (rəqsetmə, müsiqi, oxuma, xor, oyun-

tamaşa, bütyapma, maskaqayırma və s.), bədii yaradıcılığın (nəğmə düzüb-qoşma) 

əsas ünsürlərini sinkretik formada (yarandığı andan bu günədək) birləşdirib 

göstərməklə təzahür edir.  



Keçi mifinin rituallaşması. Qışın Kosa, yazın keçi obrazında mifikləşməsi ulu 

əcdadlarımızın  əkinçilik məşğuliyyətinə başlamasından qabaq olmuşdur.  İnsanlar 

hər  şeyi kortəbii  şəkildə  təbiətdən hazır  şəkildə götürürdü. Özlərinin istehsal 

etmələrindən əvvəl yeməklə, primitiv geyimlə təminatlarını (yaşayış yerlərini belə) 

təbiət ödəyirdi. Bu zaman yaz, yay, payız aylarının səmərəsini, qışın isə hər şeyi 

dondurub yoxa çıxardığını görürdülər. Ona görə  də, onların ilkin təsəvvüründə 

soyuq,  şaxta - qış  təbiəti yoxsullaşdırdığı, çılpaqlaşdırdığı, kosalaşdırdığı üçün 

düşmən idi. Yaz və yay aylarında havanın hərdən sərtləşməsini (bərk küləklərin 

əsməsi, leysanın yağması) belə  qışın göndərdiyi bəlalar sayırdılar. Məhz bu 

bəlalardan xilas yolları axtarmaları onları rituallara gətirib çıxarmışdır. Qışda da 

insanları südü, əti və  dərisi ilə aclıqdan qurtaran, yaşadan vasitələr tapılırdı.  İlk-

əvvəl onların bütün ehtiyaclarının təminatçısı mal-qara idi. Tarixin müəyyən 

mərhələlərində qoyun (saya oyun-tamaşalarında), inək, kəl (əkinçiliyin meydana 

gəlməsindən sonra holavarlarda) və b. heyvanlar keçini üstələməyə  cəhd 

göstərsələr də, onun üstündən xətt çəkə bilməmişlər. Keçi Azərbaycan mifoloji 

görüşlərinin  ən möhtəşəm obrazı kimi rituallarda bu günədək yaşamaqdadır. 

Keçinin Azərbaycan mifoloji görüşlərində funksiyasını ilk dəfə müəyyənləşdirib 

geniş  təhlilini aparan M.Seyidov düzgün nəticəyə  gəlmişdir. «Keçi yazın bəl-

gəsidir, buna görə də yaz bayramında aparıcıdır, Günəşlə ilişgəlidir. Keçi yaxşılığı 

təmsil etmiş, insanlara ruzi vermişidir»

1



Günəş Ata. Dünya xalqlarının mifologiyasında günəşlə bağlı  təsəvvürlərdə 



onun atlarla idarə olunan təkərli arabada kainatın dörd tərəfini gəzib-dolaş-

masından, hər şeyə can verməsindən danışılır. Təkərin və arabanın kəşfinin mifik 

zamana deyil, inkişafın yüksək pilləsinə aid olmasına əsaslanaraq bu cür miflərin 

qədimliyini şübhə altına alırlar. Lakin bu qənaətə qarşı daha maraqlı fərziyyə irəli 

sürənlər tapılır. Günəşin özünün dairə  şəklində görünməsi və  təsviri təkər 

mifopoetik obrazının çox qədim zamanlarda meydana gəlməsi fikrinə dəstək kimi 

səslənir. Hind miflərində  Şimşək allahı  İndra döyüşdə Suryaya (Günəşə) qalib 

gəlir və Günəş tanrısının arabasının təkərlərindən birini ələ keçirir. İlk təkər 

Günəşə  məxsus idi. Maraqlıdır ki, Azərbaycan mifik görüşlərində Günəş kainatı 

arabada deyil, kəhər atda gəzir («Kəhər atı min çıx...»). 



Yel Baba. Azərbaycan rituallarında müraciət edilən mifik obrazlardan Yel 

Baba, Bulud və Duman da özündə ən əski təsəvvürləri əks etdirir. 

 



Ritual - latın sözündən əmələ gəlmişdir, ritualis - mərasim, ritus - dini ayin deməkdir. 



1

Seyidov M. Azərbaycan mifik görüşlərinin qaynaqları. – B., Yazıçı, 1983, s. 92. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə